"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


McDonald'ın rəqabət üstünlüyü aşağıdakı nöqtələrə əsaslanır



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə47/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   43   44   45   46   47   48   49   50   ...   78
Conferance Book Economy.(3)


McDonald'ın rəqabət üstünlüyü aşağıdakı nöqtələrə əsaslanır: 

- Xidmət qiymətləri McDonald'ın əsas rəqabət üstünlüyüdür. Şirkət, xərclərin üstünlüyünə nail 

olmaq üçün miqyas iqtisadiyyatlarından geniş istifadə edir. 

-  McDonald's,  restoranlarında  'fast  food'  formatına  uyğun  olaraq,  xidmət  keyfiyyəti  ilə  yanaşı 

müştəriyə xidmət sürətiylə məşhurdur. 

-  Dadın  universallığı  böyük  dərəcədə  McDonald'ın  rəqabət  üstünlüyünün  başqa  bir  əsasını 

təmsil edir.  

 Qeyd  etmək  vacibdir  ki,  McDonald's  xərcləri  əsasında  rəqabət  üstünlüyü  uzunmüddətli 

perspektivdə davam etmək çətin ola bilər, çünki yeni rəqiblər daha ucuz resurslardan istifadə etməklə 

ortaya çıxa bilər . 

McDonald's  Korporasiyası  Hesabatında  şirkətin  biznes  strategiyasının  daha  ətraflı  müzakirəsi 

yer  alıb.  Hesabatda  həmçinin  SWOT,  PESTEL,  Porter  beş  qüvvələri,  dəyər  zənciri  analizi  və 

McDonald's  Corporation  McKinsey  7S  Modeli  kimi  biznes  araşdırmalarında  əsas  analitik  strateji 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

222  

26-27 October 2018, Baku, Azerbaijan 

çərçivələrinin tətbiqi göstərilir. Bundan əlavə, hesabatda McDonald's rəhbərliyi və təşkilati strukturu, 

şirkətin  qısa  maliyyə  təhlili  və  marketinq  strategiyasını  təhlil  edir  və  korporativ  sosial  məsuliyyət 

məsələlərini müzakirə edir.  



Nəticə  

TMŞ-lər dünya ticarətinin təxminən 80% dən çoxunu əhatə edir. onların tətbiq etdikləri müasir 

rəhbərlik  strukturları,  innovativ  texnologiya  və  texnikalar  güclü  iqtisadiyyatın  yaranmasına  və 

inkişafına birbaşa təsir edir. Ölkənin rəqabətqabiliyyətli inkişafında müstəsna rol oynayaraq davamlı 

iqtisadi  inkişafa  təminat  verir.  İstehsalın  və  kapitalın  beynəlmilələşdirilməsi  TMŞ-lərin 

rəqabətqabiliyyətli iqtsadiyyatın formalaşmasında rolu danılmazdır. Beləliklə TMŞ-lər dövlətin iqtsadi 

gücünün  hərəkətverici  qüvvəsi  hesab  edilir.TM-lər  Yalnız  İstehsalın  milliləşdirilməsində  deyil, 

həmçinin kommersiyya fəaliyyətində investor kimi müasir texnika- texnologiyaların yayılmasında və 

beynəlxalq əmək miqrasiyasına maraq yaradır. 

 

ƏDƏBIYYAT 

1. 


İnvestisiya "(Peng, 2009). 

2. 


Krajnakova,& Vojtovic (2011) 

3. 


(Dunning, & Lundan, 2008) 

4. 


154 Marcel Kordos və Sergej Vojtovic / Procedia - Sosial və Davranış Elmləri 230 (2016). Səh. 150 – 158 

5. 

(Ahlstrom, & Bruton, 2010) 

 

 

 



 

“ETİLEN-POLİETİLEN” ZAVODUNUN İDARƏ EDİLMƏSİ 

PROSESİNDƏ İNFORMASIYA MENECMENTİNİN                       

TƏŞKİLİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ 

 

i.ü.f.d. Dilarə Əmiraslan qızı Əmiraslanova 

Sumqayıt Dövlət Universiteti 

dilare.amiraslanova@mail.ru 

 

XÜLASƏ 

Müasir  dövrdə  müəssisənin  sabit,  səmərəli  fəaliyyət  göstərməsində  onun  informasiya  təminatı  əsaslı  rol 

oynayır.  Buna  görə  də  çevik, eyni zamanda  səmərəli  informasiya  təminatı sisteminin  yaradılması,  informasiya 

təminatının təşkili və idarə edilməsi hər bir müəssisənin qarşısında duran əsas vəzifələrdən biri hesab edilməlidir. 

