İPF-B20
Analizin və cəbrin ədədi üsulları - 6 kredit (90 saat)
Elmin və texnikanın demək olar ki, bütün məsələlərinin həlli hesablama riyaziyyatı
ilə bağlıdır. Çox az sayda məsələlər var ki, onların
dəqiq həllini tapmaq üçün
alqoritm vardır. Ona görə də bir çox məsələlərin həllində təqribi metodlardan
istifadə edilir. Xüsusilə EHM-lərdən istifadə edərək
məsələləri həll etdikdə
hesablama riyaziyyatı əsas yeri tutur. Xətaların hesablanması, tənliklər və tənliklər
sisteminin təqribi həlli, funksiyaların interpolyasiyası,
təqribi diferensiallama və
inteqrallama, adi və xüsusi törəməli diferensial tənliklər üçün qoyulmuş
məsələlərin, ədədi üsullarla inteqral tənliklərin təqribi
həlli və başqa məsələlər
analizin və cəbrin ədədi üsulları fənnində öyrənilir.
Dostları ilə paylaş: