Qüvvət üsulu 2 Onluq say sistemindən ikiliyə,ikilikdən onluq say sisteminə daha sürətli keçid etmək üçün bir üsul daha var.Bu üsuldan məqalənin növbəti hissəsindəd digər say sistemlərindən digər say sistemlərinə keçid edəndə də istifadə edəcəyik.Bu üsulun bu yaxınlarda Sistem və Şəbəkə adminstratorluğunda IP və alt şəbəkə maskalarının hesablanması zamanıda istifadə olunduğunu da öyrənmişəm. Üsul bundan ibarətdir: İkilik say sistemində olan ədədin rəqəmlərinin üzərinə 1 dən başlayaraq ikinin qüvvətlərini yazırıq.Və 0 ların üstündən xətt çəkib.1 olanların üzərindəki ədədləri toplayırıq.Aldığımız ədəd ikilik say sistemində olan ədədimizin onluq say sistemindəki qarşılığı olur. Nümunədə buna nəzər yetirsək: 1-lərin üzərindəkiləri topladıq,0-ları sildik.Aldığınmız 259 (onluq say sistemində) ədədi cavabımız oldu. Bu prosesi tərsinədə həyata keçirə bilərik.Sadəcə bu proses böyük rəqəmlər üçün əlverişsizdir.Ona görə nümunədə 259 ədədini yox,daha kiçik bir ədəd göstərəcəm. Onluq say sistemində olan ədədin üstünə ikinin qüvvətlərini yazırıq.Onluq say sistemində olan ədədi qüvvətlərdən hansını toplasaq alarıqsa,onların yerinə 1 digərlərinin yerinə isə sıfır yazarıq.Və beləcə onluq say sistemimizdə olan ədədimiz,ikilik say sisteminə keçid etmiş olar. 16 ilə 4-ü toplayıb ala bildiyimizi görürük.Ona görə 16 və 4-ün yerinə 1 qoyub,digərlərinin yerinə isə 0 yazırıq. Aldığımız ədəd 10100 (ikilik say sistemində) oldu. Beləliklə 10-luq say sistemindən 2-lik say sisteminə keçid etməkdən danışdıq.Bəzi qaydalarda isə 2-dən 10-luq say sisteminə keçid etməyədə baxdıq. İndi isə 10-luq say sistemindən istənilən say sisteminə keçid edəndə istifadə etdiyimiz bölmə üsulu kimi universal olan hər ədəddə işləyən bir üsulu,istənilən say sistemindən 10-luq say sisteminə keçəndə tətbiq edək və bu üsuldan danışaq.