Məqalədə  “Etilen-Polietilen”  zavodunun  idarə  edilməsində  informasiya  menecmentinin  mövcud  vəziyyəti  şərh 

edilmiş və onun təşkilinin təkmilləşdirilməsi yolları araşdırılmışdır. 



Açar sözlər: informasiya təminatı, idarəetmə, menecmet, istehsal, maliyyə vəsaiti 

IMPROVING THE ORGANIZATION OF INFORMATION MANAGEMENT IN THE PROCESS OF 

MANAGING THE ETHYLENE-POLYETHYLENE PLANT 

SUMMARY 

Information  provision  plays  a  key  role  in  modern,  stable  and  efficient  operation  of  the  enterprise  in 

modern time. Therefore, the creation of a flexible, at the same time an effective information provision system, 

the organization and management of information provision should be considered as one of the main tasks facing 

each enterprise. The current state of information management in the management of the Ethylene-Polyethylene 

plant was commented and ways to improve its organization were investigated in the article. 



Key words: information provision, management, management, production, financing

 

 

Müəssisənin  istehsal-təsərrüfat  fəaliyyətinin  səmərəliliyi  qəbul  edilmiş  idarəetmə  qərarlarının 

elmi  cəhətdən  əsaslandırılması  səviyyəsindən asılıdır.  Elmi  cəhətdən  əsaslandırılmış,  reallığa  söykə-

nən idarəetmə qərarlarının qəbulu isə onların hazırlanmasında istifadə edilən informasiyaların keyfiy-

yətindən, reallığından birbaşa asılıdır. Ona görə də idarəetmə prosesinin obyektiv, dürüst, dolğun in-

formasiya ilə təmin edilməsi, informasiyanın toplanması, yığılması, işlənməsi, ötürülməsi prosesinin 

idarə edilməsi hər bir müəssisənin qarşısında duran əsas məslələrdən biri hesab edilir. 

Azərbaycanın  neft-kimya  sənayesi  sahəsinə  daxil  olan  istər  dövlət,  istərsə  də  qeyri-dövlət 

müəssisələri iqtisadi tənəzzülü dövrünü yaşayırlar və uzun müddətdir ki, bu vəziyyətin yaranmasının 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

223  

26-27 October 2018, Baku, Azerbaijan 

başlıca səbəblərindən biri də müəssisələrdə informasiya menecmentinin müasir tələblər səviyyəsində 

təşkil edilməməsi ilə bağlıdır. Məhz bunun səbəbindəndir ki, bu müəssisələrdə istər istehsal planları 

tərtib edilərkən, istərsə də istehsal edilmiş məhsullar reallaşdırılarkən onların məhsullarına olan tələbat 

haqqında real informasiyalar nəzərə alınmır, ona görə ki, belə informasiyaların əldə edilməsi üçün heç 

bir tədqiqat aparılmır. Buna görə də hal-hazırda bu müəssisələrin qarşısında duran əsas vəzifələrdən 

biri informasiya menecmentinin təşkilinin təkmilləşdirilməsindən ibarətdir.  

Müəssisədə informasiya menecmentinin təşkilinin nəzəri əsasları 

Müəssisənin  idarə  edilməsində  informasiyanm  böyük  əhəmiyyəti  vardır.  İdarəetmə  prosesinin 

tədqiqi  nöqteyi-nəzərindən,  informasiya  idarə  edən  və  idarə  olunan  sistemlərin  vəziyyətini  və  xarici 

aləmi  xarakterizə  edən  məlumatların  toplusu  kimi  çıxış  edir.  İnformasiyasız  idarəetmənin  məqsədini 

müəyən  etmək,  rnövcud  vəziyyəti  qiymətləndirmək,  proqramı  dəqiqləşdirmək  və  ya  idarə  etmək, 

qəbul  edilən  qərarları  və  onların  yerinə  yetirilməsini  yoxlamaq  mümkün  deyildir.  İnformasiya  idarə 

edən və idarə olunan sistemlər arasında əlaqələndirici rol oynayır. Belə ki, idaredici sistemin məqsəd 

və  əmrlərinin  məzmunu  informasiya  (rabitə)  kanalları  vasitəsilə  idarə  edilən  sistemə  ötürülür.  Sonra 

isə informasiya sistemi vasitəsilə idarə edilən sistemin mövcud vəziyyəti, orada və xarici aləmdə baş 

verən dəyişikliklər haqqında informasiya idarə edən sistemə daxil olur. İdarə edən sistemə daxil olan 

informasiyalar  yenidən  təhlil  edilir  və  yeni  idarəedici  qərarlar  hazırlanır.  Bu  qərarlar  yenidən 

idarəedilən  sistemə  ötürülür  (informasiya  sistemi  vasitəsi  ilə)  və  onun  istiqamətləri,  vəzifələri 

müəyyən edilir. Beləliklə idarə edən və idarə edilən sistemlər arasında  əlaqə informasiya  mübadiləsi 

vasitəsilə təmin olunur. Qeyd etmək lazımdır ki, idarə edən və idarə olunan sistemlər arasında əlaqənin 

fasiləsizliyinin təmin edilməsi idarəetmənin təşkilinin əsas şərtlərindən biridır. Bu iki sistem arasında 

informasiya  mübadiləsinin  kəsilməsi  idarə  etmə  prosesini,  beləliklə  də,  istehsal  prosesini  iflic 

vəziyyətinə sala bilər[2]. 

Rəhbərlərin  və  idarə  aparatı  işçilərinin  təşkilati-praktiki  fəaliyyəti  də  əsasən  informasiya 

xarakteri daşıyır, çünki idarəetmə qərarlarının qəbul edilməsi və icraçılara çatdırılması da informasiya 

vasitəsilə həyata keçirilir. 

Eyni  zamanda,  idarəetmə  prosesində  informasiyanm  rolunu  mütləqilləşdirmək,  idarəetmə 

prosesinə  isə  informasiyanın  hərəkəti  və  onun  ilkin  haldan  əmr,  qərar  halına  keçməsi  kimi  baxmaq 

olmaz.  İdarəetmə  prosesinin  məzmunu  daha  genişdir.  İnsana  təsir  etmək,  təkcə  ona  məlumatı 

çatdırmaqla  bitmir,  bu  həm  də  maraq,  borc,  intizam,  əxlaq  və  bu  kimi  amilləri  özündə  birləşdirən 

mürəkkəb sosial-psixoloji prosesidir. 

İstehsalın  idarə  edilməsı  prosesində  istifadə  edilən  informasiya,  əsasən,  üç  aspektdə  tədqiq 

edilir: praqmatik, sematik, sintaktik. 

İnformasiya  praqmatik  aspektdə  tədqiq  edildikdə, idarəetmə  qərarlarının  qəbulu  üçün  mövcud 

informasiyaların  praktiki  cəhətdən  nə  qədər  faydalı,  dəyərli  olması  müəyyənləşdirilir.  İstehsalın 

avtomatlaşdırılmış idarə edilməsi sistemlərinin yaradılması zamanı informasiyanın praqmatik aspektdə 

öyrənilməsi  istehlakçılar  üçün  informasiyanın  zərurilik  və  kafilik  dərəcəsini,  faydalı  informasiyanın 

həcmini, faydasız sənədlər külliyyatının miqdarını və s. müəyyənləşdirməyə imkan verir. 

İnformasiyanın  sematik  aspektdə  (mənaca)  tədqiq  edilməsi,  idarəetmə  obyektinin  vəziyyətini 

əks  etdirən  informasiyanın  məzmununu  açmağa  və  işarələr  arasında  olan  münasibətlərin  və  ölçü 

vahidlərinin  mənaca  qiymətləndirilməsinə  imkan  yaradır.  İnformasiyaya  sematik  baxış  iqtisadi 

göstəricilərin,  obyektlərin  təsnifatına,  qarşılıqlı  kodlaşdırma  sistemlərinin  yaradılmasına  və  beləliklə, 

idarəetmədə baş verən hadisələrin, proseslərin, faktların və s. tam öyrənilməsinə şərait yaradır. 

İnformasiyanın sintaktik təhlili zamanı onun məzmunu, mənası və istifadə edilmə xüsusiyyətin-

dən asılı olmayaraq sistemdə işarələr arasında olan münasibətlər kəmiyyətcə müəyyənləşdirilir. İnfor-

masiyanın  kəmiyyətcə qiymətləndirilməsi onun kompüterdə işlənmə texnologiyasının səmərəli seçil-

məsi və layihələşdirilməsinə imkan verir. 

İdarəetmənin ayn-ayrı mərhələlərində informasiyanm rolu eyni deyildir. İdarəetmənin bir mər-

hələsində informasiyanın həcmi, onun növləri, yeni, əlavə informasiya almaq imkanları, digər mərhə-

ləsində isə - onun hərəkəti, üçüncü mərhələdə - informasiyanın  işlənməsi vacibdir. Məsələn, idarəet-

mənin məqsədi müəyyən edilərkən informasiyanın həcmi, onun yeniliyi, qiymətliliyi, tamliğı və s. va-

cibdir. İdarəetmənin məqsədi müəyyən edilərkən elmin müasir nailiyyətləri haqqında nə qədər çox in-

formasiya əldə edilərsə məqsəd bir о qədər obyektiv formalaşdırılar, idarəetmə prosesində onun əhə-

miyyəti, rolu daha çox olar [3]. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

224  

26-27 October 2018, Baku, Azerbaijan 

Mövcud  vəziyyətin  qiymətləndirilməsində  informasiyanın  növləri daha çox  əhəmiyyət  daşıyır, 

çünki  müxtəlif  növ  informasiyalardan  istifadə  edilməsi  mövcud  vəziyyətin  kompleks,  sistemli 

araşdırıllmasına və müvafıq, səmərəli idarəetmə qərarlarının qəbul edilməsinə imkan yaradır. 

İdarəetmə qərarlarının hazırlanması və analitik fəaliyyət mərhələsində seçilmiş informasiyanın 

işlənmə imkanlarının mövcudluğu xüsusi əhəmiyyət kəsb edir ki, bu da öz növbəsində informasiyanın 

təqdim edilmə (ötürülmə) formasından asılıdır. 

Etilen-polietilen  zavodunun  idarə  edilməsi  prosesində  informasiya  menecmentinin 

təşkilinin mövcud vəziyyəti 

“Etilen-polietilen zavodu ölkəmizin iri neft-kimya zavodlarından biridir. Ancaq SSRİ süquta 

uğradıqdan sonra digər keçmiş sovet respublikaları ilə iqtisadi əlaqələrin səviyyəsinin kəskin surətdə 

azalması,  ənənəvi  alqı-satqı  bazarlarının  itirilməsi  nəticəsində  zavod  iqtisadi  böhran  vəziyyətinə 

düşmüşdür.  Zavodun  böhran  vəziyyətindən  çıxarılması  üçün  bir  sıra  tədbirlər  görülsə  də  onlar 

gözlənilən  nəticəni  verməmişdir.  Maliyyə  vəsaitinin  çatışmazlığı  zavodun  tətbiq  etdiyi,  fiziki  və 

mənəvi  cəhətdən  köhnəlmiş  əsas  fondların  yeniləri  ilə  əvəz  edilməsinə,  istehsalı  yenidən  qurmaga 

imkan  verməmişdir  ki,  bu  da  mövcud  istehsal  potensialından  səmərəli  istifadə  etməyə  imkan 

yaratmamışdır.  Bunlarla  yanaşı,  ölkə  iqtisadiyyatının  bazar  münasibətlərinə  keçməsi  ilə  əlaqədar 

olaraq  daxili  və  xarici  mühitin  dəyişməsi  də  zavodun  idarə  edilməsinin  təşkilat  quruluşuna  təsir 

etməmişdir.  Zavodun  iqtisadi  böhran  vəziyyətindən  çıxa  bilməməsinin  səbəblərindən  biri  də  onun 

idarəetmə  quruluşunun  müasir  tələblərə  cavab  verməməsidir.  Belə  ki,  zavodun  mövcud  idarəetmə 

quruluşu onun idarəedən və idarəedilən sistemləri arasında informasiya mübadiləsinin müasir tələblər 

səviyyəsində qurulmasına imkan vermir.  



Zavodun  idarə  edilməsi  prosesində  informasiya  menecmentinin  təşkilinin  təkmilləşdirilməsi 

yolları 

Aparılan  tədqiqatların  nəticələri  göstərir  ki,  “Etilen-polietilen”  zavodunda  informasiya 

menecmentinin  təşkilinin  səviyyəsi  qənaətbəxş  deyildir.  Məhz  zavodun  mövcud  istehsal  gücləri, 

istehsal potensialı, zavodun ənənəvi olaraq istehsal etdiyi məhsullara həm ölkə daxili, həm də xarici 

bazarlarda olan tələbin səviyyəsi haqqında kifayət qədər səhih informasiyanın olmamasının nəticəsidir 

ki, zavod öz istehsal- təsərrüfat fəaliyyətini lazımi səviyyədə təşkil edə bilmir, uzun illərdir ki, ziyanla 

işləyir. Zavodun mövcud idarəetmə strukturunun təhlili göstərir ki, o müasir tələblərə cavab vermir, 

məhsul  istehsalı  və  satışı  proseslərinin  çevik  idarə  edilməsi  üçün  müvafiq  informasiyaların 

toplanmasına  imkan  yaratmır.  Məsələn,  məlumdur  ki,  müasir  şəraitdə  məhsul  istehsalı  üzrə  planlar 

satış  planları  ilə  bilavasitə  əlaqələndirilir  və  onunla  sıx  bağlanır.  Satış  üzrə  real  planların  tərtibi  isə 

müəssisənin  məhsullarına  olan  tələbatın  səviyyəsindən  asılıdır.  Təbiidir  ki,  tələbatın  səviyyəsini 

müəyyənləşdirmək  üçün  müvafiq  informasiyalara  malik  olmaq  lazımdır.  Bu  isə  yalnız  hərtərəfli 

düşünülmüş,  yaxşı  təşkil  edilmiş,  kompleks  marketinq  tədqiqatlarının  aparılması  nəticəsində 

mümkündür.  Zavodun  mövcud  idarəetmə  quruluşunda  bilavasitə  neft-kimya  məhsulları  bazarlarında 

(istər daxili, istərsə də xarici bazarlarda) kimya məhsullarına tələbatın və bu tələbatın ödənilməsinin 

səviyyəsi,  rəqiblərin  uyğun  məhsullarının  keyfiyyəti  və  zavodda  istehsal  edilən  məhsullarla 

müqayisədə  üstün  və  mənfi  cəhətləri,  rəqiblərin  bazarlarda  davranışı  və  mövqeləri  və  s.  barədə 

informasiyaların  toplanması  və  təhlil  edilməsi  üçün  müvafiq  marketinq  tədqiqatları  apara  biləcək 

struktur  bölməsi  yoxdur.  Zavodun  ayrı-ayrı  funksional  şöbələrində  və  xidmətlərində  bəzi 

mütəxəssislərin iş yerləri fərdi kompüterlərlə təchiz olunsa da, onlar arasında birbaşa kommunikasiya 

əlaqələri qurulmayıb, başqa sözlə zavodda maşın informasiya kanalları ilə əlaqədar olmayan ayrı-ayrı 

avtomatlaşdırılmış  iş  yerləri  təşkil  edilsə  də,  nə  zavodun  struktur  bölmələrinin,  nə  də  bütövlükdə 

zavodun  informasiya  sistemi  yaradılmayıb.  Belə  vəziyyətdə,  təbiidir  ki,  zavodda  informasiya 

menecmenti müasir tələblər səviyyəsində təşkil edilə bilməz.  

  Yaranmış  vəziyyət  zavodda  informasiya  menecmentinin  təşkilinin  təkmilləşdirilməsi  üçün 

müvafiq  tədbirlərin  həyata  keçirilməsini  tələb  edir.  Fikrimizcə,  bunun  üçün  aşağıdakı  tədbirlərin 

həyata keçirilməsi məqsədəuyğun olardı: 

*  birinci  mərhələdə  ayrı-ayrı  struktur  bölmələrində  çalışan  idarə  heyəti  işçilərinin  və 

mütəxəssislərin avtomatlaşdırılmış iş yerlərinin lokal şəbəkənin köməyi ilə birləşdirilməsi; 

* ikinci mərhələdə zavodun struktur bölmələrinin informasiya sistemlərinin zavodun hüdudları 

çərçivəsində vahid informasiya sistemində birləşdirilməsi; 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

225  

26-27 October 2018, Baku, Azerbaijan 

*  struktur  bölmələri  arasında  informasiya  mübadiləsinin  səmərəli  təşkil  edilməsi  üçün  sənəd 

formalarının eyniləşdirilməsi; 

* idarəetmə məqsədləri üçün istifadə edilən göstəricilərin sırasının eyniləşdirilməsi; 

* ayrı-ayrı struktur bölmələrinin rəhbərlərinin öz bölmələri çərçivəsində operativ qərarlar qəbul 

etmələri üçün səlahiyyətlərinin artırılması; 

* qəbul edilmiş qərarların icraçılara operativ çatdırılması, icraya nəzarətin gücləndirilməsi üçün 

müvafiq tədbirlərin həyata keçirilməsi; 

* zavodun idarəedən və idarəedilən sistemləri arasında informasiya mübadiləsinin fasiləsizliyi-

nin təmin edilməsi.  

Araşdırmalar göstərir ki, bazar iqtisadiyyatının tələblərinə zidd olaraq “Etilen-polietilen” zavo-

du  öz  təsərrüfat  –  istehsal  fəaliyyətinin  həyata  keçirilməsində  lazımi  səlahiyyətlərə  malik  deyildir. 

Zavod  hətta  öz  istehsal  etdiyi  məhsulların  sərbəst  satışını  həyata  keçirə  bilmir.  Qeyd  edildiyi  kimi, 

kimya  məhsullarının  daxili  və  xüsusən  də  xarici  bazarlarında  mövcud  konyuktura  haqqında  kifayət 

qədər  informasiyanın  olmaması  zavodda  həm  məhsul  istehsalının  planlaşdırılması,  həm  də  satışın 

təşkili sahələrində xeyli problemlər yaradır. Bu problemlərin səmərəli həlli üçün, fikrimizcə, zavodun 

idarəetmə  strukturunda  yeni  bir  şöbənin  –  “Marketinq  tədqiqatları  şöbəsi”nin  yaradılması 

məqsədəuyğun olardı. Bu şöbənin əsas funksiyası aşağıdakılardan ibarət olmalıdır: 

 ölkə daxili bazarların tədqiqi. Burada əsas məqsəd ölkə daxilində hansı neft-kimya məhsulları-



na tələbatın olduğunu və tələbatın strukturunu müəyyən etməkdən ibarət olmalıdır; 

 MDB ölkələrində kimya sənayesi məhsulları bazarlarının tədqiqi. Burada əsas məqsəd keçmiş 



müttəfiq  respublikalarda  ölkəmizin  kimya  müəssisələrinin  fəaliyyət  göstərdikləri  bazarlara  qayıtmaq 

və onlarda möhkəmlənmək imkanlarının tədqiq edilməsindən ibarət olmalıdır: 

 Uzaq  xarici  dövlətlərdə  kimya  sənayesi  məhsulları  bazarlarının  tədqiqi.  Burada  əsas  məqsəd 



bu ölkələrdə yeni satış bazarlarına çıxmaq və onlarda möhkəmlənmək imkanlarının araşdırılmasından 

ibarət olmalıdır; 

 Ölkəmizin  neft-kimya  sənayesi  müəssisələrinin  istehsal  etdikləri  məhsulların  keyfiyyət 



xüsusiyyətlərinin,  rəqiblərin  eyniadlı  məhsullarının  keyfiyyət  xüsusiyyətləri  ilə  müqayisə  etmək  və 

ölkə məhsullarının keyfiyyət xüsusiyyətlərinin yaxşılaşdırılması üçün təkliflər hazırlamaq; 

 Neft-kimya  sənayesi  məhsullarının  bazarlara  cıxarılması,  onların  səmərəli  satışının  təşkil 



edilməsi üçün müvafiq strategiyanın hazırlanması. Bunun üçün: 

- əmtəələrin alıcıya çatdırılması üçün səmərəli kanallar secilməli; 

- əmtəələrin alınması üçün daxil olmuş sifarişlərin vaxtında yerinə yetirilməsi təmin edilməli; 

- sifarişçilərin tələbatlarını vaxtında ödəmək üçün əmtəə-material ehtiyatları saxlanmalı (onların 

minimum həddi çərçivəsində); 

- məhsulların  xarici bazarlarda  satışının  həcminin  artırılması  üçün  vasitəçilərin  xidmətlərindən 

istifadə edilməli; 

- satışın  həcminin  artırılması  üçün  (həm  ölkə  daxilindəki,  həm  də  xarici  bazarlarda)  müvafiq 

stimullaşdırıcı tədbirlər hazırlanıb tətbiq edilməli;  

- həm ölkə daxilində, həm də xaricdə reklam fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirməli; 

- istehlakçıların cəlb edilməsi məqsədi ilə satış sərgiləri, yarmakaları (məhsul nümunələri üzrə) 

təşkil edilməli və s.  

 zavodun istehsal etdiyi məhsulların çeşidinin istehlakçıların tələbatlarına uyğun dəyişdirilməsi 



üçün təkliflərin hazırlanması; 

 bazarlarda 



zavodun 

məhsullarının 

mövqeyinin 

müəyyənləşdirilməsi 

və 

onun 


möhkəmləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi; 

 məhsulların satışı, bazarlarda irəlilədilməsi prosesinə nəzarətin təşkil edilməsi; 



 

satış bazarlarına səmərəli çıxış metodlarının müəyyən edilməsi; 



 

satışın  həcmini  genişləndirmək,  alıcıları  stimullaşdırmaq  məqsədi  ilə  əmtəələrə  (satışın 



həcmindən asılı olaraq) differensial qiymətlər qoyması imkanlarının araşdırılması və s. 

Fikrimizcə,  yuxarıda  irəli  sürülən  təkliflərin  həyata  keçirilməsi  “Etilen-polietilen”  zavodunun 

idarə edilməsi prosesində informasiya menecmentinin təşkilinin təkmilləşdirilməsinə imkan verərdi. 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

226  

26-27 October 2018, Baku, Azerbaijan 

Nəticə  

Müasir bazar iqtisadiyyatı şəraitində reallığa söykənən, obyektiv, dürüst, dolğun informasiyaya 

malik  olmadan  müəssisənin  istehsal-təsərrüfat  fəaliyyətinin  davamlı  və  sabit  fəaliyyətinin  təşkil 

edilməsi  üçün  səmərəli  idarəetmə  qərarlarının  qəbul  edilməsi  mümkün  deyildir.  Buna  görə  də 

idarəetmə prosesinin informasiya təminatının təşkili və idarə edilməsi hər bir müəssisənin qarşısında 

duran əsas vəzifələrdən biri hesab edilir. 

Aparilan tədqiqatlar göstərir ki, “Etilen-polietilen” zavodunda idaəetmə prosesində informasiya 

menecmentinin  təşkilinin  səviyyəsi  qənaətbəxş  deyildir  və  bu  da,  bir  sıra  digər  səbəblərlə  yanaşı, 

zavodun səmərəli fəaliyyət göstərməsinə, mövcud potensialından tam şəkildə istifadə etməsinə imkan 

vermir.  Buna  görə  də,  zavodun  idarə  edilməsi  prosesində  informasiya  menecmentinin  təşkilinin 

təkmilləşdirilməsinə ehtiyac vardır. 

 

İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYATLAR 

1. 


“Müəssisələr haqqında”, Azərbaycan Respublikası qanunu, Bakı, 1996 

2. 


“Sahibkar fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunu, Bakı, 1992 

3. 


Əliyev T.N., Məlikov Y.A., Əhmədov B.Ə. “Neft emalı və neft kimya sahələrinin                                                              

eko-iqtisadi problemləri, Bakı, 2005-ci il  

4. 

Hüseynov T.Ə. Müəssisənin iqtisadiyyatı (dərslik) Bakı, 2005



 

 

 



 


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin