İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


İqtisad elminin yaranmasında əsas rol oynayan məktəblər



Yüklə 152,03 Kb.
səhifə6/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   2   3   4   5   6   7   8   9   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

İqtisad elminin yaranmasında əsas rol oynayan məktəblər

İqtisad elmi yaranmasından başlayaraq sistemli bir elmə çevrilməsinə qədər bir sıra mərhələlər keçirmişdir. Onun əsas mərhələlərindən biri Merkantilizm deyilən məktəb olmuşdur.
Merkantilizm - italyan dilində ticarət, tacir deməkdir. Bu əslində Avropada XVI-XVII əsrlərdə iqtisad elminin bünövrəsini qoyan bir nəzəri məktəbin adıdır. Müxtəlif elm və peşə sahələrindən olan bu nəzəri məktəbin görkəmli nümayəndələrindən ingiltərəli Vilyam Staffor (1554-1612), Tomas Man (1571- 1641), italiyalı Qaspar Skarufari (1519-1584), fransalı Antuan Monkretyen (1575- 1621) kimi şəxslər iqtisadi-nəzəri fikrin inkişafına böyük xidmət göstərmişlər. Monkretyen ölkə daxilində sənayeçilərin, tacirlərin, əkinçilərin sərbəst inkişaf etməsi üçün xaricdən gətirilən mallar üçün yüksək gömrük rüsumları qoyulması təklifini bildirirdi. Onun bu əsəri nəzəriyyədən çox praktiki məsələlərin həllinə yönəldilmişdir. Lakin «Siyasi iqtisad» adı altında yazılan bu birinci əsər iqtisadi məsələlərin öyrənilməsinə və tədqiqinə nəzəri cəlb edirdi.
Fiziokratlar - Fiziokratiya sözü, iki yunan sözündən - «fizis» təbiət və «kratos» hakimiyyət sözlərinin birləşməsindən törəyən «Təbiətin hakimiyyəti» deməkdir. Bu iqtisad elmi tarixində yeni bir nəzəri məktəbin adıdır. Tədavül sferasını öyrənən merkantilistlərdən fərqli olaraq fiziokratlar təbiətlə bağlı olan əkinçilik, kənd təsərrüfatı istehsalını tədqiq etməyi əsas tutmuşlar. Bununla onlar iqtisadiyyatın əsas, həlledici sahəsi olan istehsal dairəsinin öyrənilməsinə başlamışlar. Lakin, onlar bütün iqtisadiyyatı deyil, yalnız əkinçiliyi əsas götürmüş və onu sərvətin yaradılmasının yeganə mənbəyi hesab etmişlər. Bu fikir cərəyanı XVIII əsrdə Fransada, kənd təsərrüfat istehsalının üstünlük təşkil etdiyi bir şəraitdə meydana çıxmışdır. Fiziokrat iqtisadi nəzəriyyəsinin əsasını qoyan da fransalı həkim və təbiətşünas Fransua Kene (1694-1774) olmuşdur. Altmış yaşında iqtisadi məsələlərlə məşğul olmağa başlayan Kene XVIII əsrin ən böyük iqtisadçısı kimi dünyada tanınmışdır. Bu məktəbin görkəmli nümayəndələri Jak Turqo (1727-1781), Viktor Mirabo (1715-1789) və başqaları iqtisadi təlimlər tarixində xüsusi yer tuturlar.
Klassik məktəb - klassik iqtisad elminin və onu yaradanların əsil vətəni İngiltərə olmuşdur. Avropanın bu ölkəsində XVII-XVIII əsrlərdə və sonrakı dövrdə iqtisadiyyatda, onun əsas sahələri olan sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, ticarətdə sıçrayışlar baş vermişdir. Burada, sərbəst sahibkarlıq və təşəbbüsə, azad bazar və rəqabətə əsaslanan yeni kapitalist sistemi daha sürətlə inkişaf etməyə başlamışdır. Belə bir şəraitdə iqtisadiyyatın bütöv bir sistem kimi öyrənilməsinə və təhlil edilməsinə ehtiyac duyulurdu. Dövrün ehtiyac və tələbləri bu elmi yaradanları da yetişdirirdi. Bunların içərisində ən məşhurları Uilyam Petti (1623-1687), Adam Smit (1723-1790) və David Rikardo (1772-1823) olmuşdur. İqtisad elminin baniləri və klassiklərinin böyük xidməti ondadır ki, ilk dəfə onlar cəmiyyətin iqtisadiyyatını bütöv halda götürüb tədqiqat obyektinə çevirmişlər. Merkantilizm cərəyanından fərqli olaraq klassiklər sərbəst bazar iqtisadiyyatı nəzəriyyəsini yaratmışlar.
Marksist məktəb - bu məktəbin baniləri K.Marks (1818-1883) və F.Engels (1820-1895) klassik iqtisad elmindən bir mənbə kimi istifadə etmişlər. Tarixi materializm baxışlarını əsas tutan Marks və Engels keçmişdə və öz dövrlərində yaşayan iqtisadçıların nəzəri görüşlərini təhlil və tənqid süzgəcindən keçirmişlər. Onlar ictimai-iqtisadi fikrin təhlilində sinfi mövqedən çıxış etmişlər. Marks və Engels kapitalizmin kommunizm ilə əvəz olunmasının nəzəriyyəsini əsaslandırmağa çalışmışlar.


  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin