İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


İqtisadi imkanların və iqtisadi seçiminin qarşılıqlı əlaqəsi



Yüklə 152,03 Kb.
səhifə11/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   7   8   9   10   11   12   13   14   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

İqtisadi imkanların və iqtisadi seçiminin qarşılıqlı əlaqəsi

Istehsal imkanlarının həddi iqtisadiyyatda istehsal imkanlarının mümkün olan nisbətini-mövcud halda avtomobil və kompüterlərin müvafiq səviyyəsini göstərir. Iqtisadiyyatın fəaliyyətinin nəticələri əyrinin istənilən nöqtəsində, yaxud da hədlərin daxilində ola bilər. Müəyyən kəmiyyətdə verilmiş resursla istehsal imkanları hədlərindən kənarda hər hansı hərəkət nöqtəsinə nail olmaq iqtisadiy­yatda mümkün deyildir.Dövriyyə qrafiki axınının əksinə olaraq, əksər iqtisadi modellər riyazi metodlar üzrə qurulur. Biz burada istehsal imkanları həddi adlanan ən sadə modellərdən birinə baxaq və onun bir sıra əsas iqtisadi prinsipləri necə əks etdirdiyini təhlil edək.
Real iqtisadiyyatda hər gün on minlərlə əmtəə və xidmətlərin mey­dana gəlməsinə baxmayaraq, belə şəraitdə avtomobillər və kompüterlərdən ibarət iki əmtəə növünün istehsal edildiyi sadələşmiş iqtisadiyyata nəzər salaq. Avtomobil və kompüter sənayesi iqtisadiyyatın bütün amillərindən istifadə edir.Əgər iqtisadiyyatın bütün resursları avtomobil istehsalına yönəl­dil­miş olarsa, biz heç bir kompüter əldə etmədən 1000 avtomobil istehsal edə bilərik. Əgər bütün resurslar kompüterin hazırlanmasına yönəldilmiş olarsa, onda iqtisadiyyat 3000 hesablayıcı maşın ala bilər, avtomobili isə o, xa­ricdən almalı olacaqdır. Bu ekstremal vəziyyət istehsal imkanları həddi qrafikinin iki son nöqtəsində göstərilmişdir. Əgər biz resursları iki istehsal sahəsi arasında bərabər səviyyədə böləriksə, 700 avtomobil və 2000 kompüter əldə etmiş olarıq (qrafikdə A nöqtəsi). D nöqtəsi bizim malik olduğumuz məhdud resur­slar şəraitində istehsalına heç zaman nail ola bilməyəcəyimiz istehsal həcmini göstərir. Başqa sözlə, iqtisadi fəaliyyətin nəticələri istehsal imkanlarının həddində, yaxud əyrinin daxilində ola bilər. Lakin ondan kənarda ola bilməz.
Əgər əlverişli olan məhdud resurslardan istifadə olunmaqla mak­simum mümkün nəticə əldə edilirsə, hesab edirik ki, iqtisadiyyat səmərəli işləmişdir. Istehsal imkanları həddindəki nöqtə buraxılışın səmərəli sə­viy­yə­sini əks etdirir. Əgər əmtəə istehsalının həcmi A nöqtəsinə uyğun gəlirsə, onda iqtisadiyyatın bir əmtəənin istehsalını artırmaq üçün digərini azal­t­maqdan başqa imkanı yoxdur. b nöqtəsi iqtisadiyyatın səmərəsiz fəa­liyyətinə uyğun gəlir və bu za­man yalnız 300 avtomobil və 1000 kompüter istehsal olunur. Bu, o demək­dir ki, firmanın sərəncamında olan resusrların verdiyi imkanlardan xeyli az əmtəə istehsal olunmuş və ola bilsin ki, bu hal işsizliyin həddən artıq yüksək olması ilə əlaqədardır. Əgər səmərəsiz fəaliyyətin səbəbləri aradan qaldırılarsa, avtomobil istehsalı 700-ə, kompüter istehsalı isə 2000-ə qədər yüksələrsə, iqtisadiyyat b nöq­tə­sin­dən A nöqtəsinə keçə bilər.
Iqtisad elminin on prinsipindən birində deyilir ki, insan seçir. Istehsal imkanlarının həddi cəmiyyətin rastlaşdığı seçimi göstərir. Əgər biz, imkan­larımız həddində istehsalın səmərəli səviyyəsinə çatmışıqsa, bir əmtəənin isteh­salının artırılmasının yeganə üsulu digərinin azaldılması hesabına ola bilər. Cəmiyyət bəzi istehsal amillərinin avtomobil sənayesindən kompüter sahəsinə yenidən bölgüsünü apararkən, 100 avtomobil itirib əvəzində əlavə 200 kompü­ter əldə edir iqtisadiyyat A nöqtəsindən S nöqtəsinə hərəkət edir. Başqa sözlə, iqtisadiyyat A nöqtəsində olarkən 200 kompüterin alternativ istehsal xərcləri 100 avtomobil təşkil edir.




  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin