proqramlaşdırma dilləri, həmçinin sistem proqram təminatının əsası olan əməliyyat
sistemlərinin öyrədilməsidir.
İPF-B26
Müasir proqramlaşdırma dilləri - 8 kredit (105 saat)
Kursda iştirak edən tələbələrə alqoritmik dillərin təsnifatı, müxtəlif
proqramlaşdırma üslubları mövzuları tədris olunur. Onların
müasir proqram
layihələri hazırlaya bilmək bacarıqlara yiyələnmələrinə xüsusi diqqət yetirilir.
Kursun sonunda tələbələr alqoritmik dillərin sintaksisi, semantikası, proqramların
strukturu, translyasiya üsulları ilə bağlı nəzəri biliklər və praktiki bacarıqlar əldə
edir,
object Pascal-Delpi, C, C++ dilləri haqqında məlumatlı olur, bu dillərin
imkanları haqqında nəzəri və praktiki bilik və bacarıqlara malik olur, qeyd olunan
proqram təminatı vasitələrindən istifadə etməklə müasir proqram məhsulları
yaratmağı bacarırlar.
İPSF-B01
Web proqramlaşdırma I, II - 13 kredit (120 saat)
Veb
platformada işin təşkili, müxtəlif sayt və portallarla gündəlik təmaslar
günümüzün reallığıdır. Veb səhifələrin dizaynı, sayt və portalların yaradılması
texnologiyaları, saytların dinamik idarə olunması, saytların təhlükəsizliyinin təmin
olunması müasir dövrün ən aktual məsələlərindəndir. Bu kursda da
məhz sadalanan
problemlərin həllini bacaracaq mütəxəssislər hazırlamaq üçün bilik və bacarıqların
öyrədilməsi nəzərdə tutulur. Kursda iştirak edən tələbələrə əsasən HTML, CSS,
PHP
platformalarında
veb
proqramlaşdırma
bilik
və
bacarıqlarının
mənimsədilməsinə xüsusi diqqət yetirilir.
Dostları ilə paylaş: