İpf-b17 Optimallaşdırma üsulları


İSF-B02 Obrazların təhlili - 4 kredit (60 saat)



Yüklə 448,42 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix03.05.2023
ölçüsü448,42 Kb.
#106612
1   ...   15   16   17   18   19   20   21   22   23
AU Riy ve inf kaf fenlerin tesviri

İSF-B02
Obrazların təhlili - 4 kredit (60 saat) 
Müasir dünyada qəbul edilən informasiyanın həcmi çox böyük sürətlə artır. 
İnformasiyanın belə böyük həcmi onun düzgün saxlanılması və emalını tələb edir. 
Bununla bağlı olaraq çoxsaylı tətbiqi məsələlər ortaya çıxır. Obrazların təhlili belə 
məsələlərdən biridir. Obrazların təhlili kibernetikanın mühüm bölmələrindən 
biridir və sonlu sayda əlamətlər və xüsusiyyətlərlə təsvir edilən hadisə, proses, 
siqnal, situasiya , ümumilikdə, obyektlərin təsnifatı və identifikasiyası üsullarını 
öyrənir.
Obrazların təhlili alətləri insan fəaliyyətinin bir çox sahələrinə - elektron formatda 
verilmiş mətnlərin emalı və tərcüməsi məsələsi zamanı simvolların tanınması, 
scaner, foto və videodaşıyıcılardan götürülmüş təsvirlərin tanınması, kompüter və 
digər qurğuların səslə idarə edilməsi və audio formatlı informasiyanın mətn 
informasiyasına çevrilə bilmə zərurəti ilə əlaqədar olaraq və s. nüfuz edir. 
Obrazların təhlili vasitələrindən təbabətdə müayinənin nəticələri əsasında 
avtomatik diaqnostika, hərbi sənayedə sistemin vəziyyətinə avtomatik nəzarət 
edilməsi, kənd təsərrüfatında məhsulun həcminin təyin edilməsi və yığılmış 
məhsulun formasına, ölçülərinə, rənginə və s. əlamətlərinə görə təsnifatının 
aparılması və s. məsələlərin həllində geniş istifadə edilir.
İPF-B22, İPF-B23
Ədədi üsullar I, II - 10 kredit (120 saat) 
Fənnin tədrisində əsas məqsəd tələbələrə adi və xüsusi törəməli diferensial 
tənliklərin təqribi həll üsullarını və onların kompüterdə realizasiyasını 
öyrətməkdən ibarətdir. Ədədi üsullar I fənni Analizin və cəbrin ədədi üsulları və 
Cəbr və s. kimi fənlərlər, Ədədi üsullar II fənni isə Diferensial tənliklər, Riyaz – 
fizika tənlikləri, Ədədi üsullar I, Optimallaşdırma üsulları fənləri ilə sıx əlaqəlidir. 
 



Yüklə 448,42 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin