İkilik say sistemi: Zamanının görkəmli alimləri digər say sistemləri haqqında araşdırmalar aparmışlar, çünki ikilik say sistemi də maraqlı olmaqla yanaşı diqqəti özünə cəlb edirdi. İkilik say sisteminin əlamətləri və yazılı göstərilməsi ilə bir çox riyaziyyatçılar, o cümlədən fransız alimi Blez Paskal, alman riyaziyyatçısı Q.F.Leybnis və isveç riyaziyyatçısı İohan Bernulli də məşğul olmuşlar. C on Vallis
İkilik say sistemininin əsasını iki rəqəmi təşkil edir. Bu sistemdə istənilən ədəd 0 və 1 rəqəmlərinin vasitəsilə ifadə olunur. Ona görə də hər bir böyük tərtib özündən kiçik qonşu tərtibdən iki dəfə böyükdür.
Səkkizlik say sistemi: Səkkizlik say sistemində ədədlər 0,1,2,3,4,5,6,7 rəqəmlərinin vasitəsilə yazılır. Sistemin əsası isə səkkiz götürülür. Bu say sistemində bütün ədədlər göstərilən rəqəmlərin ardıcıllığı ilə yazılmaqla tam və kəsr hissələr vergüllə ayrılır. Hər bir böyük tərtib özündən kiçik qonşu tərtibdən səkkiz dəfə böyükdür.
Bu açıqlamaları digər müxtəlif əsaslı say sistemlərinədə tətbiq edə bilərik. Amma məqalənin uzanmaması üçün ən maraqlı hissəni yəni, bir say sistemindən digər say sisteminə indiyə qədər öyrəndiyim bütün qaydaları ən asan yolları ilə birlikdə yazıb izah etməyə çalışacam.
Bir say sistemindən digər say sisteminə keçid:
Ümumiyyətlə fərqli ədəbiyyatlarda fərqli müəlliflərdən fərqli yollar görə bilərsiniz bu mövzuda.Demək olar ki, əksəriyyəti qəliz riyazi hesablamaları əks etdirir özündə.Bu mövzu əksər sahələrdə öz əksini tapmışdır.İnformatika,Riyaziyyat,IT,Sistem və Şəbəkə Adminstratorluğu və s.Və bu ixtisasları tədris edən hər bir müəllim demək olar ki, fərqli üsullarla göstrərir.Bu isə gündən günə say sistemlərində yeni keçid növlərinin çıxması üçün zəmin yaradır.Nədə olsa işin özü riyaziyyatdır deyə həll yolu çoxdur))