İpf-b17 Optimallaşdırma üsulları


İPF-B06 İdarəetmə sistemləri -



Yüklə 448,42 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix03.05.2023
ölçüsü448,42 Kb.
#106612
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
AU Riy ve inf kaf fenlerin tesviri

İPF-B06
İdarəetmə sistemləri - 8 kredit (120 saat) 
Kursun əhatə dairəsini idarəetmə sistemlərinin və idaretmə-informasiya 
sistemlərinin işlənilməsi və istifadəyə verilməsi prinsiplərini, üsullarını və 
yanaşmalaları, idarəetmə-informasiya sistemlərinin təyinatı, idarəetmə-informasiya 
sistemlərinin növləri və müxtəlifliyi, texnoloji proseslərin idarəetmə sistemləri
informasiya sistemləri, avtomatlaşdırma və avtomatik idarəetmə sistemləri, 
idarəetmə-informasiya sistemlərinin növləri və müxtəlifliyi , texnoloji proseslərin 
idarəetmə sistemləri, informasiya sistemləri mövzularınının öyrədilməsi təşkil edir. 
Semestrin sonunda tələbələr bazar iqtisadiyyatında iş prosesinin və idarəetmənin 
təşkili prinsipləri haqqında məlumatlı olacaq, hesablama texnikası vasitələrindən 
professional fəaliyyətlərində istifadə etmək, kompüter sistemləri, proqram 
təminatı, informasiya sistemləri və süni intellekt haqqında biliklərə yiyələnmiş 
olacaqlar.
İPSF-B01
Stoxastik modellər - 4 kredit (60 saat)
Elm və texnikanın sürətli inkişafı, görülən tədbirlərin miqyasının və dəyərinin 
artması, avtomatlaşdırmanın geniş tətbiqi - bütün bunlar mürəkkəb proseslərin 
optimal idarə edilməsi üçün xüsusi riyazi üsullarla işlənib hazırlanır. Qeyd olunan 
fənn bir elm sahəsi kimi bu üsulları öyrənir.
Stoxastik modellər və riyazi modelləşdirmənin tədqiqi, təsadüfi və qeyri-müəyyən 
proseslərin təhlili məsələlərinin həlli üçün ehtimal nəzəriyyəsi, xətti 
proqramlaşdırma, dinamik proqramlaşdırma, KXS, oyunlar nəzəriyyəsi və s. kimi 
müxtəlif riyazi nəzəriyyələrdən istifadə edilir. Proqramda bütün bölmələr üzrə 
müxtəlif üsulların və onların alqoritmlərinin öyrənilməsi, habelə onların praktiki 
məsələlərin həlli üçün tətbiqi nəzərdə tutulur. Fənnin tədrisinin əsas məqsədi 
ekstremum məsələlərin həlli üçün riyazi üsullar və EHM-ın imkanlarını ardıcıl 
tətbiq etmək, alınmış nəticələrin hərtərəfli təhlilini aparmaq, optimal qərarların 
işlənməsi və qəbul edilməsi, onların praktiki tətbiqinin səmərəliliyinin 
əsaslandırılmasından ibarətdir.



Yüklə 448,42 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin