İqtisadiyyat elminin yaranma və inkişaf tarixi



Yüklə 94,21 Kb.
səhifə1/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
  1   2   3   4   5   6   7   8   9   ...   39
iqtisad cavablar


  1. İqtisadiyyat elminin yaranma və inkişaf tarixi.

1801- ci ildə İngiltərənin Edinburq Universitetində Adam Smitin şagirdi Şotland filosofu Daqald Stüart ilk dəfə ali məktəblərdə yeni bir fənn tədris etməyə başlayır. Bu “İqtisadiyyat” fənni idi.
“İqtisadiyyat” müstəqil elm kimi isə təxminən üç əsrlik bir tarixə malik olsa da, cəmiyyətin iqtisadi həyatı barədə ilk düşüncələr qədim dövrlərdə meydana gəlmişdir. Belə ki, bəşər cəmiyyətinin formalaşdığı ilk dövrlərdən başlayaraq insanlar iqtisadiyyatla məşğul olmuş, ilk növbədə öz maddi tələbatlarını ödəməli olmuşlar. Tarixi inkişafın müxtəlif mərhələlərində insanlar iqtisadiyatla bağlı üç əsas məsələni həll etməli olmuşlar:

  1. Nə və nə qədər istehsal etməli?(tələb)

  2. Necə və nəyin hesabına istehsal etməli?(texnologiya, resurslar)

  3. Kimin üçün istehsal etməli və istehsal olunmuş məhsulları müxtəlif insan qrupları arasında necə bölüşdürməli?(məhsul və istehlak)

İqtisadi sistemlər, ayrı- ayrı ölkələr və insan cəmiyyətinin tarixi məhz bu üç əsas iqtisadi məsələlərin həllindən asılı olaraq bir- birindən fərqlənmişlər.
İqtisadiyyat sözü yunan mənşəli olub, “oykonomiya”- “oykos” (ev təsərrüfatı) və “nomos” (qanun) sözlərinin birləşməsindən əmələ gəlib, lüğəti mənası ev təsərrüfatlarını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin öyrəndiyi obyektdir. Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə. 430- 355) “Ev təsərrüfatı” və ya “Ev iqtisadiyyatı” deyilən əsərinin adından götürülmüş, sonradan Aristotel (e.ə. 384- 322) tərəfindən geniş şərh edimişdir. Bu mənada “Ekonomika” antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatını, daha çox natural təsərrüfat münasibətlərini ifadə edirdi.
Ekonomiks sözünün yunanca “”ailə təsərrüfatını idarə edən” mənasında bir kəlmədən əmələ gəlməsi ilk baxışda təəccüb doğura bilər. Halbuki, iqtisadiyyat ilə ev təsərrüfatını birləşdirən bir çox xüsusiyyətlər mövcuddur.
Ailə təsərrüfatı çoxlu seçimlərlə üz- üzə gəlir. Ailə üzvləri onlardan kimin nə ilə məşğul olub əvəzində nə əldə edəcəyinə qərar verirlər: şam yeməyini kim hazırlayır? Paltarları kim yuyur? Nahar vaxtı əlavə desert kimin payına düşməlidir? Başqa sözlə, bir ailə sahib olduğu məhdud resursları, hər ailə üzvünün qabiliyyəti, çalışqanlığı və istəklərini nəzərə almaqla ailə üzvləri arasında bölüşdürməlidir.
Cəmiyyət də ailə kimi çoxlu seçimlərlə üzləşir. Cəmiyyət görüləcək işləri və onları yerinə yetirəcək insanları müəyyən etməyə məcburdur. Bəzi insanlar qida tədarük etməli, bəziləri paltar tikməli, digərləri isə komputer proqramları yazmalıdır. Müxtəlif işlərin yerinə yetirilməsi üçün insanlar (eyni zamanda torpaq, binalar, maşın və qurğular) ayrıldığı kimi, bu işlərin nəticəsində əmələ gələn əmtəə və xidmətlər də cəmiyyət üzvləri arasında bölüşdürülməlidir. Kimi balıq kürüsü yeyəcək, kimi isə kartof. Kimi ferrari sürəcək, kimi isə avtobusda işə gedəcək. Bütün bunları cəmiyyət qərarlaşdıracaq.
Mövcud qaynaqlar məhdud olduğuna görə onların istifadəsi cəmiyyət üçün həyati önəm daşıyır. Qıtlıq o deməkdir ki, cəmiyyətin sahib olduğu qaynaqlar məhduddur və bunlarla insanların istədikləri qədər əmtəə və xidmətləri istehsal mümkün deyil. Bir ailə bütün ailə üzvlərinə istədikləri hər şeyi verə bilmədiyi kimi cəmiyyət də onu təşkil edən fərdlərin hamısına arzuladıqları ən yüksək həyat səviyyəsini təmin edə bilmir.
Ekonomiks və ya İqtisadiyyat cəmiyyətin sahib olduğu qıt qaynaqlardan necə istifadə etdiyini öyrənən elmdir. Cəmiyyətlərin əksəriyyətində qaynaqlar bir mərkəzi planlaşdırıcı tərəfindən deyil, milyonlarla ailə və müəssisələrin birgə fəaliyyətləri vasitəsilə bölüşdürülür. Bu səbəbdən iqtisadçılar insanların necə qərar verdiklərini öyrənir: nə qədər işldiklərini, nə aldıqlarını, nə qədər qənaət etdiklərini və əmanətlərini necə investisiya etdiklərini. İqtisadçılar, həmçinin insanlar arasındakı qarşılıqlı münasibətləri də təhlil edir, məsələn bütün alıcı və satıcıların birlikdə hər hansı məhsulun satış qiymətini və satılan miqdarını necə müəyyən etdikləri iqtisadçılar tərəfindən öyrənilir. Nəhayət, iqtisadçılar ümumi iqtisadiyyata təsir edən qüvvə və meylləri, məsələn orta gəlirin artımını, iş tapa bilməyən əhali hissəsini və qiymətlərin yüksəlmə sürətini təhlil edirlər.
Ev təsərrüfatı və onun idarə edilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə “Ekonomiks” geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində “ekonomika” ərəb dilindən alınmış “iqtisadiyyat” sözü ilə ifadə olunur.
Bugün Azərbaycan dilindəki iqtisadiyyat sözü üç müxtəlif mənada: birincisi- təsərrüfatçılıq, ikincisi- xalq təsərrüfatı, üçüncüsü- elm mənasında işlədilir.
Təsərrüfatçılıq mənasında iqtisadiyyat maddi nemətlər və xidmətlər istehsalının və onun idarə edilməsinin xarakterini əks etdirir. Məsələn, əmtəə və ya natural təsərrüfat, azad sahibkarlıq və ya inzibati amirlik təsərrüfatçılığı. İkinci mənada iqtisadiyyat sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və s. kimi istehsal sahələrini birləşdirən ölkənin xalq təsərrüfatını ifadə edir, üçüncü mənada iqtisadiyyat iqtisadi münasibətləri və onun ayrı- ayrı tərəflərini öyrənən müstəqil elm mənasında işlədilir.
İqtisadiyyat elmi- istehsal sahələrinin idarə edilməsinin qanunauyğunluqlarını öyrənir. Məsələn, insan torpağı əkib becərir və taxıl yetişdirir, sonra taxıl biçilir, təmizlənir, üyüdülür və çörək bişirilir. Prosesin gedişində çox və keyfiyyətli məhsul əldə edilirsə, tətbiq edilən üsul iqtisadi cəhətdən səmərəli sayılır.

Yüklə 94,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin