Cədvəl 1: Azərbaycanda 2008 və 2014-ci illər arasında elmi-tədqiqat və işləmə fəaliyyəti (R&D) üzrə xərclər
2008
2009
2010
2011
2012
2013
2014
Elmi-Tədqiqat və işləmələr üzrə brüt
xərclər milyon manat
67.0
89.2
93.4
111.1
117.3
122.0
126.6
Dövlət sektotunun payı faizlə %
77.1
78.0
80.6
82.2
83.55
85.49
84.6
Biznes sektorunun payı faizlə %
22.9
22.0
19.4
17.8
16.45
14.51
15.4
Elmi-Tədqiqat və işləmələr üzrə brüt
xərcləmələrin ÜDM-də payı faizlə %
0.18
0.25
0.22
0.22
0.2
0.2
0.2
Dövlət sektotunun Elmi-Tədqiqat və işləmə
xərclərinin məcmu dövlət xərclərində payı faizlə %
0.6
0.8
0.8
0.7
0.7
0.6
0.7
Elmi-Tədqiqat və işləmə fəaliyyəti həyata
keçirən müəssisələrin sayı
146
148
145
143
140
140
145
Elmi-Tədqiqat və işləmə fəaliyyəti ilə
məşğul olan işçi sayı
17942
17401
17924
18687
21573
22358
23329
Mənbə: BMT-nin Avropa İqtisadi Komissiyasının, “Fostering Innovative Entrepreneurship”, Cenevrə, 2012-
ci il hesabatı və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ”Azerbaijan statistical yearbook
2015”, Bakı, 2015 hesabatına əsasən müəlliflər tərəfindən hazırlanmışdır.
Hökumətin səyləri ilə yanaşı, universitetlər də biznes sektoruna lazım olan texnologiya
növlərini istehsal etməklə innovasiyanın sürətləndirilməsində böyük rol oynamalıdırlar. Azərbaycan
universitetləri yalnız fundamental tədqiqatla məhdudlaşmamalı, tətbiqi tədqiqatlara daha çox önəm
verməlidirlər. Çünki universitetlər tərəfindən aparılan tətbiqi tədqiqatlar yeni texnologiyanın icad
edilməsinə kömək göstərir və sənayeyə transfer edilən bu yeni texnologiya öz növbəsində sənayenin
innovativ potensialını artırmağa xidmət edir.
Universitetlər, biznes sektoru və hökumətin səyləri ilə yanaşı, innovasiyanı stimullaşdıran
dördüncü amil katalizator qurumlar olan innovasiya mərkəzləri, inkubasiya və akselerasiya
mərkəzləridir. Bu gün Azərbaycanda 10 belə katalizator qurum fəaliyyət göstərir. Sevindirici haldır ki,
“Üçqat Heliks”-in hər 3 sektoru - hökumət, sənaye və universitetlər- bu prosesə öz töhfələrini verirlər.
Mövcud trend gələcəkdə daha çox qurumların və daha çox universitetlərin öz inkubasiya mərkəzlərini
və texnoparklarını yaradacaqlarına inamı artırır.
ƏDƏBİYYAT
1.
“Azərbaycan - 2020: Gələcəyə Baxiş” İnkişaf Konsepsiyası. Bakı, 29 dekabr 2012-ci il.
http://www.president.az/files/future_az.pdf
2.
C.Freeman, Technology Policy and Economic Performance: Lessons from Japan, Pinter, London,1987.
3.
H.Etzkowitz, L.Leydesdorff, The Triple Helix--University-industry-government relations: A laboratory for knowledge
based economic development, EASST review 14, no. 1, p.14-19, 1995
4.
M.E. Porter, The Competitive Advantage of Nations. New York (NY): Free Press,1990
5.
OECD,Innovationstrategy, https://www.oecd.org/site/innovationstrategy/defininginnovation.htm, 09.09.2018
6.
P.Romer, Endogenous Technological Change, Journal of Political Economy, 98: S71-S102, 1990.
7.
R.R.
Nelson,ed. National innovation systems: a comparative analysis. Oxford university press, 1993.
8.
Report of United Nations Economic Commission for Europe, “Fostering Innovative Entrepreneurship”, Geneva, 2012
9.
S.Stern, M.E. Porter, and J.L. Furman, The Determinants of National Innovative Capacity, Harvard Business School
Working Paper 00-034, 1999
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
263
26-27 October 2018, Baku, Azerbaijan
AZƏRBAYCANDA ŞİRKƏTLƏRİN İNNOVASİYA
XƏRCLƏRİNİN ARTIRILMASININ ÖNƏMİ
Orxan ŞÜKÜROV
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
orxan@inbox.ru
XÜLASƏ
Hər bir dövlət özəl sektorun inkişafında maraqlı olur. Özəl sektorun inkişafı zamanların tələblərinə uyğun
olaraq dəyişir. Çağdaş dövrdə dünyada inkişaf etmiş şirkətlər o şirkətlər hesab olunurlar ki, onların fəaliyyətində
innovativ idarəetmə aparıcı və hakim olsun. Belə şirkətlərin fəaliyyətləri innovativ mexanizmlərlə əhatə
olunması ilk növbədə onların gəlirlərinin müəyyən bir hissəsinin innovasiya xərclərinə yönəltməsindən keçir.
İnnovasiya xərclərinin artırılması bu gün ola bilsin ki, şirkətlərin toplam gəlirlərini azaldır, lakin onların sonrakı
illərdə gəlirlərinin daha da artmasına və bazar paylarının genişlənməsinə gətirib çıxarır.
Açar sözlər: innovasiya, innovasiya prosesləri, innovativ layihələr, innovativ sahibkarlıq, Qlobal
İnnovasiya İndeksi
ABSTRACT
Every state focuses in the development of the private sector. The development of the private sector varies
according to time requirements. In the contemporary world, developed companies around the world are
considered to be innovative and dominant in their operations. Such companies which primarily focus innovative
mechanisms have to direct main part of their revenues on innovation. Increasing innovation costs today may
reduce the total revenue of the companies. But this will increase their future revenue more intensively and affect
positively to their market share.
Key words: innovation, innovation process, innovation projects, innovative entrepreneurship, Global
Innovation Index
Giriş
Bu gün çağdaş dünyada tamam fərqli yollar izlənilməkdədir. Ölkələr indi daha fərqli yollarla
inkişaflarını təmin etmək və strateji hədəflərini çox müxtəlif yollarla müəyyən etməyə can atırlar. Bu
mənada bu gün dünyada elmi-texniki və innovasiya siyasətinin formalaşması və reallaşdırılması
mexanizmləri fərqlidir. İnnovasiya – hər hansı şirkət və təşkilat tərəfindən yaradılmış yeniliyin
müəyyən nəzəri konsepsiya altında birləşdirilədək onun sonradan kommersiya məqsədilə istifadə
edilərək gəlirin əldə edilməsi prossesidir. (Trott, 2012) Məlum olduğu kimi innovasiya proseslərini
elmi müstəviyə gətirmiş Y.Şumpeter bunu “görünməz əl” nəzəriyyəsi ilə əlaqələndirirdi. Y.Şumpeter
"görünməz əl" mexanizminə yeniliyin yaranmasına istiqamətverici deyil, bu prosesə mane olan qüvvə
kimi baxmışdır. O, sahibkarı yuksək riskli fəaliyyətə sovq edən motivlərə- başqaları arasında nufuza;
rəqiblərlə mubarizədə qələbə hissinə; yaradıcılıqdan doğan sevinc hissinə ehtiyacları aid edirdi.
[3.səh.401] Qeyd olunduğu kimi “yaradıcılıqdan doğan sevinc hissi” məhz innovsiya prosesində
tədqiqat və axtarışların istehsalata istiqamətləndiilməsini nəzərdə tutur. Bu isə özlüyündə
iqtisadiyyatın müxtəlif sahələrinə kapital qoyuluşunu artırmağı şərtləndirir.
İnnovasiya prosesləri və nəticələrin qiymətləndirilməsi
İnnovasiyaya bir sistem formasında baxsaq, burada yalnız şirkət və onun əməkdaşları ilə
kifayətlənmək qeyri-dəqiq olardı. İnnovasiya mühiti kompleks münasibətləri birləşdirən funksional və
dinamik mühitdir və telekommunikasiya sistemində yenilik yarataq istənilən oyunçu bunu anlamalı və
davamlı təhlil edilməsi olduqca vacibdir. “Çağdaş dövrdə innovasiya prosesinin ən vacib xüsusiyyəti
innovasiya prosesini həyata keçirən dövlət, ictimai, korporativ institutların, təşkilat və şirkətlərin mü-
rəkkəb və çoxvektorlu olaraq sistem halını təşkil etməsidir. Onlar bu sferada iqtisadiyyatın müxtəlif
bölmələrində onun rəqabət-qabiliyyətliliyinin yüksəldilməsi və milli innovasiya sisteminin formalaş-
ması üçün innovasiyanın yaradılması, tətbiqi və inkişafı məqsədilə qarşılıqlı təsirdə olurlar.” [2.səh.61]
İnnovasiya prosesinin əsas mərhələləri aşağıdakılardan ibarətdir:
Daxil olmuş ideyaların sistemləşdirilməsi,yeni məhsul ideyalarının hazırlanması
Eyni məhsulun iqtisadi səmərəliyinin təhlili,marketinq proqramının hazırlanması
Yeni məhsulların hazırlanması
Bazarda testləşdirmə aparılması
Istehsalatda yeni məhsulun tətbiqi barədə qərar qəbul edilməsi.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
264
26-27 October 2018, Baku, Azerbaijan
Innovasiyaya hər şeydən əvvəl bütöv bir sistem kimi baxmalıyıq. Yəni, onu təşkil edən element-
lərə ayrı-ayrılıqda baxıb, sonradan tam bir sistemin təşkil edən elementlər birliyi kimi təsəvvür etməliyik.
İnnovasiya sistemini əhatə edən elementlərin qarşılıqlı şəkildə hərəkəti bir prosesi xatırlatsa da,
onun nəticələrinin olması daha zəruridir. Bu mənada innovasiyanı təkcə bir proses olaraq qiymətlən-
dirmək doğru olmazdı. Onun həyata keçirilməsi hər şeydən əvvəl onun təbii ki, ilk olaraq prosesdir.
Həmin proses uğurlu sonluqla başa çatmazsa, o zaman innovasiya proseslərinin effektivliyindən
danışmaq doğru olmazdı. Deməli, prosesin effektivliyi nəticəvi performanslardan asılıdır. Əgər inno-
vasiyanın nəticələrini qiymətləndirən zaman onun hansı hədəfləri əhatə etdiyini müəyyənləşdirə bil-
məmişiksə, o zaman nəticələri də ölçmək qeyri-müəyyən olaraq qalacaqdır. Ona görə innovasiyanın
nəticələrinin nələrdən ibarət olmasını konkretləşdirməliyik. Fikrimizcə, innovasiyanın nəticələri
əsasən bir neçə sonluqla yekunlaşmalıdır: (ı) qıt məhsullardan rasional istifadə istifadə olunur, (ıı)
məhsulun çeşidi təzələnir, (ııı) rəqabət qabiliyyəti yüksəlir, (ıv) əhalini tələbatının ödənilməsinə yar-
dım edir, (v) istehsalın səmərəliyi yüksəlir, (vı) istehsal xərcləri azalmaqla mənfəət artır, (vıı) yeniliklər
sosial nəticələri doğrur. Yuxarıda qeyd edilənlərədn aydın olur ki, innovasiya prosesinin son məqsədi
yeni məhsulun kommersiya qabiliyyətinin yüksəldilməsi və kütləvi istehsalının təşkil edilməsidir.
Dövlətin innovasiya siyasətinin özəl sektora təsiri
Təbii ki, dövlətin müəyyən etdiyi çərçivə daxilində innovasiya siyasəti özel sektorun
fəaliyyətini bu və ya başqa formada təsirləndirir. Dövlətin innovasiya siyasətinin konturları biznesin
stimulları ilə həmahəng olur. Bu mənada bu gün dünyada dövlətlərin innovasiya siyasətini özəl
sektorla əlaqəsi heç şübhəsiz ki, mövcuddur. Bu gün dünyada tədqiqatlar göstərir ki, öz tədqiqat və
inkişaf xərcləri büdcələrinin 25%-dən daha çoxunu müxtəlif təyinatlı proqram təminatına ayıran
şirkətlərin gəlirləri rəqiblərinə nisbətən daha yüksək templə artır. Maraqlıdır ki, dünyanın ən çox
araşdırma və inkişaf xərcləmələri olan 1000 iri korporasiyanın innovsiya xərcləmələri 2016-cı ildə
0.04% artaraq 680 milyard dollara çatıb. Məhz buna görədir ki, dünyada ildən-ilə şirkətlərin
innovasiyaya yönəlik xərcləri artmaqdadır. Bütün bunlar isə hər il dünyada Qlobal İnnovasiya İndeksi
adında hesabatlar hazırlanmaı ilə müşahidə olunur ki, bu da ölkələrin özlərinin innovasiya
potensialının necə artırılması haqqında təsəvvürlərini daha da artırmasına xidmət edir. Düzdür ölkəmiz
bu hesabatlar üzrə dünyada İEÖ-lə müqayisə oluna bilməsə də, lakin postsovet respublikaları
içərisində müəyyən oxşar reytinqləri bölüşür. Hətta bir neçə il öncəki hesabatlarda vəziyyət belə idi.
Həmin Qlobal İnnovasiya İndeksinin hesablamalarına əsasən, 2011-ci ildə Azərbaycan 125 ölkə
arasında 83-cü yerdə olmuşdur. Qeyd etmək lazımdır ki, MDB ölkələrində həmin göstəricilər üzrə
Azərbaycanı qabaqlayaraq gürcüstan 73-cü yerdə, Ukrayna 60-cı yerdə, Qazaxıstan 84-cü yerdə,
Rusiya Federasiyası 56-cı yerdə qərar tutmuşdur. Lakin eyni zamanda bu göstəriciyə görə ölkəmiz
İran, (95-ci yer) Pakistan (105-ci yer), Taciqistan (116-cı yer) kimi dövlətləri geridə qoya bilmişdir.
Sözügedən indeks beynəlxalq İNSEAD təşkilatı tərəfindən işlənib hazırlanmışdır. Milli şirkətlər
səviyyəsində texnoloji innovasiyalara çəkilən xərclərin strukturu xarici ölkələrin şirkətlərində çəkilən
xərclərin strukturundan ciddi sürətlə fərqlənir. Qərbi Avropa ölkələrində də innovasiya xərcləri
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
265
26-27 October 2018, Baku, Azerbaijan
strukturunda olduqca kəskin fərqlər müşahidə olunur. Yəni, innovasiya xərclərinin 80%-i yalnız elmi
araşdırmalara sərf edilir. Məsələn, Niderlandda şirkətlərin öz qüvvələri ilə apardıqları elmi araşdırma-
lara çəkilən xərclər şirkətin ümumi xərcinin 62,5%-i, kənar təşkilatlar ilə əməkdaşlıqda isə 17,6%-i
təşkil edir. Eyni zamanda maşın və avadanlıqların alınmasına innovasiyalara çəkilən xərclərin 19%-u
sərf olunmuşdur. Bənzər proporsiyalar Danimarka, Belçika, İsveç və Avropa Birliyinin digər döv-
lətləri üçün səciyyəvidir.
Dünyada innovasiya şirkətlərinin doğurduğu güc
Bu gün dünyada inkişaf etmiş şirkətlər deyəndə əsasən innovativ şirkətlər başa düşülür. Onlar
əsasən İEÖ-in payına düşür. Onlar sürətlə digər ölkələrdə belə bazar paylarını sürətlə artırmaqdadır.
Əgər dünyada biz həmin şirkətlərə baxsaq, görərik ki, onların əksəriyyəti innovativ “yüklə”
silahlanmışdır. Bu cür yüklənmə yalnız şəxslərə aid olan yenilənmə ola bilməz. Deməli, innovasiya
yalnız işçilərin deyil, təşkilat və şirkətlərin “ruhunda” olmalıdır - ənənəvi funksional və bürokratik
şirkətlər innovativ xidmətlər təqdim etdikləri zaman qarşıya çıxan ilk problem şirkətin “ağır” və
“ləng” olmasıdır. Ləng olmayan belə şirkətlər innnovasiyaya açıq və öz fəaliyyətlərində bunu təşviq
edən şirkətlərdir. Bu gün dünyada məhz innovasiyaya daha çox vəsait yönəldən şirkətlər daha böyük
uğurlar qazanırlar, nəinki yuxarıda qeyd etdiyimiz “ləng” və “ağır” şirkətlər. Düşünmən üçün onu
qeyd edim ki, 2017-cı ildə innovasiyalara ən çox pul xərcləyən şirkətlərin sıralamasında ikinci olan
Google-un sahibi Alphabet şirkətinin illik innovasiya xərci 13.9 milyard dollar olub.
Xüsusilə İEÖ innovativ fəaliyyətin təşviq olunmasında maraqlı dövlətlər kimi çıxış edirlər. Bu
aspektdən yanaşanda xüsusilə Qərb və Avropa Birliyi ölkələri daha fəal görünürlər. ABŞ-da dövlət
xüsusi mülkiyyətli müəssisələrin yenilikçi fəaliyyətini dəstəklənməsində yaxından iştirak edir. Lakin
bununla yanaşı bəzi çətinliklərin mövcud olması üzündən yeni məhsullar yaradılması üzrə uğurların
yalnız məhdud bir hissəsi istehsalatda tətbiq edilir. Məsələn, ABŞ şirkətlərində yeni məhsul
layihələrinin yalnız 15%-i kommersiya istehsalı mərhələsinə çata bilir ki, bazara çıxarılan həmin
məhsulların yalnız 62%-i istehlakçılar tərəfindən qəbul olunur. Ona görə də innovtiv layihələrin
istehsalata tətbiqi nəzəriyyədə göründüyü kimi o qədər də asan deyil. Lakin bütün çətinliklərə
baxmayaraq, bazar iqtisadiyyatı şəraitində digər rəqabət imkanları tükəndikdə sahibkarlar innovasiya
proseslərindən bəhrələnmək məcburiyyətində qalırlar. Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə elmi-
texniki tərəqqinin inkişafı innovasiya sahibkarlığı ilə sıx bağlıdır.
Azərbaycanda innovasiyaya meylli şirkətlərə dövlət dəstəyi
Müasir dövrün Azərbaycan iqtisadiyyatı qarşısına qoyduğu çox mühüm hədəflərdən biri real
sektorun innovasiya yönümlü inkişafını stimullaşdırmaqdır. Bu siyasətin həyata keçirilməsində
dövlətin rolu biznesin maraqları ilə cəmiyyətin ictimai maraqlarının balanslaşdırılmasından ibarətdir.
İqtisadiyyatın davamlı inkişafının təmin edilməsində ənənəvi qeyri-neft sektorunun inkişafı ilə yanaşı,
innovasiya xarakterli, elm-tutumlu sahələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
266
26-27 October 2018, Baku, Azerbaijan
Əliyev cənablarının sərəncamı ilə hazırlanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsi-
yasında deyilir: "Uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, "bilik iqtisadiyyatı"nı formalaş-
dırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə
innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcəkdir". [1] İndiyədək
həyata keçirilən innovativ tədbirlər və müəyyənləşdirilən bu istiqamət onu deməyə əsas verir ki,
Azərbaysan hökuməti innovasiya fəaliyyətinin inkişaf etdirilməsində maraqlıdır.
Xarici iqtisadçılar isə innovasiya sahibkarlığı ilə iri müəssisələrin məşğul olmasını məqsədəuy-
ğun sayırlar. Buna səbəb bilavasitə, yuxarıda qeyd etdiyimiz kimi innovasiyanın mənimsənilməsinin
yüksək xərc tələb etməsidir. Bu xərc isə əsasən qiymətli ixtiralar və yeni sınaq nümunələrinin hazır-
lanması işinin çoxsaylı əmək kollektivinin səyini və çox güclü maddi texniki baza tələb etməsindən
irəli gəlir. Odur ki, yalniz yüksək maliyyə vəsaitinə malik olan iri firmalar innovasiya layihələrini başa
çatdıra bilərlər.İri firmaların digər üstünlüyü orada çoxməqsədi tədqiqatların hazırlanmasıdır. Həm də
bu firmalarda sınaq layihə və elmi tədqiqat işlərinin aparılması zamanı müxtəlif yanaşmalardan istifa-
də edilməsi də onların digər üstünlüyünü müəyyən edir.
Azərbaycanda sahibkarlıq təbəqəsi formalaşmış, iqtisadiyyatın inkişafında özəl bölmənin rolu
əhəmiyyətli dərəcədə artmış, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şərait yaradılmış
qanunvericilik qaydaları liberallaşmış, maliyyə-kredit təminatı və onun tətbiqi mexanizmləri yaxşılaş-
mışdır. Bu maneələrin minimumlaşdırılması onu deməyə imkan verir ki, daha müasir biznes istiqamət-
ləri də biz də inkişaf etsin. Lakin burası da bir reallıqdır ki, ölkə sənayesi texnoloji tərəqqinin dünya
səviyyəsindən bəzi sahələrində çox-çox geri qalmaqdadır və bu texnoloji gerilik getdikcə artmaqdadır
(neft sahəsini, tikinti və rabitə sahələrini istisna etməklə). Sənayedə əsas istehsal fondlarının mənəvi
və fiziki aşınması 65%-dən artıqdır. Bu təhlükəli meyllərin qarşısını yalnız innovasiya tipli inkişaf ilə
və innovasiya-investisiya fəaliyyətini genişləndirməklə almaq olar. Bu mənadaiqtisadi artımın dina-
mikliyini yalnız innovasiya tipli inkişafa keçməklə, istehsalda elmi nailiyyətlərdən istifadə etməklə,
yeni texnologiyalarla təmin etmək olar. İnnovasiya tipli inkişafa keçid və mütərəqqi struktur dəyişik-
liklərin formalaşdırılması məsələləri hazırda müəyyən tədbirlərin görülməsini tələb etsə də, qısa
müddətdə onlar həll oluna bilməzlər. Bu məsələlər yalnız yaxın orta müddətli və uzun müddətli
perspektivdə prioritet istiqamətlər kimi qarşımıza hədəf olaraq qoyulması daha doğru addımdır. Lakin
həmin illərə hazırlıq məhz indidən başlanmalıdır. Bu məqsədlə xüsusilə Regional İnnovasiya Zonaları
fəaliyyətini yaratmaq lazımdır. Dünya təctübəsi göstərir ki, bu zonaların formalaşması üçün onun bir
mexanizm olaraq elementlərini işlək hala gətirmək lazımdır. Buraya xüsusilə bu bir neçə elementi
daxil etmək məqsədəmüvafiqdir. (ı) əlverişli tənzimləmə mexanizmi, (ıı) cəlbedici stimullar, (ııı)
şəffaflıq, (ıv) aşağı məsrəfli telekommunikasiya xidmətləri, (v) ən son texnoloji avadanlıq, (vı) rəqabə-
tədavamlı işçi qüvvəsi, (vıı) dayanıqlı nəqliyyat əlaqələri, (ıx) cəlbedici daxili İnformasiya Kommu-
nikasiya Texnologiyalar (İKT) bazarı.
Bazar infrastrukturunun əsas komponentlərindən olan İKT bazarının inkişafı üçün bir neçə
mühüm işlər görülmüşdür. Lakin bu da bizim qarşımıza qoyduğumuz hədəflərə tam uyğun deyil.
Çünki, təhlillərimiz göstərir ki, bizdə İKT bazarının həcmi hələ kifayət qədər geniş deyildir.
“Hesablamalara görə, bu regionda İKT-nin dövriyyəsi 65 milyard dollar təşkil edir. Azərbaycan hətta
bir neçə ildən sonra həmin texnologiyaların bazarını bir qədər də genişləndirməklə dövriyyəni 160
milyard dollara çatdırmağı planlaşdırır. Regional innovasiya zonalarının gəlir gətirməsi təxminən
2015-2018-ci illərə təsadüf edəcək. Nəzərdə tutulan layihələr həyata keçiriləcəyi təqdirdə 2015-ci
ildən başlayaraq İKT sektorundan əldə edilən gəlirlər neft gəlirlərini üstələyəcək. Bu isə onu deməyə
əsas verir ki, Azərbaycan tezliklə xammal ixrac edən ölkələr sırasını tərk edərək, innovasiya tutumlu
məhsullar ixrac edən ölkəyə çevriləcək.” (Akif Nəsirli, paralel.az) Məhz elmtutumlu sahələrin inkişaf
etdirilməsi ölkədə innovativ sahibkarlığın daha böyük vüsətlə genişlənməsinə imkan yaradacaq. Çoxlu
sayda araşdırma insitutları və mütəxəssis qruplarının gəldiyi qənaəti bundan ibarətdir ki, ölkədə
innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün ilk növbədə innovasiya prosesinin və milli
innovasiya sisteminin formalaşdırılması olduqca zəruridir.
ƏDƏBIYYAT
1.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, Bakı – 2012
2.
Həsənov R.T., Bayramov Ü.Ə. Regional iqtisadi inkişaf siyasətinin əsas prioritetlərinin seçilməsi. “Audit” jurnalı, №4,
2003 s.61
3.
Й.Шумпетер, Теория экономического развития. Прогресс, 1982, 401 с.
4.
www.paralel.az
|