Şəkil 1. Yük maşınlarında bir oxa düşən kütlə parametrlərinə dair tələblərin müqayisəsi (tonla)
Mənbə: Tranzit Şurasının məlumatları [5-8].
3. Azərbaycanda logistika üzrə işlərin (yükdaşıma və yükaşırma xidmətlərinin) sürətli və
əlaqələndirilmiş şəkildə aparılmasının təkmilləşdirilməsi
Sərhəd-keçid məntəqələrində sərf edilən vaxt müddəti və tranzit xərclərinin həcmi beynəlxalq
yükdaşıma şirkətlərini Azərbaycan marşrutdan istifadədən nisbətən çəkindirir. Lakin, hazırda ölkədə
logistika sahəsindəki çatışmazlıqların davamlı olaraq aradan qaldırılması üçün səmərəli nəqliyyat
əlaqələrinin asanlaşdırılması məqsədi daşıyan "yaşıl dəhliz” təcrübəsi tətbiq olunur [4-7].
Görüləcək tədbirlər:
Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Liman Kompleksinin Tikintisi Layihəsi çərçivəsində
ümumi yük körpüsü, ən azı 2 ədəd Ro-Ro körpüsü və ən azı bir ədəd xidməti donanma körpüsünün
inşasının vaxtında başa çatdırılması;
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin effektiv fəaliyyətinin təmin
edilməsi, yerli və xarici gəmilərə müasir tələblərə uyğun xidmətlərin göstərilməsi məqsədilə avtomobil
parkının (TIR parkının), eyni zamanda limana yan alan gəmilərdən çıxarılan müxtəlif qarışıq tərkibli
suları təmizləyən qurğuların inşası olduqca zəruridir;
Beynəlxalq avtomobil daşımalarının asanlaşdırılması məqsədilə, tranzit daşımalarla bağlı,
habelə logistika xidmətlərinin operativ yerinə yetirilməsi, liman xidmətlərinin əlaqələndirilməsi üçün
ölkədə mərkəzləşmiş nəqliyyat-ekspedisiya təşkilarının yaradılmasının təmin edilməsi;
Nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində nüfuzlu beynəlxalq təşkilat olan FİATA-ya və
digər beynəlxalq təşkilatlara ölkəmizin üzvlük məsələsinə baxılması;
Beynəlxalq daşımalarda yükdaşıma müqavilələrinin bağlanılmasının elektronlaşdırılması,
e-müqavilələrin bağlanılmasının tətbiqi məqsədilə vahid e-portalın yaradılması, daşıyıcıların e-
xidmətlərdən istifadəsinin əlçatanlığının təmin edilməsi və “bir pəncərə” prinsipinin tətbiqi;
Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli elekrton
əmtəə-nəqliyyat qaiməsi "e-CMR"lərin tətbiqi ilə bağlı bağlı zəruri işlərin görülməsi;
Ölkə ərazisində müasir standartlara uyğun nəqliyyat-logistika mərkəzlərinin yaradılması
imkanlarının araşdırılması və bu işlərə sahibkarların cəlb olunması;
Tranzit yüklərin daşınması zamanı sərhədkeçmə prosedurların sadələşdirilməsi, tranzit
daşımalarda iştirak edən nəqliyyat vasitələrinin ölkədaxili hərəkətlərinin əvvəlcədən onlayn qaydada
müəyyən edilməsi;
Yerli daşıyıcılarımızın iştirakı ilə beynəlxalq avtomobil daşımalarında rəqabətqabiliyyətli
“vahid keçid tarifi”nin tətbiq edilməsi ilə bağlı zəruri işlərin görülməsi;
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
178
26-27 October 2018, Baku, Azerbaijan
Milli avtodaşıyıcılarımız BNF-nin təsis etdiyi illik və aylıq “İcazə” vərəqələrinin (Avropa
Nəqliyyat Nazirlər Konfransı”nın jurnallarının) sayının artırılması ilə bağlı zəruri işlərin görülməsi;
Tranzit beynəlxalq yükdaşımalarında və logistika məsələlərində Beynəlxalq Avtomobil
Nəqliyyatı İttifaqının elektron sisteminin, yəni “e-TİR” layihəsinin tətbiqi.
Qeyd olunanlarla yanaşı Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasında nəzərdə
tutulmuş məsələlərin yerinə yetirilməsi, nəzərdə tutulan digər məsələlərin mövcud qanunvericiliyə
uyğunlaşdırılmaqla vahid proqram əsasında həyata keçirilməsini təklif edirəm .
4. Avtomobil nəqliyyatı və liman təsərrüfatının inkişafının prioritet istiqamətləri
4.1. Avtomobil nəqliyyatı üzrə:
əlavə yük axınlarının cəlb ediləsi yolu ilə respublika ərazisində daşınan və tranzit yüklərin
həcminin artırılması;
nəqliyyat müəssisələrində, təsərrüfat hesablı xidmət sahələrinin genişləndirilməsi;
regionlarda özəl sektorun vəsaiti hesabına müasir avtovağzal komplekslərinin tikintisinin
dəstəklənməsi;
yeni texnologiyaların tətbiqi yolu ilə avtomobil nəqliyyatı infrastrukturlarının inkişaf
etdirilməsi;
beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasının sürətləndirilməsi və ölkənin tranzit
potensialının artırılması;
tarif, investisiya, kadr, elmi-texniki və sosial siyasətin müasir tələblərə uyğun
formalaşdırılması və həyata keçirilməsi.
4.2. Liman təsərrüfatı üzrə:
“Azərbaycan Yol Təhlükəsizliyi Proqramı” və onun tərkib komponenti kimi “Milli Yol
Təhlükəsizliyi Strategiyası 2018 – 2021 illər” işlənib hazırlanması.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi layihəsi və tamamlanması.
Nəticə. Beynəlxalq avtomobil daşımalarında Azərbaycan daşıyıcılarının sayının artması üçün
müvafiq imkanların yaradılmasının vacibliyini nəzərə alaraq, bunun üçün həm hüquqi müstəvidə, həm
inzibati idarəetmə istiqamətində, eyni zamanda daşıyıcı operatorların maddi-texniki bazalarının və
avtonəqliyyat parklarının inkişaf etdirilməsi ilə bağlı müvafiq proqramlar işlənilməli və milli
daşıyıcılarımızın imkanlarının artırılmasına dəstəyin tam təmin olunmasına çalışılmalıdır.
Tranzit daşımalarla bağlı, habelə logistika xidmətlərinin operativ yerinə yetirilməsi, liman
xidmətlərinin əlaqələndirilməsi üçün nəqliyyat-ekspedisiya xidmətləri göstərilməsi ilə bağlı işlərinin
görülməsi və ölkədə mərkəzləşmiş nəqliyyat-ekspedisiya təşkilarının yaradılmasının təmin edilməsi
olduqca zəruridir.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1.
Cavadov Ə.Ə. Vahid nəqliyyat sistemi. Dərslik. Bakı: “Təhsil” NPM, 2010, 331 s.
2.
Əliyev E.Ə. Azərbaycan Respublikasının nəqliyyat hüququ. Dərs vəsaiti. Bakı, 2005, 544 s.
3.
Metin ÇANCI., Murat ERDAL. Uluslararası Taşımacılık Yönetimi, İstanbul, 2009, 353 səh.
4.
JOURNAL OF BAKU ENGINEERING UNIVERSITY-2017. TRANZİT DAŞIMA POTENSİALININ
ARTIRILMASI YOLLARI (Azərbaycan və Türkiyə timsalında) Ramazan Dindar, Çingiz Rəhimov, Volume 1, 2017,
Number 2, Pages 13-43, UOT: 658.7
5.
http://transit.az/az/
6.
https://customs.az
7.
http://taxes.gov.az/modul.php?name=qanun&lang=
8.
http://www.stat.gov.az
9.
https://az.wikipedia.org
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
179
26-27 October 2018, Baku, Azerbaijan
BAKI ŞƏHƏRİNDƏ SƏRNİŞİN DAŞIMALARINA LOGİSTİK
YANAŞMA-SÜRƏTLİ SƏRNİŞINDAŞIMA SİSTEMLƏRİNİN
TƏTBİQİ - METROBUS SİSTEMİ
ÇİNGİZ RƏHİMOV
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
chingiz.rahimov@mincom.gov.az
RAZİM BAYRAMOV
Azərbaycan Texniki Universite
ƏLLƏZ ƏLİYEV
Azərbaycan Texniki Universite
allaz_aliev@mail.ru
XÜLASƏ
Bakı şəhərində ərnişinlərin 60 faizindən çoxu avtomobil nəqliyyatı ilə daşınır. Ölkə iqtisadiyyatın sürətli
inkişafı fonunda insanların yerdəyişmələrini təmin edən avtobus nəqliyyatı eyni zamanda həllini zəruri edən bir
sıra elmi-texniki problemlər yaratmışdır. Bu yanaşma əsas götürülərək məqalədə şəhər sərnişindaşımalarında
yeni üsul və modellər təklif edilmişdir. İrəli sürülərək tətbiqinin vacibliyi əsaslandırılmış yeni üsul və metodların möv-
cud yol-nəqliyyat şəbəkəsindəki vəziyyət planları da əyani olaraq Bakı şəhərinin xəritəsi üzərində göstərilmişdir.
Açar sözlər: Metrobus (BRT), avtobus sisteminin təkmilləşdirilməsi, effektivlik, sərnişindaşımalarında
xidmət keyfiyyəti, qısa məsafə, vaxt itkisi.
SUMMARY
More than 60 percent of Baku citizens are transported by motor transport. The country has created a
number of scientific and technical problems, which, at the same time, provide for the solution of people's
transport, which ensures the movement of people on the background of the rapid development of the economy.
Based on this approach, the article proposes new methods and models for urban passenger transport. Situation
plans in the existing road network have been shown on the map of Baku as well as new methods and methods
that are justified by the need to apply.
Key words: Metrobus (BRT), bus system improvements, efficiency, service quality in passenger transport,
short distance, time loss.
Mövzunun aktuallığı: Surətlə inkişaf edən ölkə iqtisadiyyatının və cəmiyyətimizin dinamik
artan daşıma tələblərinin operativ, təhlükəsiz və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün
nəqliyyat sistemində səmərəli tənzimləmələrin aparılması və yeni daşıma sistemlərinin tətbiqi artıq
mühüm bir zərurətə çevrilmişdir.
Şəhərdaxili sərnişindaşıma sahəsində bir sıra müasir üsul və metodları tətbiq etməklə şəhər
sərnişin daşımalarında mövcud olan problemlərin həllini təmin etmək mümkündür. Bununla da, şəhər
daxilində uyğun arterial yollarda tətbiq edilməklə ayrı bir hərəkət zolağı ilə sərnişindaşımalarını yerinə
yetirən, nəqliyyat vasitələri və daşıma metodologiyası tramvaya (metroya) bənzəyən lastik təkərli,
kifayət qədər yüksək həcmli ictimai sərnişin daşıma (Mertobus (BRT)) sisteminin tətbiqi olduqca
zəruridir.
Ölkəmizdə Mertobus (BRT) sisteminin tətbiqinə (tanıdılmasına) yönəlik olaraq hazırlanan ilk
çalışmalar 2009-cu ildə müəllifi olduğum bir məqalədə irəli sürülmüşdür. Hazırda Bakı şəhərində bu
sistemin tətbiqi ilə bağlı layihələndirmə və tədqiqat işlərinə başlanılmış-sistemin bütünlükdə tətbiqi
“Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması üzrə 2018-2023-cü illər üçün Tədbirlər
Planı”na daxil edilmiş və nəzərdə tutulmuşdur [1].
1. Metrobus (BRT) sistemi
Metrobus (BRT) sistemi - ən müasir, əlverişli və üstün şəhər nəqliyyatı sistemi olub metro ilə
avtobusun birləşməsi nəticəsində meydana çıxmış bir ictimai şəhər sərnişindaşıma növüdür. Dünyanın
ilk metrobus sistemi tətbiqi olan Rede Integrada de Transporte, 1974-cü ildə Brazilyada Curitiba
şəhərinədə açılmıştır [1].
Metrobus (BRT) sistemi metronun iş prinsipinə bənzər iş rejimində fəaliyyət göstərən, adətən
iki (və daha artıq) avtobusun birləşməsi nəticəsində meydana çıxmış bir ictimai şəhər sərnişindaşıma
növüdür.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
180
26-27 October 2018, Baku, Azerbaijan
Metrobus (BRT) sisteminin əsas üstün cəhətləri [1-3]:
Güclü sərnişin axınını yola salmaq və asan inteqrasiya qabiliyyətli stansiyalar,
komfortlu nəqliyyat vasitələri, yüksək xidmət,
sürətli yolları və informasiya texnologiyaları ilə təchiz edilmə imkanları,
sürətli tranzit, yüksək çeviklik, fərqli görünüş,
çox və geniş qapıları, böyük və ekoloji təmiz avtobuslar,
təcrid olunmuş-ayrılmış və təhlükəsiz yollar,
qabaqcadan ödənişi və sərnişinlərin rahat minib düşmələrini təmin edən yüksək səviyyəli
dayanacaq stansiyaları,
mərkəzləşdirilmiş nəzarət sistemi, sərnişinlərin rahatlığı, az investisiya qoyuluşu.
Şəkil 1. Metrobus (BRT) sistemi
Üç əsas müsbət parametri vardır: Qısa hərəkət intervalı və tez çatdırma, Əhalinin yüksək sıxlığı
olan şəhərin mərkəzi hissələrinə işləyə bilməsi, Uyğunlaşma, ekoloji təmiz, alternativ nəqliyyat rejimi
və komfortluq [2].
Metrobusların digər xüsusi hərəkət zolaqlı yollarla müqayisədə bəzi önəmli fərkli xüsusiyyətləri
vardır.
Dayanacaqlararası məsafə digər ictimai nəqliyyat (avtobus) sistemlərinə nisbətən daha
uzundur.
Gediş haqqı sərnişinin dayanacağa daxil olmasından əvvəl dayanacaqətrafı və yaxud digər
ictimai nəqliyyat ödəmə terminallarında əvvəlcədən ödənilir. Sərnişin dayanacağa girərkən ödəməni
edir. Metrobusun ödəmələr üçün gözləməsi aradan qalxmış olur.
Metrobus yollarında ümumilikdə tək bir xatt fəaliyyət göstərir.
Sərnişinlər ümumi qapılardan daxil olur və düşürlər, Minib-düşmələrin asınlıqla həyata
keçirilməsi və vaxt itkisinin qarşısının alınması üçün dayanacaq platforması ilə metrobusa giriş
yüksəklikləri eynidir və pilləli çıxış yoxdur.
İstifadə olunan nəqliyyat vasitələrinin sərnişindaşıma həcmi daha yüksəkdir.
Bu xətlərdə əlavə kat və ya kiçik tutumlu nəqliyyat vasitələrinində istifadə olunan kartlardan
istifadə olunması doğru deyildir.
Bu özəlliklər səbəbi ilə sistemdən yararlanan-istifadə edən sərnişin sayı digər şəhər ictimai
sərnişindaşıma sistemlərindən daha yüksəkdir. Sərnişinçatdırma vaxtı isə digər şəhər ictimai sərnişin-
daşıma sitemlərdən təqribən 30 % azdır. Bu gün metrobus nəqliyyatı şəhərdaxili sərnişindaşımada ən
çox paya malikdir (təqribən 18 %) [3].
Metrobus siteminin iqtisadi baxımdan düşünüldükdə isə ilk investisiya xərcləri relsli sistemlərə
görə daha çox aşağıdır. İstanbul metrobus sistemində çəkilən bütün xərclər kilometrəyə görə
1.000.000 dollar olmuşdur [1-3].
Cədvəl 1: Daşıma sistemlərinə görə saatlıq sərnişindaşıma həcmi barədə məlumatlar
Əsas
parametrlər
İst
ism
ar
sü
rə
ti
(k
m/
s)
İst
ism
ar
tə
h
lü
k
əsi
zl
iy
i
Ə
ra
zi
ist
if
a
d
ə
E
k
o
lo
ji
tə
mi
zl
iy
i
S
əy
-küy
E
n
er
ji
ist
if
a
d
əsi
Şə
h
ər
şə
b
ək
əsi
əh
a
tə
li
li
y
i
İma
j
M
a
li
y
ə
tu
tu
mu
D
aşı
ma
x
ər
cl
əri
Sistemlər
AVTOBUS
10-20
▌
▌
▌
▌
▌▌
▌▌▌
▌▌
▌▌
▌▌
METROBUS BRT
35-55
▌▌
▌▌
▌▌▌
▌▌▌
▌▌▌
▌▌
▌▌
▌▌
▌▌▌
TRAMBUS
26-34
▌▌
▌
▌▌▌
▌▌
▌▌
▌
▌▌
▌
▌▌
LRT/ TRAMVAY
18-35
▌▌
▌
▌▌▌
▌
▌
▌
▌▌
▌
▌▌
METRO
30-45
▌▌▌
▌▌
▌▌▌
▌▌
▌▌
▌▌
▌▌▌
▌
▌
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
181
26-27 October 2018, Baku, Azerbaijan
Metrobus sisteminin qurulması və texniki istismar xərcləri metro və digər oxşar ictimai
sərnişindaşıma sistemlərindən dəfələrlə ucuz olduğundan dünyada inkişaf etmiş bir çox ölkələrdə
geniş şəkildə tətbiq edilməkdədir. Xüsusi ilə də metro xətlərinin texniki qulluq və istismar enerji
xərcləri baxımından yaxın mənzilli daşımalarda bir sıra inkişaf etmiş dünya metropoliteinləri
metrobusların xidmətlərindən yararlanır. Bəzi ölkələrdə isə inkişaf etmiş metrobus daşıma və çatdırma
şəbəkələri mövcutdur.
Şəkil 2. İstanbulda Metrobus sistemi - əvvəl və sonra müqayisələndirilməsi
Metrobus (BRT) sistemində istifadə olunan nəqliyyat vasitələrinin əsas texniki özəllikləri,
qabarit ölçü parametrləri:Uzunluq – 19,5 – 39 m və artıq,Eni – 2,3 m, Qapı genişliyi – 1,2 m (hər bir
nəqliyyat vasitəsində 2 qapı və 4 ikiqat qapı), Əlillər üçün 320 mm minik padusu, 43 oturacaq yeri,
150 ayaqüstü, 193 – 230 sərnişin daşımaq qabiliyyəti, Avro V [3].
2. Metrobus (BRT) sistemi dünyada
Gündəlik daşınan sərnişinlərin sayı 31891743, şəhər sərnişin daşımalarının 30%-i, tətbiq olunan
şəhərlərin sayı 168, dəhlizlərin sayı 324, xətlərin ümumi uzunluğu 4424 km [1-3].
Dünya üzrə nəqliyyat sisteminin əsas strategiyası innovasiya və tədqiqatların gücləndirilməsi ol-
duğu üçün Metrobus (BRT) sistemi bu məqsədlə tətbiq olunan ən müasir şəhər sərnişindaşıma sistemidir.
Hazırda, dünyanın 168-dən çox şəhərində bu sistem mövcuddur, 324 dəhlizlərdən ibarət
olmaqla, ümumi uzunluğu 4,424 km-dən çoxdur. Gündəlik 31,891,743-dən çox sayda sərnişin daşınır
(cədvəl əlavə olunur). Dünya üzrə şəhər sərnişin daşımalarının 30%-i Metrobus (BRT) sistemi ilə
daşınmaqdadır. Sərnişin daşımalarının həcminə görə digər şəhər sərnişin nəqliyyatı sistemləri arasında
1-ci yerdə durur [4].
Metrobus (BRT) sistemi sərnişin daşımalarında prioritet sistem kimi əsas götürülərək dünyanın
40 şəhərdə bu sistem üzrə əlavə olaraq genişlənmə proqramları icra olunmaqdadır. 112 şəhərdə yeni
Metrobus (BRT) sitemi planlaşdırılır (tikilməkdədir). Dünyada bu sistemə maraqlar artan dinamika üzrə
inkişaf edir və günlük 50 milyon sərnişin sayı qədər də əlavə Metrobus (BRT) daşımalarına tələbat duyulur.
Cədvəl 2. Dünyada istifadə olunan daşıma sistemləri və saatlıq sərnişindaşıma həcmi
Region
Sərnişin / gün
Şəhərlərin sayı
Uzunluq (km)
Afrika
242,000 (0.78%)
3 (1.78%)
80 (1.8%)
Asiya
8,165,822 (26.43%)
35 (20.83%)
1,133 (25.61%)
Avropa (+ Türkiyə)
1,723,529 (5.57%)
43 (25.59%)
715 (16.16%)
Latın Amerikası
19,542,283 (63.26%)
56 (33.33%)
1,442 (32.59%)
Şimali Amerika
891,035 (2.88%)
24 (14.28%)
728 (16.45%)
Okeania
327,074 (1.05%)
7 (4.16%)
326 (7.36%)
Metrobus (BRT) sistemi 2012-ci ildə Avropa Birliyi tərəfindən ictimai nəqliyyatda yüksək
hədəflərə nail olmaq üçün tövsiyə olunan ən qənaətbəxş şəhər sərnişin daşıma sistemi olmuşdur.
Avropa Birliyi tərəfindən 2025-ci ilə kimi şəhər nəqliyyatında hədəf strategiyasına daxil edilmişdir.
Eyni zamanda, BMT-nin qlobal ictimai nəqliyyat məqsədləri kimi 2030-cu ilə qədər ictimai sərnişin
nəqliyyat sistemində istifadə olunan ən əlverişli və obyektiv şəhər nəqliyyatı növü olaraq təbliğ
olunmuşdur [1-4].
3. Bakı şəhərində Metrobus nəqliyyatının tətbiqi və mümkün hərəkət marşrutları
Bakı şəhərində tarixi memarlıq və arxitektura baxımından nəqliyyat sxemlərinin konfiqurasi-
yası, tikililərin yerləşməsi, ərazinin relyefi, tikinti norma və qaydaları, eləcədə nəqliyyat qovşaqlarının
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
182
26-27 October 2018, Baku, Azerbaijan
yerləşməsi kimi müxtəlif amillər burada bütün şəhər ictimai nəqliyyat növlərinin qarşılıqlı şəkildə
inkişafına maneə olan səbəblərdəndir.
Metrobus (BRT) sisteminin tətbiqində əsas məqsəd Bakı şəhərində şəhər nəqliyyatını yüksək
səviyyədə təşkil etmək və dünya standartlarına uyğun qurmaq, gələn qonaqlara, turistlərə və bütün
sakinlərə yüksək sərnişindaşıma xidmətinin göstərilməsi olmuşdur.
Əgər ictimai nəqliyyatda komfort və sürətlilik olarsa insanlar öz şəxsi avtomobillərindən imtina
edəcək, bu da tıxacların və digər nəqliyyat problemlərinin aradan qalxmasına, eləcədə ekoloji
pozuntuların azalmasına səbəb olacaqdır.
Böyük şəhərlərdə çox vaxt ictimai nəqliyyat planları yüksək səviyyədə işlənilib layihələndiril-
mir, bunun üçün kifayət qədər resurslar istifadə olunmur, lakin sonra meydana çıxan ciddi nəqliyyat və
daşıma problemlərinin həlli üçün daha çox investisiya tələb olunur.
Bakı şəhərində Metrobus (BRT) sisteminin tətbiqi və mümkün hərəkət marşrutlarını barədə
əsaslandırmalar tərəfimizdən işlənilərək təqdim edilə bilər.
Dostları ilə paylaş: |