İpf-b17 Optimallaşdırma üsulları


İPF-B01, İPF-B02 , İPF-B03



Yüklə 448,42 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix03.05.2023
ölçüsü448,42 Kb.
#106612
1   2   3   4   5   6   7   8   9   ...   23
AU Riy ve inf kaf fenlerin tesviri

İPF-B01, İPF-B02 , İPF-B03
Riyaziyyat I, II, III - 14 kredit (165 saat) 
Mühəndislik ixtisaslarında riyaziyyat fənni bir sıra fənlərin sintezindən təşkil 
olunur. Belə ki, bura Analitik həndəsə , Cəbr , Riyazi analiz , Ehtimal nəzəriyyəsi 
və riyazi statistika , Diferensial tənliklər fənlərinin əsas hissələri daxil edilir. Ali 
riyaziyyat kursunu başa vuran tələbələr matris və determinantlar, vektorlar cəbri, 
funksiyanın limiti, törəməsi, müəyyən və qeyri-müəyyən inteqralı, çoxdəyişənli 
funksiya, adi diferensial tənliklər, ehtimal nəzəriyyəsinin əsas anlayışları, tam 
ehtimal düsturu, Bayes, Bernulli düsturları və s. aid məsələ və misalları həll etmək 
bacarığına malik olurlar.
İPF-B04
Xətti cəbr və riyazi analiz - 6 kredit (90 saat) 
Fənnin əhatə dairəsinə xətti cəbr və riyazi analizin əsas mövzuları olan matris, 
determinant, XCTS-nin həlli, kvadratik formalar, xətti fəza, funksiyanın limiti, 
törəməsi, inteqralı və onların tətbiq sahələri ilə bağlı vərdiş və bacarıqlar 
formalaşdırılması daxildir. Kursu başa vuran tələbələr müxtəlif ölçülü və tərtibli 
matrislər üzərində əməllərin yerinə yetirilməsi və determinantların hesablanması, 
XCTS-nin müxtəlif üsullarla həll edilməsi, birdəyişənli və çoxdəyişənli 
funksiyanın ekstremumunun tapılması, müəyyən, qeyri-müəyyən inteqralların 
hesablanması və onların tətbiqi ilə bağlı məsələlərin həlli bacarıqlarına 
yiyələnirlər. 
 


İPF-B09, İPF-B10
 Cəbr və ədədlər nəzəriyyəsi I, II - 15 kredit (195 saat)
Ədədlər nəzəriyyəsi riyaziyyatın tam ədədləri, onların xassələrini öyrənən klassik 
sahəsidir. Ədədlər nəzəriyyəsi cəbr ilə elə qaynayıb – qarışıb ki, onu cəbrdən 
ayırmaq çətindir. Çox vaxt ədədlər nəzəriyyəsi cəbr fənninin tərkib hissəsi kimi 
öyrənilir. Beləliklə, kursda iştirak edən tələbələr müxtəlif təbiətli çoxluqlarda təyin 
edilən cəbri əməl və onların xassələrini öyrənməklə müəyyən vərdiş və bacarıqlara 
malik olurlar. Onlar həmçinin kompleks ədədlər meydanı, determinant və matrislər 
cəbri, XCTS-nin həll üsulları, çoxhədli və onun köklərinin axtarılması, kvadratik 
formalar, xətti fəza və xətti operator, məxsusi ədəd və məxsusi vektor və s. 
bölmələri ilə bağlı məlumatlı olurlar.

Yüklə 448,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin