Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   2   3   4   5   6   7   8   9   10   ...   29
Şahin Fərzəıiyev

Əmirül-üməra: (XV-XVI əsrlərdə Azərbaycanda dövlətin idarə 
olunmasında şahdan sonra birinci yerdə əmirül-üməra durur və ölkənin hərbi 
qüvvələrinə başçılıq edirdi [36, 198; 30, 77]. ―Əhsənüt-təvarix‖ və dövrün başqa 
mənbələrində böyük səlahiyyətə malik olan bu vəzifənin sahibi ―məlikul-üməra, 
məlik-i əzəm, əmir-i bozorg, əmir-i əzəm‖ adlandırılmış [66, 126, 235; 61, 288] və 
―ölkə işlərinin idarəsi‖nin onun əlində olduğu göstərilmişdir [65, 185] 
Həsən bəy Rumluya görə əmirül-üməraya məxsus olan möhür ―ali divanın 
başqa möhürlərindən yuxarıda vurulurdu‖ [65, 107]. 
XV-XVI əsrlər boyu əmirül-üməra ölkədəki ən yüksək vəzifələrdən biri 
sayılırdı. Qaraqoyunlu dövlətinin ilk vaxtlarında bu dövlətin əmirül-üməraları 
Bəstam Cagirlu [66, 37, 46] və Əmir Qaraman [66, 115] olmuş və onlar ayrı-ayrı 
vaxtlarda bu vəzifəni icra etmişlər. 
Baysunqur Ağqoyunlunun əmirül-ümərası Fərrux bəy adlı bir əmir 
olmuşdur [66, 630] 
Həsən bəy Rumlu əmirül-üməranın dövlətdə əsas sima olduğunu göstərir. 
Belə ki, Qara Yusif əsir aldığı Sultan Əhməd Cəlayirini öldürmək istəmədiyinə 
baxmayaraq, əmirül-üməra Bəstam Cagirlunun istəyinə qarşı durmaqdan çəkinmiş 
və ölüm hökmü verməyə məcbur olmuşdu [66, 68]. 
Bizim müəllifə görə, əmirül-üməra ―dövlətin ixtiyar sahibi‖ idi [66, 126, 
184]. 930 (1523/24)-cu ildə vəzir Cəlaləddin Xandəmir Təbrizinin yandırılıb həlak 
edilməsinə səbəb əmirül-üməra Div sultan Rumlunun hökmü olmuşdu [66, 184]. 
XV əsrdə əmirül-üməra mənsəbinin iki şəxs tərəfindən icra edilməsi 
faktına təsadüf olunmursa, XVI əsrin müəyyən illərində əmirül-üməralığın şərikli 
aparılması halına rast gəlinir. Mənbələrin məlumatına görə, 906 (1500/01)-cı ildə 
İsmayıl Səfəvi Şirvanı alarkən, onun döyüşçülərindən Hüseyn bəy Şamlu və Abdal 
bəy Dədə əmirül-üməra idilər [98, 137a; 61, 288]. 936 (1529/30)-cı ildə isə I Şah 
Təhmasib öz bacısı oğlanları Hüseyn xan və Abdulla xanı əmirül-üməra etmişdi
[65, 238; 81, 256b; 58, 49]. 
Bu vaxta qədər tədqiqat əsərlərində əmirül-üməra vəzifəsinin şərikli 
aparılmasına dair mülahizə yürüdülməmişdir. Ancaq yuxarıda yazılan məlumatdan 
görünür ki, müəyyən müddətdə bu vəzifə müştərək icra edilmişdir. Fikrimizin 


31 
sübutu üçün bir daha mənbəyə müraciət edək: Əbdi bəy Şirazi yazır: ―Mustafa 
sultan Ustaclı əmirül-üməralıqda Div sultana şərik oldu, lakin bu vəzifədə Div 
sultan daha üstün idi‖ [81, 252b]. 
Mənbələrdə əmirül-üməra mənsəbi bəzən vəkalət və divan əmiri 
vəzifələrinin sinonimi kimi də göstərilir. Məsələn, Həsən bəy Rumlu yazır ki, Div 
sultan gəncliyində I Şah Təhmasibin əmirül-ümərası idi [65, 184]. Müəllif azacıq 
sonrakı izahında Divin vəkil olduğunu bildirir [65, 187—188]. ―Lübbət-təvarix‖ 
əsərində Hüseyn bəy Şamlunun I Şah İsmayılın əmirül-ümərası olduğu göstərilmiş 
[98, 137]. Sonradan isə o, divan əmiri kimi qələmə verilmişdir [98, 144]. Bu 
misaldan başqa Mir Yəhya Qəzvini yazır: ―Divan əmiri olan Çayan sultan Ustaclu 
930 (1523/24)-cu ildə vəfat etdi, onun yerini oğlu Bayazid sultana verdilər. O da 
bir neçə gündən sonra öldü və əmirül-üməralıq mənsəbinə Div sultan Rumlu təyin 
olundu‖ [98, 150]. Əbdi bəy Şirazi də Divin əmirül-üməra və vəkil olduğunu yazır 
[81, 253b]. 
Fikrimizcə, əmirül-üməranın vəkil adlandırılması ilə razılaşmaq olar, 
çünki hakimiyyətinin başlanğıcında I Şah Təhmasibin əmirül-üməraları bir növ 
onun vəkilləri olmuşlar ki, bütün işləri gənc və təcrübəsiz şahın adından 
aparırdılar. Ancaq orta əsr tarixçiləri tərəfindən əmirül-üməralığın divan əmiri 
mənsəbi ilə eyniləşdirilməsi düzgün deyildir ki, bu barədə ―Divan əmiri‖ bəhsində 
danışılacaqdır. 
Sədr: Dövlətdə tutduğu mövqeyinə görə XVI əsr Səfəvi dövlətində 
əmirül-üməradan sonrakı yer sədrə məxsus olmuşdur. Lakin XV əsr Qaraqoyunlu 
və Ağqoyunlu dövlətlərində sədarət mənsəbini aparan şəxsin rolu bir əsr sonrakı 
sədrin rolundan fərqlənir və elə böyük üstünlüyə malik deyildi. Mənbələrdə hətta 
XV əsr Azərbaycan feodal dövlətlərində vəkil və vəzirin tutduğu mövqeyin sədrə 
nisbətən daha üstün olduğu aşkar nəzərə çarpır və sədrin fəaliyyəti, əsasən, 
göstərilmir. 
Tarixçilərin əksəriyyəti bu vəzifəni ―yüksək vəzifə‖ adlandırmışdır [65, 
110; 84, 549; 97, 126]. Ümumiyyətlə, Həsən bəy Rumlu və başqalarının 
əsərlərində Qaraqoyunlu dövlətində sədrin oynadığı rol az işıqlandırılmışdır, lakin 
Ağqoyunlu dövlət aparatında sədrin icra etdiyi vəzifənin ön plana çəkildiyinə işarə 
edilmişdir. Həsən bəy Rumlu ağqoyunlu sədri Qazi İsanı ―sədarət mənsəbi və dini 
işlər vəzifəsinin sahibi‖ adlandırır, lakin bir müddət sədrlik edən bu şəxsin 
səltənətdə ―ixtiyar sahibi‖ sayılan vəkil Sufi Xəlilin fərmanı ilə öldürülməsi [66, 
633; 84, 436; 88, 254] sədarət vəzifəsinin XV əsrdə hələ o qədər də möhkəm 
mövqe tutmadığını göstərir. 
Qaraqoyunlu dövlətinin tərkibində olan Bağdad əyaləti, ―Əhsənüt-
təvarix‖də göstərildiyinə görə, 847 (1443/44)-ci ildə Cahanşah tərəfindən oğlu 
Məhəmmədi Mirzəyə verilmiş və şahzadə azyaşlı olduğundan şəhər işlərinin 
idarəsi Abdulla adlı bir şəxsə tapşırılmışdı [66, 250]. Həsən bəy Rumlu Abdullanın 
vəzifəsinin adını göstərmirsə də, onun Məhəmmədi Mirzənin lələsi və sarayında 


32 
sədarət mənsəbinin sahibi olduğu bilinir, lakin səfəvi sədrlərinin XVI əsrdə 
gördüyü işlərin ancaq ikisinin (―həll və əqd‖—yəni bir sıra işlərin ―açılması və 
bağlanması‖) qaraqoyunlu sədri Abdulla tərəfindən icra edilməsi o zaman sədrin 
fəaliyyətinin məhdud olduğuna dəlalət edir. Buna baxmayaraq, qeyd etmək 
lazımdır ki, sonrakı əsrlərdə olduğu kimi, XV əsr sədrlərinin də ən əsas 
vəzifələrindən biri vəqf idarələrinə rəhbərlik etmək olmuşdur [69, 166]. 
Göstərmək lazımdır ki, səfəvilər dindən ―böyük bir dövlət yaratmaq üçün 
ideoloji bir silah kimi istifadə edirdilər‖ [52, 96]. Buna görə də, XVI əsr Səfəvi 
dövlət aparatında şiə təriqəti adından çıxış edib hökümətə böyük köməklik 
göstərən sədarət mənsəbi görkəmli yer tuturdu. I Şah İsmayıl taxta cülus edən kimi 
sədarət vəzifəsini müəllimi olmuş Şəmsəddin Gilaniyə vermişdi [65, 54; 61, 266; 
97, 74]. Bu səfəvi şahı yeni dövlətin möhkəmlənməsində görkəmli rol oynayan şiə 
təriqətinin daha sürətlə yayılmasından ötrü sədr mənsəbini başqa adama deyil, ilk 
növbədə məhz öz etibarlı nümayəndəsinə tapşırmışdı. Lakin sədrlər həmişə şahın 
etimadını doğrultmurdular. Həsən bəy Rumlu bildirir ki, 915 (1509/10)-ci ildə 
vəzifəsindən istifadə edib ―nahaq qanlar tökən‖ sədr Qazi Məhəmməd Kaşi I Şah 
İsmayılın əmri ilə öldürülmüş [65, 110; 98, 140; 88, 272; 77, 145] və o vaxtdan 
başlayaraq, həmin vəzifə ―yüksək dərəcəli seyidlərdən başqa heç kəsə 
verilməmişdi‖ [65, 152 84, 549 - 550] 
Hələ səfəvi hakimiyyətinin ilk illərində sədarət mənsəbi şərikli aparılmağa 
başlandı. Bu, şah və dövlət torpaqlarına (xassə və məmalik) sədarət funksiyasının 
genişləndirilməsi ilə izah olunur [55, 48]. Məlumdur ki, sədrlərin hər ikisi din 
adından hərəkət edirdi [88, 272; 97, 126]. Mənbələrdə yazıldığına görə, səfəvi 
dövləti qüvvətləndikdən sonra müxtəlif vilayətlər şəri baxımdan iki sədr arasında 
bölüşdürülmüşdü. Belə ki, İraq, Fars və Xuzistan sədarətini Mir Şəmsəddin 
Məhəmməd Yusif, Xorasan, Azərbaycan və Şirvan sədrliyini isə Mir Zeynəddin 
Seyid Əli 970 (1562/63)-ci ildə icra edirdilər [65, 419; 88, 308; 77, 220]
16

Beləliklə, aydın olur ki, dövlətdə tutduqları yer və daşıdıqları vəzifənin 
səlahiyyətinə görə qaraqoyunlu və ağqoyunlu sədrləri səfəvi sədrlərindən fərqli 
olmuşlar. ―Name-yi nami‖ əsərində də müxtəlif dövlətlərin sədrləri bir-birindən 
fərqləndirilir. ―Sədrlərin vəzifəsi hər dövrdə və hər bir hökmdarın xidmətində 
müxtəlif olmuşdur‖ [69, 42]. 
Böyuk müharibələr zamanı sədrlər də döyüşə gedir, fəaliyyət göstərirdilər 
[52, 105]. 920 (1514)-ci ildə baş verən Çaldıran döyüşündə I Şah İsmayılın hər iki 
sədri osmanlılar tərəfindən öldürülmüşdü [65, 152; 77, 158]. 
Vəkil: XV-XVI əsrlər Azərbaycan feodal dövlətlərinin idarə olunmasında 
vəkilin də özünəməxsus yeri olmuşdur
17
. O, şah adından hərəkət edir, bəzi hallarda 
16
―Cavahirəl-əxbar‖ əsərində bu bölgü belə verilmişdir: ―İraq, Fars, Xuzistan, Şirvan – Mir Məhəmməd 
Yusifə, Azərbaycan və Xorasan – Mir Seyid Əliyə tapşırıldı‖ [61, 329 b]. Mənbələrin əksərində Şirvan 
və Azərbaycan birgə göstərildiyinə görə, fikrimizcə, Budaq Qəzvini səhvə yol vermişdir. 
17
O.Ə. Əfəndiyev vəkil vəzifəsinin artıq Işah Abbas dövründə olmadığını bildirir [52, 104] 


33 
şahın əvəzçisi kimi hərbi yürüşlərə də çıxırdı [66, 62]. Həsən bəy Rumlu yazır ki, 
Qara Yusif 813 (1410/11)-cü ildə Ərzincana hücum edən vaxt hərbi yürüşün çox 
uzandığını görərək, oranı ələ keçirməyi öz vəkillərinin öhdəsinə qoymuşdu. 40 
gündən sonra Ərzincan hakimi təslim olub, qapı və xəzinə açarlarını onun 
vəkillərinə verməyə məcbur olmuşdu [66, 62]. Hərbi yürüşlərdə orduya başçılıq bir 
neçə şəxs tərəfindən icra olunduğundan Həsən bəy Rumlu, hökmdarın adından 
hərəkət edib, müəyyən tapşırığı yerinə yetirən həmin şəxsləri ―vükəla‖ (―vəkillər‖) 
adlandırmışdır [66, 435, 448]. İndi görək, qaraqoyunlu dövrünə aid olan ―vükəla‖ 
ifadəsi sonralar Ağqoyunlu və səfəvi dövlətlərində mühüm əhəmiyyət kəsb edən 
vəkalət vəzifəsinin icraçılarına aiddirmi? Əsla yox! Çünki qaraqoyunlular 
dövründə vəkalət bir vəzifə kimi hələ formalaşmamışdı. Bu fikri Qaraqoyunlu 
dövlətinin təsviri zamanı müxtəlif mənbələrdə vəkalət vəzifəsinə əhəmiyyət 
verilməməsi ilə izah etmək olar. Doğrudur, yuxarıdakı misaldan da vəkillərin bir 
əvəzçi kimi fəaliyyəti məlum oldu, lakin şübhəsiz ki, bu vəkillər sonradan böyük 
əhəmiyyətə malik olan vəkillərdən fərqli idilər. 
Vəkalət vəzifəsinin formalaşması, fikrimizcə ağqoyunluların hakimiyyəti 
zamanı həyata keçmişdir. Məlumdur ki, 12 il bu dövlətə başçılıq edən Yaqub şahın 
vəkili Şeyx Nəcməddin Məsud idi [66, 595]. 
―Əhsənüt-təvarix‖də verilən aşağıdakı məlumata əsasən Ağqoyunlu 
dövlətində vəkalət mənsəbinin hətta bəzən əmirül-üməradan da üstün olduğunu 
söyləmək mümkündür. Tarixi bir faktdır ki, Yaqub şahın öldürülməsindən sonra 
hakimiyyəti Sufi Xəlilin köməyi ilə azyaşlı şahzadə Baysunqur ələ almış və 
dövlətin əmirül-ümərası Fərrux bəy
18
təyin edilmişdi [66, 630]. Gənc şahın adından 
dövləti idarə etməyi əmirül-üməra olmaqdan daha üstün tutan Sufi Xəlil məhz 
vəkaləti öz əlinə almışdı [66, 632]. ―Əhsənüt-təvarix‖-də vəkalət mənsəbinin 
üstünlüyünü təsdiq edən başqa bir fakt da vardır. 903 (1497/98)-cü ildə Uzun 
Həsənin nəvəsi Gödək Əhməd ağqoyunlu Rüstəm şahı məğlub edib, taxt-tacı ələ 
keçirən vaxt Kirman valisi Eybə sultan və Şiraz valisi Qasım bəy Pornak ona qarşı 
sui-qəsd hazırlayaraq qərara gəlmişdilər ki, Uzun Həsənin digər nəvəsi Sultan 
Muradı Şirvandan gətirib, taxta çıxarsınlar və özləri yeni şahın vəkili olsunlar [65, 
16]. Bu faktla o zaman vəkalət mənsəbinin böyük üstünlüyü nəzərə çatdırılır və 
eyni zamanda vəkalətin də bəzən müştərək icra edildiyi aydınlaşır. Başqa 
mənbələrdə də vəkalətin şərikli aparılmasına cəhd olunma faktı vardır [65, 189; 60, 
253b; 77, 169]. 
Orta əsr tarixçiləri vəkilə ―ixtiyar sahibi‖, ―iqtidar sahibi‖, vəkalət 
mənsəbinə isə ―ali vəzifə‖, ―şərəfli mənsəb‖ demişlər [66, 632; 88, 271; 58, 46, 
159]. Vəkil səltənətin ―ixtiyarlı adamı‖ da adlandırılmışdır [81, 240; 58, 49]. 
Bacarıqlı vəkilin işə cəlb edilməsi zəruri və təxirəsalınmaz bir vəzifə kimi 
qarşıda dururdu. Belə ki, 904 (1498/99)-cü ildə qardaşı Məhəmmədi Mirzəyə qalib 
18
Bu da ―Əhsənüt-təvarix‖in Leninqrad əlyazma nüsxəsində Qoç bəy kimi getmişdir [64, 122a] 


34 
gəlib, yenidən Təbrizdə taxta çıxan Əlvənd bəyin ilk işi özunə vəkil təyin etmək 
olmuşdu. O, Lətif bəy adlı bir əmiri vəkil etmişdi [65, 21]. I Şah İsmayılın ən 
etibarlı köməkçisi vəkil Nəcməddin Məsud idi [65, 110; 82, 309]. Onun 
ölümündən sonra vəkil təyin edilən Yar Əhməd Xuzaninin ―Nəcm-i sani‖ (―ikinci 
Nəcm‖) adlandırılması əvvəlki vəkilin ehtiramla yad edildiyini göstərir [65, 110, 
89, 309]. I Şah Təhmasibin hakimiyyətinin ilk illərində 
vəkalət mənsəbini ələ keçirmək uğrunda əmirlərin mübarizəsi qanlı döyüş xarakteri 
almışdı. 931 (1524/ 25)-ci ildə bu 10 - 11 yaşlı səfəvi şahının iki qüdrətli əmiri 
arasında başlanan ixtilafın səbəbi məhz vəkalət mənsəbinin kim tərəfindən ələ 
keçiriləcəyi olmuşdur. Həmin mübarizədə əmirül-üməra Div sultan Rumlu qalib 
gələrək, gənc şahın müstəqil vəkili olmuşdu [65, 189]. Lakin bundan sonra da 
səfəvi əmirləri arasında vəkalət uğrunda gedən mübarizə sakitləşmədi. Çox 
keçmədən Çuhə sultanın ―Gözəldərə‖ yaylağında I Şah Təhmasibi təhrik etməsi 
nəticəsində Div sultan öldürüldü və Çuhə sultan vəkil oldu [65, 205; 58, 48]. Lakin 
başqa əmirlərin vəkil olmaq arzusu bununla sakitləşmədi və nəticədə ikinci qanlı 
bir hadisə baş verdi: Vəkil Çuhə sultan və əmir Hüseyn xan Şamlu arasındakı 
mübarizədə vəkil öldürüldü [65, 235]. Vəziyyəti belə görən Çuhə sultanın mənsub 
olduğu təkəlu tayfasının əmirləri dərhal onun böyuk oğlu Şahqubadı vərik etdilər 
[65, 236]
19
. Ancaq ustaclu, Rumlu, zülqədər və əfşar tayfalarının əmirləri vəkalətin 
yenidən təkəlu əmirlərinin əlinə keçməsinə razı olmayıb onlarla döyüşə başladılar. 
Hadisənin belə şəkil aldığını görən I Şah Təhmasib dərhal bütün təkəlu tayfasının 
qətl edilməsi əmrini vermiş, nəticədə böyük qırğın baş vermişdi [65, 236]. 
Vəkalət vəzifəsi uğrunda gedən bu çəkişmələr vaxtı Azərbaycan əmirül-
ümərası Üləma Təkəlu də üsyan etdi. Buna səbəb onun da vəkil olmaq arzusu idi, 
lakin bu arzu həyata keçmədi [65, 237; 58, 49]. Həsən bəy Rumlu göstərir ki, I Şah 
Təhmasib vəkaləti Hüseyn xan Şamluya verdi [65, 236, 253]. Ancaq onun da 
vəkilliyi uzun sürmədi. 939 (1532/33)-cu ildə şahı zəhərləmək istəyən Hüseyn 
xanın qəsdinin üstü açılmış və o, dərhal qətl edilmişdi. Həsən bəy Rumlu yazır ki, 
vəkil Hüseyn xan dövlətdə dəyişiklik etmək və xalqı Sam Mirzənin taxta 
çıxarılmasına rəğbətləndirmək istəyirmiş [65, 253]. 
Şübhəsiz ki, vəkalət vəzifəsi uğrunda gedən bu ehtiraslı mübarizənin 
səbəbi səfəvi şahının hələ çox gənc olmasında və əmirlərin hakimiyyəti idarə 
edərək öz şəxsi məqsədlərini həyata keçirmək istəmələrində olmuşdur. Məhəmməd 
Bəqa Səxaranpuri açıq-aşkar yazır ki, Şah Təhmasibin yaşı az olduğundan vəkalət 
uğrunda gedən mübarizənin qarşısını ala bilmirdi [92, 242]. 
Vəkil də görkəmli dövlət nümayəndəsi kimi şəxsən döyüşlərdə iştirak 
edirdi. Həsən bəy Rumlunun məlumatına görə Şirvanşah Şahrux 944 (1537/38)-cü 
ildə I Şah Təhmasiblə döyüşə öz vəkili Hüseyn bəyi yollamışdı [65, 287]. 
19
―Rövzətüs-səfəviyyə‖də göstərilir ki, təkəlu tayfası vəkaləti ―qılınc gücünə‖ ələ keçirmişdi [97, 292] 


35 
Tarixi mənbələrə əsasən müəyyən etmək olur ki, ilk səfəvilərin 
hakimiyyəti zamanı bir vəzifə iki şəxs tərəfindən icra edildiyi kimi (misal üçün 
belə hallardan bəziləri yuxarıda göstərildi), bəzən müəyyən iki vəzifə 
birləşdirilərək bir şəxs vasitəsilə ifa edilirdi. Faktlara müraciət edək: I Şah 
İsmayılın əmirül-ümərası və vəkili bir müddət Nəcməddin Məsud olmuşdur [65, 
107, 110; 88, 271; 61, 288a] ki, bununla da əmirül-üməra mənsəbinin vəkillik 
səlahiyyətinə malik olduğu (yaxud əksinə) aşkara çıxır. Məlumdur ki, Çaldıran 
döyüşündən sonra I Şah İsmayıl ―ali divana nəzarəti‖ Mirzəşah Hüseynə, əmirül-
üməralığı isə Çayan sultan Ustacluya tapşırmışdı [65, 150]. Az sonra vəzir 
Mirzəşah Hüseynin vəkil vəzifəsində də işlədiyi bildirilir [65, 177; 97, 234]. 
Dövrün mənbələri 930 (1523/24)-cu ildə Div sultan Rumlunu gah əmirül-üməra, 
gah da vəkil kimi göstərir [65, 177, 185; 58, 46]. Həsən bəy Rumlu yazır ki, vəzir 
və vəkil Mirzəşah Hüseynin öldürülməsindən sonra onun vəzarət və vəkalət 
vəzifəsi Cəlaləddin Məhəmməd Xandəmir Təbriziyə tapşırılmışdı [65, 184; 81, 
280a; 61, 297b]. Çox keçmədən, yuxarıda göstərildiyi kimi, o da aradan götürülür 
və ―ölkə işlərinin idarəsi‖ əmirül-üməra Div sultan Rumlunun əlinə keçir [65, 184, 
185; 88, 281], yəni əmirül-üməra həm də vəkil olur. 
Bütün bunlardan bir daha aydın olur ki, müəyyən dövrlərdə səfəvi 
sarayında vəkalət mənsəbini əvvəlcə vəzir, sonra isə əmirül-üməra ələ alıbmış. I 
Şah İsmayılın hörmətli vəziri Mirzəşah Hüseynlə rəqabətə girə bilməyən Div 
sultan Rumlu vəkil olmaqdan ötrü yeni vəzir Cəlaləddin Təbrizini aradan götürə 
bilmiş və yuxarıda göstərildiyi kimi, eyni zamanda vəkalətə də sahiblənmişdi. 
Əmirül-üməra və vəkil olan Div sultanın qətlindən sonra vəkalət mənsəbini yenə 
də əmirül-üməra aparmağa başlayır [65, 205; 81, 253b;. 97, 264] ki, bununla da 
vəzirin vəkalət vəzifəsindən uzaqlaşdırıldığı və vəkilliyin yenidən əmirül-üməraya 
tapşırıldığı məlum olur. 
Vəzir: Mərkəzi dövlət idarəsində mühüm yerlərdən biri də dövlət gəlirləri 
və maliyyə aparatını idarə edən baş vəzirin olmuşdur. O, həmçinin ölkənin xarici 
işləri ilə məşğul olur və mülki-inzibati idarələrə başçılıq edirdi [36, 198]. Tarixi 
mənbələrin çoxunda baş vəzirə ―etimadüd-dövlə‖ (―dövlətin etimadı‖) deyildiyi 
göstərilmişdir [58, 226; 63, 5] ki, bununla da vəzirin böyük etimada layiq olduğu 
nəzərə çatdırılır. Baş vəzir ali divana rəhbərlik etdiyinə görə bəzən ―sahibdivan‖ da 
adlanırdı [65, 150, 491]
20
Həsən bəy Rumlu dövlətin bütün malı və mülki işlərinə rəhbərliyin baş 
vəzir tərəfindən həyata keçirildiyini bildirir [66, 581]. Vəzirin vəzifəsinə həmçinin 
―divan gəlirinin artırılması, dövlət tapşırıqlarının yerinə yetirilməsi, inşaat və 
əkinçiliyin çoxaldılması, döyüşçü və rəiyyətə diqqət göstərilməsi, vilayətin 
abadlaşdırılması‖ da daxil idi; maliyyə divanının bütün sənədləri onun möhürü ilə 
möhürlənirdi [69, 175]. 
20
―Name-yi nami‖ əsərində vəzarətə ―uca rütbəli vəzarət və sahibdivanlıq vəzifəsi‖ deyilir [69, 175] 


36 
Ayrı-ayrı hakim və şahzadələrin də vəzirləri olurdu. ―Əhsənüt-təvarix‖də 
Şirvanşah I İbrahimin Qazi Bayazid adlı bir vəzirinin adı çəkilmişdir [66, 106]. 
Şahzadə Qara İsgəndərin vəziri Seyid Mahmud [66, 220], Həsənəlinin vəziri Xacə 
Şəmsəddin idi [66, 403]. Həsənəli 863 (1458/59)-cü ildə atası Cahanşaha xəyanət 
edərək Təbrizi tutmuş, az sonra atasının onun üstünə qoşunla gəldiyini eşidib 
şəhəri tərk etməyə məcbur olmuşdu. Təbrizi yenidən ələ alan Cahanşah oğlunun 
təqsirinin bağışlanmasından ötrü ilk növbədə onu bu işə sövq edən vəziri Xacə 
Şəmsəddini öldürməyi tapşırmış və Həsənəli əmri yerinə yetirmişdi [64, 186a; 56, 
360]. Bu misalla vəzirin şahzadə üzərində olan təsir gücü nəzərə çatdırılır. 
Vəzir də vəkil kimi məşhur əmirlərdən təyin edilirdi [66, 464; 81, 259a]. 
Cahanşahın qətlindən sonra Təbrizdə taxta çıxıb, bir neçə gün hökmranlıq edən 
Arayeş bəyim (Qara İsgəndərin qızı—Ş. F.) Əlaəddin Sədiq Keçəçini özünə vəzir 
təyin etmişdi [66, 462; 56, 435]. Arayeş bəyimi bir neçə gündən sonra məğlub 
edib, yenidən taxta çıxan Həsənəli vəzir Əlaəddini vəzifəsində saxlamış, Əmir 
Aşur və Əmir Məcidəddin İsmayılı da onunla birlikdə vəzir etmişdi [66,464; 56, 
439]. Görünür Həsənəlinin divanında baş vəzir Əlaəddin Sədiq Keçəçi olmuşdur. 
Baysunqur Ağqoyunlunun vəziri onun qohumu Şeyx Məhəmməd Keçəçi idi [66, 
630]. 
İllərlə ağqoyunlu vəzarətini aparan vəzirlərdən biri də Şəmsəddin 
Zəkəriyyə idi ki, o, 906 (1500/01)-cı ildən etibarən, yuxarıda göstərildiyi kimi, I 
Şah İsmayılın ali divanına vəzir təyin olunmuşdu [65, 54]
21

Vəzirlər hərbi yürüşlərdə də iştirak edir, onların xidmətləri yalnız mülki 
və mali işlərlə məhdudlaşmırdı [65, 305; 72, 277]. Baş vəzirin ixtiyarında bir neçə 
min silahlı əsgər olurdu [72, 277]. 
İlk səfəvilərin hakimiyyəti zamanı fəaliyyət göstərən vəzirin vəzifəsi XV 
əsr qaraqoyunlu və ağqoyunlu vəzirlərinin vəzifələrindən bir qədər fərqlənirdi. 
Belə ki, XVI əsrdə sədr kimi vəzirin də fəaliyyət dairəsi genişlənmiş və vəzarəti 
əvvəllərdə olduğu kimi, bir deyil, iki vəzir icra etməyə başlamışdı [65, 458; 81, 
271; 55, 48]. 
Ali divan vəzarətini şərikli idarə edən vəzirlərin fəaliyyət dairəsi müxtəlif 
olmuşdur. Azərbaycan, Şirvan, Şəki və Gürcüstanın vəziri bir müddət Mirzə 
Ətaulla Xuzani olmuşdur ki, onu sonradan Xacə Cəmaləddin Əli Təbrizi əvəz 
etmiş, Xorasan, Gilan, İraq, Fars və Kirmanın vəzarəti isə 972 (1564/ 65)-ci ildə 
Seyid Həsən Fərəhaniyə verilmişdi [61, 334a]. 
Dini işlərlə, əsasən, sədrin məşğul olmasına baxmayaraq, bəzən baş vəzir 
sədarəti də öz hökmü altına alırdı. Həsən bəy Rumlu göstərir ki, 985 (1577/ 78)-ci 
ildə ali divan vəzarətini aparmaq II Şah İsmayıl tərəfindən Mirzə Salman Cabiriyə 
21
―Lübbət-təvarix‖ əsərində Şəmsəddin Zəkəriyya ―Azərbaycan kilidi‖ adlandırılır [98, 137]. Güman 
ki, o, əsasən Azərbaycanın nəzarətini icra etmişdi. 


37 
tapşırılmış, bütün ―dövlət və din işləri‖ onun öhdəsinə buraxılmışdı [65, 491]. 
Məlumdur ki, o, sonradan Məhəmməd Xudabəndənin də vəziri olmuşdu [65, 502]. 
Dövlətin bütün mülki və mali işlərinə nəzarət edən ali divanın ayrı-ayrı 
vilayətlərdə də vəzirləri olurdu ki, onların hamısına bilavasitə baş vəzir rəhbərlik 
edirdi. 958 (1551/52)-ci ildə Xacə Qiyasəddin Əli ilə vəzarəti şərikli icra edən 
Xacə Əmir bəy Keçəçi həbs edilmiş [65, 355], onun yerinə Şirvan vəziri Ağa 
Məhəmməd Fərahani keçmişdi [81, 271a]. Həsən bəy Rumlunun məlumatına görə, 
Əmir bəy Keçəçi cavanlığında əvvəl Qazi xan Təkəlunun, sonra isə Əmir Sultan 
Rumlunun vəziri olmuş, sonradan bütün Xorasan vəzarəti ona tapşırılmışdı [65, 
355]. 
Mənbələrin məlumatına görə, divan vəzirlərindən birisi qorçi dəstələrinin 
vəzarət işlərinə rəhbərlik edir və ―qorçilər vəziri‖ adlanırdı [61, 305b; 88, 87; 77, 
182]. Qorçilərə çatası məvacib və mükafat yalnız bu vəzirin möhürü ilə icra 
edilirdi [63, 37]. 
Hakim: XV - XVI əsr Azərbaycan feodal dövlətləri tarixində hakimin də 
özünəməxsus yeri və fəaliyyəti olmuşdur. Göstərmək lazımdır ki, ―hakim‖ də, 
başqa istilahlar kimi, həm geniş, həm də dar mənalarda işlənmişdir. Həsən bəy 
Rumlu bəzən şahları da hakim adlandırır [66, 82]. Məlumdur ki, şahın tabeliyində 
olan ölkə, vilayət və şəhərlər həmçinin hakimlər tərəfindən idarə edilirdi [74, 45]. 
Onlar məşhur əmirlərdən təyin edilir [65, 12] və xəzinəyə hər il müəyyən miqdar 
vergi verir, şaha vaxtaşırı hədiyyə göndərir və müharibə vaxtı əsgəri qüvvə ilə 
kömək edirdilər. Hakimlərin ən mühüm xüsusiyyəti onların hərbi qüvvələrə 
başçılıq etmələrində idi [74, 68]. Hakim bəzən əlindən çıxarılan əyaləti ―böyük 
xərclə‖ geri alırdı [65, 13] ki, bu da hakimin hakimiyyəti əldən verməmək 
ehtirasını göstərir. 
XV - XVI əsr tarixi mənbələrində inzibati cəhətcə tutduqları yerə görə 
hakimlər bu dərəcələrə bölünmüşlər: vilayət, şəhər və qala hakimləri. Axırıncılara 
―kutval‖ da deyilirdi [66, 46, 67; 88, 273]. 
Təyin olunduğu yerə gedən hakim özü ilə şahın təsdiq edib ona verdiyi 
hökm sənədini - ―nişan‖ı aparırdı [66, 67, 325; 69, 163; 77, 93]. Nişanda adı 
göstərilən yerin ona çatdığı yazılır, əhalidən hakimi peşkəşlə qarşılaması, qala və 
xəzinə açarlarının təqdim edilməsi və ona sözsüz itaət olunması yazılırdı [66, 67].
Hakimə ―daruğə‖ də deyilmişdir ki, işləndiyi məna baxımından hakim və 
daruğə sözləri bir-biri ilə qarışdırılmamalıdır. K. M. Röhrborn yazır ki, ―darğa sadə 
dillə hakim deməkdir və şah tərəfindən təyin edilirdi‖ [74, 191]. Alman 
tədqiqatçısının bu fikri XV əsrə aid edilə bilər. O zaman doğrudan da müəyyən 
inzibati sahəni idarə edən şəxsə həm hakim, həm də daruğə deyilmişdir [66, 323, 
461; 56, 295, 326]. Məsələn, Uzun Həsənin nəvəsi Əlvənd 886 (1481/82)-cı ildə 
vəfat etdikdən sonra əmirlərin bir neçəsi ―Yaqub padşahın dərgahına məktub 
yollayıb‖ darğa istəmişdi [64, 489a]. Aydındır ki, əmirlərin xahişi onlara hakim 


38 
göndərilməsindən ötrü nəzərə çatdırılmış və burada darğa hakim sözünün sinonimi 
kimi işlənmişdir. 
Başqa bir misal: Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasib 
yerlərə darğa yollamadığından Azərbaycan rəiyyəti arasında daim dava-dalaş 
olardı [65, 489]. Bu fikrə tənqidi yanaşmaq lazımdır. Mənsub olduğu feodal sinfinə 
qarşı baş verən narazılığı ört-basdır etməyə çalışan Həsən bəy Rumlu sinfi 
mübarizənin səbəbini şahın Azərbaycana darğa (hakim) göndərməməsi ilə izah edir 
ki, bu, düzgün fikir deyildir. Çünki 1571-1573-cü illərlə Təbriz üsyanı baş 
verərkən, şəhərdə hakim var idi və üsyana səbəb xalqın yerli hakimiyyətdən 
narazılığı olmuşdu. 
Darğa istilahı hakim mənasında işləndikdə, hakimin rütbəcə, yəni onun 
əmirliyi (əmarət) dərhal nəzəri cəlb edir. Bunun əksinə olaraq, darğa istilahı dar 
mənada işlənərkən bu darğalığın ―əmirlik‖ olmadığı aydınlaşır. Məsələn, 905 
(1499/1500)-ci ildə Sultan Murad və Məhəmmədi Mirzə döyüşərkən, birinci tərəfin 
dövlət bayrağı yerə düşmüşdü. Həsən bəy Rumlu göstərir ki, pəhləvan Şahi adlı bir 
döyüşçü cəld həmin bayrağı yerdən qaldıraraq, geri qaçmaqda olan Sultan Murad 
döyüşçülərini qaytardı və onlar yenidən gəlib, həmin bayrağın altında toplaşdılar. 
Döyüş qələbə ilə bitdikdən sonra Sultan Murad döyüşçüləri ruhlandıran pəhləvan 
Şahiyə kəndinin darğalığını verir. Camaat ondan nə üçun Sultan Muraddan əmirlik 
istəmədiyini soruşduqda o, cavab vermişdi: ―Atam o kəndin əkinçisi idi, mən isə 
darğası olmuşam‖ [65, 24-25]. 
Hakim və darğa vəzifələrinin eyni bir vəzifə olmadığını göstərən başqa bir 
misal: 906 (1500/01)-cı ildə Bakı qalasının hakimi şahzadə Qazi bəyin arvadı, 
darğası isə Əbülfəttah bəy idi [65, 46]. 
Mənbələrdə bazar darğası, dəftərxana darğası adlı vəzifələrdən də bəhs 
edilir [61, 338a; 77, 239]. 
Beləliklə, darğa sözü K. M. Röhrbörnün dediyi kimi, hakim mənasını 
verir, lakin hər bir darğanın şah tərəfindən təyin edilməsi fikri düzgün 
deyilməmişdir, çünki bazar, yaxud dəftərxana darğasının şah tərəfindən təyin 
edildiyini heç bir dəlil təsdiq etmir. 
Hakimlərin də idarəedici aparatı - vəkili, sədri, vəziri və qoşunu olmuşdur. 
Həsən bəy Rumlu göstərir ki, hakim xəstələndikdə onun işini vəkil aparırdı [65, 
11]. 
Qazi: XV - XVI əsr tarixi mənbələri yeri gəldikcə, qəza, yəni məhkəmə 
işləri ilə məşğul olan qazi haqqında da məlumat vermişdir [66, 393; 88, 307; 81, 
257a]. ―Əhsənüt-təvarix‖də qoşun qazisi (qazi-yi əsgər) və şəri qazi haqqında az da 
olsa danışılır [66, 393, 607]. Qoşun qazisi orduda dini iş, təbliğat aparır, şəri qazi 
isə yerlərdə bəzi mübahisələrin həllinə çalışırdı [11, 41]. 
Öz bacarıq və qabiliyyətinə görə bəzən qazilər sədr və vəzir kimi yüksək 
vəzifələrə layiq görülürdülər. Məsələn, 822 (1419/20)-ci ildə şirvanşah I İbrahimin 
vəziri qazi Bayazid idi [66, 106]. Yaqub Ağqoyunlunun sarayında sədrliyi isə qazi 


39 
İsa aparırdı [66, 633]. Hətta hökmdarın özü bəzən qazinin fikri ilə hesablaşmalı 
olurdu. Belə ki, 873 (1469)-cü ildə məhz Şirvan qazisinin təhriki ilə, Uzun Həsən 
əsir aldığı Sultan Əbu Səidin qətlinə fərman vermişdi [66, 487; 36, 170 - 171]. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin