"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə2/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   2   3   4   5   6   7   8   9   ...   78
Conferance Book Economy.(3)


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

1  

26-27 October 2018, Baku, Azerbaijan 

 

 

 

PROCEEDINGS 

 

SECTIONS 

International Economy 

Bussiness Administration 

Finance and Accounting 

International Relations 

 

 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

2  

26-27 October 2018, Baku, Azerbaijan 

 

 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

3  

26-27 October 2018, Baku, Azerbaijan 

 

 

 

PROCEEDINGS 

 

SECTION I 

International Economy 

 

 

 

 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

4  

26-27 October 2018, Baku, Azerbaijan 

BİLİK İQTİSADİYYATININ GÖSTƏRİCİLƏRİ 

 

i.ü.f.d.Altay Hüseyn oğlu İsmayılov 

Beynəlxalq İqtisadiyyat(ingilis dilli) kafedrası - UNEC 

altay.ismayilov@unec.edu.az 

 

XÜLASƏ 

Klassik yanaşmada zənginliyin mənbəyi kimi qəbul edilən əmək, torpaq, kapital kimi ənənəvi amillərin 

yerini günümüzdə bilik tutur. Bilik istehsal prossesinə nüfus etdikcə əlavə iqtisadi dəyər yaradır və bu dəyər get-

dikcə artan istiqamətdə davam edir. Ona görə də muasir dünyada sosial-iqtisadi inkişafın yeni istiqaməti bilik əsaslı 

iqtisadiyyatdır. Bilik iqtisadiyyatı iqtisadi fəaliyyətlərin biliyə əsaslanaraq həyata keçirildiyi struktur deməkdir. 

Burada  biliyin  əldə  edilməsi,  emalı  və  konvertasiyası  ilə  onun  paylanması  əhatə  edilir.  Yəni  bilik  iqtisadiyyatı 

biliyin yaradılması ilə birlikdə onun səmərəli istifadəsi və yayılmasına əsaslanan bir sistemdir. Sistemin təməlini 

formalaşdıran əsas ünsur bilik olduğu kimi, rəqabət mühitinin fundamental  amili də bilikdir. Beləliklə muasir ya-

naşmalarda bilik iqtisadi resurs olaraq istehsal amili kimi qəbul edilməklə iqtisadi inkişafın əsas mənbəyi halına 

gəlmişdir.  



Açar sözlər: Bilik iqtisadiyyatı, bilik iqtisadiyyatı indeksi, bilik iqtisadiyyatının sütünları. 

INDICATORS OF SCIENCE ECONOMY 

ABSTRACT 

Nowadays traditional  factors  such as labor, land, capital,  which are regarded as the  source of  wealth in 

the classical approach, replaced by knowledge. Knowledge creates additional economic value as a result of the 

production process and this value is gradually increasing. Therefore, in the modern world, the new direction of 

socio-economic  development  is  knowledge-based  economy.  Knowledge  Economy  means  the  structure  where 

economic activities are based on knowledge. Here, the acquisition, processing, and conversion of knowledge are 

covered. In other words, the knowledge economy is a system based on its effective utilization and dissemination. 

As  well  as  the  main  element  of  knowledge  that  shapes  the  system,  the  fundamental  factor  of  the  competitive 

environment is knowledge. Thus, in  modern approaches,  knowledge  has become the  main  source of economic 

development by adopting the economic factor as a production factor. 



Key words: Knowledge Economy, Knowledge Economy Index, The Pillars of Knowledge Economy 

 

Giriş 

İnkişaf etməkdə olan ölkələrin düzgün bir planlama ilə insan kapitalına, institutsional sistemin 

effektivliyinin  artırılmasına,  uyğun  kommunikasiya  texnologiyalarına,  innovativ  və  sağlam  rəqabətə 

əsaslanan  sahibkarlıq  mühitinin  formalaşmasına  investisiya  etməklə  qlobal  dünyadakı  "bilik 

inqilabından"  faydalanmaqları  mümkündür.  Finlandiya,  Cənubi  Koreya,  Yeni  Zellandiya,  İrlandiya, 

Malaziya, Sinqapur, son illərdə Çin və Hindistan kimi ölkələrdəki sürətli inkişaf buna nümunə olaraq 

göstərilə  bilər.  Dünya  Bankının  "İnkişaf  üçün  Bilik  Programı"  (Knowledge  for  Development-K4D) 

əlaqədar ölkələrin qlobal bilik iqtisadiyyatında digər ölkələrlə rəqabət qabiliyyətini müqayisəli olaraq 

qiymətləndirməyə  imkan  verir.  Program  ölkələrin  bilik  iqtisadiyyatına  keçiddə  əsas  alabiləcəkləri 

"dörd sütünlü çərçivə" (four-pillar framework) təqdim edir. 

  Bir  ölkədə  bilik  iqtisadiyyatının  formalaşdırılmasının  ilk  addımı  ölkənin  özü  ilə  birlikdə 

mövcud  və  potensial  rəqiblərin  güclü  və  zəif  tərəflərinin  başa  düşülməsidir.  Bu  addımdan  sonra 

hədəflər müəyyənləşdirilməli, ona uyğun siyasət formalaşdırılıb investisiya edilməlidir. "Dörd sütünlü 

çərçivə"yə görə bilik iqtisadiyyatının fundamental əsasları 4 göstərici üzərinə bina edilmişdir. Bunlar: 

iqtisadi  və  institutsional  rejim,  təhsil  və  ixtisaslı  kadr  potensialı,  informasiya-kommunikasiya 

infrastrukturu və innovasiya sistemidir.  

 

Bilik İqtisadiyyatının Göstəriciləri 

Bu  4  əsasa  görə  formalaşdırılan  "Biliyin  Qiymətləndirilməsi  Metodologiyası"  (Knowledge 

Assessment  Metodology-KAM)  isə  illər  üzrə  dəyişməklə,  ümumilikdə  83  adda  müxtəlif  struktur  və 

keyfiyyət dəyişənlərinə görə ölkələrin bilik iqtisadiyyatı baxımından nisbi performanslarını müqayisə 

etmək  imkanı  verir.  Bundan  əlavə  qeyd  edilən  metodologiya  ilə  seçilmiş  xüsusi  göstəricilərə  görə 

hazırlanan  ölkə  hesabatı  və  ölkələrarası  müqayisə  də  təmin  edilə  bilər.  Biliyin  qiymətləndirilməsi 

metodologiyasından  istifadənin  asanlığı,  şəffaflığı  və  əlyetənliyi  onun  dövlət  rəsmiləri,  siyasətçilər, 

tədqiqatçılar,  vətəndaş  cəmiyyətinin  nümayəndələri  və  özəl  sektor  tərəfindən  geniş  şəkildə  istifadə 

edilməsinə şərait yaratmışdır.  



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

5  

26-27 October 2018, Baku, Azerbaijan 

  Ölkələrin vəya regionların bilik iqtisadiyyatına ümumi hazırlıq səviyyəsinin ölçülməsində  ən 

çox  istifadə  edilən  göstərici  "Bilik  İqtisadiyyatı  İndeksi"dir  (Knowledge  Economy  Index-KEI).  Bu 

indeks  hər  bir  ölkənin  fəaliyyət  səviyyəsini  yuxarıda  qeyd  edilən  dörd  sütünlü  çərçivəyə  müvafiq 

olaraq 12 indikator üzərindən qiymətləndirir.  

 

Bilik İqtisadiyyatının əsas göstəriciləri 

Bilik İqtisadiyyatının 

 “4 sütünu” 

Nəzərə alınan indikatorlar 

İqtisadi və İnstitutsional Rejim 

 



Tarif və qeyri-tarif məhdudiyyətləri 

 



İdarəetmə keyfiyyəti  

 



Hüququn üstünlüyü 

Təhsil və ixtisaslı kadr potensialı 

 



Oxuma-yazma dərəcəsi 

 



Orta təhsilli olanların faizi 

 



Ali təhsil alanların faizi 

İnformasiya – kommunikasiya 

infrastrukturu  

 



Əhalinin hər 1000 nəfərinə düşən telefon sayı 

 



Əhalinin hər 1000 nəfərinə düşən komputer sayı 

 



Əhalinin hər 1000 nəfərinə düşən internet istifadəçilərinin sayı 

İnnovasiya sistemi 

 



Adambaşına düşən royalti ödənişləri və gəlirləri 

 



Texniki sahədə dərc olunan jurnal məqalələrinin                                 

sayı (hər milyon nəfərə düşən) 

 

Alınan beynəlxalq patentlərin sayı (hər milyon nəfərə düşən) 



Mənbə:  Dünya Bankı 

 

Bilik iqtisadiyyatının inkişaf etdirilməsi üçün iqtisadi və institutsional rejim elə qurulmalıdır ki, 



mövcud  olan  ilə  yeni  yaradılan  biliyin  effektiv  istifadəsinə  və  sahibkarlıq  fəaliyyətlərinin 

stimullaşdırılmasına  gətirib  çıxarsın.  Bunun  üçün  isə  bu  sahədə  həm  tarif  və  qeyri-tarif 

məhdudiyyətlərin minimallaşdırılması, həm də ümumi idarəetmə keyfiyyətinin artırılması və hüququn 

üstünlüyü prinsipinin hamı tərəfindən qəbul edildiyi bir cəmiyyət formalaşmalıdır.  

Bilik  iqtisadiyyatının  təhsil  sütunu  biliyin  yaradılması,  istifadə  olunması  və  yayılması  üçün 

ehtiyac duyulan bilik və bacarıqların təmin olunması prosesini özündə əks etdirir. Güclü informasiya – 

kommunikasiya  infrastrukturunun  qurulması  isə  bilik  iqtisadiyyatının  inkişaf  etdirilməsi  üçün 

informasiyanın  emal  edilməsi  və  yayılması  baxımından  əhəmiyyətlidir.  Çünki,  bilik  iqtisadiyyatı  və 

yeniliklərin  tətbiqi  birbaşa  informasiyaya,  onun  emalına  və  yayılmasına,  daha  dəqiq  desək  tətbiqinə 

əsaslanır.  Bu  baxımdan,  güclü  informasiya  –  kommunikasiya  infrastrukturu  daha  aktiv  innovasiya 

sisteminin qurulması, bazarın ehtiyaclarının müəyyənləşdirilərək yeni texnologiyaların yaradılması və 

tətbiqinin  stimullaşdırılmasında  əhəmiyyətli  rola  malikdir.  Qurulacaq  innovasiya  sistemi  özündə  iş 

dünyası, tədqiqat mərkəzləri, universitetləri və s. birləşdirir. Bu çərçivədə, qeyd edilməlidir ki, bilik 

əsaslı iqtisadiyyatın formalaşdırılması üçün ilkin olaraq uyğun mühitin yaradılmasına ehtiyac vardır. 

 

 

ƏDƏBİYYAT SİYAHISI 



 

1-    BAYDAR,  Burcu,  "Bilgi  Ekonomisi  ve  Türkiye",  International  Conference  on  Eurasian  Economies  Proceedings, 

Skopye, 2014 

2-    DAVID,  P.,  FORAY,  D.,  2002.  “Economic  Fundamentals  of  the  Knowledge  Society”,  Policy  Futures  in  Education, 

Volume 1, Number 1, 2003 

3-  


KAVAK,  Çiğdem,  "Bilgi  Ekonomisinde  İnovasyon  Kavramı  ve  Temel  Göstergeleri",  Akademik  Bilişim’09  -  XI. 

Akademik Bilişim Konferans materialları, Şanlıurfa, 2009 

4-    OECD, "The Knowledge-based Economy", Head of Publications Service of OECD, Paris, 1996. 

5-  


REDDI,  U.R.V.,  RÜSTƏMOV,A.,  SEYIDZADƏ,  E.,  SADIQLI,  A.,  "İnkişaf  üçün  İKT-nin  Tətbiqi",  Qafqaz 

Universiteti nəşri, Bakı, 2015 

6-  

YUMUŞAK,  İbrahim  G.,    Bilgi  Ekonomisinin  bir  Unsuru  Olarak  Yenilik  Ekonomisi  ve  Türkiye  Üzerine  bir 



Değerlendirme, Siirt Üniversiteti İqtisadiyyat və İdarəetmə Fakultəsi İqtisadi Yenilik Jurnalı, Cilt: 1, Sayı: 2, Yanvar, 

2014 


7-  

WORLD BANK INSTITUTE, "K4D Knowledge for Development, The World Bank, Waşinqton, 2007 

 

 

 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

6  

26-27 October 2018, Baku, Azerbaijan 

BAZEL II STANDARTLARI VƏ POTENSİAL TƏSİRLƏRİN TƏHLİLİ 

 

C.G. ƏSGƏRZADƏ 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

asgarzade@live.de

 

 



Q.G. ƏSGƏRZADƏ 

Azərbaycan Dövlət İqtisad Universiteti 

g.asgarzade@gmail.com

 

 



XÜLASƏ 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 

Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkə banklarında risklərin idarə 

edilməsinin təkmilləşdirilməsi üçün mövcud prudensial tələblərin mərhələli şəkildə Bazel Komitəsinin müəyyən 

etdiyi  tənzimləmə prinsiplərinə uyğunlaşdırılması strateji hədəflər sırasında prioritet olaraq müəyyən edilmişdir.  

Strateji Yol Xəritəsində mərhələli şəkildə Bazel II və Bazel III standardlarına keçilməsi nəzərdə tutulub.  Qlobal 

maliyyə  bazarlarının  sürətli  inkişafı,  müəyyən  tezliklə  baş  verən  böhranlar  ölkənin    iqtisadiyyat  və  maliyyə 

sektorunun dünya bazarı ilə güclənən inteqrasiyası şəraitində ölkənin bank sektorunda risklərin idarəedilməsini 

beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmasını zəruri etmişdir. 

Bu  məqalə  ölkədə  Bazel  standartlarına  keçidin  ilk  mərhələsi  olan  Bazel  II  standartını  təhlil  edir  və  bu 

standartlara keçidin gətirəcəyi dəyişiklikləri və potensial təsiri analiz edir.  

Açar sözlər: Bazel II, Bazel III, kapital tələbi, strateji yol xəritəsi, risk menecment 

BASEL II STANDARDS AND ANALYSIS OF POTENTIAL IMPACTS

 

Abstract 

 The  Strategic  Road  Map  for  the  Development  of  the  Financial  Services  in  the  Republic  of  Azerbaijan 

approved by the presidential decree on December 6, 2016, sets out gradual adaptation of the current prudential 

requirements to the regulation principles of the Basel Committee as one of the priorities in the  list of strategic 

targets in order to improve the risk management in the commercial banks of the country. It is planned gradually 

shift  to  the  Basel  II  and  Basel  III  standards  in  the  near  future.    The  rapid  development  of  the  global  financial 

market  and  occurring  financial  crisis  in  the  condition  of  increasing  integration  of  the  country's  economy  and 

financial  sector  to  the  global  market  necessitates  to  improve  the  risk  management  in  the  banking  sector  of  the 

country to the international standards. 

This  article  reviews  Basel  II,  the  first  phase  in  the  transition  of  the  country  to  the  Basel  standards,  and 

analyzes the changes and potential impacts of the transition to this standard. 

Key words: Basel II, Basel III, capital requirement, strategic roadmap, risk management

 

 



Giriş 

Bank  sistemi  qlobal  iqtisadiyyatda  likvidlik  təminatçısı  və  ödəniş  platformu  kimi  ciddi  rol 

oynayır.  Bu  funksiyanı  yerinə  yetirmək  və  iqtisadi  böhranların  öhdəsindən  gəlmək  üçün  bank 

sisteminin  lazımi  resurslara  çıxışı  olmalıdır.  Bu  baxımdan  banklar  üçün  qayda  və  qanunlarda 

təhlükəsiz  limitlərinin  müəyyən  edilməsi  mütəxəssislər,  səlahiyyətli  orqanlar  və  bazar  nəzarətçiləri 

üçün prioritet olmuşdur.  

Dünya iqtisadiyyatında 10 il əvvəl başlamış son maliyyə böhranı beynəlxalq maliyyə sistemində 

ciddi  pozuntulara  yol  açdı.  Qlobal  maliyyə  bazarında  tənzimləyici  alətlərin  yumşaldılması  böhranın 

amplitudasını  daha  da  gücləndirdi.  Ehtiyat  dərəcələrinin  aşağı  salınması,  kapital  adekvatlığının 

yumşaldılması,  bank  səhmdarlarının  kapitalı  artırmaqda  istəksizliyi  və  hibrid  (borc/sərmayə) 

məhsulların  kapital  kimi  təsnifləşdirilməsi,  "kölgə  banklar"ın  (fondların,  maliyyə  xidmətləri 

provayderləri  -  maliyyə  bazarından  öhdəliklər  cəlb  edən  lakin  dövlət  tərəfindən  qarantiyalar 

verilməyə)  meydana  çıxması,  maliyyə  nəzarət  orqanları  tərəfindən  erkən  müdaxilə  sistemlərinin 

olmaması böhranın daha da dərinləşməsinə gətirib çıxardı [Cannata et al., 2011]. Qeyd edilən hallar 

banklara itkilərlə üzləşəndə lazımi resursları təmin etməyə imkan vermədi. 2008-ci ilin birinci yarımili 

ərzində  10  qlobal  maliyyə  institutu  üzrə  kumulativ  olaraq  490  milyard  dollar  itki  qeydə  alınmışdı. 

2008-ci ildə Lehman Qardaşlarının iflası böhranın daha da dərinləşməsinə rəvac verdi və beynəlxalq 

banklarası bazarın çökməsi ilə maliyyə institutları kütləvi olaraq monetar bazardan geri çəkildilər.  

Bir  çox  mütəxəssislər  hesab  edir  ki,  Bazel  II  standartlarının/prinsiplərinin  tam  tətbiqinin 

gecikdirilməsi, prudensial və mühasibatlıq qaydaları arasında korrelyasiyanın olmaması böhranı daha 

da alovlandırdı [Ranjit, 2009]. 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

7  

26-27 October 2018, Baku, Azerbaijan 

Azərbaycan  Respublikası  Prezidentinin  2016-cı  il  6  dekabr  tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş 

Azərbaycan  Respublikasında  maliyyə  xidmətlərinin  inkişafına  dair  Strateji  Yol  Xəritəsi  ölkə 

banklarında risklərin idarə edilməsinin təkmilləşdirilməsi üçün mövcud prudensial tələblərin mərhələli 

şəkildə  Bazel  Komitəsinin  müəyyən  etdiyi    tənzimləmə  prinsiplərinə  uyğunlaşdırılması  strateji 

hədəflər  sırasında  prioritet  olaraq  müəyyən  edilmişdir.    Strateji  Yol  Xəritəsində  mərhələli  şəkildə 

Bazel  II  və  Bazel  III  standardlarına  keçilməsi  nəzərdə  tutulub.    Qlobal  maliyyə  bazarlarının  sürətli 

inkişafı,  müəyyən  tezliklə  baş  verən  böhranlar  ölkənin    iqtisadiyyat  və  maliyyə  sektorunun  dünya 

bazarı  ilə  güclənən  inteqrasiyası  şəraitində  ölkənin  bank  sektorunda  risklərin  idarəedilməsini 

beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmasını zəruri etmişdir.  

Bu məqalə ölkədə Bazel standartlarına keçidin ilk mərhələsi olan Bazel Bazel II-ni təhlil edir və 

bu standartlara keçidin gətirəcəyi dəyişiklikləri və potensial təsiri analiz edir.  

 

Bazel – qlobal bank sistemində inqilabi standartlar 

Bazel  I  prinsipləri  1988-ci  ildə  Bazel  Komitəsi  tərəfindən  irəli  sürülmüşdür  və  1992-ci  ildən 

başlayaraq  banklar  tərəfindən  tətbiq  edilir.  Prinsiplərin  formalaşması  1987-ci  ildə  Bazel  Komitəsi 

tərəfindən  beynəlxalq  bankların  kapital  adekvatlığının  ölçülməsi  metodlarının  eyniləşdirməsi  və 

kapital  adekvatlığı  standartlarının  yaradılması  üçün  irəli  sürülən  sənədlə  başlanmışdır.  Bu  sənədin 

ortaya çıxma səbəbi artan kredit riskləri ilə əlaqədar bankların kapital əmsallarının pisləşməsi ilə bağlı 

olmuşdur.   

Bazel I prinsipləri kapital adekvatlığının ölçülməsində yalnız kredit risklərini nəzərə alır. Bazel 

I bankların aktivlərinin müxtəlif risk qruplarında ölçərək (0%, 20%, 50% və 100%) birinci və ikinci 

dərəcəli (Tier I və Tier II) kapital üçün minimum adekvatıq tələbləri müəyyən edir (risk dərəcəsi üzrə 

ölçülmüş aktivlərin minimum 8%-i).  

Bazel I prinsipləri dövrünə görə inqilabi və mürəkkəb olsa da, maliyyə bazarının sürətli inkişafı 

ilə qeyd edilən çərçivə yetərsiz qaldı və yeni kapital adekvatlığı çərçivəsinə zərurət yarandı. 2004-cü 

ildə bank sektorunun və biznesmenlərlə müzakirələrdən sonra  Bazel II prinsipləri  dərc edildi. 2005-ci 

ildə  çərçivəyə  bazar  risklərini  əlavə  edildikdən  sonra  2006-ci  ilin  iyun  ayında  Bazel  II-nin  tam 

versiyası dərc edildi.  

Beynəlxalq maliyyə bazarlarının stabilliyini və sağlamlığının təmin edilməsinə yönələn Bazel II 

3 sütun üzərinə qurulub: minimum kapital tələbi (kredit riski, bazar riski və əməliyyat riskini nəzərə 

almaqla hesablanır), prudensial nəzarət prosesi (keyfiyyə yanaşması (qualitative approach)) və bazar 

intizamı (səhmdarlar, potensial risklər və kapital adekvatlığı ilə bağlı məlumatların detallı açıqlanması).  

Bazel II-nin banklarda risklərin idarə edilməsi sahəsinə gətirdiyi yeniliklər əsasən aşağıdakılar-

dan ibarətdir:   

1) 

Əməliyyat  riski  ilə  əlaqədar  kapital  tələbləri  (daxili  faktorlarla  (prosedurlar, 



əməkdaşlar, dələduzluq və s.) və ya xarici faktorlarla (iqtisadi mühit) əlaqədar itkilər)); 

2) 


Kapital tələbinin qiymətləndirilməsi üçün fərqli metodlar. Bankın kredit və əməliyyat 

riskindən asılı olan 3 metod tövsiyyə edilir. Banklar ehtiyaclarından, qabliyyətlərindən, resurslarından 

asılı olaraq bu metodlardan birini seçə bilərlər.  

3) 


Kapitalın ölçülməsi, kapital adekvatlığı, bazar intizamı və nəzarət proseslərin arasında 

güclü əlaqənin yaradılması.  

Yuxarıda  qeyd  edilənlərdən  başqa  Bazel  II  özündən  əvvəl  tətbiq  olunan  Bazel  I-in  əsas 

elementlərini  saxlayır.  Növbəti  hissədə  yuxarıda  adı  çəkilən  yeniliklər  bir  qədər  təfsilatlı  təhlil 

ediləcək.  

 

Basel II və onun sütunları 

 

Məqalənin  bu  bölməsində  Bazel  II-nin  əsasında  dayanan  3  sütun  daha  da  dərindən  təhlil 



ediləcək.  

Sütun I– minimum kapital tələbi  

Bankın investisiya etməli olduğu minimum kapital səviyyəsi minimal olaraq risk dərəcəsi üzrə 

ölçülmüş aktivlərin 8%-i təşkil etməlidir.  

 

Minimum kapital tələbi = 8% x risk dərəcəsi üzrə ölçülmüş aktivlər (RÖA) 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

8  

26-27 October 2018, Baku, Azerbaijan 

RÖA-nın hesablanmasında əsas risk komponentləri kredit riski, bazar riski və əməliyyat riskidir. 

Aktivlər  bu  risk  komponentləri  üzrə  ölçülür  və  cəm  RÖA-nı  təşkil  edir.  Kredit  riski  borcalanın 

maliyyə çətinlikləri səbəbindən götürdüyü kredit geri qaytar bilməməsi halında yaranır. Bazar riski isə 

bazar  amillərindən  asılı  olaraq  maliyyə  aktivinin  dəyərinin  dəyişməsindən  yaranır.  Bazar  riskinin 

hesablanması müxtəlif modellərdən (Riskə Məruz Dəyər modeli) istifadə etməklə gözlənilməz itkilərin 

ölçülməsini  məqsədi  daşıyır.  Əməliyyat  riski  isə  Bazel  Komitəsi  tərəfindən  qeyri-adekvat  daxili 

proseslər, sistemlər və insanların fəaliyyəti nəticəsində və ya kənar hadisələrdən qaynaqlanan risklər 

kimi  xarakterizə  edilir.  Başqa  sözlə  ifadə  etsək,  bank  işçilərinin  səhvləri  və  ya  proseduralarda  olan 

çatışmazlıqlar nəticəsindən maliyyə tranzaksiyalarının pozulması kimi hallar nəzərdə tutulur.  

Hər bir risk kateqoriyasını qiymətləndirlmək üçün Basel II çərçivəsi bir neçə seçim təklif edir 

[BİS, Basel II, 2006]:  

 Kredit  riski  üçün:  standarlaşdırılmış  yanaşma,  daxili  reytinq  (İRB)  və  təkmil  daxili  reytinq 



yanaşmaları (A-İRB); 

 Bazar  riski  üçün:  standartlaşdırılmış  yanaşma  və  daxili  Riskə  Məruz  Dəyər  (VaR) 



yanaşmaları; 

 



Əməliyyat  riski  üçün:  sadə  indikatorlar  yanaşması,  standarlaşdırılmış  yanaşma  və  təkmil 

ölçmə yanaşması (daxili proqnozlaşdırma). 



Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin