"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə3/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   2   3   4   5   6   7   8   9   ...   78
Conferance Book Economy.(3)


Kredit riski yanaşmaları:  

Standarlaşdırılmış yanaşma (standardised approach) – müxtəlif institutlara fərqli risk çəkiləri 

verilir (əsasən beynəlxalq reytinq agentliklərinin göstəricilərindən istifadə edilir). 



Daxili  reytinq  (İRB  -  internal  rating  approach)  yanaşması  –  banklar  hər  bir  müştəri  üzrə 

özlərinin müəyyən etdiyi defolt ehtimalından (probability of default (PD)) istifadə edirlər. Əlavə risk 

faktorlar – defolt halında itki (loss given default)  və defolt halında təsir (Exposure at Default – EAD) 

nəzarət  orqanları  tərəfindən  müəyyən  edilir.  Banklar  nəzarət  orqanları  tərəfindən  verilən  bu 

göstəricilərdən istifadə etməlidirlər.  

Təkmil daxili reytinq yanaşmaları (A-İRB - advanced internal rating approach) – risklər bankın 

daxilində ölçülür. Bu metoddan ən sərt tələblərə cavab vermək istəyən institutlar istifadə edir.  

Banklar tərəfindən daha çox standartlaşdırılmış yanaşma tətbiq edilir, lakin adları çəkilən digər 

iki modelə keçən bankların sayında da artım müşahidə edilir.  



Bazar riski yanaşmaları 

Bazar riskini ölçmək üçün Bazel komitəsi tərəfindən 1996-cı ildə Bazel I-ə düzəliş olaraq irəli 

sürülən metodlar Bazel II-də də qüvvədə saxlanılmışdır.  

Əməliyyat riski yanaşmaları 

Sadə indikatorlar yanaşması – sadə indikator (gəlirlər və s.) seçilir və nəzarət orqanı tərəfindən 

müəyyən edilən əmsal tətbiq edilir. 



Standarlaşdırılmış  yanaşma  –  bankın  fəaliyyəti  bir  neçə  biznes  seqmentinə  bölünür,  hər  bir 

seqment üzrə sadə indikatorlar seçilir və nəzarət orqanı tərəfindən müəyyən edilən əmsal tətbiq edilir. 



Təkmil ölçmə yanaşması-daxili risk proqnozlaşdırma modelləri nəzarət orqanı ilə razılaşdırmaq-

la istifadə edilir.  

 

İkinci sütun – prudensial nəzarət prosesi  

Bazel II əsasən, bankın menecmenti bankın risk profilinə uyğun olaraq risklərin idarə edilməsi 

və kapitalın adekvat səviyyədə saxlanılmasına  görə birbaşa məsuliyyət daşıyır. Eyni zamanda, nəzarət 

orqanları düzgün nəzarət mühiti yaratmalı və onun effektivliyinə nəzarət etməlidirlər (potensial nata-

razlığı  tənzimləmək  üçün  zəruri  kapital  adekvatlığı  səviyyəsi  müəyyən  edilməli  və  əlaqəli  tədbirlər 

həayata keçirilməlidir). Bu kontekstdə Bazel II bir neçə prinsip müəyyən edir:   

1)  Hər  bir  bank  kapital  səviyyəsinin  ölçülməsi  üçün  risk  profillərinə  müvafiq  olan  daxili 

proses və prosedurlara  malik olmalı və meydana çıxa biləcək gözlənilməz halların idarə edilməsi üçün 

strategiyaya malik olmalıdırlar; 

2)  Nəzarət orqanları qeyd edilən daxili prosedur və prosesləri, eləcə də bankın komplayens və 

monitorinq sahəsindəki resurslarını qiymətləndirməlidirlər; 

3)  Nəzarət orqanı bütün banklarda minimum kapital səviyyəsində əməl edildiyini monitorinq 

etməlidirlər.  Bu  baxımdan  bütün  sistem  üzrə,  ayrı-ayrı  kateqoriyalar  üzrə  və  s.  minimum  kapital 

səviyyəsi müəyyənləşdirilməlidir; 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

9  

26-27 October 2018, Baku, Azerbaijan 

4)  Nəzarət  orqanları  kapitalın  səviyyəsində  neqativ  trend  müşahidə  edilən  kimi  erkən 

müdaxilə etməli və bankdan lazımi tədbirlər görməyi tələb etməlidirlər. 

Üçüncü sütun – bazar intizamı 

Optimal  bazar  intizamının  təmin  edilməsi  üçün  Bazel  II  bankın  fəaliyyəti  ilə  bağlı  müəyyən 

tezlikdə ictimaiyyətə açıqlanmalı hesabatlılıq tələbləri müəyyən edir. Qeyd edilən hesabatlılıq tələbləri 

bankın  cari  və  potensial  müştərilərinə  bankın  riskləri  və  fəaliyyəti  barədə  etibarlı  məlumat  vermək 

məqsədi daşıyır.   

Bazel  II-nin  tam  tətbiq  edilməsi  üçün  hər  üç  sütun  tətbiq  olunmalıdır.  Minimum  tələb  isə 

minimum birinci sütunun tətbiqidir.   

Hüquqi  cəhətdən  Bazel  II  beynəlxalq  banklar  üçün  tövsiyyə  xarakteri  daşıyır  və  prinsiplərə 

əməl edilməməsi rəsmi olaraq sanksiyalaşdırıla bilməz.   

Bu  məqalənin  məqsədi  olmasa  da  qeyd  edilməlidir  ki,  2008-ci  il  Qlobal  Maliyyə  Böhranı 

bankların  kapitallarının  keyfiyyət  və  kəmiyyətinin  yetərli  olmadığını  göstərdi.  2010-cu  ildə  təqdim 

edilən Bazel III prinsipləri əhəmiyyətli dəyişikliklər  gətirdi:  

1) 

Minimum kapital səviyyəsi artırıldı; 



2) 

Kapitalın potensial itkilərə dayanaqlılığını təmin etmək üçün keyfiyyətinin artırılması  

tələbi müəyyən edildi; 

3) 


(Qeyri-risk əsaslı) Leverec əmsalı müəyyən edildi; 

4) 


Likvidlik örtülmə əmsalı müəyyən edildi  (Liquidity Coverage Ratio); 

5) 


Xalis stabil maliyyələşdirmə əmsalı müəyyən edildi  (Net Stable Funding ratio). 

Bazel II-nin potensial təsirləri 

Bazel  II  prinsiplərinin  tətbiqi  risk  dərəcəsi  üzrə  ölçülmüş  aktivlərinin  məbləğinin  artımına 

gətirməklə daha çox kapital tələbli yarada bilər. Bu da banklarda aktivlərinin həcminin azalmasına və 

ya daha az riskli aktivlərə üstünlük verilməsilə nəticələnə bilər. Kapital artırılmasının bahalı və çətin 

olduğunu nəzərə alsaq, bu iki seçim qaçılmaz ola bilər. Bazel II prinsiplərinin tətbiqi məcmu kapital, 

kredit təklifi və iqtisadi aktivlik arasında birbaşa həlqə yaradır.   

Digər tərəfdən həddən artıq tənzimlənmə mənfi təsirlər yarada bilər. Belə ki, nəticədə maliyyə 

vasitəçiliyinin  dəyəri  arta  və  bank  sektorunun  mənfəətliliyi  aşağı  düşə  bilər.  Eyni  zamanda,    sərt 

qaydalar bankları kreditləşməni daraltmağa məcbur edə bilər ki, bunun da sabitlik dövrlərində iqtisadi 

artıma təsiri neqativ olacaqdır. Daha çox kapital vəsaiti əldə etməyə məcbur olan banklar kreditləşmə 

marjasını  artıra  bilər.  Digər  tərəfdən  sərt  prudensial  tənzimləmə  tələbləri  iqtisadi  və  maliyyə 

böhranlarının bank sisteminin stabilliyinə təsiri minimalladırmaqda müsbət rol oynayacaqdır.   



Nəticə 

Bazel II standartının tətbiqinin ölkənin bank sektorunun stabilliyinə və dayanıqlılığına müsbət 

təsiri  kifayət  qədər  açıqdır.  Banklar  üzrə  məcmu  kapital  tələblərinin  onların  fəaliyyətlərinin  risk 

dərəcəsi ilə əlaqləndirilməsi mövcud qaydaların təkmilləşdirilməsi baxımından əhəmiyyətli addımdır. 

Bazel II prinsipləri risklərin müəyyən edilməsi və ölçülməsinə daha təkmil və əsnək yanaşma qəbul 

edərək    banklara  risklərin  idarə  edilməsini  daha  effektiv  həyata  keçirməyə  imkan  verir.      Xüsusilə 

banklar  tərəfindən  daxili  reytinq  modellərinin  kimi  təkmil  alətlərin  tətbiq  edilməsi  kredit  risklərini 

daha  düzgün  ölçməyə  imkan  verə  və  ölkəmizin  bank  sistemində  risklərin  idarəedilməsini  növbəti 

mərhələyə yüksəldə bilər.   

 

ƏDƏBIYYAT SIYAHISI  

1. 


J.Atik, Basel II and Extrem Risk Analysis, WP, 2009 

2. 


F.Cannata, M.Quagliariello, Basel III and Beyond, Publisher Risk Book, ISBN 978 1906348 60 1, UK, 2011 

3. 


L.Ranjit, Why Basel II Failed and Why Basel III is Doomed, Working Paper, 2009 

4. 


Ghanem, A., “The impact of Basel II on the banking strategies in the Middle East and North African (MENA) region”, 

Journal of Banking Regulation, Macmillan Publishers Ltd. 1745-6452, 2016 

5. 

T.Hartmann-Wendels, P.Grundke, W.Spörk, Basel II and the Effects on the Banking sector, Risk Management, 3-24, 



Springer 

6. 


Basel Committee on Banking Supervision - Basel II: International Convergence of Capital Measurement and Capital 

Standards: A Revised Framework - Comprehensive Version, Jun 2006, http://www.bis.org/publ/bcbs128.htm 

7. 

Basel Committee on Banking Supervision - An Explanatory Note on the Basel II IRB Risk Weight Functions, 2005, 



http://www.bis.org/bcbs/irbriskweight.htm 

8. 


Basel Committee on Banking Supervision – Studiu de impact 5, 2006, http://www.bis.org/bcbs/qis/qis5.htm 

9. 


Basel Committee on Banking Supervision, “Basel III: A global regulatory framework for more resilient banks and 

banking systems”, Bank for International Settlements, 2011, http://www.bis.org/publ/bcbs189.pdf 

10. 

Basel Committee on Banking Supervision - Status of Basel II adoption (as of end March 2012), 



http://www.bis.org/publ/bcbs/b2prog_rep_table.htm

 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

10  

26-27 October 2018, Baku, Azerbaijan 

AZƏRBAYCANDA  KƏND TƏSƏRRÜFATI SAHƏLƏRİNDƏ ƏHALİ 

MƏŞĞULLUĞU, PERSPEKTİVLƏRİ VƏ İDARƏ EDİLMƏSİ 

(Böyük Qafqaz timsalında) 

 

c.ü.f.d. Hacıyeva Afaq Zakir qızı 

c.ü.f.d. Cəfərova Firuzə Mübariz qızı 

Azərbaycan Dövlət İqtisad Universiteti 

afaq.adiu@mail.ru;  jafarova_firuza@mail.ru 

 

XÜLASƏ 

Respublikamızda  bazar  iqtisadiyyatına  keçidlə  bağlı  aqrar  sahədə  həyata  keçirilən  islahatlar  kənd 

təsərrüfatında  böhran  vəziyyətini  nibətən  dayandırmışdır.  Dövlətin  aqrar  investisiya  siyasəti  kənd  təsərrüfatına 

maliyyə  resurslarının  axınının  artırılmasına  əlverişli  şərait  yaratmağa    başlamışdır.  Bu  da  regionda  yeni  iş 

yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin qalxmasına səbəb olmuşdur.  

Ümumiyyətlə,  aqrar-sənaye  kompleksi respublika  iqtisadiyyatının başqa sahələri ilə dialektik  əlaqədə olan 

mürəkkəb bir orqanizmdir. Əhalinin ərzaq məhsulları ilə, emal sənayesinin isə xammalla təmin olunmasında aqrar-

sənaye kompleksi müstəsna rol oynayır. Bütün bunları nəzərə alaraq göstərilən ərazidə əsasən əhalinin məşğull-

uq səviyyəsi və son illərdə açılmış yeni iş yerləri tədqiq olunmuşdur. 

Açar sözlər: Böyük Qafqaz, aqrar sektor, əhali məşğulluğu, əmək ehtiyatları,islahatlar. 

EMPLOYMENT IN AGRICULTURE OF AZERBAIJAN, ITS PERSPECTIVES AND MANAGEMENT  

  (on the example of Greater Caucasus)  

ABSTRACT 

Reforms  led  in  the  agrarian  sector  of  Azerbaijan,  related  to  the  transition  to  a  market  economy,  have 

mitigated  the  crisis  situation  present  in  agriculture.  Investment  policy  of  the  state  in  agrarian  sector  has 

facilitated the opportunities for increasing the flow of financing into this field. This has led to the creation of new 

jobs and the increase in employment rate in the region. 

In general, the agro-industrial complex is a complicated organism, being in dialectical relations with other 

sectors  of  the  economy  of  the  republic.  Agro-industrial  complex  plays  an  exceptional  role  in  supplying  the 

population  with  foodstuffs,  as  well  as  the  processing  industry  with  raw  materials.  Taking  into  account  all  the 

mentioned, the employment level and the new jobs created in recent years in the region have been studied. 

Keywords: Greater Caucasus, agrarian sector, employment, labor resources, reforms 

 

 



Giriş 

Azərbaycanın müstəqilliyi illərində istehsal obyektlərinin fəaliyyətində olan geriləmələr maddi 

istehsal sahələrində məşğul olanların sayının azalmasına səbəb olmuşdur. Eyni zamanda yeni xidmət 

sahələri yaranmış, əmək ehtiyatlarının təsərrüfat sahələrində yenidən bölünməsi prosesi getmişdir [5]. 

Buna  səbəb,  özəlləşdirmə  siyasətinin  həyata  keçirilməsi  ilə  əlaqədar  olaraq  bir  çox  istehsal 

obyektlərinin  şəxsi  mülkiyyətə  keçməsi  və  yeni  kəndli-fermer  təsərrüfat  sahələrinin  yaradılması 

olmuşdur. Nəticədə qeyri-neft sektorunda çalışanların xüsusi çəkisi artmışdır.  

Ümumiyyətlə,  son  illər  yüksək  ixtisaslı  kadrların  iştirakı  ilə  istehsal  və  xidmət  sahələrinin 

yaradılması, kənd təsərrüfatı məhsullarının emalına əsaslanan əməktutumlu sahələrin təşkilinə xüsusi 

önəm  verilir.  Bu,  ölkənin  xarici  bazardan  asılılığının  azalmasına,  ərzaq  təhlükəsizliyinin  təmin 

edilməsənə,  təsərrüfat  sahələrində  müasir  və  mütərəqqi  texnologiyanın  tətbiqinə,  əhalinin  sosial-

mədəni həyat şəraitinin yaxşılaşmasına imkan yaradır.  

Apardığımız tədqiqat nəticəsində müəyyən edilmişdir ki, respublikamızda bazar iqtisadiyyatına 

keçidlə  bağlı  aqrar  sahədə  həyata  keçirilən  islahatlar  kənd  təsərrüfatında  böhran  vəziyyətinin 

dayandırılmasına  və  məhsul  istehsalının  artırılmasına  əlverişli  şərait  yaratsa  da,  yeni  yaradılmış 

mülkiyyət formalarının maliyyə imkanları məhdud olduğu üçün davamlı inkişafın təmin edilməsində 

müəyyən  problemlər  yaranır.  Bununla  yanaşı,  aparılan  araşdırmalar  göstərir  ki,  iqtisadiyyata 

yönəldilən  məcmu  investisiyaların  (kapital  qoyuluşlarının)  strukturunda  aqrar  sahənin  xüsusi  çəkisi 

olduqca  azdır.  Bu  da  aqrar-sənaye  komplekslərinin  inkişafında  Elmi-Texniki  Tərəqqinin  (ETT)  ən 

yeni nəaliyyətlərindən istifadəni məhdudlaşdırır və xarici bazardan asılılıq yaradır. Problemin  aradan 

qaldırılması  üçün  aqrar  sahəyə  həm  daxili,  həm  də  xarici  investisiyaların  cəlb  edilməsi  məqsədilə 

dövlətin  aqrar  siyasəti  ön  plana  çəkilməlidir.  Yalnız  bu  zaman  aqrar  sahədə  dövlətin  strateji 

maraqlarının qorunması ilə milli ərzaq təhlükəsizliyinin təminatından danışmaq olar. Çünki investisiya 

qoyuluşu gələcəkdə məhsulun həcmini və iqtisadiyyatın strukturunu müəyyən edir. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

11  

26-27 October 2018, Baku, Azerbaijan 

Dövlətin aqrar investisiya siyasəti kənd təsərrüfatına maliyyə resurslarının axınının artırılmasına 

əlverişli  şərait  yaratmalı,  bank  sektoru  ilə  istehsalçıların  inteqrasiya  münasibətlərinin  dərinləşməsini 

özündə  ehtiva  etməlidir.  Aqrar  investisiya  siyasətinin  prioritetlərini  şərtləndirən  ən  mühüm 

məqamlardan  biri  də  kənd  təsərrüfatında  kooperasiya  və  inteqrasiya  əlaqələrinin  yeni  istehsal 

münasibətlərinin xarakterinə uyğun olaraq təkmilləşdirilməsidir.  

Kənd  təsərrüfatı  əmtəə  istehsalçıları  arasında  kooperasiya  əlaqələrinin  dərinləşməsi  nəticə 

etibarilə istehsalçı birliklərin, kredit ittifaqlarının, satış şəbəkələrinin yaradılması ilə müşayiət olunur 

ki,  bu  da  son  nəticədə  kənd  təsərrüfatı  əmtəə  istehsalçılarının  kapital  resurslarına  olan  tələbatının 

ödənilməsində daxili resursların xüsusi çəkisinin yüksəldilməsinə əlverişli şərait yaradır [4]. 

Bütövlükdə, 

makroiqtisadi 

tənzimləmə 

tədbirləri 

sosial-iqtisadi 

proseslərin 

dövlət 

tənzimlənməsinin tərkib hissəsi olub, ümummilli maraqlar baxımından dayanıqlı inkişaf kontekstində 



qiymətləndirilir. Belə ki, makroiqtisadi tənzimlənmə ərzaq bazarında yerli istehsalın xüsusi çəkisinin 

yüksəldilməsinə və idxaldan asılılığının azaldılmasına xidmət edir.  

Aqrar-sənaye  kompleksi  respublika  iqtisadiyyatının  başqa  sahələri  ilə  dialektik  əlaqədə  olan 

mürəkkəb  bir  orqanizmdir  [6].  Əhalinin  ərzaq  məhsulları  ilə,  emal  sənayesinin  isə  xammalla  təmin 

olunmasında aqrar-sənaye kompleksi müstəsna rol oynayır.  

Aqrar  islahatın  məqsədi  kimi  aqrar  bölməni  böhran  vəziyyətindən  çıxarmaq,  iqtisadiyyatı 

sabitləşdirmək,  əhalinin  sosial-iqtisadi  vəziyyətini  yaxşılaşdırmaq,  onun  vəzifələri  kimi  torpaq  və 

əmlak  üzərində  mülkiyyət  münasibətlərini  formalaşdırmaq,  bazar  iqtisadiyyatına  uyğun  istehsal  və 

infrastruktur  sahələrində  müxtəlif  formalı  təsərrüfatların  yaradılması  və  inkişafı  ilə  istehsal 

münasibətlərinin  dəyişdirilməsindən  və  təkmilləşdirilməsindən  ibarət  olub  aqrar  sahənin 

səmərəliliyinin yüksəldilməsinə, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, torpaqdan daha 

səmərəli istifadəyə xidmət edir [2].  

Aqrar islahat təkcə kənd təsərrüfatını deyil, eyni zamanda onunla qarşılıqlı əlaqəyə malik digər 

sahələri  də  əhatə  etməklə  bütövlükdə  aqrar  bölmədə  yeni  mülkiyyət  münasibətlərinin  formalaşması; 

torpaq,  meliorasiya  və  su  təsərrüfatının  islahatı;  dövlət  təminatı  islahatını  da  özündə  əks  etdirir. 

Buraya dövlətin investisiya siyasətini və onun gələcəkdə yerli sahibkarlara göstərdiyi dəstəyi də qeyd 

etmək yerinə düşərdi.  

Respublikamızda  torpaqların  meliorasiyası  və  irriqasiyası  ilə  bağlı  məqsədyönlü  proqramların 

hazırlanması  və  həyata  keçirilməsi,  bazar  infrastrukturunun  təkmilləşdirilməsi  və  aqrar-sənaye 

komplekslində  əhali  məşğulluğunu  stimullaşdırmaq  üçün  neft  sektorundan  əldə  edilən  gəlirin  bir 

hissəsinin  aqrar  sektora  cəlb  edilməsi,  bununla  da  kənd  təsərrüfatının  maddi-texniki  bazasına  olan 

tələbat  qismən  də  olsa  ödənilər,  əsas  fondların  yerləşdirilməsinə  vəsait  qoyuluşu  artar  və  nəticədə 

aqrar  sahədə  davamlı  inkişafa  nail  olmaq  olar.  Bu  problemin  aradan  qaldırılması  üçün  ilk  növbədə 

aqrar sahədə investisiya qoyuluşunun mahiyyəti və ölkə iqtisadiyyatının inkişafında rolu öyrənilməli, 

onun zəruriliyi və spesifik xüsusiyyətləri tədqiq edilməli, dövlətin aqrar investisiya siyasətinin prioritet 

istiqamətləri müəyyən olunmaqla, müvafiq proqramların işlənib həyata keçirilməsi tələb olunurdu.  

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları” çərçivəsində 

kənd  təsərrüfatının  inkişafına  investisiyaların  cəlb  olunması,  sahibkarlıq  mühitinin  yaxşılaşdırılması, 

əmək ehtiyatlarından səmərəli istifadə, ixrac yönümlü məhsul istehsalının artırılması, yeni təsərrüfat 

sahələrinin yaradılması, yoxsulluğun səviyyəsinin azaldılması və s. məqsədlərlə, eləcə də regionlarda 

dayanıqlı  iqtisadi  inkişafa  nail  olmaq  üçün  yeni  aqrar-sənaye  kompleksinin  yaradılması  mühüm 

əhəmiyyət  kəsb  etmişdir.  Çünki  əhalinin  ərzaq  məhsullarına  olan  tələbatının  ödənilməsi  üçün  kənd 

təsərrüfatı  məhsulları  istehsalının  artırılması  ilə  yanaşı,  eyni  zamanda  aqrar-sənaye  kompleksinin  də 

inkişaf etdirilməsindən bilavasitə asılıdır.  

Regionlarda kənd təsərrüfatı məhsullarından əldə edilən gəlir onun iqtisadiyyatında və əlverişli 

şəraitinin  qurulmasında  mühüm  yer  tutur.  Kənd  təsərrüfatında  məhsul  yığımı  səviyyəsinin  aşağı 

düşməsi və emal müəssisələrinin xammalla təmin edilməsi müasir dövrümüzün əsas problemlərindən 

biridir.  Bunun  aradan  qaldırılması  üçün  ilk  növbədə  aqrar  islahatların  sürətləndirilməsi,  yeni  aqrar 

sənaye  komplekslərinin  tikintisi  və  kənd  təsərrüfatında  maddi  texniki  bazanın  gücləndirilməsi  tələb 

olunur.  

Hazırda  respublikamızda  həyata  keçirilən  dövlət  proqramlarının  əsas  mahiyyəti  regionlarda 

miqrasiyanın  qarşısını  almaq  üçün  yeni  iş  yerlərinin  yaradılmasıdır.  Regionlarda  əhalinin  kənd 

təsərrüfatı  məhsulları  istehsalı  üzrə  ixtisaslaşdığını  nəzərə  alsaq,  bu  sahədə  azad  rəqabət  mühitinin 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

12  

26-27 October 2018, Baku, Azerbaijan 

formalaşmasına  əlverişli  şərait  yaratmaqla  emal  müəssisələrinin  sayını  və  onların  istehsal  etdikləri 

məhsulların çeşidinin artırılması tələb olunur.  

Böyük Qafqaz regionunda aparılan iqtisadi və sosial islahatlar bazar münasibətlərinə uyğun yeni 

təsərrüfat  formalarının  yaradılmasına  səbəb  olmuşdur.  Belə  bir  şəraitdə  istehsalın  inkişaf 

istiqamətlərini müəyyənləşdirmək və əmək ehtiyatlarını işlə təmin etmək üçün yaşayış məntəqələrinin 

məskunlaşma sistemində baş verə biləcək dəyişikliklər öyrənilməlidir. Çünki yeni yaradılan mülkiyyət 

formaları əhali məskunlaşmasına, demoqrafik proseslərə, əmək ehtiyatlarına və s. bilavasitə təsir edir. 

Lakin  hazırkı  mərhələdə  onlar  əmək  qabiliyyətli  əhalini  tam  şəkildə  işlə  təmin  etmək  iqtidarında 

deyillər.  

Böyük  Qafqaz  regionunda  təsərrüfat  sahələrinin  intensiv  surətdə  inkişaf  etdirilməsi  yerli 

əhalinin  həyat  tərzində  müəyyən  dəyişikliklərin  yaranmasına  səbəb  olmuşdur.  Belə  ki,  ənənəvi 

təsərrüfat sahələri ilə yanaşı, regionda müasir texnologiya əsasında işləyən yeni aqrar-istehsal sahələri 

yaradılmışdır.  Bu  amil  regionda  yeni  təsərrüfat  sahələrinin  və  aqrar-sənaye  müəssisələrinin 

yaranmasına səbəb olmuş, yerli əhalinin isə işlə təminatına müsbət təsir göstərmişdir. 

Cədvəl 1. Böyük Qafqaz regionunda dövlət proqramları çərçivəsində açılmış yeni iş yerləri, nəfər 

 

2005 



2010 

2012 


2014 

2016 


Yeni açılmış iş yerləri 

Abşeron 

36447 

19770 

43888 

49520 

60153 

Dağlıq Şirvan 

5514 

3178 

4419 

5050 

9298 

Quba-Xaçmaz 

9145 

5965 

5376 

6348 

9542 

Şəki-Zaqatala 

7876 

3943 

5545 

6894 

10576 

Böyük Qafqaz: 

58982 

32856 

59228 

67812 

89569 

onlardan daimi iş yerləri 

Abşeron 

30554 

19432 

43405 

48884 

58636 

Dağlıq Şirvan 

3139 

1418 

2665 

2850 

6963 

Quba-Xaçmaz 

5460 

2472 

3247 

5162 

8743 

Şəki-Zaqatala 

5704 

3086 

4569 

6121 

8831 

Böyük Qafqaz: 

44857 

26408 

53886 

63017 

83173 

Mənbə: Azərbaycanın regionları, 2014. Bakı, 2015. ARDSK. s.52-59 

 

2016-cı ildə respublikamızda dövlət proqramları çərçivəsində 196539 yeni iş yerləri açılmışdır 



ki,  onun  da  70,8%-i  daimi  iş  yerləri  olmuşdur.  Tədqiqat  apardığımız  Böyük  Qafqaz  regionunda  isə 

89569 yeni iş yerləri açılmışdır ki, bu göstərici də respublika üzrə açılmış yeni iş yerlərinin 45,6 %-i 

deməkdir.  Həmçinin  tədqiqat  regionunda  83173  daimi  iş  yerləri  açılmışdır  ki,  bu  da  tədqiqat 

regionunda açılmış yeni iş yerlərinin 92,8%-ni təşkil edir [1].  

Dövlət  proqramları  çərçivəsində  yaradılan  yeni  iş  yerləri  ölkənin  regionları  üzrə  də  qeyri-

bərabər  paylanır.  Onların  əsas  hissəsi  Abşeron,  Aran  və  Gəncə-Qazax  iqtisadi-coğrafi  rayonlarının 

payına  düşür.  Bu  iqtisadi-coğrafi  rayonların  birlikdə  payı  ümumi  iş  yerlərinin  54,4%,  daimi  iş 

yerlərinin isə 46,3%-i təşkil edir. 

Böyük  Qafqaz  regionunda  yeni  açılmış  iş  yerlərinin  əsas  hissəsi,  yəni  67,2%-i,  daimi  iş 

yerlərinin  isə  70,5%-i  Abşeron  iqtisadi-coğrafi  rayonunun  payına  düşür.  Abşeron  iqtisadi-coğrafi 

rayonunda  açılmış  yeni  və  daimi  iş  yerlərinin  müvafiq  olaraq  81,5%  və  81,3%-i  Bakı  şəhərində 

cəmlənmişdir. Böyük Qafqaz regionunun digər iqtisadi-coğrafi rayonlarda isə yeni açılmış və daimi iş 

yerlərinin 11,7% və 10,6%-i Şəki-Zaqatala, 10,7% və 10,5%-i Quba-Xaçmaz, 10,4% və 8,4%-i Dağlıq 

Şirvan iqtisadi-coğrafi rayonlarının payına düşür.  

Regionların  hərtərəfli  inkişafının  təmin  olunmasında,  ölkə  iqtisadiyyatının  ərazi  strukturunun 

təkmilləşdirilməsində,  iqtisadi  inkişafın  əsasını  təşkil  edən  sahibkarlığın  yerlərdə  tam  bərqərar 

olmasında,  yoxsulluq  səviyyəsinin  azaldılmasında  və  onun  tədricən  aradan  qaldırılmasında  son  illər 

həyata  keçirilən  dövlət  proqramları  nəticəsində  məşğulluq  sahəsində  olan  bir  sıra  problemlər  aradan 

qaldırılmış, yeni iş yerləri açılmışdır [7]. 

Apardığımız  təhlillər  nəticəsində  müəyyən  edilmişdir  ki,  tədqiqat  ərazisində  əhali 

məşğulluğunun təmin edilməsi sahəsində daimi iş yerləri ilə təmin olunmuş işçi qüvvəsi əsas etibarilə 

fiziki  şəxslər  tərəfindən  yaradılmış  müəssisələrdə  (69,3%)  fəaliyyət  göstərir.  Yeni  yaradılmış  və 

mövcud  müəssisələrdə  daimi  iş  yerləri  ilə  təmin  olunma  müvafiq  olaraq  12,7% və  17,3%  olmuşdur. 


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin