10-luq say sistemindən istənilən say sisteminə,istənilən say sistemindən 10-luq say sisteminə keçid: Bölmə Qaydası Onluq say sistemindən digər say sisteminə keçmək üçün həmin ədədi yeni say sisteminin əsasına bölmək və alınan cavabları o vaxta qədər bölmək lazımdır alınan nəticə yeni say sisteminin əsasından kiçik olsun. Qısacası hansı say sisteminə keçiriksə ona bölə bölə gedirik və alınan qalıqları sağdan sola sıra ilə yazırıq.Buda bizim cavabımız olur Məsələn: 259(onluq say sistemi) ədədini öncə 2-lik,8-lik və 16-lıq say sisteminə keçirək.
Onluq say sistemində olan 259 ədədini keçirmək istədiyimiz say sisteminə yəni hal hazırda keçirdiyimiz 2-lik say sisteminin əsası olan 2-yə bölə-bölə gedirik.O zamana qədər bölürük ki, sonuncu aldığımız qismət(bölmə əməlində cavaba qismət deyilir) əsasdan kiçik olsun.Və ən son aldığımız cavabdan yəni birdən başlayaraq sola doğru qalıqları sıra ilə yazırıq. Yəni 259 ədədimiz ikilik say sistemində belə olacaq: 259 (onluq say sistemində) = 100 000 011 (ikilik say sistemində) Bu üsulu eyni ədədi 8-lik say sisteminə keçirməklə tətbiq edək:
Eyni qaydanı burda tətbiq edirik.Onluq say sistemində olan ədədimizi keçirmək istədiyimiz say sisteminin əsasına bölə bölə gedirik.O qədər gedirik ki, alınan qismət(bölmə əməlində cavabı qismət adlandırırlar)əsasdan kiçik olsun.Daha da sadə desək say sisteminin əsasına tam bölünməsin.Və 8-ə böldükdə 259 ədədinin 8-lik say sistemində: 259(onluq say sistemində) = 403(səkkizlik say sistemində) bərabər olduğunu görürük. Bu qaydanı tam anlamaq üçün 16-lıq say sistemindədə tətbiq edək:
16-lıq say sisteminədə keçirdikdə görürük ki, 259 (onluq say sistemində) = 103(onaltılıq say sistemində) bərabər olur. Qeyd: 16-lıq say sistemində 10 ədədini - A 11 ədədini - B 12 ədədini - C 13 ədədini - D 14 ədədini - E 15 ədədini - F əvəz edir. Və bu üsulda 16-a böldükdə qalıqda 9 dan böyük hər hansına ədəd alınarsa yuxarıda qeyd etdiyim hərflər yazılır.Məsələn qalıqda 13 alınarsa,13 yerinə D yazılır. Təbiki bu qaydanı istənilən ədədə və istənilən say sisteminə keçirmək üçün tətbiq etmək olar.Sadəcə üsulu analiz etdikdə görürük ki, böyük rəqəmlər və kiçik say sistemləri olsa bu üsul əlvərişsiz olar.Və çox vaxt olar.Çünki biz onluq say sistemində olan 345910564 ədədini ikilik say sisteminə keçirmək istəsək onu ikiyə bölə-bölə getməliyik.Buda aydın məsələdir ki, çox vaxt lazımsız vasitə israfı aparacaq.Yəni ki, bu üsul böyük ədədlərlə işləmək üçün yararsızdır.