Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   2   3   4   5   6   7   8   9   ...   29
Şahin Fərzəıiyev

 
III FƏSİL 
 
“ƏHSƏNÜT-TƏVARİX” ƏSƏRİ 
XV—XVI ƏSRLƏR AZƏRBAYCANININ
İCTİMAİ-İQTİSADİ VƏ SİYASİ TARİXİNİN MƏNBƏYİ KİMİ 
 
1. Dövlət quruluşu məsələləri: Tarixən məlumdur ki, XV əsrdə 
Azərbaycan ərazisində böyük qüdrətə malik olan Dərbəndi-şirvanşahlar (1382—
1538), Qaraqoyunlu (1410—1468) və Ağqoyunlu (1468—1501) kimi üç sülalə 
hökmranlıq etmiş, XVI əsrdən isə Səfəvilərin hakimiyyəti başlanmışdı. Şirvanşah I 
İbrahimin hakimiyyətindən başlayaraq bütün XV əsr boyu Şirvan ―öz iqtisadi və 
siyasi çiçəklənmə dövrünü keçirməkdə idi‖ [36, 180; 26, 395]. Şirvanşahlar ölkədə 
mütləq hakim hesab olunurdular. Həsən bəy Rumlu və başqa orta əsr tarixçiləri 
Şirvanşahı çox vaxt ―padşah, vali, hakim, sultan‖ titulları ilə adlandırmışlar [64, 
184b, 195b, 197a, 98, 125a; 60, 442b; 81, 234b; 74, 79]. Kitabələr də I İbrahimin 
―sultan, sultanül-əzəm‖ titulu daşıdığını təsbit edir [10, 12, 131]. Azərbaycanda 
12
Monoqrafiyanın bu fəsli işlənərkən, Həsən bəy Rumlunun yaşadığı dövrün məhsulu olan əsərlərə, o 
cümlədən ―Təzkire-yi Şah Təhmasib‖, ―Cəvahirəl-əxbar‖, ―Təkmilətül-əxbar‖ kitablarına da müraciət 
edildi. Məlum oldu ki, bu əsərlər və ―Əhsənüt-təvarix‖ biri digəri üçün tarixi mənbə rolu oynamamışlar. 


28 
istər qaraqoyunlu, ağqoyunlu, istərsə də Səfəvi hakimiyyətinin ilk dövrlərində 
şirvanşahlar daim müstəqil qalmağa çalışır, asılı vəziyyətə düşməməyə səy 
edirdilər. Məhz buna görə də Şirvan nicbətən dinc həyat tərzi keçirmiş və onun 
bəzi başqa dövlətlərdən asılılığı nominal xarakter daşımışdır. Qaraqoyunlu və 
Ağqoyunlu dövlətlərində isə feodal araçəkişmələri, saray hərc-mərcliyi, müxtəlif 
ziddiyyətlər iqtisadi və siyasi həyatın normal inkişafına daim mane olmuşdur. 
İndi XV-XVI əsrlərdə Azərbaycanda hökm sürən əsas feodal sinfi 
nümayəndələrinin dövlətin idarə edilməsində rolu və onların fəaliyyətinin, əsasən, 
―Əhsənüt-təvarix‖ əsərində necə əks olunması barədə məlumat verək: 
Şah: O, Azərbaycan feodal dövlətlərinə ümumi rəhbərlik edir və orta əsr 
tarixçilərinin, o cümlədən Həsən bəy Rumlunun göstərdiyi kimi, ―padşah, sultan, 
vali‖, bəzən də ―hakim‖ adlanırdı. XVI əsrin başlanğıcında şiə dininin Qızılbaş 
dövlətində yeganə dövlət və millət təriqəti qəbul edilməsi dövlət aparatının 
mərkəzləşdirilməsinə və mərkəzi hakimiyyətin XV əsrə nisbətən olduqca 
qüvvətlənməsinə gətirib çıxardı. Şəriətə görə şah ölkədəki torpaq və suyun baş 
mülkiyyətçisi sayılırdı; o, ölkənin ən böyük feodalı idi [52, 127, 103]. 
Səltənət irsən şahdan şahzadəyə keçir və beləliklə də, şahlıq özündə 
mütləq monarxiya xüsusiyyətini əks etdirirdi. Hökmdar hakimiyyəti altındakı 
yerləri yuxarı təbəqədən olan əyanlar vasitəsilə idarə edir, məmləkətin yeganə 
varisi sayılırdı [64, 168a, 248a; 65, 182]. 
XV-XVI əsrlərin məhsulu olan bəzi kitablarda, o cümlədən XVI əsr 
mənbəyi ―Name-yi nami‖ əsərində ali təbəqənin ―sultanlar, əmirlər, sədrlər, 
vəzirlər və saraya yaxın şəxslər‖ olduğu göstərilir [69, 13]. 
Şah mühüm məsələlərin həlli üçün dövlət başçıları ilə məşvərət edir, sədr, 
vəzir, hakim və başqa məsul şəxslərin rəy və təkliflərinə qulaq asırdı [64, 263a, 
263b; 76, 156]. Ancaq, şübhəsiz, həlledici söz şahın olardı. 
O, adətən, dövlətin paytaxt adlanan əsas şəhərində yaşayır, qışlaq və 
yaylaq yerlərinə getməyi nəzərə alınmazsa, əsasən, müharibə vaxtı şəhəri tərk 
edirdi. Məsələn, qaraqoyunlu və ağqoyunlu hökmdarları Təbrizdə, I Şah İsmayıl 
Təbrizdə, I Şah Təhmasib Təbriz və Qəzvində, II Şah İsmayıl Qəzvində, Şəki 
hakimləri Şəkidə, şirvanşahlar I İbrahim, I Xəlilullah, Fərrux Yasar, II İbrahim, II 
Xəlilullah və Şahruq vaxtlarının çoxunu Şamaxıda keçirmişlər. 
Bəzən kütləvi ölümlərə səbəb olan xəstəliklərə görə də şah müvəqqəti 
olaraq şəhərdən çıxırdı. 841 (1437/38)-ci ildə Təbriz vilayətində taun yayıldığı 
üçün Cahanşah paytaxtdan çıxmış və bir müddət Bərdədə qalmışdı [64, 220b] 
Bir-birindən asılı olan dövlət başçıları arasında ―şərtnamə‖ yazılır və bu 
sənədlə birinin digərindən asılılığı nəzərə çatdırılırdı. Belə ki, 894 (1488/89)-cü 
ildə Fərrux Yasar və Yaqub Ağqoyunlu arasında yazılmış, şərtnamədə birinci 
tərəfin asılılığı aydın nəzərə çarpır: ―...Söz verirəm ki, dostun olum, səninlə yaxşı 
yola gedim, vəd etdiyim 5000 Təbriz tüməni [məbləğində pulu hər il] 
gecikdirmədən göndərim‖ [66, 624-625] 


29 
Şah öldükdə bir qayda olaraq çaxnaşma düşür, başqa ölkə hökmdarları, 
yaxud şahın övladları, xüsusilə qüdrətli əmir və yüksək vəzifə sahibləri taxtı öz 
xeyirlərinə ələ keçirməyə çalışırdılar [64, 248b; 65, 136, 463-475]. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin