Azərbaycan özəlləşdirməyə gec başlayan respublikalardan biridir. Gecikdirilmiş özəlləşdirmə neqativ hallardan biri olsa da, müsbət cəhəti ondan ibarətdir ki, bu yolu keçmiş ölkələrdən coxlu təcrübə toplayıb.
Azərbaycanda özəlləşdirmənin başlıca məqsədləri aşağıdakılardır:
təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsiləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması;
xalq təsərrüfatı strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması;
iqtisadi prosesə bütöv növ istifadə olunmamış ehtiyatların cəlb edilməsi;
milli iqtisadiyyata investisiyaların , o cümlədən xarici investisiyaların cəlb edilməsi;
əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşəlaşdırılması.
1992-ci ildə Dövlət Əmlak komitəsi yaradılmışdır.
Özəlləşdirmənin strategiya və taktikasının müəyyən edilməsi həmim dövlət strukturuna tapşırılmışdır.
1993 –cü ilin yanvar ayında “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” qanun qəbul edilməsi ilə respublikada özəlləşdirmə prosesinə başlanmışdır. 1995-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının qanununa uyğun olaraq “Azərbaycan Respublikasında 1995-1998 – ci il illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq olunmuşdur. Azərbaycanda özəlləşdirmə prosesi 4 mərhələdən ibarətdir:
I mərhələ 1996-1998-ci illər əhatə edən birinci mərhələ ən çətin və məsuliyyətli dövrdür. Çünki özəlləşdirməyə inam xalq arasında cox az idi, hüquqi normativ baza ancaq yaradıldı.Bu mərhələ əsasən kiçik müəssisələrin özəlləşdiriləsini əhatə etməklə xırda mülkiyyətçilərin yarnması ilə məhdudlaşdı.
II mərhələ 1998-2000- ci illər – özəlləşdirmənin həlledici dövrü sayılır, cünki bütövlükdə özəlləşdirmənin gələcək taleyi bu mərhələnin necə aparılmasından asılıdır. Məhz bu dövrdə strateji özəlləşdirmə başladı, orta və iri mülkiyyətçilər təbəqəsi meydana gəldi. Bazar iqtisadiyyatının əsas atributları – qiymətli kağızlar bazarı , Milli Depozit Sistemi, Dövlət registri , fond birjaları , yeni iqtisadi mühit formalaşdı.
III mərhələ 2000-2001 -ci illər əvvəlki və sonrakı illərlə əlaqələndirici rol oynaya bilər. Əvvəlki mərhələdə mülkiyyətçi olmuş şəxslər yeni iqtisadi münasibətlər əsasında qurulacaq gələcək fəaliyyətləri üçün zəmin yaradırlar.
IV mərhələ 2001-2005- ci illər mülkiyyətçilər, səhmdarlar təbəqəsinain, qiymətli kağızlar bazarının təşəkkül tapması , respublika müəssisələrinin səhm-lərinə xarici ölkələrdə fəaliyyət göstərən məşhur birjalarda alıcıların maraq göstər-məsi ilə xarakterizə olunurdu.