proqram və yaxud apparat realizasiyasıdır. Kursun əsas məqsədi neyron şəbəkələr
haqqında və “neyro fuzzy computing” bilik verməkdən ibarətdir.
Fənn süni intellektin önəmli qolu sayılan neyron şəbəkələrin, o cümlədən bir laylı
və çox laylı neyron şəbəkələrin strukturunu və elemenlərini,
neyro fuzzy
computing texnologiyasını öyrədir, tələbələri neyron şəbəkələrin qurulmasının
incəlikləri və fuzzy logic ilə tanış edir, onlarda neyron şəbəkə qurmaq və neyro
fuzzy computing ilə bağlı bacarıqlar formalaşdırır. Kursu başa vuran tələbələr
neyron şəbəkələr texnologiyasının imkanlarını və
fuzzi məntiqin fundamental
anlayışlarını dərk edir və neyro fuzzy computing biliklərini tətbiq etməyi
bacarırlar.
İPSF-B01
Süni intellekt - 5 kredit (75 saat)
Bu fənn məlumat, informasiya və biliyin bir-birindən
nə ilə fərqləndiyini
aydınlaşdırır. Süni intellekt istənilən problemin həllində insanların optimal
düşüncəsini, intellektini modelləşdirən və müasir EHM-lərdə realizə edən
sistemdir. Süni intellekt müasir texnologiyaların əsası kimi çıxış
edir və bu
istiqamətdə gedən prosesləri öyrədir.
Bütöv dünyada süni intellektin tətbiqinə dair sanki yarış başlamışdır. Bu fənnin
öyrənilməsi gələcəkdə ekspert və intellektual sistemlərin yaradılmasına şərait
yaradır.
Bir sözlə, burada təqdim olunan mövzuların mənimsənilməsi istənilən
cətin vəziyyətdə və ya problemli situasiyada həll yolunun tapılmasına xidmət edir.
İSF-B03
İntellektual sistemlər - 6 kredit (90 saat)
Kursda iştirak edən tələbələr qeyd olunan fənn sayəsində nəqliyyatda,
reklam
şitlərində, avtomobillərdə, video müşahidə kameralarında, mağazalarda,
bankomatlarda, mobil telefonlarda geniş istifadə olunan
intellektual sistemlər
barəsində məlimat ala biləcəklər. Tədris prosesində bu sistemlərin yaradılması və
təkminləşdirilməsi yolları şərh ediləcəkdir.
Dostları ilə paylaş: