"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə45/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   41   42   43   44   45   46   47   48   ...   78
Conferance Book Economy.(3)


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

212  

26-27 October 2018, Baku, Azerbaijan 

İqtisadi təhlükəsizliyin və onun iqtisadi asılılıq və müstəqillik, stabillik və qeyri-stabillik, zəif 

və  güclü  tərəfləri  və  s.  kateqoriyalarla  əlaqəsinin  sonrakı  tədqiqi  iüçün  hər  şeydən  əvvəl  iqtisadi 

təhlükəsizlik  subyektlərinin  və  bu  subyektlər  üçün  təhlükə  yaradan  təhdidlərin  təsnifləşdirilməsi 

lazımdır. 

 

ƏDƏBİYYAT 



1. 

A. Piriyev “ Siyasi strategiya və milli təhlükəsizlik “ 2008, 126 



2. 

 Bayramov Ə.İ., Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika, Bakı: “Azərnəşr”, 2007  



3. 

Bərxudarov Mənsur və Məmmədov Nüsrəddin, İqtisadi Təhlükəsizlik, Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2006, 452 s.  



4. 

Həsənov R.T., Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının bazar modelinin konseptual əsasları, Bakı: 2011, 343 s.  



5. 

Kərimli İ.A., Dünya iqtisadiyyatı: beynəlxalq ticarət, maliyyə və inkişaf, Bakı: “CBS”, 2006, 166 s.  



6. 

Menkyu N.Q., Ekonomiksin əsasları, üçüncü nəşr, ABŞ: “R.R.Donnolley Willard, OH”, 2004, 836 s.  



7. 

N. Məmmədov “ Ölkənin iqtisadi təhlükəsizliyi “Bakı: “Elm”, 2009, 43 s.  

 

 

 



 

BİZNESİN İNKİŞAFINDA ELEKTRON TİCARƏTİN ROLU 

 

Ç.M. NƏCƏFOVA 

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantı 

Sumqayıt Dövlət Universiteti 

chichak64@mail.ru 

 

XÜLASƏ 

Hal-hazırda  informasiya  kommunikasiya  texnologiyalarından  iqtisadi  fəaliyyət  sahələrində  geniş 

miqyasda  istifadə  edilir  və  bu  da  təsərrüfat  münasibətlərində  müvafiq  infrasturuktur  elementlərində  ciddi 

dəyişikliklərə  səbəb  olur.  Beləliklə,  rəqəmsal  biznes  fəaliyyəti  mühitinin  formalaşmasına,  habelə  elektron 

kommersiyanın  müxtəlif  şəbəkə  sistemlərinin  yaradılmasına  əlverişli  zəmin  yaranır.  Məqalədə  biznesin 

inkişafında elektron ticarətin rolu araşdırılır.  



Açar sözlər: elektron ticarət, elektron biznes, kommersiya, internet, qloballaşma, proqram təminatı 

THE ROLE OF ELECTRONIC COMMERCE IN BUSINESS DEVELOPMENT 

SUMMARY 

At the moment, ICTs are widely used in economic activity, which in turn leads to significant changes in 

the  relevant  infrastructure  elements.  This  creates  favorable  conditions  for  the  formation  of  a  digital  business 

environment, as well as the creation of various network systems for electronic commerce. The article examines 

the role of e-commerce in business development. 

Key words: e-commerce, e-business, commercial, internet, globalization, software

 

 



Giriş. 

Bütün  kompüter  istifadəçiləri  eyni  zamanda  şəbəkə  istifadəçiləri  olmasa  da,  əksər  kompüter 

sahibləri  İnternet  adlanan  qlobal  şəbəkə  mühitində  birləşirlər.  İnternet  texnologiyaları  və  internet 

əlavələri  fiziki  şəxslər  (müştərilər),  biznes  və  ticarət  tərəfdaşları  arasında  qarşılıqlı  əlaqə  yaratmaq 

üçün yeni imkanlar açır. Uzaqgörən şirkətlər öz səhmdarları üçün yeni dəyər yaratmaq və maksimum 

səmərə əldə etmək üçün İnternetin kütləvi texnoloji strukturundan istifadə edirlər.  

İnternetin  iqtisadi  həyatın  bütün  sahələrinə  təsirini  nəzərə  alsaq,  bu,  artıq  nəhəng  və  sürətlə 

inkişaf edən istehsal, işgüzar fəaliyyət və iş yerləri üçün yeni imkanlar yaratmaqla xarakterizə olunan 

yeni  bir  elektron  iqtisadiyyatın  yaranmasının  mənbəyi  hesab  edilə  bilər.  Biznes  əməliyyatlarının 

istənilən istiqamətində məlumat və biliklərdən istifadə edə bilən şirkətlər bu yeni iqtisadiyyatın uğurlu 

subyektlərinə çevrilirlər.  

İnternet iqtisadiyyatı aşağıdakı komponentləri əhatə edir: qlobal şəbəkələrə inteqrasiya edilmiş 

çox sayda fərdi kompüter, proqram təminatı; açıq və əlçatan şəbəkə mühitinin yaradılmasında iştirak 

edən  insan  resursları;  fərdi  kompüterlərin  və  tətbiqlərin  olması  səbəbindən  mümkün  olan  müxtəlif 

mübadilə  mexanizmləri  ilə  əlaqəli  elektron  bazarlar;  real  vaxt  rejimində  alıcılar,  istehsalçılar, 

təchizatçılar,  satıcılar,  habelə  müştərilərin  cəlb  edilməsi  üçün  marketinq  strategiyasının  inam, 

etibarlılıq,  məhsulların  sertifikatlaşdırılması  və  başqa  elementlərini  təmin  edən  elektron  vasitəçilər; 

internet transaksiyalarında istifadə oluna bilən elektron ödəniş sistemləri; qanunvericilik siyasəti.  



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

213  

26-27 October 2018, Baku, Azerbaijan 

Elektron  ticarət  alıcı  və  satıcılara  aşağıdakı  imkanlardan  eyni  dərəcədə  yararlanmağa  imkan 

verir:  

• Biznesin dünya səviyyəsində həyata keçirilməsi;  

• Sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliyinin yüksəlməsi;  

•  İstehlakçı  ilə  birbaşa  əlaqənin  qurulması:  bazarın  bütün  təbəqələri  ilə  birbaşa  əlaqə  quraraq 

onların  tələblərinin  öyrənilməsi  və  həmin  ehtiyaclara  uyğun  çevik  məhsul  təklif  etmək  imkanının 

formalaşması;  

• İstehlakçıların tələblərinə cəld reaksiya verilməsi;  

• Kommersiya xərclərinə qənaət olunması və s. imkanları sadalamaq olar. 

Əksər nəşrlərdə yeni iqtisadiyyatı rəqəmsal iqtisadiyyat adlandırırlar. Bu məfhum çox ümumi-

dir,  belə  ki,  bu  məfhum  infrastruktur  səviyyəsində  bütün  informasiya  texnologiyalarını  özündə 

birləşdirir.  İnternet  texnologiyaları  digər  texnologiyalardan  fərqləndirilməlidir,  çünki  iqtisadi  artım 

yalnız internet texnologiyalarının tətbiqi sahəsində dəqiq şəkildə hiss olunur.  

İnternetdən  çoxşaxəli  istifadə  nəzərə  alınmaqla,  yeni  iqtisadiyyatı  internet  iqtisadiyyatı  hesab 

etmək  daha  məntiqlidır.  İnternet  iqtisadiyyatında  elektron  ticarət  mühüm  rola  malikdir.  Elektron 

ticarət  -  kompüter  şəbəkələrindən  və  ya  internetdən  istifadə  etməklə  marketinq,  təklif,  satış,  kirayə, 

lisenziya verilməsi, mal, xidmət və ya məlumatların tədarüküdür.  

Elektron ticarəti iki kateqoriyaya bölmək olar: infrastruktur və iqtisadi fəaliyyət. Öz növbəsində 

infrastruktur  kateqoriyası  internet  infrastrukturuna  (səviyyə  1)  və  internet  tətbiqi  infrastrukturuna 

(səviyyə 2) bölünə bilər.  

İnternetin  infrastrukturu  yüksək  sürətli  fərdi  kompüterlərin  qlobal  şəbəkəsidir  və  elektron 

ticarətin  fiziki  əsaslarıdır.  Bu  səviyyədə  fərdi  kompüterlər,  serverlər,  fiber-optik  kommunikasiya 

xətləri, şəbəkə qurğuları və proqram təminatı, internet provayderləri və s. istehsal edən şirkətlər var. 

İnternetin  tətbiqi  infrastrukturu  proqram  təminatı  və  proqram  əlavələri,  məsləhət,  təlim  və 

inteqrasiya xidmətləri, o cümlədən şəbəkə xidmətlərini əhatə edir. Bu səviyyədə internet məsləhətçi-

ləri, internet-kommersiya proqramları hazırlayan şirkətlər üçün proqram təminatı və axtarış sistemləri, 

multimedia proqramları, real vaxt rejimində təlimlər və s. var. 

İqtisadi fəaliyyət kateqoriyası həmçinin iki komponentə bölünə bilər: elektron vasitəçilərin cəlb 

olunması ilə transaksiyalar (səviyyə 3) və real vaxt rejimində (online) birbaşa əməliyyatlar (səviyyə 4). 

İnternet vasitəçiləri elektron bazarların səmərəliliyinin artırılmasını təmin edirlər. Onlar alıcılara 

və  satıcılara  bir-birlərini  tapmaqda,  onların  qarşılıqlı  əlaqələrini  asanlaşdırmaqda  və  marketinq 

xidmətlərini  təqdim  etməkdə,  malların  və  satıcıların  seçilməsində  alıcılara  kömək  göstərilməsində 

köməklik göstərirlər. İnternet-vasitəçilərə onlayn brokerlər, portallar, reklam agentləri və s. daxildir.  

Real  vaxt  rejimində  birbaşa  əməliyyatlar  fərdi  alıcılara  (və  yaxud  şirkətlərə)  dövlət 

müəssisələrinə  internet  vasitəsilə  mal  və  xidmətlər  satan  şirkətlər  tərəfindən  həyata  keçirilir.  Bu 

səviyyədə  fəaliyyət  göstərən  şirkətlərə  pərakəndə  ticarət  şirkətləri  (elektron  mağazalar),  kompüter 

avadanlıqları  və  proqram  təminatı  istehsalçıları,  öz  məhsullarını  satan  nəqliyyat  şirkətləri,  turizm 

firmaları və digər bazar iştirakçıları aid edilir [1]. 

Şirkətlərin  elektron  ticarət  texnologiyasına  əsaslanmasının  ən  azı  iki  səbəbi  var.  Birincisi, 

informasiya  texnologiyaları  bu  gün  biznes  fəaliyyətinin  aparılmasında  əsas  vasitədir  və  internet 

işgüzar fəaliyyət üçün mühitə çevrilir. İkincisi, elektron ticarət biznesin təşkili və cəmiyyətdəki digər 

proseslərdə  əsas  struktur,  əməliyyat  və  idarəetmə  dəyişikliklərinin  katalizatorudur  (dövlətin 

idarəedilməsi prosesləri: e-hökumət - e-government ; təhsil prosesi: e-learning (e-learning).  

Şəkildə  elektron  əlaqələrin  iştirakçıları  kateqoriyasına  əsasən  elektron  biznesin  əsas  sxemləri 

göstərilir [2]. 

•  B2B  (Business-to-Business)-  təşkilatın  digər  təşkilatla  ticarət  əlaqələrini  göstərir.  B2B 

vəzifələrinə daxildir: 

- müəssisələrarası qarşılıqlı əlaqələrin tez və rahat təşkili; 

- firmalar arasında etibarlı mühafizə olunan mübadilə kanallarının qurulması; 

- informasiya  mübadiləsi  əsasında  müəssisələrin  müştərək  hərəkətinin  və  inkişafının 

koordinasiyası; 

Qarşılıqlı əlaqə ticarət, texnologiyalar, təcrübə mübadilələri ilə investisiya fəaliyyəti və s.-dən 

ibarət ola bilər; 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

214  

26-27 October 2018, Baku, Azerbaijan 

 

 



Şəkil. Elektron biznesin modelləri 

 

•  B2C  (Business-to  Consumer  -  biznes-müştəri)  –  elektron  kommersiya  sistemində  satıcı 



sifətində  hüquqi  şəxs  (şirkət),  alıcı  sifətində  isə  -  fiziki  şəxs  çıxış  edir.  Yəni,  mal  və  xidmətlərin 

reallaşdırılması bilavasitə istehlakçının özü ilə həyata keçirilir. 

B2C  sisteminin  ən  çox  yayılmış  alətlərindən  biri  İnternet  –  mağazadır  ki,  bu  da  malların 

kataloqunu təklif edən elektron vitrindən ibarət olur. Buraya qeydiyyat informasiyalarını daxil etmək 

üçün  vacib  interfeys  elementləri,  sifarişlərin  formalaşdırılması,  internet  vasitəsilə  ödəmələrin  həyata 

keçirilməsi, satıcı şirkət haqqında informasiya alınması da daxildir. 

•  C2C  (Consumer-to  Consumer)  –  Bu  sistem  bir  istehlakçı  başqa  istehlakçılara  mal  satdığı 

zaman  işlənir.  İstehlakçılar  öz  aralarında  anlaşmanı  onlayn  rejimdə  üçüncü  şəxsin  –  provayderin 

köməyi  ilə  asanlıqla  qəbul  edə  bilərlər.  Belə  aparıcı  provayder  C2C  konsepsiyasında  inqilab  edən 

ABŞ-ın ebay.com provayderi birbaşa alıcı ilə İnternet hərracı formasında hostinq tətbiq etdi. Bu halda 

ən populyar məhsullardan avtomobillər, kompüterlər sayılır. 

•  С2В  (consumer-business)  -  istehlakçı-biznes.  Bu  kateqoriyaya  mal  və  ya  xidmətləri 

təşkilatlara satan, həmçinin onlarla qarşılıqlı əlaqə quran və müqavilə bağlayan satıcıları axtaran fərdi 

istehlakçının aid olduğu bir elektron ticarət növüdür; 

• G2G - (government-to-government) – hökumətin dövlət qulluqçuları ilə, hökumətin hökümətlə 

qarşılıqlı əlaqəsi. Bu cür əməliyyatlara büdcə təşkilatları arasında əməliyyatları aid etmək olar. Burada 

məqsəd kommersiya mənfəətinin əldə edilməsi deyil, məsrəflərin azaldılmasıdır. 

•  B2G  (Business-to-Goverment  –  biznes-höuumət)  elektron  kommersiya  sistemi  –  hüquqi 

şəxslərlə dövlət strukturları arasında elektron biznes sistemidir. Hal-haszırda bu sistem kifayət qədər 

uğurla inkişaf edir və əhəmiyyətli dərəcədə perspektivləri vardır. Hesab olunur ki, yalnız bu sistemin 

inkişafı qlobal miqyasda işgüzar təcrübənin konseptual dəyişməsinə imkan yaradacaq. 

•  C2G  (Consumer-to-Government)  elektron  kommersiya  sistemi  –  istehlakçı-hökumət  –  hal-

hazırda  intensiv  inkişaf  edir.  Onun  reallaşdırılması  fiziki  şəxslər  və  sosial  təminat  kimi  dövlət 

orqanları arasında elektron əlaqələrinin genişləndirilməsinə imkan verəcək [3]. 

Azərbaycanda  və  bir  sıra  digər  ölkələrdə  elektron  ticarətin  inkişafının  nisbətən  aşağı 

səviyyəsinin səbəblərindən biri müəssisənin idarə olunmasının avtomatlaşdırılması səviyyəsinin aşağı 

olmasıdır.  Elektron  ticarət  sisteminin  tətbiqi  yalnız  kommunikasiya  infrastrukturunun  deyil,  həm  də 

idarəetmə  qərarlarının  optimallaşdırılmasını  təmin  edən  vahid  idarəetmə  informasiya  sistemlərinin 

tətbiqi  ilə  bağlı  müəyyən  bir  səviyyədə  texnologiyanın  inkişafını  tələb  edir  -  MRP  (MANUFU 

Resource  Planning);  MRP  II;  ERP  (Enterprise  Recources  Planning  -  korporativ  resursların 

planlaşdırılması);  SCM  (Supply  Chain  Management  -təchizat  zəncirinin  idarə  olunması  sistemləri); 

CRM  (Customer  Relationship  Management  -  müştəri  ilə  qarşılıqlı  münasibətlərin  idarə  olunması  ); 

elektron satınalma - elektron təhcizat sistemi. 

Elektron  ticarətin  iqtisadi  səmərəliliyi  əməliyyat  xərclərinin  azaldılması,  pul  vəsaitlərinin 

dövriyyəsini  sürətləndirilməsi,  insan  resurslarına  olan  tələbatın  azaldılması  və  elektron  xidmət 

Dövlət və bələdiyyə 

orqanları 

Firmalar  

Banklar 

İstehlakçılar 

C2B 


B2C 

G2B 


B2G 

İnternet 

 bankçılıq 

İnternet 

 bankçılıq 

 

B2BC



2C 

G2C 


C2G 

G2G 


İnternet 

 bankçılıq 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

215  

26-27 October 2018, Baku, Azerbaijan 

sisteminə keçid nəticəsində inzibati xərclərin azaldılması ilə təmin edilir.  

Bununla belə, elektron kommersiya fəaliyyətinin inkişafını təmin etmək üçün aşağıdakı amillər 

nəzərə alınmalıdır:  

• elektron ödəniş sistemlərinin təhlükəsizliyinin təmin edilməlidir;  

• əhali internet vasitəsilə alış-veriş etməyə psixoloji cəhətdən hazır olmalıdır;  

• Elektron əməliyyatların aparılması və təşkili üçün qanunvericilik bazası tam inkişaf etdirilməlidir.  

Eyni  zamanda,  elektron  biznesin  inkişaf  səviyyəsi  -  qaçılmaz  qloballaşma  şəraitində,  bilik  və 

mədəniyyətlərin  yaxınlaşması  və  texnniki  tərəqqinin  sürətləndirilməsi  kontekstində  rəqabətqabiliy-

yətliliyin göstəricisidir. 

 

İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT 

1.  


R.M. Əliquliyev “İqtisadi proseslərdə informasiya texnologiyaları” “Elm” nəşriyyatı, Bakı, 2002. 

2.  


Развитие Телекоммуникационного Рынка и Проблемы Совершенствования его Регулирования в России. А.В. 

Ефанов, Москва, 2008. 

3.  

M.Q .Əkbərov. Elektron kommersiya /Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı: «İqtisad Universiteti» Nəşriyyatı, 



2011. - 212 səh. 

4.  


vikipediya.az 

 

 



 

 

SAHİBKARLIQ FƏALİYYƏTİNİN                          



MALİYYƏLƏŞDİRİLMƏSİ FORMALARI 

 

Cəsur İsaq oğlu Hüseyinli 

Bakı Müəndislik Universiteti 

İqtisadiyyat və İdarə etmə fakültəsi 

cesur.huseynov.95@mail.ru 

 

XÜLASƏ 

Məqalə müasir şəraitdə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi formalarının elmi cəhətdən araşdırıl-

masına həsr olunmuşdur. Məqalədə sahibkarlığın mahiyyəti şərh olunmuş və həmçinin sahibkarlığın maliyyələş-

məsinin müxtəlif formaları araşdırılmışdır.  



Açar sözlər: Sahibkarlıq, maliyyələşmə formaları: borc, kapital, mələk investor, vençur. 

FORMS OF ENTREPRENEURIAL FINANCING  

SUMMARY 

The article is devoted to the scientific research of forms of entrepreneurial financing in modern conditions. 

The article describes the essence of entrepreneurship as well as various forms of entrepreneurship financing. 

Keywords: entrepreunership, financingforms: debt, capital, angel investor, venture. 

 

Giriş 

Sahibkar,  istehsal  amillərini  təşkil  edərək  istehsal  fəaliyyətində  mövcud  olan  və  üzərinə 

götürdüyü  risklə  yanaşı,  nəticədə  qazanc  əldə  etməyi  hədəfləyən  insan  kimi  xarakterizə  olunur. 

Bununla  yanaşı  son  illərdə  sahibkarlığın  tərifinə  "fərqli  bir  yeniliklər  etmək  və  cəmiyyətə  dəyər 

qatma" amilləri də əlavə olunur. Sahibkarlıq xüsusən son illərdə regional və milli inkişafın ən böyük 

hərəkətverici qüvvəsi kimi qiymətləndirilir. Ölkələr üçün işsizliyin azaldılması və iqtisadi böyüməyə 

kömək etməsi kimi səciyyələndirilən sahibkarlıq, hərtərəfli ictimai fayda təmin etməsi ilə bərabər yeni 

iş sahələrinin meydana gəlməsinə səbəb olur. Sahibkarlığın mədəniyyət halına gətirildiyi və sahibkar-

lıq  şüurunun  inkişaf  etdirildiyi  ölkələrin  işə  götürənin  sayında,  istehsalında  və  iqtisadiyyatında  əhə-

miyyətli dərəcədə böyümə və inkişafı əsas amillərindən biridir. Maliyyələşdirmə isə, müəssisənin ehti-

yaclarını və investisiya qoyuluşlarını təmin etmək üçun əldə edilən maliyyə mənbələri və vəsaitlərin 

təmin  edilməsidir.  Müəssisələr  ehtiyac  duyduqları  fondları  daxili  resurslarından  qarşıladıqları  kimi 

müxtəlif xarici mənbələrdən də təmin edə bilərlər. Müəssisələr xüsusilə yaranma mərhələsində, digər 

maliyyələşdirmə mənbələrinə çatmaq məsələsində yaşadıqları çətinliklərin də təsiri ilə, öz kapitallarını 

istifadə edərkən böyümə  və inkişaf mərhələlərində əksəriyyətində bu resurslar kifayət etmədiyi üçün 

xaricdən maliyyələşdirməyə ehtiyac duyurlar 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

216  

26-27 October 2018, Baku, Azerbaijan 

Sahibkarlıq  fəaliyyətinin  maliyyələşdirilməsində  iki  cür  maliyyə  üsulundan  istifadə  edilir. 

Bunlar  1.  Borc,  2.  Şəxsi  kapitaldır.  Borc  maliyyəsi  faiz  və  əsas  pul  ödəməsini  tələb  edən  vasitələrlə 

təmin  edilir.  Əldə  edilən  kredit,  sahibkarın  satışlar  yolu  ilə  yaradılmış  mənfətdən  geri  ödənilir.  Borc 

maliyyəsi  ümuiyyətlə  var  olma  əsaslı  maliyyə  olaraq  adlandırılır  və  binalar,  avadanlıqlar,  ərazi  kimi 

daşınmaz  əmlakları  təminat  olaraq  göstərilməsini  tələb  edir.  Əgər  əldə  edilən  borc  vəsaitləri  qısa 

müddətlidirsə  (1  ilə  qədər)  ələdə  edilən  vəsait  yaradılan  müsissənin  çalışma  ehtiyaclarının 

qarşılanmasında  istifadə  edilir.  Uzun  müdətli  borc  vəsaitlərindən  isə  uzunmüddətli  aktivlərin 

maliyyələşməsində istifadə edilir.  

Xüsusi  ilə  faizlər  aşağı  olduğu  müdətdə,  sahibkar  ya  yeni  müəssisənin  ya  da  mövcud  olan 

müəssisənin kapital qurluşundan aslı olaraq borcların payını artıraraq, borc kapital nisbətini yüksəldə 

bilər.  Ancaq  sahibkar  borclanmanın  limitsiz  bir  imkan  olduğunu  düşünməməli  və  borclanma 

səviyyəsini diqqətli təhlili nəticələrindən sonra artırmalıdır. Əgər sahibkar müəyyən zaman içərisində 

lazım olduğundan artıq borclanmışdırsa, bu zaman faiz ödənişləri etmək çətinləşəcək, müəssisə üçün 

arzulanan  inkişkaf  təmin  edilə  bilməyəcək  və  hətda  iflas  kimi  arzu  edilməyən  bir  nəticə  ilə 

qarşılaşacaq. 

Səhm  kapitalı  yolu  ilə  maliyyələşdirilmə  isə  qarşılığında  hər  hansı  bir  təminat  tələb  etməz. 

Səhm  kapitalı  müəssisə  sahibi  ya  da  ortaqlarının  yatırmış  olduğu  pulu  ifadə  edər  və  yaradılan  şirkət 

üzərindəki  sahiblik  haqqlarını  müəyənləşdirər.  Səhim  kapıtalını  ümumi  resurslar  içərisində 

müəyyənləşdirən  digər  bir  amildə  şirkətin  böyüklüyüdür.  Məsələn,  xırda  bir  şirniyat  sexi  ya  da 

ayaqqabı sexi şəxsi kapitalı vasitəsi ilə maliyyələşdirmək yolu ilə yaradıla biər. Ancaq yaradılan sex 

nə qədər böyük olarsa o zaman bir çox ortağa, fərqli investorlara, hissədarlara ehtiyac yaranır. Bu cür 

təşəbbüslərin  maliyyələşəsində  həm  borc  həmdə  şəxsi  kapitalın  istifadə  edilməsi  zəruriliyi  yaranır. 

Qeyd  edilənlərlə  yanaşı  sahibkarlıq  fəaliyyətinin  maliyyələşdirilməsində  daxili  və  xarici  maliyyə 

resurslarından istifadə edilir. 

 Daxili  maliyyəşmə,  əldə  edilən  mənfətlər,  aktivlərin  satışı,  iş  kapitalının  azaldılması  və  ya 

səhm  və  ehtiyatlara  az  maliyyə  vəsaitinin  qoyulması,  ödəmə  vaxtlarının  uzatma  vəya  ödəmə 

strukturunun  dəyişdirmə  şəkilində  bir  çox  mənbələr  ola  bilər.  Bir  çox  yeni  qurulan  müəssisələrin 

xüsusi ilə başlanğıc illərində əldə edilən mənfətin hamsını müəssisənin ehtiyatında buraxaraq gələcək 

dövürdəki  maliyyə  ehtiyaclarını  təmin  edir.  Bəzi  zamanlarda  isə  maliyyə  ehtiyacını  əldəki  aktivlərin 

bir  hissəsini  satılması  və  ya  aktivlərin  icarəyə  verilməsi  yolu  ilə  qarşılayırlar.  Istər  aktivlərin  satışı, 

istərsədə digər maliyyələşmə vasitəsi ilə maliyyə vəsaitinin təmin edilməsi, başlanğıc illərdəki kiritik 

vəziyyətlərin qarşısının alınması və firmanın fəaliyyətlərini həyata keçirməkdə kömək edir. Xaricdən 

təmin  ediləcək  qaynaqların  dəyrləndiriləsində  üç  təməl  prinsip  üzərində  durulmalıdır.  Bunlar 

aşağıdakılardır; 

 



İstifadə olunacaq vəsaitlərin ödəmə sturukturu

 



İstifadə olunacaq vəsaitin dəyəri; 

 Rəhbər üzərindəki nəzarətin təsiri kimi prinsiplər üzərində durulmalıdır. 



Sahibkarların bir çox yeni təşəbbüslərin ortaya çıxmasında az bir miqdarda da olsa həm şəxsi 

əmlaklarını həm də qənaət etdiyi pulları, maliyyə mənbəyi kimi istifadə edir. Bu növ bir maliyyələşmə 

mənbəyi sahibkarın özü olduğundan xərci azdır, bu cür maliyyələşdirmənin xərci fürsət xərcidir. Şəxsi 

maliyyə  fondları  yeni  yaradılan  müəssisələrin  maliyyələşməsinin  istifadəsində,  həm  mələk 

investorlarından,  həm  komersiyya  banklarından,  həmdə  digər  xarici  mənbələrdən  maliyyələşdirmə 

təmin olunması üçün də təminat kimi göstərilməsi üçün şəxsi vəsaitlər olduqca əhəmiyyətlidir.  

Sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsində şəxsi vəsaitlərlə bərabər ən çox istifadə edilən 

mənbələrdən  biri  də  sahibkarın  ailəsi,  qohumları  və  dostlarıdır.  Ailə  və  dostlardan  əldə  ediləcək 

vəsaitlərin miqdarı məhdud olmaqla birlikdə öz vəsaitinin yaradılması baxımından bir çox sahibkarlıq 

fəaliyyətinin naliyyətlərində əhəmiyyətli rol oynayacaq xüsusiyyətə malikdir. Sahibkarla olan bağları 

və  ya  yaxın  əlaqələri  səbəbiylə  kapital  qoymağa  təşviq  edilmələri  heç  tanınmayan  və  ya  az  tanınan 

birindən  pul  istəməkdən  çox  asan  olmaqla  yanaşı  faliyyətin  uğurlu  olması  vəziyyətində  müxtəlif 

problemləri də  yaradır.  Ancaq  unudulmamalıdır  ki,  sahibkarlıq fəaliyyətinin problemli  olması,  ya  da 

uğursuzluğa məruz qalması vəziyyətində qohumluq və dostluq əlaqələri də zədələnə bilər, buna görə 

də  onları  maliyyə  mənbəyi  kimi  istifadə  edərkən  daha  diqqətli  davranmaq  lazımdır.  Qeyd  etdiyimiz 

kimi,  əgər  yaradılan  müəssisə  uğurlu  olarsa  bir  çox  problemlər  ortaya  çıxa  biər.  Bu  problemlər 

aşağıdakılardır; 


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin