"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə37/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   33   34   35   36   37   38   39   40   ...   78
Conferance Book Economy.(3)


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

172  

26-27 October 2018, Baku, Azerbaijan 

 

Şəkil 1. Azərbaycan beynəlxalq daşıma marşrutları (Avropaya açılacaq qapı) 

 

 



Avropa-Qafqaz-Asiya  beynəlxalq  nəqliyyat  dəhlizi  üzrə  son  illər  ərzində  52,2  milyon  ton  yük 

daşınmışdır. Yüklərin 15,5 milyon tonu dəmir yolu, 6,1 milyon tonu su, 30,6 milyon tonu avtomobil 

nəqliyyatı  ilə  daşınmışdır.  Dəhliz  vasitəsilə  daşınan  tranzit  yüklərin  həcmi  9,5  milyon  ton  təşkil 

etmışdır.  Tranzit  yüklərin  3,9  milyon  tonu  dəmir  yolu,  5,6  milyon  tonu  isə  su  nəqliyyatı  ilə 

daşınmışdır [3].  

1.2. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi  

Yaradılması  –  2000-ci  il  12  sentyabr,  Rusiya,  İran  və  Hindistan  arasında  imzalanmış 

hökumətlərarası Saziş. Azərbaycan qoşulmuşdur - Azərbaycan Respublikasının 20 sentyabr, 2005-ci il 

tarixli  984-IIQ  nömrəli  Qanunu.  13  ölkə  üzvüdür  -  Azərbaycan  Respublikası,  Belarus  Respublikası, 

Bolqarıstan  Respublikası,  Ermənistan  Respublikası,  Hindistan,  İran  İslam  Respublikası,  Qazaxıstan 

Respublikası,  Qırğızıstan  Respublikası,  Oman  Sultanlığı,  Rusiya  Federasiyası,  Tacikistan 

Respublikası, Türkiyə Respublikası, Ukrayna [1]. 

Azərbaycan ərazisində quru yolunun uzunluğu – 520 km: 

Astara çayı üzərindən körpünün uzunluğu – 85 m. 

Dəhlizin Azərbaycan üzərindən keçən dəmir yolu xəttinin uzunluğu – 511 km; 

Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xətti (layihə) – 8,3 km. 

Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi [3]: 

 1-ci mərhələdə-3 mil. ton, 2-ci mərhələdə-5-8 milyon ton, 3-cü mərhələdə-15 milyon ton.  

1.3. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi 

2007-ci  ildə  Azərbaycan,  Türkiyə  və  Gürcüstanın  birlikdə  təməllərini  atdığı  “Bakı-Tiflis-Qars 

Dəmiryolu  Layihəsi”  Qarsla  Axalkələki  arasında  dəmiryolu  xəttinin  inşası  yolu  ilə  Bakının  Tbilisi 

üzərindən dəmiryolu vasitəsilə Qarsla, başqa sözlə Azərbaycanın Türkiyə ilə birləşdirilməsini nəzərdə 

tutan layihədir [1]. 

Layihəsi  üç  ölkənin  ərazisində  həyata  keçirilərək  tamamlanmışdır.  30  Oktyabr  2017-ci  il 

tarixində  Azərbaycan,  Türkiyə  və  digər  maraqlı  ölkələrin  dövlət  və  hökumət  başçılarının  geniş 

tərkibdə qatılımı ilə Bakı – Tbilisi - Qars dəmir ipək yolunun istifadəyə verilməsinə dair həsr olunmuş 

təntənəli tədbir keçirilərək tarixi layihə bir gerçəkliyə çevrilmişdir. [1-2].  

1.4. Qars-İqdır-Naxçıvan yeni dəmir yolu layihəsi 

"Bakı-Tbilisi-Qars" dəmir ipək yolunun davamı olacaq bu layihə gələcəkdə Naxçıvan  Muxtar 

Respublikasının  Türkiyə  və  Azərbaycanla,  eləcə  də  digər  ölkələrlə  dəmir  yol  əlaqəsini  və  nəqliyyat 

bağlantısını təmin edəcəkdir. Türkiyə ərazisində (Qars-İğdır-Aralıq-Dilucu) xəttin uzunluğu 224 km-

dir. Xəttdə 1 dayanacaq və 5 stansiyanın tikintisi nəzərdə tutulur. Hazırda, layihədə ümumi uzunluğu 

9631  m  olan  9  tunelin  və  ümumi  uzunluğu  4184  m  olan  9  körpünün  tikintisi  həyata  keçirilmişdir. 

Bununla  yanaşı,  Azərbaycan  tərəfində  Sədərək  stansiyasından  Türkiyə  sərhədinə  qədər  7  km 

uzunluğunda dəmir yolu xətti tikilməlidir [2-3]. 



1.5. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi layihəsi 

1.6. Azərbaycanın nəqliyyat qovşaq konsepsiyası, Ələt Terminalı Azad Ticarət Zonası  

1.7. Lapis Lazuli marşrutu 

1.8. Fars körfəzi - Qara dəniz beynəlxalq nəqliyyat və tranzit dəhlizi 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

173  

26-27 October 2018, Baku, Azerbaijan 

2. AZƏRBAYCAN  RESPUBLİKASININ DÖVLƏT  NƏQLİYYAT  SİYASƏTİ 

2.1. Dövlət Nəqliyyat Siyasətinin əsas məqsəd və prinsipləri 

Dövlət  Nəqliyyat  Siyasətinin  əsas  məqsədləri  nəqliyyat  xidmətlərinə  olan  tələbatın

 

ödənilməsindən  və  milli  nəqliyyat  sisteminin  beynəlxalq  nəqliyyat  sisteminə inteqrasiyası  üçün  daha 



güclü  infrastruktura,  o  cümlədən  beynəlxalq  standartlara  cavab  verən  avtomobil  yolları  şəbəkəsinə 

malik  olmaqdan,  nəqliyyat  xərclərinin  azaldılmasından,  iqtisadi  cəhətdən  əsaslandırılmış  tariflərin 

müəyyənləşdirilməsindən,  təbii  inhisarların  dövlət  tənzimləməsinin  və  idarə  edilməsinin 

gücləndirilməsinə  və  nəqliyyat  müəssisələrinin  rəqabətqabiliyyətliliyinin  artırılmasına  yönəldilmiş 

islahatların aparılmasından ibarət olmalıdır [1].  

Nəqliyyat  sisteminin  dayanıqlılığı  aşağıdakı  meyarlarla  müəyyən  olunmalıdır:  təhlükəsizlik, 

ekoloji  təmizlik,  çeviklik,  ölkənin  müdafiə  ehtiyaclarının  təmin  edilməsi,  səmərəlilik,  rəqabətə 

davamlılıq, istifadə imkanlılığı, rahatlıq, nəqliyyat infrastrukturlarının buraxma və daşıma qabiliyyəti, 

daşımaların müntəzəmliyinin təmin olunması, istismar xərclərinin azaldılması və sair. 

Vahid Nəqliyyat Siyasətinin aşağıdakı prinsipləri prioritet təşkil etməlidir: 

- avtomobil və dəmir yolları şəbəkəsinin, hava və dəniz limanlarının

 

yenidən qurulması; 



- nəqliyyatın bütün növləri üzrə infrastruktur obyektlərinin yenidən qurulması və inkişafı; 

- ölkənin  əlverişli  coğrafi  mövqeyindən  maksimum  istifadə  etməklə,  nəqliyyatın  beynəlxalq 

nəqliyyat  sisteminə  inteqrasiya  olunması,  ölkədaxili  nəqliyyat  kommunikasiyalarının  beynəlxalq 

nəqliyyat dəhlizlərinə inteqrasiya edilməsi və tranzit potensialının inkişafı; 

- nəqliyyatda  dövlət  tənzimləmə  funksiyalarının  təkmilləşdirilməsi,  struktur  islahatlarının 

aparılması, inhisarçılığın aradan qaldırılması; 

- nəqliyyat sisteminin informasiya mübadiləsi şəbəkəsinin yaradılması; 

- daşıyıcıların rəqabətə davamlılıq qabiliyyətinin yüksəldilməsi; 

- əhalinin nəqliyyata olan tələbatının ödənilməsi və diskriminasiyanın ləğv edilməsi

- təhlükəsizliyin, ətraf mühitin mühafizəsinin və müdafiə ehtiyaclarının ödənilməsi. 



2.2. Dövlət Nəqliyyat Siyasətinin əsas istiqamətləri aşağıdakılar olmalıdır: 

2.2.1. Nəqliyyat sistemində islahatların aparılması 

İslahatların  əsas  məqsədi  sahibkarlığın  formalaşması  əsasında  nəqliyyat  müəssisələrinin 

səmərəliliyinin  yüksəldilməsi,  nəqliyyat  xidmətləri  inkişafı,  kapital  qoyuluşlarının  artırılması  üçün 

zəruri iqtisadi, hüquqi və təşkilati zəminlərin yaradılmasından ibarət olmalıdır [1-4]. 

Aparılan islahatlar aşağıdakıları nəzərdə tutmalıdır: 

- dövlət tənzimləmə və idarəetmə funksiyalarının kommersiya funksiyalarından ayrılması; 

- dövlət mülkiyyətində olan nəqliyyat müəssisələrində institusional islahatların aparılması; 

- daşıma  və  istehsal  prosesləri,  təmir-xidmət  və  qəza-bərpa  işləri  ilə  bağlı  olmayan  struktur 

bölmələrinin dövlət mülkiyyətində olan müəssisələrin tərkibindən ayrılmaqla özəlləşdirilməsi; 

- nəqliyyatın fəaliyyətində dövlətin iştirakının minimuma endirilməsi, potensial rəqabət və təbii 

inhisar sahələrinin ayrılması, inhisarçı sektorların azaldılması. 

2.2.2. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi 

Nəqliyyat  növlərinin  fəaliyyətini  tənzimləyən  normativ-hüquqi  aktlar  beynəlxalq  normalara, 

eləcə  də  Azərbaycan  Respublikasının  qoşulduğu  beynəlxalq  konvensiya  və  sazişlərin  tələblərinə 

uyğunlaşdırılmalıdır. 



2.2.3. Nəqliyyat xidmətləri bazarının formalaşdırılması 

Bu məqsədlə aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir: 

- zəruri normativ-hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi; 

- nəqliyyatda dövlət idarəetməsinin təkmilləşdirilməsi; 

- yeni texnologiyalar tətbiq etməklə kompleks inkişaf proqramının həyata keçirilməsi; 

- nəqliyyat-ekspedisiya və logistika xidmətlərinin inkişaf etdirilməsi; 

- nəqliyyat növləri arasında qarşılıqlı əlaqələrin, intermodal daşımaların inkişaf etdirilməsi. 

2.2.4. Nəqliyyat sektorunda tarif siyasəti 

Nəqliyyat  sektorunda  tarif  siyasəti,  ölkədəki  iqtisadi  və  sosial  proseslərin  gedişinə  təsir  edən 

mühüm vasitələrdən biri olmaqla aşağıdakıları nəzərdə tutmalıdır [1]: 

- nəqliyyatın inhisarçı sektorlarında iqtisadi cəhətdən əsaslandırılmış tariflərin tətbiqi

- yüksək rəqabətli nəqliyyat xidmətləri bazarında sərbəst qiymətlərə keçidin təmin edilməsi; 

- razılaşdırılmış çevik tarif siyasətinin həyata keçirilməsi; 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

174  

26-27 October 2018, Baku, Azerbaijan 

- enerji  daşıyıcılarının,  yanacaq  və  sürtgü  materiallarının,  əsas  vəsaitlərin  və  sairlərin  qiymət 

dəyişikliyini nəzərə alaraq, nəqliyyatda gediş tariflərinin indeksləşdirilməsi. 

2.2.5. Nəqliyyat sektorunda investisiya siyasəti 

Beynəlxalq təcrübədə geniş yayılmış investisiyaların cəlb edilməsi formaları kimi “BOT” (Tik-

İdarə et–Təhvil ver) texnologiyası, konsessiya, uzunmüddətli icarə və dövlət-özəl sektor əməkdaşlığı 

metodlarından geni istifadə edilməlidir. 

Nəqliyyat  vasitələri  parklarının, texnoloji avadanlıqların  yeniləşdirilməsi  və  artırılması  zamanı 

lizinq xidmətlərindən geniş istifadə edilməlidir.  



2.2.6. Nəqliyyat sektorunda elmi-texniki siyasət 

Nəqliyyat  sektorunun  inkişafında  elmi-texniki  siyasətin  məqsədi  nəqliyyat  vasitələrinin 

müasirləşdirilməsindən  və  nəqliyyat  xidmətlərinin  keyfiyyətinin  beynəlxalq  standartlar  səviyyəsinə 

çatdırılmasından ibarət olmalıdır. 



2.2.7. Nəqliyyat sektorunda analitik informasiya fəaliyyətinin təşkili 

Nəqliyyat  sektorunun  bütün  sahələrinin  qarşılıqlı  əlaqəsini  və  idarə  edilməsinin 

təkmilləşdirilməsini  təmin  etmək  məqsədi  ilə  nəqliyyat  xidmətləri  bazarının  monitorinqi  əsasında 

nəqliyyat  növlərinin  məlumat  bazalarının  birləşdirilməsi  yolu  ilə  müasirləşdirilməsi  vacibdir.  Eyni 

zamanda,  ölkədaxili  və  beynəlxalq  yük  və  sərnişin  axınlarına  dair  proqnoz-məlumat  bazasının  və 

elektron-məlumat  bazasına  malik  olan  logistika  mərkəzlərinin  yaradılması  və  tətbiqinin 

genişləndirilməsi zəruridir. 

2.2.8. Nəqliyyat sektorunda kadr və sosial siyasət 

2.2.9. Nəqliyyatda çevikliyin və nəqliyyatla müdafiə ehtiyaclarının təmin edilməsi 

2.2.10. Nəqliyyatda təhlükəsizlik  

3. Nəqliyyat sistemində dövlət tənzimləmə və idarəetmə funksiyaları 

Nəqliyyatın Dövlət tənzimləməsi və idarəetməsinin əsasını nəqliyyat xidmətləri bazarında bütün 

subyektlər üçün azad sahibkarlıq mühitinin yaradılması prinsipi təşkil etməlidir [4].  

Dövlət tənzimləməsi və idarəetməsinin əsas istiqamətləri aşağıdakılar olmalıdır: 

- nəqliyyat sahəsində iqtisadi, investisiya, tarif və elmi-texniki siyasətin həyata keçirilməsi; 

- nəqliyyat növlərinin inkişafı üzrə proqramların işlənilməsi və həyata keçirilməsinin təşkili

- nəqliyyat sistemində islahatların aparılmasına rəhbərliyin həyata keçirilməsi; 

- nəqliyyat  xidmətlərinə  dövlət tələbatının,  müdafiə  ehtiyaclarının  proqnozlaşdırılması,  onların 

təmin edilməsi üçün nəqliyyatın fəaliyyətinin təşkili və əlaqələndirilməsi; 

- nəqliyyatın  təhlükəsiz,  səmərəli  və  ahəngdar  işinin  təmin  edilməsi  üzrə  dövlət 

tənzimləməsinin həyata keçirilməsi; 

- nəqliyyatın ayrı-ayrı növlərinin fəaliyyəti üzrə normativ sənədlərin təkmilləşdirilməsi; 

- nəqliyyat  məsələləri  ilə  əlaqədar  dövlətin  iqtisadi  maraqlarının,  nəqliyyat  müəssisələrinin  və 

nəqliyyatdan istifadə edənlərin hüquqlarının qorunması; 

- ölkə əhalisinin bütün təbəqələrinin nəqliyyat xidmətlərinə olan tələbatının təmin edilməsi; 

- beynəlxalq  nəqliyyat  xidmətləri  bazarında  nəqliyyatın  fəaliyyətinin  səmərəliliyinin  və 

rəqabətqabiliyyətliliyinin yüksəldilməsi; 

- nəqliyyat sisteminin inkişafına xarici investisiyaların cəlb edilməsi; 

- nəqliyyat sahəsində xarici ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi; 

- nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi; 



Nəticə.  Azərbaycan  Respublikasının  Dövlət  Nəqliyyat  Siyasəti  ölkədə  bazar  münasibətləri 

şəraitində  iqtisadiyyatın  fasiləsiz  fəaliyyətinin,  ictimai  maraqlara  xidmət  edən  nəqliyyat  sisteminin 

inkişafının və nəqliyyat xidmətləri bazarının formalaşmasının təmin edilməsi və tənzimlənməsi üçün 

nəzərdə  tutulmalı,  bu  Konsepsiya  nəqliyyat  sektorunun  dayanıqlı  fəaliyyətinin  təmin  edilməsini  və 

həlli prioritet təşkil edən tədbirləri özündə əks etdirməlidir. 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 

1. 

Məmmədov H.N., Məmmədov R.T., Gözəlov S.,K. Nəqliyyat sistemlərində idarəetmənin əsasları. Dərslik. Bakı: 



”Təhsil” NPM, 2013, 306 s. 

2. 


JOURNAL OF BAKU ENGINEERING UNIVERSITY-2017. TRANZİT DAŞIMA POTENSİALININ 

ARTIRILMASI YOLLARI, Ramazan Dindar, Çingiz Rəhimov, Volume 1, Number 2, Pages 13-43, UOT: 658.7 

3. 

http://www.stat.gov.az 



4. 

https://az.wikipedia.org 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

175  

26-27 October 2018, Baku, Azerbaijan 

TÜRKİYƏDƏN ORTA ASİYAYA TRANZİT DAŞIMA POTENSİALININ 

ARTIRILMASI YOLLARI, AVTOMOBİL NƏQLİYYATI İLƏ TRANZİT 

DAŞIMA ƏMƏLİYYATLARINDA LOGİSTİK YANAŞMA (XƏZƏR 

TRANZİT DƏHLİZİ - FƏALİYYƏT PLANI) 

 

ÇİNGİZ RƏHİMOV 

Azərbaycan  Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  

Nazirli və Azərbaycan Texniki Universiteti 

chingiz.rahimov@mincom.gov.az

 

 

LOKMANOĞLU ENSAR 

Recep Tayyip Erdoğan Üniversitesi 

ensarlokmanoglu@gmail.com

 

 

DİNDAR RAMAZAN 

İstanbul Emniyet Müdürlüğü (Bakı Müh. Unv.) 

dindarramazan@gmail.com

 

 

XÜLASƏ 

Azərbaycan Respublikasının ərazisindən keçməklə Türkiyə yük avtomobilləri ilə yerinə yetirilən beynəl-

xalq avtomobil daşımalarının dinamikasının getdikcə artması ölkələrimizi regionun mühüm tranzit ölkəsinə çevir-

məkdədir. Həmin daşımaların Azərbaycan Respublikasının ərazisindən keçən marşruta daha böyük həcmdə cəlb 

edilməsi ölkələrimizə əlavə gəlirlərin daxil olmasına və ümumilikdə daşıma fəaliyyətlərinin səmərəliyinin artma-

sına şərait yaradacaqdır.  

Bunlarla əlaqədar olaraq, beynəlxalq avtomobil daşıma əməliyyatlarının artırılması  və liman xidmətləri-

nin daha da təkmilləşdirilməsi məqsədilə məqalədə aşağıdakı məsələlər araşdırılmış, bir sıra təkliflər irəli sürül-

müşdür. 


Açar sözlər: Beynəlxalq nəqliyyat dəhlizləri, logistika, liman, TIR, Ro-Ro, yükaşırma. 

ABSTRACT 

Increasing the dynamics of international cargo transportation by foreign trucks through the territory of the 

Republic  of  Azerbaijan  makes  our  countries  an  important  transit  country  in  the  region.  A  greater  number  of 

transit traffic to the route passing through the territory of the Republic of Azerbaijan will facilitate the introduction 

of additional revenues to our countries and, in general, the efficiency of transport operations. 

In this regard, in order to expand international transport and further improve the port services, the follo-

wing issues were examined and a number of proposals were put forward. 

Key words: International transport corridors, logistics, harbor, TIR, Ro-Ro, carriage. 

 

1.  Tranzit  Daşıma  Potensialının  artırılması  yolları,  Avtomobil  nəqliyyatı  ilə  Tranzit 

Daşıma Əməliyyatlarında Fəaliyyət Planı (XƏZƏR TRANZİT DƏHLİZİ-FƏALİYYƏT PLANI) 

Hazırda,  Bakı  Limanından  yola  düşən  gəmilərin  (yük  və  Ro-Ro)  aşağı  doluluq  səviyyəsində 

çalışmalarının əsas səbəbi məhz, yük avtomobilləri tərəfindən daşımaların həcminin yetərli səviyyədə 

olmamasıdır [1]. 

Qeyd  edilən  məqsədlər  üçün,  habelə  Bakı  Limanı  -  Türkmənbaşı  -  Bakı  xəttinin  effektiv 

işləməsi üçün Türkiyə - Gürcüstan - Azərbaycan - Türkmənistan marşrutu boyunca yük axınının ciddi 

artımına  təkan  verə  biləcək  beynəlxalq  avtomobil  yük  daşımalarının  asanlaşdırılması  və  inkişaf 

etdirilməsi təmin olunmalıdır [7-9]. 

Bunlarla  əlaqədar  olaraq,  beynəlxalq  avtomobil  tranzit  daşıma  əməliyyatlarının  artırılması 

məqsədilə aşağıdakıları təklif edir və qeyd edilən məsələlərin həllini məqsədəuyğun hesab edirəm: 



1.1. Limanlardan İstifadə Olunması 

Təklif  1:  Xəzərdən  Tranzit  Keçidlərdə  TIR  daşıma  əməliyyatlarının  mərkəzi  Ələt  Limanı 

olmalıdır.  Nəqliyyat  vasitələri  Ələt  Limanından  Bakıdakı  limanlara  yalnız  hazır  gəmi  olduqda  və 

Türkmənbaşı Limanında müvafiq boşaltma sahəsi olduqda istiqamətləndirilməlidir. 

Təklif  2:  Bakıda  Ro-Ro  gəmisi  olmadıqda,  uzunmüddətli  gözləmə  hallarına  yol  verilməməsi 

üçün  Ələt  Limanından  sistemli  şəkildə  hərəkət  edən  bərələrdən  TIR-ların  daşınmasında  istifadə 

edilməsi təmin olunmalıdır. 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

176  

26-27 October 2018, Baku, Azerbaijan 

1.2. Beynəlxalq daşıma əməliyyatları ilə bağlı liman və gəmilərdən istifadə haqları 

  Hazırda  Azərbaycan  limanlarındakı  gəmilər  doluluq  nisbəti  aşağı  həddə  olmaqla  fəaliyyət 

göstərirlər.  Liman  və  gəmilərdən  istifadə  haqlarının  daha  cəlbedici  səviyyəyə  çatdırılması  ilə  həm 

doluluq nisbətlərinin artmasını, həm də gözləmə müddətlərinin azalmasını təmin etmək olar [2]. 



Təklif 1:  Hazırda  xarici  yük  daşıyıcıları  (TIR-lar)  Türkmənistandan  qayıdarkən  Türkmənbaşı-

Bakı  marşrutuna  o  qədər  də  üstünlük  vermirlər.  Bakı-Türkmənbaşı  marşrutunda  gəmilərdən  istifadə 

qiymətlərinin 50% nisbətində azaldılması təmin olunmalıdır. 

Təklif  2:  Daşıma  marşrutlarından  gediş-qayıdış  şəklində  istifadə  edən  nəqliyyat 

vasitələrindən qayıdış yolunda müəyyən haqlar alınmamalıdır. Bununla bağlı limanlarda tələb edilən 

müəyyən haqlar Bakıdan Türkmənbaşına ancaq bir gediş istiqamətində ödənilməlidir. 



1.3. Gediş qiymətlərinin endirilməsi ilə bağlı görülən işlər 

Azərbaycan  Prezidentinin  tapşırıqlarından  sonra  2016-cı  ildən  etibarən  tranzit  daşımalarda  və 

nəqliyyat  vasitələrinin  liman  xidmətlərindən  istifadələri  ilə  bağlı  keçidlərdə  daşıma  tariflərinin  aşağı 

salınması həyata keçirilmişdir [5-6]. 

Hazırda,  Azərbaycandan  yerinə  yetirilən  tranzit  daşımalarda  daşıma  tariflərinin  (müvafiq 

haqlar)  aşağıdakı kimidir (Cədvəl 1): 

 

Cədvəl 1. 

Daşıma haqları 

Əvvəlki (ABŞ Dolları)  Yeni (ABŞ Dolları) 

Giriş İcazə rüsumu 

100 

100 


Yol vergisi 

80 


80 

Şəhər giriş rüsumu 

25 

25 * 


Limanda Yükölçmə Haqqı  15 

15 


Sığorta 

100 


YOX 

Digər Xərclər 

200 

YOX 

CƏM 


520 

220 

Mənbə: Azərbaycanın statistik göstəriciləri-DGK-in məlumatları [6]. 

 

  Təklif 1: Xəzər Tranzit Dəhlizindən aktiv şəkildə istifadə edilə bilməsi üçün avtomobil  yolu 

ilə  bağlı  tənzimləmələrə  və  gömrük  prosedurlarına  dair  məsələlər  müvafiq  qurumlar  tərəfindən 

yenidən nəzərdən keçirilməlidir. 

  Təklif 2: Ələt Limanında sürücülərin sosial tələbatlarının ödənilməsi üçün müvafiq prefsbrik 

(yığma) qurğular quraşdırılmalıdır. 



  Təklif  3:  Onlayn  qaydada  (internet  vasitəsilə)  limanlarda  doluluq  nisbəti  və  digər 

məlumatların  izlənə  biləcəyi,  eyni  zamanda  rezervasiya  imkanı  də  verəcək  elektron  sistem 

quraşdırılmalıdır. 

  Təklif  4:  Azərbaycanda  limanlarda  yükləmə-boşaltma  işlərinin  və  logistika  üzrə  işlərin 

(yükdaşıma  və  yükaşırma  xidmətlərinin)  sürətli  və  əlaqələndirilmiş  şəkildə  aparılması 

təkmilləşdirilməlidir. 

2. Yollardan İstifadə Haqları, qabarit və yükgötürmə (çəki) ilə bağlı normativ tələblər 

Xəzər  dənizindən  tranzit  keçidi  qiymətlərinin  İran  tranzit  keçidi  qiymətlərinin  səviyyəsinə 

endirilməsi  məqsədi  ilə  Ələt  Limanından  istifadə  edəcək  TIR  nəqliyyat  vasitələri  üçün  avtomobil 

yolundan istifadə xərcləri ləğv olunmalı və ya məqbul səviyyəyə qədər azaldılmalıdır. 



Təklif:  Nəqliyyat  vasitələrinin  qabarit  və  yükgötürmə  (çəki)  ilə  bağlı  normativ  tələbləri 

yüngülləşdirilməlidir. 

Nəqliyyat  vasitələrinin  qabarit  və  yükgötürmə  (çəki)  ilə  bağlı  normativ  tələblərin 

yüngülləşdirilməsi  bu  sahədə  ölkələrin  ərazilərindən  tranzit  və  ikitərəfli  daşımaların  inkişafına  şərait 

yaradan  önəmli  amillərdəndir.  Avtomobil  nəqliyyatı  sahəsində  hazırda  Azərbaycanda  TRASEKA 

marşrutu üzrə hərəkət edən yük maşınları üçün bir oxa düşən kütlə parametrlərinə dair ciddi tələblər 

qoyulur (Şəkil 1).  

  Hazırda,  Azərbaycanda  nəqliyyat  vasitələrinin  qabarit  və  kütlə  (çəki)  ilə  bağlı  normativ 

tələblərdə  “ikioxlu  (üçoxlu)  dartıcı  üçoxlu  (ikioxlu)  yarımqoşqu  ilə”  yük  avtonəqliyyat  vasitələrinin 

icazə verilən ümumi kütləsi (çəkisi) 38 ton həddində müəyyən edilmişdir [4-6]. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

177  

26-27 October 2018, Baku, Azerbaijan 

  Ölkə ərazisindən daha çox tranzit daşımaların həyata keçirilməsi və ümumilikdə bu daşıma-

ların inkişaf  etdirilməsi  məqsədilə nəqliyyat  vasitələrinin  qabarit  və  kütlə  parametrləri  üzrə hədlərin 

artırılması və yüklərin daşınma xərclərinin azaldılması ilə bağlı mümkün təşəbbüslər nəzərdən keçiril-

məlidir. 


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin