Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
  1   2   3   4   5   6   7   8   9   ...   29
Şahin Fərzəıiyev




AZƏRBAYCAN SSR ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTU 
ŞAHİN FƏRZƏLİYEV 
AZƏRBAYCAN 
XV-XVI ƏSRLƏRDƏ 
 
 
 
(Həsən bəy Rumlunun ―Əhsənüt-təvarix‖ əsəri üzrə) 
―Elm‖ nəşriyyatı 
Bakı - 1983



Azərbaycan SSR Elmlər Akademiyası
Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap olunur 
Redaktoru tarix elmlər doktoru O. Ə. Əfəndiyev 
© ―Elm‖ nəşriyyatı, 1983. 



GİRİŞ 
 
Azərbaycanın orta əsrlər ictimai-iqtisadi və siyasi
tarixini öyrənmək 
tarixşünaslıq elminin qarşısında duran vacib vəzifələrdən biri kimi geniş elmi-
tədqiqat işi tələb edir. 
XVI əsrdə yaranan Azərbaycan Səfəvi dövlətinin və vilavasitə ondan 
qabaqkı dövrdə - XV əsrdə mövcud olmuş feodal dövlətlərinin tarixini əks 
etdirmək üçün dövrün yazılı abidələri əsas götürülməli, hərtərəfli tədqiq 
edilməlidir. Bu işin öhdəsindən gəlməkdən ötrü yeganə vasitə marksizm-leninizm 
metodologiyası və tarixi materializmdir. 
Tarixi tədqiqatın əsasını təşkil edən mənbələrin öyrənilməsi tarixçilərin 
qarşısında duran zəruri bir vəzifədir. Mənbələrdə olan məlumat müəyyən dövrün 
ictimai-iqtisadi, siyasi və mədəni həyatı ilə əlaqəli sürətdə, başqa mənbə və 
faktlarla müqayisəli şəkildə araşdırılmalıdır. ―Mənbəşünaslıq tarixi mənbələr, 
onların aşkar olunması, öyrənilməsi və tarixçinin əsərində istifadə edilməsi 
haqqında elmdir‖
1

Mənbəşünaslıq sahəsində Azərbaycanda artıq ilk addımlar atılmışdır. Ə.Ə. 
Rəhmaninin ―İsgəndər Münşinin ―Tarix-i aləm aray-i Abbasi‖ əsəri Azərbaycan 
tarixinin mənbəyi kimi‖, R.Ə. Hüseynovun ―XII – XIII əsr Suriya mənbələri 
Azərbaycan haqqında‖, İ.P. Behzadinin ―Ravəndinin ―Rahətüs-südür və ayətüs-
sürür‖ əsəri tarixi bir mənbə kimi‖, M.İ. Şəmsinin ―Şərəf xan Bidlisinin 
―Şərəfnamə‖ əsəri kürd xalqının tarixi mənbəyi kimi‖ adlı tədqiqat əsərlərində 
müvafiq mənbələr hərtərəfli tədqiq edilmişdir. 
Orta əsr tarixi mənbələri arasında azərbaycanlı tarixçi Həsən bəy 
Rumlunun ―Əhsənüt-təvarix‖ (―Tarixlərin ən yaxşısı‖) əsəri də xüsusi yer tutur. 
Fars dilində yazılmış bu mənbənin dövrümüzə qədər gəlib çatmış son iki cildində 
Şirvan, Şəki və Azərbaycanın cənub vilayətlərinin tarixi təsvir olunmuşdur. Qeyd 
etmək lazımdır ki, Həsən bəy Rumlu dövlət quruluşu, iqtisadi vəziyyət, feodal 
münasibətləri, ordu və siyasi tarix haqqında qiymətli məlumat verən müəllifdir. 
Onun qələmə aldığı bir sıra məsələlər dövrün başqa tarixçilərinin kitablarında ya 
tamamilə öz əksini tapmamış, ya da çox ötəri qeyd edilmişdir. 
Bizim məhz ―Əhsənüt-təvarix‖ əsərini bir mənbə kimi araşdırmağımızın 
bir neçə səbəbi vardır: azərbaycanlı tarixçinin yaratdığı salnamənin hərtərəfli 
tədqiq edilməsi tariximizin iki mürəkkəb əsrinin öyrənilməsində olduqca 
səciyyəvidir, ona görə ki, bu əsərdə hələ az araşdırılmış dövrlərdən biri olan XV – 
XVI əsrlərə dair bol material vardır; salnamədə qaraqoyunlu-ağqoyunlu, 
ağqoyunlu-səfəvi münasibətləri yaxşı işıqlandırılmış, Şirvan və Şəkinin tarixinə 
dair zəngin məlumat verilmişdir; müəllif 1405 – 1578-ci illərdə Azərbaycana 
qonşu dövlətlər haqqında da orijinal material vermişdir ki, bunlar Azərbaycanın 
1
Источниковедение. Теоретические и методические проблемы, М., 1969, səh. 14. 



həmin dövlətlərlə olan münasibətini aydınlaşdırmağa imkan yaradır; Həsən bəy 
Rumlu orta əsr tarixçilərinə xas təmtəraqlı ibarələr işlətmək ənənəsindən nisbətən 
uzaq olduğundan quru sözcülüyə az uyur və hadisələrin konkret ifadəsinə çalışır; 
əsər dilinin sadəliyinə görə də başqa mənbələrdən fərqlənir; hadisələrin təsvirində 
xronoloji ardıcıllığa riayət olunmuşdur; mənbədə məşhur şəxsiyyətlər, o cümlədən 
şairlər, tarixçilər, alimlər haqqında bioqrafik qeydlər edilmişdir; dünyanın bir çox 
şərqşünasının ―Əhsənüt-təvarix‖ə dönə-dönə müraciət etməsi faktı da onun 
əhəmiyyətini göstərən amillərdən biridir; ancaq salnamənin tarixşünaslıqda çoxdan 
bəlli olmasına və ondan geniş istifadə edilməsinə baxmayaraq, indiyədək bu 
mənbənin həqiqi qiymətinin verildiyi monoqrafik elmi-tədqiqat işi yoxdur. Məhz 
bu səbəblərə görə həmin əsər bizim tərəfimizdən xüsusi tədqiqat obyekti kimi 
seçilmişdir. 
Həsən bəy Rumlu öz dövründən qabaq baş verən hadisələri qələmə 
alarkən, özündən əvvəlki tarixçilərin kitablarından kor-koranə istifadə etməmiş, 
əxz etdiyi kiçik bir əhvalatı belə diqqətlə öyrənmiş, hadisələrin təsvirinə əsasən 
tənqidi yanaşmış, yeri gəldikcə, bəzi müəlliflərin diqqətsizliyini də göstərmişdir. 
O, hətta mümkün qədər keçmiş döyüşçülərlə də görüşmüş, onların 
məlumatlarından səmərələnmişdir. Həsən bəy Rumlu görkəmli şəxsiyyətlərin həyat 
və fəaliyyətini işıqlandırarkən, tutduqları mövqedən asılı olmayaraq, onların bəlli 
müsbət və mənfi xüsusiyyətlərini obyektiv təsvir etməyə çalışır. Məsələn, I Şah 
Təhmasibin adət və xasiyyətindən bəhs edən müəllif onun xəsisliyini də 
göstərməkdən çəkinməmişdir. Həsən bər Rumlu II Şah İsmayılın qəddar, sərt və 
rəhmsiz bir şəxsiyyət olduğunu da nəzərə çatdırır. 
Həsən bəy Rumlunun yaşadığı dövrdə Azərbaycanda nisbətən qüdrətli 
Səfəvi dövləti yaradılsa da, sinfi mübarizə kəskinləşir, feodal araçəkişmələri yenə 
də davam edirdi. Hələ XV əsrdə Teymuri və başqa yadellilərin Azərbaycana tez-
tez etdikləri yürüşlər nəticəsində, onsuz da, var-yoxdan çıxarılan xalq, eyni 
zamanda yerli əyan və ruhanilər tərəfindən soyulurdu. Lakin göstərmək lazımdır 
ki, Həsən bəy Rumlunun bilavasitə fəaliyyətdə olduğu vaxtlarda başqa dövlətlərin, 
xüsusilə Osmanlı dövlətinin Azərbaycana hücumları dayandırılmış, 1555 – 1557-ci 
illər nisbətən sakitlik dövrü olmuşdur. Ancaq I Şah Təhmasib yerli qüvvələri 
səfərbərliyə alaraq, vaxtaşırı ətraf vilayətlərə hücum edir, nəticədə saysız-hesabsız 
tələfat baş verir, şəhər və kəndlər dağıdılır, yandırılırdı. Qızılbaşların kürdlər və 
gürcülər üzərinə etdiyi qarətçi yürüşlər və Həsən bəy Rumlunun şəxsi müşahidələri 
əsasında onun sonradan qələmə aldığı salnamədə öz əksini tapmışdır. 
―Əhsənüt-təvarix‖in öyrənilməsində hələ indiyədək tam həll olunmayan 
bəzi mübahisəli məsələlər vardır. Onlardan biri vaxtilə salnaməni təşkil etmiş 
cildlərin sayını və dövrümüzə qədər gəlib çatmayan 8 cildin həqiqətən də bir 
zamanlar olduğunu aydınlaşdırmaqdır. Eyni zamanda Həsən bəy Rumlunun bir 
tarixçi kimi yaxşı üslubu, dünyagörüşü, həyatı haqqında məlumat vermək də bu 
sətirlərin müəllifinin məqsədlərindən biridir. 



İctimai vəziyyətinə görə Həsən bəy Rumlu yüksək feodal təbəqəsinə 
mənsub olmuşdur. Buna görə də, təbiidir ki, ―Əhsənüt-təvarix‖ əsərində, əsasən, 
feodal sinfinin mənafeyi müdafiə edilmiş, xalq kütlələrinin apardığı mübarizəyə 
mənfi münasibət bəslənilmişdir. Müəllif buna görə də, mənbənin tədqiq edilməsinə 
sinfi baxımdan yanaşmağı qarşısında duran əsas məsələlərdən biri hesab etmişdir. 
Monoqrafiya üzərində işlənərkən Azərbaycanın XV – XVI əsrlər tarixinə 
aid əksər tarixi mənbələrdən də səmərəli şəkildə istifadə edilmişdir. Qaraqoyunlu, 
Ağqoyunlu, Səfəvi, Şirvan və Şəki hökmdarlarının şəcərə cədvəlləri, müxtəlif tayfa 
və qəbilə adları, bir çox islahatlar və Həsən bəy Rumlunun işlətdiyi Azərbaycan 
sözlərinin siyahısı kitabın sonuna əlavə edilmişdir. 
Əsərin yazılması və çapa hazırlanmasında Azərbaycan SSR-in əməkdar 
elm xadimi, Azərbaycan SSR EA-nın akademiki Ə.Ə. Əlizadənin, prof. İ.P. 
Petruşevskinin, tarix elmləri namizədi O.F. Akimuşkinin, Azərbaycanın XIII – 
XVIII əsrlər tarixi‖ şöbəsinin əməkdaşlarından tarix elmləri doktorları O.Ə 
Əfəndiyevin, Ə.Ə. Rəhmaninin, M.X. Heydərovun, tarix elmləri namizədləri S.M. 
Onullahinin və V.Z. Piriyevin bir sıra qeyd və arzuları nəzərə alınmışdır. Müəllif 
onlara öz dərin minnətdarlığını bildirir. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin