McDonald'ın rəqabət üstünlüyü aşağıdakı nöqtələrə əsaslanır:
- Xidmət qiymətləri McDonald'ın əsas rəqabət üstünlüyüdür. Şirkət, xərclərin üstünlüyünə nail
olmaq üçün miqyas iqtisadiyyatlarından geniş istifadə edir.
- McDonald's, restoranlarında 'fast food' formatına uyğun olaraq, xidmət keyfiyyəti ilə yanaşı
müştəriyə xidmət sürətiylə məşhurdur.
- Dadın universallığı böyük dərəcədə McDonald'ın rəqabət üstünlüyünün başqa bir əsasını
təmsil edir.
Qeyd etmək vacibdir ki, McDonald's xərcləri əsasında rəqabət üstünlüyü uzunmüddətli
perspektivdə davam etmək çətin ola bilər, çünki yeni rəqiblər daha ucuz resurslardan istifadə etməklə
ortaya çıxa bilər .
McDonald's Korporasiyası Hesabatında şirkətin biznes strategiyasının daha ətraflı müzakirəsi
yer alıb. Hesabatda həmçinin SWOT, PESTEL, Porter beş qüvvələri, dəyər zənciri analizi və
McDonald's Corporation McKinsey 7S Modeli kimi biznes araşdırmalarında əsas analitik strateji
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
222
26-27 October 2018, Baku, Azerbaijan
çərçivələrinin tətbiqi göstərilir. Bundan əlavə, hesabatda McDonald's rəhbərliyi və təşkilati strukturu,
şirkətin qısa maliyyə təhlili və marketinq strategiyasını təhlil edir və korporativ sosial məsuliyyət
məsələlərini müzakirə edir.
Nəticə
TMŞ-lər dünya ticarətinin təxminən 80% dən çoxunu əhatə edir. onların tətbiq etdikləri müasir
rəhbərlik strukturları, innovativ texnologiya və texnikalar güclü iqtisadiyyatın yaranmasına və
inkişafına birbaşa təsir edir. Ölkənin rəqabətqabiliyyətli inkişafında müstəsna rol oynayaraq davamlı
iqtisadi inkişafa təminat verir. İstehsalın və kapitalın beynəlmilələşdirilməsi TMŞ-lərin
rəqabətqabiliyyətli iqtsadiyyatın formalaşmasında rolu danılmazdır. Beləliklə TMŞ-lər dövlətin iqtsadi
gücünün hərəkətverici qüvvəsi hesab edilir.TM-lər Yalnız İstehsalın milliləşdirilməsində deyil,
həmçinin kommersiyya fəaliyyətində investor kimi müasir texnika- texnologiyaların yayılmasında və
beynəlxalq əmək miqrasiyasına maraq yaradır.
ƏDƏBIYYAT
1.
İnvestisiya "(Peng, 2009).
2.
Krajnakova,& Vojtovic (2011)
3.
(Dunning, & Lundan, 2008)
4.
154 Marcel Kordos və Sergej Vojtovic / Procedia - Sosial və Davranış Elmləri 230 (2016). Səh. 150 – 158
5.
(Ahlstrom, & Bruton, 2010)
“ETİLEN-POLİETİLEN” ZAVODUNUN İDARƏ EDİLMƏSİ
PROSESİNDƏ İNFORMASIYA MENECMENTİNİN
TƏŞKİLİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
i.ü.f.d. Dilarə Əmiraslan qızı Əmiraslanova
Sumqayıt Dövlət Universiteti
dilare.amiraslanova@mail.ru
XÜLASƏ
Müasir dövrdə müəssisənin sabit, səmərəli fəaliyyət göstərməsində onun informasiya təminatı əsaslı rol
oynayır. Buna görə də çevik, eyni zamanda səmərəli informasiya təminatı sisteminin yaradılması, informasiya
təminatının təşkili və idarə edilməsi hər bir müəssisənin qarşısında duran əsas vəzifələrdən biri hesab edilməlidir.
Məqalədə “Etilen-Polietilen” zavodunun idarə edilməsində informasiya menecmentinin mövcud vəziyyəti şərh
edilmiş və onun təşkilinin təkmilləşdirilməsi yolları araşdırılmışdır.
Açar sözlər: informasiya təminatı, idarəetmə, menecmet, istehsal, maliyyə vəsaiti
IMPROVING THE ORGANIZATION OF INFORMATION MANAGEMENT IN THE PROCESS OF
MANAGING THE ETHYLENE-POLYETHYLENE PLANT
SUMMARY
Information provision plays a key role in modern, stable and efficient operation of the enterprise in
modern time. Therefore, the creation of a flexible, at the same time an effective information provision system,
the organization and management of information provision should be considered as one of the main tasks facing
each enterprise. The current state of information management in the management of the Ethylene-Polyethylene
plant was commented and ways to improve its organization were investigated in the article.
Key words: information provision, management, management, production, financing
Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin səmərəliliyi qəbul edilmiş idarəetmə qərarlarının
elmi cəhətdən əsaslandırılması səviyyəsindən asılıdır. Elmi cəhətdən əsaslandırılmış, reallığa söykə-
nən idarəetmə qərarlarının qəbulu isə onların hazırlanmasında istifadə edilən informasiyaların keyfiy-
yətindən, reallığından birbaşa asılıdır. Ona görə də idarəetmə prosesinin obyektiv, dürüst, dolğun in-
formasiya ilə təmin edilməsi, informasiyanın toplanması, yığılması, işlənməsi, ötürülməsi prosesinin
idarə edilməsi hər bir müəssisənin qarşısında duran əsas məslələrdən biri hesab edilir.
Azərbaycanın neft-kimya sənayesi sahəsinə daxil olan istər dövlət, istərsə də qeyri-dövlət
müəssisələri iqtisadi tənəzzülü dövrünü yaşayırlar və uzun müddətdir ki, bu vəziyyətin yaranmasının
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
223
26-27 October 2018, Baku, Azerbaijan
başlıca səbəblərindən biri də müəssisələrdə informasiya menecmentinin müasir tələblər səviyyəsində
təşkil edilməməsi ilə bağlıdır. Məhz bunun səbəbindəndir ki, bu müəssisələrdə istər istehsal planları
tərtib edilərkən, istərsə də istehsal edilmiş məhsullar reallaşdırılarkən onların məhsullarına olan tələbat
haqqında real informasiyalar nəzərə alınmır, ona görə ki, belə informasiyaların əldə edilməsi üçün heç
bir tədqiqat aparılmır. Buna görə də hal-hazırda bu müəssisələrin qarşısında duran əsas vəzifələrdən
biri informasiya menecmentinin təşkilinin təkmilləşdirilməsindən ibarətdir.
Müəssisədə informasiya menecmentinin təşkilinin nəzəri əsasları
Müəssisənin idarə edilməsində informasiyanm böyük əhəmiyyəti vardır. İdarəetmə prosesinin
tədqiqi nöqteyi-nəzərindən, informasiya idarə edən və idarə olunan sistemlərin vəziyyətini və xarici
aləmi xarakterizə edən məlumatların toplusu kimi çıxış edir. İnformasiyasız idarəetmənin məqsədini
müəyən etmək, rnövcud vəziyyəti qiymətləndirmək, proqramı dəqiqləşdirmək və ya idarə etmək,
qəbul edilən qərarları və onların yerinə yetirilməsini yoxlamaq mümkün deyildir. İnformasiya idarə
edən və idarə olunan sistemlər arasında əlaqələndirici rol oynayır. Belə ki, idaredici sistemin məqsəd
və əmrlərinin məzmunu informasiya (rabitə) kanalları vasitəsilə idarə edilən sistemə ötürülür. Sonra
isə informasiya sistemi vasitəsilə idarə edilən sistemin mövcud vəziyyəti, orada və xarici aləmdə baş
verən dəyişikliklər haqqında informasiya idarə edən sistemə daxil olur. İdarə edən sistemə daxil olan
informasiyalar yenidən təhlil edilir və yeni idarəedici qərarlar hazırlanır. Bu qərarlar yenidən
idarəedilən sistemə ötürülür (informasiya sistemi vasitəsi ilə) və onun istiqamətləri, vəzifələri
müəyyən edilir. Beləliklə idarə edən və idarə edilən sistemlər arasında əlaqə informasiya mübadiləsi
vasitəsilə təmin olunur. Qeyd etmək lazımdır ki, idarə edən və idarə olunan sistemlər arasında əlaqənin
fasiləsizliyinin təmin edilməsi idarəetmənin təşkilinin əsas şərtlərindən biridır. Bu iki sistem arasında
informasiya mübadiləsinin kəsilməsi idarə etmə prosesini, beləliklə də, istehsal prosesini iflic
vəziyyətinə sala bilər[2].
Rəhbərlərin və idarə aparatı işçilərinin təşkilati-praktiki fəaliyyəti də əsasən informasiya
xarakteri daşıyır, çünki idarəetmə qərarlarının qəbul edilməsi və icraçılara çatdırılması da informasiya
vasitəsilə həyata keçirilir.
Eyni zamanda, idarəetmə prosesində informasiyanm rolunu mütləqilləşdirmək, idarəetmə
prosesinə isə informasiyanın hərəkəti və onun ilkin haldan əmr, qərar halına keçməsi kimi baxmaq
olmaz. İdarəetmə prosesinin məzmunu daha genişdir. İnsana təsir etmək, təkcə ona məlumatı
çatdırmaqla bitmir, bu həm də maraq, borc, intizam, əxlaq və bu kimi amilləri özündə birləşdirən
mürəkkəb sosial-psixoloji prosesidir.
İstehsalın idarə edilməsı prosesində istifadə edilən informasiya, əsasən, üç aspektdə tədqiq
edilir: praqmatik, sematik, sintaktik.
İnformasiya praqmatik aspektdə tədqiq edildikdə, idarəetmə qərarlarının qəbulu üçün mövcud
informasiyaların praktiki cəhətdən nə qədər faydalı, dəyərli olması müəyyənləşdirilir. İstehsalın
avtomatlaşdırılmış idarə edilməsi sistemlərinin yaradılması zamanı informasiyanın praqmatik aspektdə
öyrənilməsi istehlakçılar üçün informasiyanın zərurilik və kafilik dərəcəsini, faydalı informasiyanın
həcmini, faydasız sənədlər külliyyatının miqdarını və s. müəyyənləşdirməyə imkan verir.
İnformasiyanın sematik aspektdə (mənaca) tədqiq edilməsi, idarəetmə obyektinin vəziyyətini
əks etdirən informasiyanın məzmununu açmağa və işarələr arasında olan münasibətlərin və ölçü
vahidlərinin mənaca qiymətləndirilməsinə imkan yaradır. İnformasiyaya sematik baxış iqtisadi
göstəricilərin, obyektlərin təsnifatına, qarşılıqlı kodlaşdırma sistemlərinin yaradılmasına və beləliklə,
idarəetmədə baş verən hadisələrin, proseslərin, faktların və s. tam öyrənilməsinə şərait yaradır.
İnformasiyanın sintaktik təhlili zamanı onun məzmunu, mənası və istifadə edilmə xüsusiyyətin-
dən asılı olmayaraq sistemdə işarələr arasında olan münasibətlər kəmiyyətcə müəyyənləşdirilir. İnfor-
masiyanın kəmiyyətcə qiymətləndirilməsi onun kompüterdə işlənmə texnologiyasının səmərəli seçil-
məsi və layihələşdirilməsinə imkan verir.
İdarəetmənin ayn-ayrı mərhələlərində informasiyanm rolu eyni deyildir. İdarəetmənin bir mər-
hələsində informasiyanın həcmi, onun növləri, yeni, əlavə informasiya almaq imkanları, digər mərhə-
ləsində isə - onun hərəkəti, üçüncü mərhələdə - informasiyanın işlənməsi vacibdir. Məsələn, idarəet-
mənin məqsədi müəyyən edilərkən informasiyanın həcmi, onun yeniliyi, qiymətliliyi, tamliğı və s. va-
cibdir. İdarəetmənin məqsədi müəyyən edilərkən elmin müasir nailiyyətləri haqqında nə qədər çox in-
formasiya əldə edilərsə məqsəd bir о qədər obyektiv formalaşdırılar, idarəetmə prosesində onun əhə-
miyyəti, rolu daha çox olar [3].
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
224
26-27 October 2018, Baku, Azerbaijan
Mövcud vəziyyətin qiymətləndirilməsində informasiyanın növləri daha çox əhəmiyyət daşıyır,
çünki müxtəlif növ informasiyalardan istifadə edilməsi mövcud vəziyyətin kompleks, sistemli
araşdırıllmasına və müvafıq, səmərəli idarəetmə qərarlarının qəbul edilməsinə imkan yaradır.
İdarəetmə qərarlarının hazırlanması və analitik fəaliyyət mərhələsində seçilmiş informasiyanın
işlənmə imkanlarının mövcudluğu xüsusi əhəmiyyət kəsb edir ki, bu da öz növbəsində informasiyanın
təqdim edilmə (ötürülmə) formasından asılıdır.
“Etilen-polietilen” zavodunun idarə edilməsi prosesində informasiya menecmentinin
təşkilinin mövcud vəziyyəti
“Etilen-polietilen” zavodu ölkəmizin iri neft-kimya zavodlarından biridir. Ancaq SSRİ süquta
uğradıqdan sonra digər keçmiş sovet respublikaları ilə iqtisadi əlaqələrin səviyyəsinin kəskin surətdə
azalması, ənənəvi alqı-satqı bazarlarının itirilməsi nəticəsində zavod iqtisadi böhran vəziyyətinə
düşmüşdür. Zavodun böhran vəziyyətindən çıxarılması üçün bir sıra tədbirlər görülsə də onlar
gözlənilən nəticəni verməmişdir. Maliyyə vəsaitinin çatışmazlığı zavodun tətbiq etdiyi, fiziki və
mənəvi cəhətdən köhnəlmiş əsas fondların yeniləri ilə əvəz edilməsinə, istehsalı yenidən qurmaga
imkan verməmişdir ki, bu da mövcud istehsal potensialından səmərəli istifadə etməyə imkan
yaratmamışdır. Bunlarla yanaşı, ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçməsi ilə əlaqədar
olaraq daxili və xarici mühitin dəyişməsi də zavodun idarə edilməsinin təşkilat quruluşuna təsir
etməmişdir. Zavodun iqtisadi böhran vəziyyətindən çıxa bilməməsinin səbəblərindən biri də onun
idarəetmə quruluşunun müasir tələblərə cavab verməməsidir. Belə ki, zavodun mövcud idarəetmə
quruluşu onun idarəedən və idarəedilən sistemləri arasında informasiya mübadiləsinin müasir tələblər
səviyyəsində qurulmasına imkan vermir.
Zavodun idarə edilməsi prosesində informasiya menecmentinin təşkilinin təkmilləşdirilməsi
yolları
Aparılan tədqiqatların nəticələri göstərir ki, “Etilen-polietilen” zavodunda informasiya
menecmentinin təşkilinin səviyyəsi qənaətbəxş deyildir. Məhz zavodun mövcud istehsal gücləri,
istehsal potensialı, zavodun ənənəvi olaraq istehsal etdiyi məhsullara həm ölkə daxili, həm də xarici
bazarlarda olan tələbin səviyyəsi haqqında kifayət qədər səhih informasiyanın olmamasının nəticəsidir
ki, zavod öz istehsal- təsərrüfat fəaliyyətini lazımi səviyyədə təşkil edə bilmir, uzun illərdir ki, ziyanla
işləyir. Zavodun mövcud idarəetmə strukturunun təhlili göstərir ki, o müasir tələblərə cavab vermir,
məhsul istehsalı və satışı proseslərinin çevik idarə edilməsi üçün müvafiq informasiyaların
toplanmasına imkan yaratmır. Məsələn, məlumdur ki, müasir şəraitdə məhsul istehsalı üzrə planlar
satış planları ilə bilavasitə əlaqələndirilir və onunla sıx bağlanır. Satış üzrə real planların tərtibi isə
müəssisənin məhsullarına olan tələbatın səviyyəsindən asılıdır. Təbiidir ki, tələbatın səviyyəsini
müəyyənləşdirmək üçün müvafiq informasiyalara malik olmaq lazımdır. Bu isə yalnız hərtərəfli
düşünülmüş, yaxşı təşkil edilmiş, kompleks marketinq tədqiqatlarının aparılması nəticəsində
mümkündür. Zavodun mövcud idarəetmə quruluşunda bilavasitə neft-kimya məhsulları bazarlarında
(istər daxili, istərsə də xarici bazarlarda) kimya məhsullarına tələbatın və bu tələbatın ödənilməsinin
səviyyəsi, rəqiblərin uyğun məhsullarının keyfiyyəti və zavodda istehsal edilən məhsullarla
müqayisədə üstün və mənfi cəhətləri, rəqiblərin bazarlarda davranışı və mövqeləri və s. barədə
informasiyaların toplanması və təhlil edilməsi üçün müvafiq marketinq tədqiqatları apara biləcək
struktur bölməsi yoxdur. Zavodun ayrı-ayrı funksional şöbələrində və xidmətlərində bəzi
mütəxəssislərin iş yerləri fərdi kompüterlərlə təchiz olunsa da, onlar arasında birbaşa kommunikasiya
əlaqələri qurulmayıb, başqa sözlə zavodda maşın informasiya kanalları ilə əlaqədar olmayan ayrı-ayrı
avtomatlaşdırılmış iş yerləri təşkil edilsə də, nə zavodun struktur bölmələrinin, nə də bütövlükdə
zavodun informasiya sistemi yaradılmayıb. Belə vəziyyətdə, təbiidir ki, zavodda informasiya
menecmenti müasir tələblər səviyyəsində təşkil edilə bilməz.
Yaranmış vəziyyət zavodda informasiya menecmentinin təşkilinin təkmilləşdirilməsi üçün
müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Fikrimizcə, bunun üçün aşağıdakı tədbirlərin
həyata keçirilməsi məqsədəuyğun olardı:
* birinci mərhələdə ayrı-ayrı struktur bölmələrində çalışan idarə heyəti işçilərinin və
mütəxəssislərin avtomatlaşdırılmış iş yerlərinin lokal şəbəkənin köməyi ilə birləşdirilməsi;
* ikinci mərhələdə zavodun struktur bölmələrinin informasiya sistemlərinin zavodun hüdudları
çərçivəsində vahid informasiya sistemində birləşdirilməsi;
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
225
26-27 October 2018, Baku, Azerbaijan
* struktur bölmələri arasında informasiya mübadiləsinin səmərəli təşkil edilməsi üçün sənəd
formalarının eyniləşdirilməsi;
* idarəetmə məqsədləri üçün istifadə edilən göstəricilərin sırasının eyniləşdirilməsi;
* ayrı-ayrı struktur bölmələrinin rəhbərlərinin öz bölmələri çərçivəsində operativ qərarlar qəbul
etmələri üçün səlahiyyətlərinin artırılması;
* qəbul edilmiş qərarların icraçılara operativ çatdırılması, icraya nəzarətin gücləndirilməsi üçün
müvafiq tədbirlərin həyata keçirilməsi;
* zavodun idarəedən və idarəedilən sistemləri arasında informasiya mübadiləsinin fasiləsizliyi-
nin təmin edilməsi.
Araşdırmalar göstərir ki, bazar iqtisadiyyatının tələblərinə zidd olaraq “Etilen-polietilen” zavo-
du öz təsərrüfat – istehsal fəaliyyətinin həyata keçirilməsində lazımi səlahiyyətlərə malik deyildir.
Zavod hətta öz istehsal etdiyi məhsulların sərbəst satışını həyata keçirə bilmir. Qeyd edildiyi kimi,
kimya məhsullarının daxili və xüsusən də xarici bazarlarında mövcud konyuktura haqqında kifayət
qədər informasiyanın olmaması zavodda həm məhsul istehsalının planlaşdırılması, həm də satışın
təşkili sahələrində xeyli problemlər yaradır. Bu problemlərin səmərəli həlli üçün, fikrimizcə, zavodun
idarəetmə strukturunda yeni bir şöbənin – “Marketinq tədqiqatları şöbəsi”nin yaradılması
məqsədəuyğun olardı. Bu şöbənin əsas funksiyası aşağıdakılardan ibarət olmalıdır:
ölkə daxili bazarların tədqiqi. Burada əsas məqsəd ölkə daxilində hansı neft-kimya məhsulları-
na tələbatın olduğunu və tələbatın strukturunu müəyyən etməkdən ibarət olmalıdır;
MDB ölkələrində kimya sənayesi məhsulları bazarlarının tədqiqi. Burada əsas məqsəd keçmiş
müttəfiq respublikalarda ölkəmizin kimya müəssisələrinin fəaliyyət göstərdikləri bazarlara qayıtmaq
və onlarda möhkəmlənmək imkanlarının tədqiq edilməsindən ibarət olmalıdır:
Uzaq xarici dövlətlərdə kimya sənayesi məhsulları bazarlarının tədqiqi. Burada əsas məqsəd
bu ölkələrdə yeni satış bazarlarına çıxmaq və onlarda möhkəmlənmək imkanlarının araşdırılmasından
ibarət olmalıdır;
Ölkəmizin neft-kimya sənayesi müəssisələrinin istehsal etdikləri məhsulların keyfiyyət
xüsusiyyətlərinin, rəqiblərin eyniadlı məhsullarının keyfiyyət xüsusiyyətləri ilə müqayisə etmək və
ölkə məhsullarının keyfiyyət xüsusiyyətlərinin yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
Neft-kimya sənayesi məhsullarının bazarlara cıxarılması, onların səmərəli satışının təşkil
edilməsi üçün müvafiq strategiyanın hazırlanması. Bunun üçün:
- əmtəələrin alıcıya çatdırılması üçün səmərəli kanallar secilməli;
- əmtəələrin alınması üçün daxil olmuş sifarişlərin vaxtında yerinə yetirilməsi təmin edilməli;
- sifarişçilərin tələbatlarını vaxtında ödəmək üçün əmtəə-material ehtiyatları saxlanmalı (onların
minimum həddi çərçivəsində);
- məhsulların xarici bazarlarda satışının həcminin artırılması üçün vasitəçilərin xidmətlərindən
istifadə edilməli;
- satışın həcminin artırılması üçün (həm ölkə daxilindəki, həm də xarici bazarlarda) müvafiq
stimullaşdırıcı tədbirlər hazırlanıb tətbiq edilməli;
- həm ölkə daxilində, həm də xaricdə reklam fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirməli;
- istehlakçıların cəlb edilməsi məqsədi ilə satış sərgiləri, yarmakaları (məhsul nümunələri üzrə)
təşkil edilməli və s.
zavodun istehsal etdiyi məhsulların çeşidinin istehlakçıların tələbatlarına uyğun dəyişdirilməsi
üçün təkliflərin hazırlanması;
bazarlarda
zavodun
məhsullarının
mövqeyinin
müəyyənləşdirilməsi
və
onun
möhkəmləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi;
məhsulların satışı, bazarlarda irəlilədilməsi prosesinə nəzarətin təşkil edilməsi;
satış bazarlarına səmərəli çıxış metodlarının müəyyən edilməsi;
satışın həcmini genişləndirmək, alıcıları stimullaşdırmaq məqsədi ilə əmtəələrə (satışın
həcmindən asılı olaraq) differensial qiymətlər qoyması imkanlarının araşdırılması və s.
Fikrimizcə, yuxarıda irəli sürülən təkliflərin həyata keçirilməsi “Etilen-polietilen” zavodunun
idarə edilməsi prosesində informasiya menecmentinin təşkilinin təkmilləşdirilməsinə imkan verərdi.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
226
26-27 October 2018, Baku, Azerbaijan
Nəticə
Müasir bazar iqtisadiyyatı şəraitində reallığa söykənən, obyektiv, dürüst, dolğun informasiyaya
malik olmadan müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin davamlı və sabit fəaliyyətinin təşkil
edilməsi üçün səmərəli idarəetmə qərarlarının qəbul edilməsi mümkün deyildir. Buna görə də
idarəetmə prosesinin informasiya təminatının təşkili və idarə edilməsi hər bir müəssisənin qarşısında
duran əsas vəzifələrdən biri hesab edilir.
Aparilan tədqiqatlar göstərir ki, “Etilen-polietilen” zavodunda idaəetmə prosesində informasiya
menecmentinin təşkilinin səviyyəsi qənaətbəxş deyildir və bu da, bir sıra digər səbəblərlə yanaşı,
zavodun səmərəli fəaliyyət göstərməsinə, mövcud potensialından tam şəkildə istifadə etməsinə imkan
vermir. Buna görə də, zavodun idarə edilməsi prosesində informasiya menecmentinin təşkilinin
təkmilləşdirilməsinə ehtiyac vardır.
İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYATLAR
1.
“Müəssisələr haqqında”, Azərbaycan Respublikası qanunu, Bakı, 1996
2.
“Sahibkar fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunu, Bakı, 1992
3.
Əliyev T.N., Məlikov Y.A., Əhmədov B.Ə. “Neft emalı və neft kimya sahələrinin
eko-iqtisadi problemləri, Bakı, 2005-ci il
4.
Hüseynov T.Ə. Müəssisənin iqtisadiyyatı (dərslik) Bakı, 2005
Dostları ilə paylaş: |