İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 152,03 Kb.
səhifə9/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   5   6   7   8   9   10   11   12   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

İqtisadi sistemin formaları

İqtisadi sistemin tarixi inkişaf prosesinə uyğun olaraq, ayrı-ayrı mərhələlərdə malik olduğu sərvət və maddi ne'mətlərin istehsalı, bölgüsü və mübadiləsi sahəsindəki iqtisadi münasibətlər, eyni zamanda onların təşkili müxtəlif formalarda həyata keçirilmişdir. Bu baxımdan iqtisadi sistemin bazar, inzibati-amirlik, ənənəvi və qarışıq formalarını qeyd edə bilərik. İqtisadi sistemin bu və ya digər formasına uyğun olaraq ayrı-ayrı ölkələrdə onların müxtəlif modelləri həyata keçirilmişdir.
XVII əsrdən müxtəlif formalarına, insanların azad iqtisadi təşəbbüsünə, azad rəqabətə əsaslanan iqtisadi sistem fəaliyyətə başlamış və özünü doğrultmuşdur.
Bazar münasibətləri ilə səciyyələnən bu sistemin iki tipi vardır. Onlardan biri əvvəlki azad rəqabətlə müşayiət olunan bazar iqtisadiyyatı, digəri isə müasir bazar iqtisadiyyatıdır.
Birinci tip sistem şərti olaraq XVIII əsrdən XX əsrin əvvəlinə qədər fəaliyyət göstərib (bunun bir çox ünsürləri müasir bazar sisteminə də daxildir). Burada fərqli cəhət ondan ibarətdir ki, investisiya ehtiyyatları xüsusi mülkiyyətçilərin sərəncamında olmuş, azad rəqabət əsasında mikroiqtisadi fəaliyyət bazar mexanizmi vasitəsilə tənzimlənmişdir. Cəmiyyətin inkişafının bu mərhələsinin başlıca şərti iqtisadi fəaliyyətdə bütün iştirakçıların sərbəst olmasıdır. Nəinki sahibkarlar, hətta muzdlu işçilər də sərbəst olmuşlar.
İnzibati-amirlik sistemi keçmiş SSRİ-də, Şərqi Avropa ölkələrində olmuşdur. İqtisadi sistemlərin bir forması da qarışıq iqtisadi sistemdir. Bu sistem ilk növbədə bazar və inzibati-amirlik sistemlərinin qarışığı kimi çıxış edir.
Dünyanın bir çox ölkələri qarışıq iqtisadiyyat sisteminə malikdir. Onların bir qismi sərbəst bazar iqtisadiyyatına, digər qismi isə inzibati-amirlik sisteminə çox yaxındır. Qarışıq iqtisadi sistemdə sahibkar iqtisadiyyatına üstünlük və tə'minat verilməsi ölkə iqtisadiyyatını daha çox demokratikləşdirir və gəlirlərin bölgüsündə nisbətən ədalətin tə'min olunmasına imkan yaradır.
Azərbaycanın milli iqtisadiyyatında indiki keçid dövrü bir çox ölkələrdə olduğu kimi, qarışıq sistem mövcuddur. İnzibati-amirlik sistemində ədalətdən danışılsa da, praktikada sərt inzibatçılıq ədalətsizliyə gətirib çıxarır və cəmiyyətdə baş verəcək ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olur. Eyni zamanda iqtisadiyyatın idarə olunmasındakı inzibatçılıq təkrar istehsal fazaları arasındakı əlaqəni, mülkiyyət hüququnu tamamilə pozur.
Sabiq İttifaqda bütövlükdə iqtisadiyyata aid edilən problemlər, istər resursların bölgüsü və istifadəsi sahəsində, istərsə də başqa sahələrdəki məsələlər mərkəzləşdirilmiş plan orqanları tərəfindən müəyyənləşdirilirdi.
İqtisadi sistemlərin bir forması da qarışıq iqtisadi sistemdir. Bu sistem ilk növbədə bazar və inzibati-amirlik sistemlərinin qarışığı kimi çıxış edir.
Dünyanın bir çox ölkələri qarışıq iqtisadiyyat sisteminə malikdir. Onların bir qismi sərbəst bazar iqtisadiyyatına, digər qismi isə inzibati-amirlik sisteminə çox yaxındır. Qarışıq iqtisadi sistemdə sahibkar iqtisadiyyatına üstünlük və tə'minat verilməsi ölkə iqtisadiyyatını daha çox demokratikləşdirir və gəlirlərin bölgüsündə nisbətən ədalətin tə'min olunmasına imkan yaradır.
Azərbaycanın milli iqtisadiyyatında indiki keçid dövrü bir çox ölkələrdə olduğu kimi, qarışıq sistem mövcuddur.




  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin