İPF-B13, İPF-B14 Alqoritmik dillər I, II - 8 kredit (90 saat)
Kursda iştirak edən tələbələrə alqoritmik dillərin təsnifatı, müxtəlif
proqramlaşdırma üslubları mövzuları tədris olunur. Tələbələrin müasir proqram
layihələri hazırlaya bilmək, əsasən Object Pascal-Delphi və C, C++, C# dillərinin
dərinliklərini və bu instrumental proqram təminatı vasitələrindən istifadə etməklə
müasir proqram məhsulları yaratmaq bacarıqlarına yiyələnmələrinə xüsusi diqqət
yetirilir.
Kursun sonunda tələbələr alqoritmik dillərin proqramlaşdırma üslublarına görə
təhlili, alqoritmik dillərin sintaksisi, semantikası, proqramların strukturu,
translyasiya üsulları, Object Pascal-Delpi, C, C++, C# dilləri, bu dillərin imkanları
bağlı nəzəri biliklər və praktiki bacarıqlara sahib olur, müxtəlif proqram layihələri-
proqram məhsullarının yaradılmasını, müsabiqə və olimpiyada məsələlərinin
həllini öyrənmiş olurlar.
İPF-B15 Dövrələr nəzəriyyəsi - 5 kredit (60 saat)
Fənn müxtəlif elektrik dövrələri, orada baş verən fiziki hadisələrin tədqiqi, bir
qidalandırıcı mənbəyi olan sabit cərəyan dövrələrinin hesablanması, dəyişən və
sabit cərəyan alınması, elektrik ikiqütblüləri və dörtqütblüləri, elektrik süzgəcləri,
rezonans hadisələri, maqnit rabitəli dövrələrinin öyrənilməsi mövzularını təqdim
edir. Burada əsas məqsəd elektrotexniki bilik verməkdən ibarətdir. Kursu başa
vuran tələbələr sabit və dəyişən cərəyan dövrələrində baş verən prosesləri müstəqil
araşdırmağı bacarmalı, elektrik ölçü cihazlarının, elektrik maşınlarının,
yarımkeçirici cihaz və qurğuların quruluşunu, iş prinsiplərini və əsas
xüsusiyyətlərini bilməlidirlər.
İPF-B22 Əməyin mühafizəsi - 3 kredit (45 saat)
Fənn Əmək qanunvericiliyinin, əməyin gigiyenasının və istehsalat sanitariyasının,
təhlükəsizlik texnikasının və yanğından mühafizə tədbirlərinin əsas müddəalarını
təqdim edir. Burada həmçinin istehsalatda işçilər üçün sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılmasının təşkili, əmək şəraitinin yüngülləşdirilməsi, peşə
xəstəliklərinin, istehsalat zədələnmələrinin ləğvi üçün tədbirlər öyrədilir. Kursu
başa vuran tələbələr əmək mühafizəsi işləri haqqında tam məlumatlı olmaqla
yanaşı, əməyin mühafizəsi üzrə normativ hüquqi aktlardan istifadə edərək,
sənədləşmənin düzgün aparılması qaydalarını mənimsəmiş olacaqlar.