AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ Bakı Dövlət UNİVERSİTETİ SƏRBƏST İŞ Ad: Rasim Soyad: Şıxəliyev
İxtisas: Müasir informasiya- kommunikasiya texnologiyaları ve informasiya təhlükəsizliyi
Kurs: 2
Qrup: 1712
Fənn: Müasir informasiya- kommunikasiya texnologiyaları ve informasiya təhlükəsizliyi
Müəllim:Hüseynova Nərgiz
Mövzu: İnformasiyanın kəmiyyət ölçüləri
Bakı 2022
Say sistemləri - Ədədlərin yazılması və oxunması üçün müəyyən qaydalar və üsullar toplusudur. Keçmiş dövrlərdən ədədləri işarə etmək və onlar üzərində əməliyyatlar aparmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə olunmuşdur. Say, miqdar bildirmək və təsvir etmək üçün istifadə olunan işarələr və üsullar toplusu say sistemi əmələ gətirir. Say (hesablama) sistemi ədədlərin rəqəmlər adlanan məhdud simvollar əlifbası vasitəsi ilə ifadə olunması üsuludur. Say sistemi kodlaşdırılmanın bir üsuludur. Müəyyən əlifba vasitəsi ilə müəyyən üsullarla yazılan sözə kod, kodun alınma prosesinə isə kodlaşdırma deyilir. Əsasən iki cür, mövqeli və mövqesiz say sistemindən istifadə edilir. Mövqesiz say sistemlərində hər bir ədəd simvolların (rəqəmlərin) müəyyən yığımı ilə ifadə olunur. Burada ədədi təşkil edən rəqəmlərin qiymətləri onların tutduğu yerdən (mövqedən) asılı olmur və hesab əməlləri mürəkkəb qaydalarla aparılır. Bu say sistemlərinə 2 500 min il bundan əvvəl Qədim Romada istifadə olunan Rum say sistemini, Əlifba say sistemlərini misal göstərmək olar. Mövqeli və mövqesiz say sistemləri vardır. Mövqesiz say sistemində rəqəmlərin qiyməti ədəddə tutduğu mövqeyindən asılı deyildir və mövqeyinin dəyişməsinə baxmayaraq heç bir dəyişikliyə uğramır. Buna misal olaraq Roma say sistemini göstərmək olar. Məsələn CXCX ədəddində C bütün mövqelərdə yüzə bərabərdir.