İpf-b17 Optimallaşdırma üsulları


İPF-B22 İnformasiya sistemləri -



Yüklə 448,42 Kb.
Pdf görüntüsü
səhifə19/23
tarix03.05.2023
ölçüsü448,42 Kb.
#106612
1   ...   15   16   17   18   19   20   21   22   23
AU Riy ve inf kaf fenlerin tesviri

İPF-B22
İnformasiya sistemləri - 4 kredit (60 saat)
Bazar iqtisadiyyatında iş prosesinin və idarəetmənin təşkili prinsiplərini, təyinatı 
üzrə informasiya sistemlərinin yaradılması, həmçinin hesablama texnikası 
vasitələrindən professional fəaliyyətlərində istifadə etmək bacarığı, kompüter 
sistemləri, proqram təminatı, informasiya sistemləri və süni intellekt haqqında 
biliklərə yiyələnmək vacibdir.
Baxılan predmetin tədrisində də məhz əsas məqsəd tələbələrə informasiya və 
informasiya- idarəetmə sistemlərinin işlənməsi və istifadəyə verilməsi prinsipləri
üsulları və yanaşmaların öyrədilməsindən ibarətdir. Nəzərə almaq lazımdır ki, 
informasiya sistemlərinin təyinatından asılı olmayaraq hazırlanması ümumi qəbul 
olunmuş standartlar əsasında ən yüksək kompüter texnologiyası vasitəsi ilə həyata 
keçirilməlidir.


İSF-B01
Sistem analizi və dizayn - 6 kredit (90 saat) 
Fənn, Sistem və onun xassələri, Sistem yanaşma, Sistem modelləşdirməsi, 
Mürəkkəb sistemlərdə qərar qəbul edilməsi, Sistem analizində riyazi metodlardan 
istifadəsi və s. kimi bölmələrdən ibarətdir. Sistemli yanaşma məsələsi –sistemin 
səmərəli işinin təmin edilməsindən ibarətdir və tədqiqi üçün stuktur və funksional 
yanaçma mövcuddur.Struktur yanaşma zamanı elementlərin tərkibi və onlar 
arasında əlaqələr aşkar olunmalıdır. Funksional yanaşma sistemin məqsədə çatmaq 
üçün davranış alqoritmlərinə baxılır. Məqsəd tələbələrdə sistem təfəkkürünün 
formalaşması və mürəkkəb sistem nəzəriyyəsi problemlərinin işlənməsi 
istiqamətində bacarıqların inkişaf etdirilməsidir.
İPSF-B01
Təsadüfi proseslərin riyazi modelləri - 4 kredit (60 saat)
Təsadüfi proseslərin riyazi modellərinin tədqiqi, təsadüfi və qeyri-müəyyən 
proseslərin təhlili məsələlərinin həlli üçün müxtəlif riyazi nəzəriyyələr istifadə 
edilir: ehtimal nəzəriyyəsi, riyazi statistika, stoxastik proqramlaşdırma, kütləvi 
xidmət prosesləri, oyunlar nəzəriyyəsi,dinamik proqramlaşdırma və s. Proqramda 
bütün bölmələr üzrə müxtəlif üsulların və onların alqoritmlərinin öyrənilməsi, 
habelə onların praktiki məsələlərin həlli üçün tətbiqi nəzərdə tutulur.

Yüklə 448,42 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin