THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
217
26-27 October 2018, Baku, Azerbaijan
İdarə etməyə qarışma
Əldə edilən mənfətdən pay istəmə
Sahiblənmə ( yiyələnmə)
İşçilərin işinə qarışma
Fəaliyyətlərində istiqamətləndirə
Sahibkarın bu cür problemləri aradan qaldıra bilməsi həm çox asan, həm də çox çətin ola bilir.
Bunun üçün sahibkar ilk mərhələdə eldə edəcəyi vəsaiti ya ortaqlıq sözləşməsinə dayanaraq, ya da
borc olaraq alınacağına qərar verməlidir. Əgər ortaqlığı seçərsə bunu yazlı formaya gətirməsi vacibdir.
Müasir şəraitdə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsində daxili maliyyələşmə ilə yanaşı
xarici maliyyələşmədəndə geniş istifadə edilir. Xarici mənbə olaraq tez-tez üstünlük verilən
maliyyələşmə mənbələrindən biri kommersiya banklarıdır. Banklar, adətən müəssisələrdən torpaq,
ərazi, bina, nəqliyyat vasitəsi və s. bu kimi əmlakları və ya sahibkarlardan ev, nəqliyyat vasitəsi və
digər əmlakları təminat kimi qəbul edərək və faiz qarşılığında sahibkara borc pul verirlər. Bankın
müəssisələrlə və sahibkarlarla bağlı qəbul etdiyi risklərə bağlı olaraq yaranan vəsaitin miqdarı, vaxtı
və faizi dəyişir. Verilən kreditlərin bir neçə forması mövcudur.
Şəxsə əsaslanan borclar şirkətlərə və şəxslərə verilən ümumi məqsədlər üçün istifadə edilə
biləcək, qısa müddətli, təminat verilməyən kreditlərdir.
Kredit borcları müəssisənin hər hansı bir məqsədi üçün alınır və maliyyə ehtiyaclarına bağlı
olaraq mövsümündən mövsümə miqdarı dəyişir.
Kredit limitli borc növündə isə bank sahibkara hər hansı bir zamanda müəyyən miqdarda pulu
borc verməyə hazırdır.
Uzun müddətli borclar əsasən bir ildən on ilə qədər olan borclardır və yüksək faiz
miqdarlarına sahib olduqları üçün daha bahalıdır.
Sahibkarlıq fəaliyyətinin maliyyələşməsində istifadə olunan xarici maliyyələşmə növlərindən
biri də lizinq maliyyələşdirilməsidir. Lizinq maliyyələşməsidə malın mülkiyyəti lizinq şirkətində
qalaraq, müəyyən bir kirayə qarşılığında, istifadə haqqını kirayəçiyə verilməsi və həyata keçirilən
sözləşmədə təyin olunan dəyər üzərindən sözləşmə müdətinin sonunda mülkiyyətin kirayəçiyə
keçməsini təmin edən bir maliyyə formasıdır. Dünya tətbiqinə baxıldığında olduqca geniş istifadə
ediən lizinq maliyyələşmə usulu ölkəmizdədə investisiyya maliyyələşməsi kimi istifadə edilməkdədir.
Lizinq şirkətləri sənədləşməyə əsaslı əmliyyatlar həyata keçirdikləri üçün bütün əməliyyatlar qeydə
alındığı üçün iqtisadiyyatda əhəmiyyətli bir qatqı təmin etməkdədir. Lizinq maliyyələşməsində əmlak
lizinq şirkəti tərəfindən satın alınaraq sahibkara kirayələnməsi və kirayə müddətinin sonunda aşağı bir
qiymətlə əmlakı mülkiyət hüququnu sahibkarda qalmasını təmin edir.
Sahibkarlıq fəaliyyətinin maliyyələşməsində istifadə edilən əsas maliyyələşmə növlərindən biri
vençur maliyyələşməsidir. Əllərində böyük miqdarda maliyyə vəsait olan investorların, inkişaf
potensialı yüksək olan kiçik və orta miqyaslı müəssisələrin yaranma və fəaliyyətə keçməsi üçün etdiyi
orta və uzun müddətli bir investisiyya modelidir. Vençur kapitalının əsas xüsusiyyəti, investisiyya
edilən şirkətlərə maliyyə dəstəyinin təmin edliməsi ilə bərabər idarə etmə dəstəyi vermələri və xüsusi
ilə strateji məsələlərdə qərar alma mexaniziminin mütləq içində iştirak etmələridir. Vençur kapitalı
əsasən texnoloji yenilik, kapital iştirakı, idarəetmədə iştirak, kiçik biznes, sürətli böyümə və
uzunmüddətli investisiya - kimi elementlərdən ibarətdir.
Risk kapitalı investisiyasında mövcud olan risk, yeni bir məhsul yaradılması və bazarda
tutulması riskidir. Ancaq yüksək riskin yüksək gəlir gətirəcəyi bu maliyyə modelində, alınan riskin
müvəffəqiyyətə çevrilməsi vəziyyətində təmin ediləcək, yüksək mənfət artımı və böyük satış
həcimlərindən yaranan məhsuldarlılığın artımı bu şirkətlərə ortaq olmaq yolu ilə maliyyə təminatı
yaradan investorların gəlirini təmin edir. Vencur kapitalı maliyyə modelinin təşkilati strukturu bir iş
ortaqlığı şəkilində də düşünülə bilər. Ortaqlardan biri yeni texnologiya, yeni məhsullar, yeni xidmətlər,
yeni təhcizat qaynaqları və yeni bazarlar yaratmaq üçün maliyyə resursları axtaran və cəmiyyətdə
dəyişiklik yaratmaq istəyən sahibkarlar, digəri isə sahibkarların fikirini nəzərə alıb, onların
hazırladıqları biznes planlarını araşdıraraq, həmin planı həyata keçirə biləcək qədər kapital dəstəyi
verən vençur investorlarıdır. Vençur investorları fərdi olaraq pul artığı olan və bunu mənfəətli bir
sahədə dəyərləndirmək istəyən investorlar ola biləcəyi kimi vençur investisiya şirkətləridə olə bilər.
Vençur kapitalı vasitəsi ilə təmin edilən maliyyə dəstəyi ilə sahibkarın həvəsləndirilməsi və təşviq
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
218
26-27 October 2018, Baku, Azerbaijan
edilməsi nəzərdə tutulur. Vençur investorları strateji, maliyyə-idarəetmə, "nou-hau" axtarışı yolu ilə
heyət strukturu yaxşı və dəyər yaratmağa yetərli olduqlarına inandıqları müəssisələrdə investisiya
qoyarlar. Vençur kapitalı modeli maliyyə resurslarının təmin edilməsi, iş birliyinə bağlı olaraq
investisiyyanın həyata keçirilməsi və investisiyyadan çıxılması şəkilində üç mərhələdən ibarətdir.
İnkişaf etmiş ölkələrdə sahibkarlıq fəaliyyətinin maliyyələşməsində istifadə olunan digər müasir
formalardan biri də mələk investorlardır. Mələk investor adətən pulu olan şəxslər və ya quruplar,
mənfət təmin etmək potensialı yüksək, əlavə dəyər yarada biləcək lakin maliyyə sıxıntısı içərisindəki
sahibkarlara yardım və ya dəstək olma mənasında istifadə edilən anlayışdır. Mələk investisya yolu ilə
təmin edilən maliyyə, vençur kapitalına oxşadılmaqla birlikdə aralarında əhəmiyyətli fərqlər var. Bu
fərqlər aşağıdakılardır;
Maliyyəçisinə kömək ediləcək investisiyalarda mələk investorlar öz vəsaitlərindən istifadə
edirlər, vençur investorları isə özlərinə inestisiya edən fərdi və təşkilati investorların vəsaitindən
istifadə edirlər.
Mələk investorların investiaiya faizləri vençur investorlarına görə daha aşağıdır.
Mələk investorları investisiya yatırdıqları müəssisələrin qərar vermə prosesində iştirak edirlər,
ancaq vençur investorları strateji audit yoxlamalarda iştirak edirlər.
Mələk investorları sahibkarlıq təcrübbələrinə sahibdirlər, vençur investorlarının isə sahibkarlıq
təcrübbələri nisbətən daha aşağıdır.
Investisiyya təcrübbələrinə görə isə vençur investorları mələk investorlarına nisbətən daha
aktiv və investisiya sayına görə daha çoxdur.
Mələk investorları vençur investorlarına görə daha çox risk alır və gözləntiləri aşağı olur.
Mələk investorları vençur investorlarına görə daha az araşdırma və qiymətləndirmə müddəti
tətbiq edirlər.
Mələk investorların konsepsiyası ölkəmizdə yeni istifadə edilməklə birlikdə və yeni yaradılan
müəssisələrin maliyyələşməsində istifadə edilən maliyyə mexanizilərindən biridir. XIX əsrdə bir çox
tanınmış şirkətlərin maliyyələşməsində mələk investisyalardan istifadə etmişdirlər. Günümüzdə isə
amazon.com, apple, yahoo.com kimi tanınmış şirkətlərdə qurluş mərhələlərdə mələk investisiyalardan
istifadə etmişlər.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:
1.
Abbasov.A.B. Sahibkarlıq fəaliyyəti: Növləri, Təşkili və İnkişaf problemləri,
2.
“Azərbaycan Respublikasında İqtisadi İslahatlar: İlkin Nəticələr, Problemlər və prespektivlər” mövzusunda
Beynəlxalq elmi-praktik konfrans Materialları, Bakı, 2003
3.
Əlirızayev.Ə.Q. Azərbaycanda sahibkarlığın inkişafı problemləri və həlli yolları: Nəzəriyyə və təcrübə, Bakı, Elim, 2000
4.
Əliyev.S. Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyə çıxışının artırılması. Bakı, 2015
5.
Hüseynov.T.Ə, Firmanın İqtisadiyyatı, Bakı, 2009
6.
Girişimci ve İş kurmak. Ankara, 2014
7.
Mehmet Cansız. Türkiyede Akademik Girişimçilik, T.C Kalkınma Bakanlığı. 2016
8.
Yılmaz Bayar. Girişimçilik Finansmanında Risk Sermayesi ve Melek Finansmanı/ Girişimçilik ve kalkınma Dergisi
(7:2) 2012.
9.
Semra Arıkan. Girişimcilik 2. Baskı, Ankara, Siyasal Kitapevi, 2004
10. T.Müftüoğlu, Y.Ürper, M.Başar,B.T.Tosunoğlu. Girişimcilik 3. Baskı, Eskişehir, Anadolu Üniversiteti, 2006
11. Yard. Doç. Dr. Burcu ARACIOĞLU, Doç. Dr. Dilek DEMİRHAN, Araş. Gör. Ceren Deniz TATARLAR , Araş. Gör.
Dr. Ali Erhan ZALLUHOĞLU. Tüm boyutlarıyla girişimçilik.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
219
26-27 October 2018, Baku, Azerbaijan
TRANSMİLLİ ŞİRKƏTLƏRİN RƏQABƏT MÜBARİZƏSİNDƏ ROLU
Ceyhun Amin oğlu Vəliyev
Bakı mühəndislik Universiteti
ceveliyev@beu.edu.az
Şahraz Müzəffər oğlu İbrahimov
AMEA-nın İqtisadiyyat İnstitutu a. e.i.
shahib52@mail.ru
XÜLASƏ
Məqalədə beynəlxalq ticarətin inkişafında transmilli şirkətlərin rolundan və onların rəqabət mübarizəsinə
təsirindən bəhs edilir. Həmçinin, Transmilli şirkətlərin dünyada davamlı iqtisadi artımın təmin olunmasına və
baş verən iqtisadi proseslərə təsirinə baxılmışdır.
Açar sözlər: Transmilli şirkətlər-(TMŞ), dünya iqtisadiyyatı, investisiya, mənfəət, texnologiya, rəqabət
mübarizəsi.
THE ROLE OF TRANSNATIONAL CORPORATIONS IN THE COMPETITIVENESS
ABSTRACT
This article analyzes the role of transnational corporations in the development of international trade and
their effect on the international competitiveness. The article is also about the impact of transnational corporations
on sustainable economic growth and emerging economic processes in the world.
Key words: Transnational corporations, world economy, investment, profit, technology, competitiveness
Giriş
Transmilli şirkətlər(TMŞ) dünyanın bir çox ölkələrində müəssisələri və filialları olan nəhəng
şirkətlər birliyi olub, onların dünya iqtisadiyyatının inkişafında rolu danılmazdır. Buna baxmayaraq ,
TMŞ-lərin rol və fəaliyyətləri müasir dünyada olduqca ziddiyyətli , müsbət və mənfi cəhətdən
qiymətləndirilir.bu istiqamət başqa bir mövzunun mənbəyi olduğundan biz TMŞ-rin rəqabət
mübarizəsində rolundan və iqtisadi inkişafa təsirindən danışacağıq.
Transmilli şirkətlər beynəlxalq iqtisadiyyatın ən mühüm mövzusundan biridir. Onlar beynəlxalq
biznesdə yeni tendensiyalara, beynəlxalq bazarlarda qlobal rəqabətə, eləcə də dövlətlərin
iqtisadiyyatına birbaşa təsir göstərir. Transmilli korporasiyalar beynəlxalq iqtisadi münasibətlər
sisteminə keyfiyyətcə yeni bir dəyişiklik gətirir. P. Drucker 1995-ci ildə "Yeni reallıq" əsərində
transmilli iqtisadiyyatın və onun xüsusiyyətləri ilə yanaşı transmilli şirkətlərin əsas rolunu
vurğulamışdır. O, qeyd etmişdir ki, transmilli korporasiya "aktivlərə sahib olan və idarə edən " (tam və
ya qismən) bir şirkətdir. Transmilli korporasiyalar gəlir əldə etmək məqsədi ilə birdən çox ölkədə
fəaliyyət göstərir, beynəlxalq istehsalda iştirak edir və xaricdən birbaşa maliyyələşdirilir. [1]
TMK-rın tərifi ilə əlaqədar müxtəlif yanaşmalar mövcuddur. Rus alimləri K.Semyunovun və
Q.Ovcinnikovun əsərlərində TMK-lar dedikdə elə beynəlxalq şirkətlər başa düşülür ki, onların illik
dövriyyəsi 100 mln. ABŞ dollarından çox , dünyanın ən azı 6 ölkəsində qız şirkətləri olsun və mütləq
BMT-də qeydiyyatdan keçsinlər. Dünyada kommersiya məqsədli ən qədim İsveçin Fakun şəhərindəki
“Stora Kopparberq mədən birliyi ” göstərilir. Onun fəaliyyəti üçün 1347-ci ildə Kral Magnus
Eriksondan rəsmi icazə sənədi aldığı bildirilir. Halbuki, bəzi rus mənbələrində dünyada ilk TMK-nın
1602-ci ildə yaradılan İngiltərəyə məxsus “ Ost İndiana” olduğu bildirilir. “ Ost İndiana” korporasiya-
sının əsas məqsədi Asiyadan müxtəlif ədviyyatların, fil sümüyü və digər emal sənayesi məhsullarının
Avropa ölkələrinə daşınaraq satışının həyata keçirilməsindən ibarət olub. TMK-rın əsas məqsəd-
lərindən biri də müstəmləkəçilik siyasətini həyata keçirməkdir.
BİM sistemində TMK-rın rolu və onların rəqabət mübarizəsi
Ölkələrin və ərazilərin müqayisəli üstünlükləri, tədqiqat və inkişafın bütün formaları, istehsal,
marketinq zənciri və xidmət zənciri sürətlə dəyişir. Bütün bu dəyişikliklər də dünya iqtisadiyyatının
ümumi görünüşünü dəyişir və transmilli şirkətlərin rolu artır. Beynəlxalq iqtisadi münasibətlər
baxımından beynəlxalq nəticələrin təhlil edilməsi zamanı meydana çıxır ki, korporasiyalar qlobal
iqtisadiyyatda dövlət siyasəti ilə hərəkət edir. İşlədikləri dövlətlər üçün işsizliyin azaldılması,
iqtisadiyyatın yüksəlməsi, daha çox vergi yığılması, yeni texnologiyaların gəlməsi, elmi və texnoloji
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
220
26-27 October 2018, Baku, Azerbaijan
inkişaf və s. baxımından faydalıdır. Eyni zamanda müqayisəli üstünlüklərindən və özəl biznesin
inkişafından istifadə edərək istehsal ucuzlaşır. Resursların konsentrasiyası üçün tələb olunan inves-
tisiyanın həyata keçirilməsinə imkan yaradır. Bu səbəbdən də TMK-rın dünyanın zənginliyini artırdı-
ğını söyləyə bilərik.[2]
Çoxmillətli insan resurslarının idarə olunması təcrübəsi, marketinqin çoxmillətli olma qabiliy-
yəti, böyük həcmdə satınalma, maliyyələşdirmədə və reklam yerləşdirilməsi TMK-rın ümumi və
xüsusi rəqabət üstünlüklərini xarakterizə edir. Ən ucuz mənbələrdən xammal alır və yerindən hazır
məhsul istehsal edir. Eyni zamanda ən ucuz əmək qüvvəsindən və texniki resursları mümkün qədər
iqtisadi olaraq istifadə edirlər. Bu da imkan verir ki, ölkələrin bazarlarına rəqabətlilik baxımından çox
çevik və səmərəli hərəkət etsinlər. Yerli firmalarla rəqabətdə buna görə də müvəffəqiyyət qazanırlar.
TMK-lar mənfi təsirlər baxımından beynəlxalq şirkətlərin oligopolistik təbiətini deyə bilərik.
Müxtəlif avtoritar rejimlər bazar qüvvələrini sarsıtmaq və əsassız mənfəətə imkan vermək üçün onlara
tez-tez dəstək verirlər. TMK-lar daha az inkişaf etmiş ölkələrin ən zəngin ölkələrdən asılılığını güclən-
dirir. İstehsalı yaşayışın və əmək haqqının aşağı səviyyədə olduğu ölkələrə köçürərək həyatın
böyüməsinə mane olur. Aktivlərin aşağı sosial ödəmə payı olan ölkələrə verilməsi ilə vergi yükü də
minimuma endirilir.
TMK-rın qlobal manevrası ümumiyyətlə dövlətlərin müstəqil iqtisadiyyat qurma qabiliyyət-
lərini zəiflədir. Xüsusilə zəif iqtisadiyyat şəraitində olan ölkələrin iqtisadi siyasətlərinin yeganə
variantı xarici tələbləri ödəyərək investorlar cəlb etməkdən ibarət olur. İnvestisiya təşviqləri, sosial və
əmək qanunvericiliyinin və təhsilin uyğunlaşdırılmasını bu tələblərə misal göstərə bilərik. [3]
Balazın (2013) bildirdiyinə görə, korporasiyaların müəyyən ölkələrdə siyasi inkişafa öz fayda
və ya əksinə təsir göstərməsi ilə əlaqəli bir çox hallar çoxmillətli bir dövrdə məlum olmuşdur.
Transmilli şirkətlərin əksəriyyəti (çoxmillətli və transmilli şirkətlər) öz fəaliyyətlərini əsasən xarici
investisiyalarını dünya miqyasında fərqli ölkələrə ixrac etməklə həyata keçirirlər. Xüsusilə xaricdə
sərmayə qoymaqla TMK son onilliklərdə gəlirlərini artıraraq yenilməz və üstün çoxmillətli iqtisadi
nəhənglərə çevrildilər. Onların strategiyalarının məqsədi müxtəlif zəncirlərdən ibarət olan rentabelliyi
artırmaqdır.[4]
Bazarda yalnız bir böyük şirkətin fəaliyyət göstərməsi həmin şirkətin zamanla hakim mövqeyə
malik olmasına gətirib çıxarır. Belə olan təqdirdə həmin şirkət bazarda inhisarçılıq siyasəti yeridir və
mövqeyindən sui-istifadə edir. Bu səviyyəyə çatan TMK-lar fəaliyyət göstərdikləri ölkələrin
iqtisadiyyatlarını öz biznes strategiyasından asılı vəziyyətə salırlar. Nəticədə, dövlətin ümumi siyasi və
iqtisadi gücünü qoruyub saxlaması çox çətinləşir. Demək olar ki, iqtisadiyyatı xarici şirkətlər
tərəfindən idarə olunan ölkələrin sayı getdikcə artır. [5]
Dünyada hamburger və fast-food zənciri kimi tanınan, Amerika Transmilli Korparasiyalarından
biri olan McDonald'sın fəaliyyətinə nəzər salaq. McDonald's Corporationun qərargahı İllinoys
ştatındadır.İlk McDonald's restoranı 1948-ci ildə Kaliforniyanın San Bernardino şəhərindəki qardaşlar
Maurice ("Mac") və Richard McDonald tərəfindən açılıb.
Kroc 1954-cü ildə qardaşları ziyarət edərkən, qardaşların aşağı qiymətlərlə çox miqdarda qida
istehsal etməyə imkan verən sadə, effektiv bir formatını tapdı. Özünü idarəetmə nöqtəsi formatı
sayəsində qarson ehtiyacını aradan qaldırdı. Müştərilər daha tez yeməkləri qəbul etdilər, çünki
hamburgerlər əvvəldən bişirdi və istilik lampaları altında isti saxlanılırdı.
Restoran konsepsiyasında böyük yenilik edən Kroc McDonald qardaşlarına françayzinq
proqramına başlamağı təklif etdi. 1955-ci il aprelin 15-də İllinoys ştatının Des Plaines şəhərində ilk
McDonald's franchise şirkətini açdı və eyni ildə McDonald's Corporation-nı işə saldı, nəticədə 1961-ci
ildə McDonaldı satın aldı. Səmərəli artımla inkişaf edən şirkətin səhmləri 1965-ci ildə ictimaiyyətə
açıq elan edildi.
"Big Mac" (1968), "Egg McMuffin" (1973), "Xoşbəxt yeməklər" (1979) və "Chicken
McNuggets" (1983) məhsulları daxil olmaqla, McDonald's markasını müəyyənləşdiriblər.
Zəncir yerli və beynəlxalq miqyasda genişlənməyə davam edərək, 1967-ci ildə Kanadaya
yayılmış, 1988-ci ilə qədər cəmi 10.000 restorana çatmış və 21-ci əsrin əvvəllərində 100-dən çox
ölkədə 35,000-dən çox restoranla fəaliyyət göstərmişdir. 1990-cı illərdə böyümə sürətlənərək
McDonald'ların hər beş saatda bir yerdə dünyaya açılmışdır. Effektiv olaraq ən məşhur ailə restoranı
oldu, əlverişli qida, əyləncəli və ləzzətlərə toxunaraq, uşaqlara və yetkinlərə də müraciət etdi.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
221
26-27 October 2018, Baku, Azerbaijan
McDonald'ların müvəffəqiyyəti, tənəzzüldəki şirkətlər birliyinin tənqidinə səbəb oldu.
McDonald's menyusuna sağlam maddələr əlavə edərək bu tənqidlərə cavab verdi və 2017-ci ildə bir
vegan hamburgerini test etməyə başladı.
McDonald's Corporation (NYSE: MCD) tərəfindən idarə olunan McDonald's, Burger King,
Wendy nin (NASDAQ: WEN), Taco Bell, KFC və Subway kimi fast food restoranları ilə rəqabət edən
sürətli xidmət restoranıdır. Fast-casual restoranlar da yaxın rəqiblərdir və bu qrup Chipotle Meksika
Grill, Inc. (NYSE: CMG) və Panera Çörək Şirkəti daxildir. Starbucks Corporation (NASDAQ:
SBUX), McDonald's ilə üst-üstə düşən bir təklifi olan sürətli bir xidmət restoranıdır. McDonald's,
həmçinin qidalanma və təsadüfi yemək restoranlarının parçalanmış bir bazarına sahibdir. Beynəlxalq
miqyasda, McDonald's, regional rəqiblərlə yanaşı kiçik yerli restoranlarla da rəqabətə məruz qalır.
McDonald'ın əsas rəqibləri aşağıdakılardır:
1) Starbucks
Starbucks dünyanın ən böyük qəhvə zənciridir. 2018-ci ilin yanvar ayından etibarən şirkət 75
müxtəlif ölkədə 27399 ədəd mağaza, o cümlədən ABŞ-da 13 930 mağazası fəaliyyət göstərir. Şirkətin
ABŞ yerlərindən heç biri franchise deyil. Starbucks qəhvə, espresso, cappuccino, çay, pastries, sandviç
və digər qidalara xidmət göstərir. Starbucks özünü yüksək qiymətlə yüksək keyfiyyətli bir seçim kimi
satır. Şirkətin 2017-ci ildəki gəlirləri 22,4 milyard dollar olub. Bu, Starbucks-ın McDonald's şirkətinin
arxasında ən çox satılan ikinci zəngin restoranıdır. 2018-ci ilin iyun ayından etibarən Starbucks'ın
bazar kapağı 68,7 milyard dollar təşkil edir.
2) Yum Brands, Inc.
Yum! Markalar, Inc (NYSE: YUM), Taco Bell, KFC və Pizza Hut kimi bir neçə sürətli xidmət
zəncirini fəaliyyət göstərir. Şirkət 135 ölkədə 44,000-dən çox yerə sahibdir. YUM, 2017 Fortune 500
siyahısında 422-ci sırada iştirak etdi. 2017-ci il üçün gəlir 5,8 milyard dolları aşdı. Taco Bell, tacos,
burritos, nachos və əlaqəli xüsusi əşyalar daxil olmaqla, Meksika mətbəxindən ilhamlanan fast food
səhər yeməyi və nahar yeməklərini təqdim edir. KFC tərəfləri və içkilərlə birlikdə müxtəlif toyuq
qabları və sandviçlər xidmət edir. Pizza Hut tez xidmət pizza restoran zənciridir. 2018-ci ilin iyun
ayından etibarən Yum! Markaların bazar kapağı 25,3 milyard dollardır.
3) Burger King
Burger King 1954-cü ildə başladı və Florida ştatının Miami şəhərində yerləşir. 2017-ci ilin
dekabr ayından etibarən, Burger King dünyanın 100-dən çox ölkəsində 14,000-dən çox yerə sahibdir.
Bu yerlərin demək olar ki, hamısı müstəqil franchise sahibidir. Şirkətin menyusu, alakartlı səhər
yeməyi, nahar və şam yeməyi maddələrini ehtiva edir. Hamburgerlər, toyuq sandviçləri, toyuq
tenderləri, Fransız kartofları və içkilər menyuda üstünlüklərdir. Burger King, 2017-ci ildə 1,2 milyard
dollardan çox gəlir əldə edib və Tim Hortons və Popeyes-in sahibi olan Ana Brands International
şirkətinə məxsusdur.
McDonalds biznes strategiyası dəyəri liderliyini və beynəlxalq bazarın genişləndirilməsi
strategiyalarının birləşməsini istifadə edir. Yeni bazar girişinin françayzinq və lisenziyalaşdırma
formaları McDonald's biznes strategiyası çərçivəsində böyük ölçüdə istifadə olunur. Bundan əlavə,
məhsul və xidmət standardizasiyası McDonalds biznes strategiyasının təməlində durur. Qeyd etmək
vacibdir ki, McDonald's məhsulu və xidməti standartlaşdırma ilə yanaşı, menyusunu hazırlayarkən və
marketinq səyləriylə məşğul olфrkən, yerli zövq və üstünlükləri nəzərə alır.
Dostları ilə paylaş: |