Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   2   3   4   5   6   7   8   9   ...   29
Şahin Fərzəıiyev

Şahzadə: Həsən bəy Rumlu və başqa tarixçilər şahzadələr haqqında da 
maraqlı məlumatlar vermiş, onların həyatını, dövlətdə rolunu, əxlaq, qabiliyyət və 
bacarığını təsvir etmişlər. Həsən bəy Rumlu adətən şahın vəfatından sonra onun 
övladlarının adlarını bir-bir sadalayır [64, 225b, 245b; 65, 11, 89]. 
Dövlət işlərində təcrübə əldə etməkdən ötrü şahzadələr vilayətlərə hakim 
təyin edilir və beləliklə, ―sınaq dövrü‖ keçirirdilər [64, 248b]. Hakim şahzadəyə 
hakimiyyət rəmzi kimi təbil, bayraq və ordu verilirdi [97, 294]. Azyaşlı şahzadə bir 
qayda olaraq, ―lələ‖ adlanan tərbiyəçi əmirə tapşırılırdı. Hakim şahzadənin 
ixtiyarına verilən yerin bütün inzibati işləri lələ vasitəsilə idarə edilirdi. 
Şahzadələr hakimiyyəti ələ keçirməkdən ötrü çox vaxt bir-birləri ilə 
mübarizə edirdilər [65, 253, 315]. Şahzadə lələ və özünün başqa himayəçilərindən 
ötrü bir gəlir vasitəsi idi, çünki onlar şahzadənin adından hərəkət edir, böyük sərvət 
toplayırdılar [74, 61]. İdarə etdikləri yerlərdə şahzadənin də idarəedici divanı 
olurdu [81, 257b; 97, 186]. Bəzən isə şahzadələr təyin olunduqları yerə özləri 
getmir, oraya etibarlı nümayəndələrini göndərməklə kifayətlənirdilər [74, 62-63]. 
Lələ: Qaraqoyunlu dövlətinin ilk illərinin təsvirini verən hadisələr şərh 
edilərkən ―Əhsənüt-təvarix‖də lələ istilahı ―atabəy‖ kimi işlənmiş və Qara Yusifin 
oğlu Pirbudağın Əmir Qara adlı atabəyinin adı çəkilmişdir [66, 85]
13
Lələ bu vəzifəyə şəxsən şah tərəfindən təyin edilir və şahzadənin bütün 
hərbi, mülki və mali işlərini onun adından idarə edirdi [66, 325]. Bu vəzifəyə 
namizəd, əsasən, hökmdarın yaxın qohumlarından olardı [11, 38]. Sam Mirzənin 
lələsi Durmuş xan Şamlu öləndən sonra onun qardaşı Hüseyn Şamlu gənc 
şahzadənin yeni lələsi olmuşdu [61, 239]
14
Lələ adlı-sanlı əmirlərdən də təyin edilirdi [88, 254]. Ağqoyunlu 
dövlətində böyük rol oynamış əmir Sufi Xəlil bir müddət şahzadə Baysunqurun 
(Sultan Yaqubun oğlu) lələsi olmuşdu [65, 495]. Əmirin lələliyə keçirilməsi onun 
tərəfindən böyük bir hadisə kimi qiymətləndirilir və əmir bu münasibətlə böyük 
ziyafət verirdi [65, 154], çünki azyaşlı şahzadəyə lələ olan əmirin böyük 
səlahiyyəti olurdu [66, 325]. Cahanşah İsfahan əyalətini oğlu Məhəmmədi Mirzəyə 
verərkən, ―şahzadə hələ həddi-buluğa çatmadığından‖ əyalətin bütün işləri lələ 
Məhəmmədə tapşırılmışdı [66, 325]. 
Təsadüfi deyil ki, lələyə bəzən ―etimadüd-dövlə‖ deyilmişdir [81, 274a]
15

Xandəmirin yazdığına görə, əyalətin bütün səlahiyyəti lələnin ixtiyarında idi [84, 
553]. 
13
―Kitab-i Diyarbəkriyyə‖ əsərində Uzun Həsənin də lələsi ―atabəy‖ adlandırılmışdır [56, 190]. 
İskəndər bəy Münşi isə bu sözü ―atalıq‖ kimi işlətmişdir [58, 61] 
14
Durmuş xan Şamlu I Şah İsmayılın arvadı Taclı bəyimin qardaşı idi [83, 81] 
15
―Etimadüd-dövlə‖ baş vəzirin titulu olmuşdur 


30 
İlk səfəvi şahları şahzadə anadan olan kimi ona lələ təyin edirdilər. Belə 
ki, 938 (1531/32)-ci ildə doğulan şahzadə Məhəmmədə Sam Mirzənin sabiq lələsi 
Hüseyn xan Şamlu lələ təyin edilmişdi. Əbdi bəy Şirazinin məlumatına görə, 
―şahzadəni əzəmətlə onun evinə aparıb, ona tapşırdılar‖ [81, 257b]. 963 (1555/56)-
cü ildə anadan olan Heydər Mirzəyə Şah Təhmasib dövlətin vəkili Məsum bəy 
Səfəvini lələ təyin etmişdi [65, 490; 81, 273b]. 
Bir müddət Şirvanın hakimi olan Əlqas Mirzəyə müxtəlif vaxtlarda iki 
lələ təyin olunmuşdu. Onun axırıncı lələsi Qazi xan Təkəlunun qətlindən sonra 
Əlqas Mirzə lələsiz qalmışdı [81, 255b]. Görünür ki, şahzadədə işləri müstəqil 
idarə etmək qabiliyyəti yaranarkən daha lələyə ehtiyac qalmırdı. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin