həmçinin kompüter və onunla idarə olunan (printer, skayner və s.) qurğuların
işləməsində yaranan problemlərin həlli məsələləri şərh edilir.
İPF-B13
Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi - 4 kredit (60 saat)
Bu kurs kompleks ədədlər və onlar üzərində əməllər, kompleks ədədlər ardıcıllığı
və onların yığılması, kompleks ədədlər sırası, elementar
transendent funksiyalar,
funksional sıralar, analtik funksiyaların qüvvət sırasına ayrılması, kompleks
dəyişənli
funksiyalar, kompleks dəyişənli funksiyaların limiti, kəsilməzliyi,
törəməsi,
törəmənin modulu və arqumenti, kompleks dəyişənli funksiyaların
inteqralı və onların xassələrini əhatə edir.
Kursda iştirak edən və mövzuları mənimsəmiş tələbələr kompleks ədədləri və onlar
üzərində əməlləri, kompleks ədədlər ardıcıllığı
və limitini, kompleks ədədlər
sırasını, kompleks dəyişənli funksiyaların
limitini, kəsilməzliyini, inteqralını və
analtik funksiyaların qüvvət sıralarına ayrılması məsələlərini öyrənir və onların
tətbiqini bacarırlar.
İPSF-B01
Kompüter qrafikası və multimedia - 5 kredit (75 saat)
Fənn kompüter qrafikası və multimedia vasitələrinin
öyrənilməsinə həsr
olunmuşdur. Kursda iştirak edən tələbələr Rastr və Vektor qrafikasının əsas
anlayışları, qrafika ilə işləmə üsulları, qrafik proqramlar haqqında biliklərə
yiyələnirlər.
Fotoshop, CorelDraw və s. proqramlarda işləməyi bacarır, üçölçülü
qrafika və onlarla işləmək üçün 3D Max və bənzəri proqramları öyrənib tətbiqini
həyata keçirirlər.
Dostları ilə paylaş: