İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 152,03 Kb.
səhifə17/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   13   14   15   16   17   18   19   20   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

Təsərrüfat tiplərinin formaları

Təsərrüfat tiplərinin təşkili və onların təkamülü iqtisadi inkişafın qanunauyğunluqları çərçivəsi daxilində həyata keçirilir. İqtisadi həyatda fəaliyyət göstərən təsərrüfat tiplərinin təşkili formaları bunlardır:
a) natural təsərrüfat;
b) sadə əmtəə təsərrüfatı;
v) kapitalist əmtəə təsərrüfatı;
q) planlı əmtəə təsərrüfatı.
Təsərrüfat təşkili tiplərinin tarixən ilkin forması natural istehsaldır. Təsərrüfatın belə bir təşkili formasında istehsal ilə istehlakin həcmi üst-üstə düşür. Natural təsərrüfat feodal mülkiyyəti ilə də çox xarakterikdir. Torpaq sahibi olan mülkədarlar kəndlilərdən töycü olaraq ya məhsul ya da pul alırdılar. Natural təsərrüfatda məhsul tədavülə deyil, bilavasitə istehlak sferasına daxil olur. Bu, ictimai əmək bölgüsünün İnkişaf etməməsilə bağlı idi. Natural təsərrüfatda istehsalçının şəxsi mülkiyyəti olan ibtidai, bəsit əmək alətlərindən istifadə olunurdu.
Natural təsərrüfatın əsasını əkinçilik, maldarlıq və ev sənayesi təşkil edir. Natural təsərrüfat dağınıq idi və onun xarici mühitlə heç bir əlaqəsi yoxdur. İqtisadiyyatın təşkilinin belə formasına qapalı təsərrüfat deyilir. Natural təsərrüfatda tədricən baş verən təkamül istehsalla istehlak arasında olan əlaqələri möhkəmləndirir və beləliklə, iqtisadi sabitlik təmin olunmağa başlayır. Natural təsərrüfatda ənənəvi istehsal, eyniadlı, eyniçeşidli məhsul istehsalı xarakterik xüsusiyyət kəsb edir.
Eyniçeşidli məhsulların istehsalı, sahələr mütənasibliyi, daima təkrar olunan bu təsərrüfat tipinin təşkili əmtəə istehsalına kimi üstünlük təşkil edən iqtisadi həyatın ümumi formasıdır. Natural təsərrüfatda durğunluq, zəif iqtisadi inkişaf mövcud idi. Bu təsərrüfat tipində torpaq üzərində xüsusi mülkiyyət yox idi, hər şey dövlətin əlində cəmlənmişdi, mülkiyyət dövlət hakimiyyətilə qovuşmuşdu. Natural təsərrüfat dinamik deyil, konservativ, sabit və dəyişməz xaranter daşıyırdı. Tarixi təcrübə göstərir ki, natural təsərrüfatçılıq formasının müxtəlif modelləri olub: ibtidai icma, Asiya icması, alman icması, slavyan icması və s.
Əmtəə təsərrüfatı forması natural təsərrüfatın əksi kimi yaranmışdır. Əmtəə təsərrüfatı ilk əvvəl icmalar arasında, sonra isə icmalar daxilində meydana gəlməklə natural təsərrüfatı özünə tabe edir və nəhayət, cəmiyyətlərin iqtisadi həyatında bu təsərrüfat forması natural təsərrüfat tipini aradan çıxarır.
Təsərrüfat tiplərinin sonraki təkamülü ictimai əmək bölgüsünü yaradır. İctimai əmək bölgüsü - işçilərin bir məhsul və ya məhsulun bir hissəsini istehsal etmək üçün ixtisaslaşmasıdır




  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin