"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə54/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   50   51   52   53   54   55   56   57   ...   78
Conferance Book Economy.(3)


ƏDƏBIYYAT 

1. 


Ağayev R. Aptek biznesi: Kiçik sahbkarlar üçün bələdçi. Bakı, “AZSEA” MMC, 2014, 60 s. 

2. 


Biznesin əsaslan. Bakı, Nurlan, 2005, 656 s. 

3. 


Biznesin təşkili və idarə edilməsi. Bakı: İqtisad Universiteti nəşriyyatı, 2011, 464 s.  

4. 


Faydalı biznes investisiya mühitinə dair vəsait. ATƏT, 2006, 158 s. 

5. 


İmanov R. Çörəkbişirmə biznesi Kiçik sahibkarlar üçün bələdçi. Bakı, 2017, 43 s. 

6. 


Azərpoçt: Strategiya sənədi-www.azerpost.az 

7. 


BPM - Biznes proseslərin idarə edilməsi - Keyfiyyət Assosiasiyası.-www.aqa.az 

 

 



 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

257  

26-27 October 2018, Baku, Azerbaijan 

İŞ MÜHİTİNİN İŞÇİ PERFORMANSINA TƏSİRİ 

 

Assoc.prof. Rasim Abutalibov 

rabutalibov@beu.edu.az 

 

İlqar Babaşov Vüqar 

Bakı Mühəndislik Univesiteti, 

ilgar.babashov@gmail.com 

 

Nuranə Osmanlı Nəbi 

Osmanlinur00@gmail.com 

 

XÜLASƏ 

 Müasir dövrdə iş mühitinin işçi performasına təsiri çox önəmli bir faktor kimi nəzərə alınır . Bu önəmli 

faktoru bütün uğur qazanan biznes şirkətləri nəzərə alırlar. Şirkətin hər bir işçisinin şirkətə həm müsbət, həm də 

mənfi tərəfdən təsiri var. İş mühitinin yaxşılaşdırması işçi performansına mütləq öz təsirini göstərəcək.  



Açar sözlər: İş mühiti, biznes, performans, sosial-psixoloji mühit 

IMPACT OF WORKING ENVIROMENT TO WORKER PERFORMANCE 

ABTRACT 

 In modern times,infulences of working enviroment to worker performance is regarded as very important 

factor. All the successful business companies consider this important factor. Every worker of the company has 

positive and negative influence an the company. The improvement of  working enviorment  will definitely  have 

an effect on worker performance. 

Keyword:  working  environment,  business,  performance,  socio-psychological  environment,  worker 

,organization, group ,SMP. 



 

Giriş 

Dünyanı  yaxşılığa  doğru  dəyişməyə  kömək  etdiyini  dərk  etməkdən  daha  güclü  motivator 

yoxdur.  İnsanların  əksəriyyəti  sahib  olduqları  işi  sadəcə  olaraq  bir  mütləqlik,  həyatlarına  xoşbəxtlik 

əlavə  etməyən  karyera  yarışı  kimi  qəbul  edirlər.  Dünyanın  ən  istedadlı  insanları  onları  kiminsə 

ilhamlandırmasına və yüksək nailiyyətlər qazandırmasına təkan vermələrinə ehtiyac duyarlar.

 

 

İşçilərə yanaşma: 

İş mühiti hər bir işdə önəmlidir. Əgər bir iş adamı öz biznesinin uğurlu olmasını istəyirsə, ilk 

öncə öz şirkətində əlverişli iş mühitini yaratmalıdır. Əks halda heç bir uğurlu biznesdən söz belə gedə 

bilməz . Ola bilsin ki, bir şirkət müasir cihazlar ilə təhciz olunub və müasir texnologiyalardan istifadə 

olunur, işçilər yüksək maaş ilə təmin olunur , amma bu şirkətin rəhbəri işçilər ilə qeyri-etik davranır. 

Təbii  ki,  bu,  həmin  şirkətdə  çalışan  işçilərin  iç  performasının  aşağı  düşməsinə  səbəb  olur  . 

Baxmayaraq  ki  işçilər  həmin  şirkətdə  yüksək  maaş  alır,  müasir  texnoloji  avadanlıqlar  ilə  çalışırlar, 

amma bu, o demək deyil ki, iş keyfiyyəti yüksək olacaq, əksinə işçi öz işlədiyi şirkətdə və ya hansısa 

ofisdə  istədiyi  performası  göstərməyəcək  və  ya  göstərmək  istəməyəcək,  çünki  həmin  şirkətin 

rəhbərinin onlara qarşı olan qeyri-etik davranışı bu şirkətin işçilərinin şirkətə qarşı olan münasibətini 

və yanaşmasını tamamilə mənfiyə doğru dəyişir . Bu şirkətin işçiləri həmin şirkətdə işləsələr belə, bu, 

onların  gündəlik  təlabatlarını  qarşılamaq  zəruriyyətindən  irəli  gəlir.  Alternativ  bir  şans  yaranması 

tədqirində  həmin  işçilər  bele  bir  şirkət  başçısı  ilə  işləməkdən  imtina  edər  və  şirkəti  əlverişli  şərait 

yaranan kimi məmnuniyyətlə tərk etmiş olarlar, çünki belə bir mühitdə işləməyi heç bir işçi istəməz. 

Əgər biz düşünsək ki bir şirkətdə çalışırıq və bu şirkətin rəhbəri şirkətə sərxoş vəziyyətdə gəlir və öz 

işçilərini təhqir etməyə başlayır, onlara nalayiq ifadələr ilə təhqir edir və bu hallar mütəmadi olaraq 

təkrarlanır . Bu halın şirkətin işçisinə necə mənfi təsir göstərəcəyini təsvir etmək heç də çətin olmaz və 

işçilərin  şirkətin  rəhbərinə  olan  münasibətində  bu,  öz  əksini  tapacaq,  işçilər  bu  rəhbərə  hörmət 

etməyəcəklər. Hər dəfə bu şəxs ilə qarşılaşanda onların əhval ruhiyyəsi mənfiyə doğru dəyişəcək . Bu 

da ona səbəb olacaq ki, işçilərin iş performansı aşağı düşəcək və şirkətin məsuldarlığı azalmış olacaq, 

çünki  hər  bir  işçi  şirkətin  bir  parçasıdır  .  Əgər  işçilər  ilə  düzgün  davranılmazsa,  şirkət  parçalanaraq 

məhv olmağa məhkum olacaq. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

258  

26-27 October 2018, Baku, Azerbaijan 

Yeni işçinin qəbul olunması: 

Hər hansısa bir şirkətə yeni bir işçi qəbul olunanda mütləq yeni problemlər və anlaşılmazlıqlar 

meydana çıxır, bu da öz növbəsində işçi mühiti arasında sözsüz yeni gələn işçinin iş performansına öz 

mənfi  təsirini  görstərir  .  Şirkətin  əvvəlki  işçilərinin  yeni  işçiyə  qarşı  olan  soyuq  və  laqeyd  rəftarı 

şirkətə  yeni  gələn  işçidə  şirkətə  qarşı  və  şirkətin  iş  mühitinə  qarşı  mənfi  fikirlərin  formalaşmasına 

səbəb  olur  .  Yeni  işçinin  öz  yeni  iş  yoldaşları  ilə  münasibətləri  qaydaya  salması  zaman  alır  .  Bu 

itirilmiş  zaman  isə  şirkətdə  olan  mənfi  iş  mühitinin  müsbət  iş  mühitinə  çevirilməsinə  xərclənən 

zamandır ki bu da öz növbəsində şirkətin biznesinə mənfi təsir edir , və dolayısıyla şirkətin itkilər ilə 

üzləşməsinə səbəb olur. Bu cür hallarin önünün alınması üçün şirkətlərdə seminarlar keçirilməli və bu 

cür mənfi halların baş verməməsi üçün başda şirkətlərin rəhbəri, sonra isə şirkətin menecerləri şirkətin 

işçiləri  arasında  maarifləndirici  tədbirlər  görməlidirlər  ki  bu  cür  mənfi  iş  mühitinin  yaranmasının 

qarşısı alınsın. Əgər şirkətlər bu cür maariflədirici tədbirlər həyata keçirtsə, öz bizneslərində pozitiv iş 

mühitinin  yaranmasına  və  işçi  performansının  yüksəlməsinə  səbəb  olacaqlar.  Bu  öncədən  görülmüş 

tədbirlər  mənfi  iş  mühitinin  səbəb  olacağı  zərərdən  qorumuş  olacaq.  Əgər  düzgün  maariflədirmə 

tədbirləri  həyata  keçirilsə,  bu  mütləq  öz  müsbət  nəticəsini  verəcək  və  şirkətlərdə  yaranmış  pozitiv 

əhval  ruhiyyə,  bundan  əlavə  onların  bir  birilərinə  göstərdiyi  xoş  və  isti  münasibət  işçilərin  işləmək 

həvəsini artırmış olacaq . Şirkətin müsbət iş mühiti öz müsbət təsirini şirkətin uğurlarında və qazandığı 

gəlirlərdə öz müsbət təsirini göstərəcək. 



Kollektivdə sosial-psixoloji mühit dedikdə aşağıdakılar nəzərdə tutulur

- müəssisənin( qrupun ) xarakteristikasının sosial-psixoloji məcmusu

- kollektivin üstünlük təşkil edən və möhkəm (dayanıqlı) psixoloji hazırlığı;  

- kollektivdə qarşılılqlı münasibətlərin xarakteri; 

- kollektivin bütöv xarasteristik vəziyyəti; 

 Sosial-psixoloji mühit müəssisədə stimullaşdırıcı faktordur, fəaliyyətin uğuru ondan asılıdır. 

SPM qrup üzvlərinin birgə fəaliyyətdə bir-birinə qarşı ( şaquli və üfüqi ) həmçinin özünə qarşı 

münasibətdə biruzə verir. 

SPM  öz-özünü  qiymətləndirməyə  təsir  edir,  mövcud  kollektivdə  özünü  bir  fərd  olaraq  hiss 

etməyi təmin edir. 

SPM şəkildəki kimidir. 

SPM ikili təbiətə malikdir. Bir tərəfdən SPM özündə subyektiv qəbuletmə və qiymətləndirməni 

göstərir,  o  vəziyyətdə  ki,  hansı  ki,  qrupda  baş  verir.  Əgər  mövcud  qrupda  müxtəlif  üzvlər  arasında 

SPM-in qiymətləndirilməsini müqayisə etsək həddindən artıq dağılma aşkarlaya bilərik. Kimsə mühiti 

yaxşı  qiymətləndirir  və  özünü  kollektivdə  rahat  hiss,  arxayın,  təhlükəsiz  hiss  edir.  Kiməsə  görə  isə 

tərsi mövcuddur, kollektivdə vəziyyət narahatdır, onun şəxsi və professional inkişafına, öz potensialını 

reallaşdırmağa maneə əngəl törədirlər. 

Cədvəl 

 

 

İş şəraitinin yaxşılaşdırılması: 

Şirkətlər  öz  işçilərinin  iş  şəraitinin  yaxşılaşdırmaq  üçün  bütün  lazımi  tədbirləri  görməlidirlər. 

Bu,  çox  vacib amildir.  Hər  bir  şirkət  rəhbəri  öz  işçisinə  sanki  onun  bir işçisi  varmış  kimi  münasibət 

göstərməlidir və onun iş şəraitinin ən yüksək səviyyəyə çatması üçün bütün lazımi addımları atmalıdır 

.  Bu  halda  şirkətin  işçiləri  öz  rəhbərlərinə  və  öz  işlərinə  bacardıqları  qədər  hörmət  və  ehtiram 

göstərəcəklər.  Hər  hansısa  bir  şirkət  müsbət  iş  mühiti  ilə  yanaşı  müasir  avadanlıqlar  ilə  də  təhciz 

olunmuşsa,  bu,  görülən  işlərin  tez  və  səmərəli  başa  çatmasına  səbəb  olur.  Şirkətin  daha  çox  gəlir 

qazanması daha çox işçilərə maaş verilməsinə, bu da öz növbəsində işçi məsuliyyətinin artmasına və 

işçinin öz işindən və iş yerindən məmnun qalmasına səbəb olur . İşçi məmnunluğu şirkətin bu günkü 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

259  

26-27 October 2018, Baku, Azerbaijan 

və gələcək uğuru deməkdir . Biz təsəvür etsək ki, biz bir işçiyik və sosial ehtiyacalarımıza yetəcəyin-

dən  artıq  maaş  alırıq  bundan  əlavə  olaraq  bizim  işlədiyimiz  iş  yerimizdə  çox  müsbət  iş  mühiti  var, 

rəhbərimiz bizimlə etik qaydalara uyğun münasibət qurur, şirkətin problemlərini çox məsuliyyətlə həll 

edir  və  bizim  daha  rahat  və  işimizi  səmərəli  görməyimiz  üçün  şirkəti  müasir  texnoloji  cihazlar  ilə 

təhciz edib. Əlavə olaraq, işçilərin öz asudə vaxtlarını səmərəli və daha maraqlı keçməsi üçün bütün 

lazımi  şərait  ilə  təmin  edib.  Biz  əlbəttə  ki,  belə  bir şirkətdə  məmnuniyyətlə  işləmək  istərdik.  Bütün 

görülən  müsbət  yönlü  tədbirlər  şirkətlərdə  iş  mühitinin  yaxşılaşmasına  və  işçi  performasının 

yüksəlməsinə səbəb olar . Bu da öz növbəsində şirkətin böyüməsi və inkişaf etməsi ilə nəticələnəcək. 

Hər hansısa bir şirkətdə müasir texnoloji cihazlar və lazımi ofis məkanları yoxdursa, bu, orada 

çalışan işçilərin öz işlərini yerinə yetirmələri üçün böyük maniyələrə səbəb olacaq . Biz təsəvvür etsək 

ki, bir biznes binasıdır və bu binanın nə istilik sistemi, nə soyducu sistemi, nə də lazımi müasir texniki 

avadanlıqları var. İşçilər ilin soyuq fəslində istilik sisteminin olmamasından, ilin isti fəslində isə isti 

havadan  əziyyət  çəkirlər,  əlavə  olaraq  onlar  köhnə  və  nasaz  texniki  avadanlıqlar  ilə  və  az  miqdarda 

əməkhaqqı ilə işləyirlər . Şirkət rəhbəri də bütün problemləri həll etməyə imkanı olduğu halda heç bir 

sərmayə  yatırmaq  istəmir.  Şirkət  rəhbərinin  məqsədi  ancaq  az  miqdarda  olsa,  gəlir  əldə  etmək, 

işçilərinin  iş  mühitinin  yaxşılaşdırması  yönündə  heç  bir  addım  atmamaqdır.  Belə  bir  şirkətin 

gələcəyindən heç bir söhbət gedə bilməz. Orada çalışan işçilər az bir zamanda həmin şirkəti tərk etmiş 

olacaqlar və bu da sonda şirkətin dağılması ilə nəticələnəcək . Çünki belə bir şirkətdə işləmək heç bir 

işçinin  maraqlarına  uğun  gəlmir.  Bu  cür  işçisinin  iş  mühitini  nəzərə  almayan  bütün  şirkətlər  məhv 

olmağa məhkumdur. 

Məşhur şirkətlər: 

Google, Apple və Microsoft kimi şirkətlərin uğurunun əsasında işçi məmnunuiyyəti dayanır. Bu 

cür şirkətlər öz işçilərinin iş mühitini yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görüblər və bu gün 

də görməkdədirlər . Bütün dünya bu məşhur şirkətləri tanıyır və bu şirkətlərin gəlirləri rekord rəqəmlər 

ilə  göstərilir.  Hər  kəsin  bildiyi  məşhur  Google  şəhərciyi  məhz  işçi  məmnuniyyətini  qazanmağa 

hesablanıb. Google işçiləri öz asudə zamanlarını çox səmərəli və maraqlı keçirdirlər. Uğurlu biznesin 

əsasında işçi məmnuniyyəti və işçi performansı durur. 

 

İSTIFADƏ OLUNAN ƏDƏBIYYAT SIYAHISI 

1. 


http://avcanselkabaoglukural.com/isci-performans-degerlendirme-sisteminde 

2. 


https://banker.az/ideal-is-n%C9%99dir-v%C9%99-n%C9%99y%C9%99-gor%C9%99-google-

%C9%99m%C9%99kdaslari-bel%C9%99-xosb%C9%99xtdir/ 

3. 

R.R.Abutalıbov “İdarəetmənin əsasları” Qafqaz Universiteti, 2014. Səh.224 



 

 

 

TEXNOLOJİ TRANSFER ÜZRƏ BEYNƏLXALQ TƏCRÜBƏNİN 

AZƏRBAYCANDA TƏTBİQ İMKANLARI 

 

Dos.Odiljon ABDURAZZAKOV 

Westminster Beynəlxalq Universiteti 

oabdurazzakov@wiut.uz

 

 

Nəsib CƏFƏROV 

Szent István Universiteti 

jafarov.nasib@phd.uni-szie.hu

 

 

Xülasə 

Bu məqalədə innovasiya prosesinin stimullaşdırması nöqtəyi nəzərindən texnoloji transfer mexanizmləri-

nin əhəmiyyətini təhlil edilir. Bu məqsədlə texnoloji transfer sahəsində mövcud nəzəri çərçivə və beynəlxalq təc-

rübə  müzakirə  edilmişdir.  Texnoloji  transfer  infrastrukturunun  formalaşmasında  dövlət,  biznes  sektoru  və  uni-

versitetlərin rolu təhlil edilmişdir. Məqalədə həmçinin biznes inkubasiya mərkəzləri, texnoparklar, texnoloji transfer 

ofisləri və bənzər mexanizmlər daxil olmaqla texnoloji transfer sisteminin əhəmiyyəti müzakirə edilmişdir. Mə-

qalə  beynəlxalq  təcrübənin  təhlilinə  əsaslanaraq  Azərbaycanda  texnoloji  transfer  sisteminin  inkişaf  etdirilməsi 

haqqında tövsiyələr ilə yekunlaşır. 



Açar sözlər: İnnavosiya sistemi, texnoloji transfer, üçqat heliks 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

260  

26-27 October 2018, Baku, Azerbaijan 

APPLYING INTERNATIONAL EXPERIENCE ON TECHNOLOGY TRANSFER IN AZERBAIJAN 

ABSTRACT 

This  article  discusses  the  importnace  of  technology  transfer  mechanisms  in  stimulating  innovation.  It 

analyzes  theoretical  framework  and  international  experience  in  the  field  of  technology  transfer.  The  role  of 

technology  transfer  infrastrucuture  is  analyzed  with  a  specific  focus  on  business  sector,  government  and 

universities.  The  importance  of  technology  transfer  catalysts  including  business  incubators,  technology  parks, 

tecnology transfer offices and so forth are discussed. Based on the analysis of international experience the article 

concludes with recommendations on how to develop technology transfer system in Azerbaijan. 

Key words: Innovation system, technology transfer, Triple helix 

 

1. Giriş 

Son on il ərzində tədqiqatçılar arasında texnoloji transferin ölkənin innovativ imkanlarına təsiri 

və  iqtisadi  inkişafında  roluna  xüsusi  önəm  verilməkdədir.  İqtisadi  İnkişaf  və  Əməkdaşlıq  Təşkilatı 

(OECD) innovasiyanı, yeni və ya əsaslı şəkildə təkmilləşdirilmiş məhsul və ya proses, yeni marketinq 

metodu  və  ya  biznes  təcrübəsində  və  ya  bir  şirkətin  xarici  əlaqələrində  yeni  təşkilati  metod  kimi 

səciyyələndirir  [5].  İnnovasiyanın  əsas  xüsusiyyətlərini  bu  şəkildə  sıralamaq  mümkündür:  1) 

innovasiya fəaliyyətinin nəticəsi qeyri-müəyyəndir; 2) innovasiya investisiya tələb edir; 3) innovasiya 

kənara  yayılır  (spill-over);  4)  innovasiya  yeni  biliyin  və  ya  mövcud  biliyin  yeni  kombinasiyasını 

istifadə edir; 5) müəssisə innovasiya nəticəsində rəqabət üstünlüyü əldə edərək istehsal etdiyi məhsula 

olan  tələbi  artırmaqla  göstəricilərini  daha  da  yüksəldir  [8].  Əksər  ölkələrdə  innovativ  fəaliyyətlərin 

stimullaşdırılması  üçün  milli  innovasiya  sistemi  (MİS)  qurulmuşdur.  Frimana  [2]  görə,  milli 

innovasiya sistemi yeni texnologiyaların ixtirası, idxalı, modifikasiyası və diffuziyası ilə məşğul olan 

dövlət  və  özəl  institutsional  şəbəkədən  ibarətdir.  Milli  innovasiya  sistemində  elm,  sənaye  və  dövlət 

sektorları xüsusi əhəmiyyət daşıyır. Milli innovasiya sisteminin effektivliyi bu sektorların əməkdaşlıq 

dərəcəsinə görə dəyişir. Effektiv təşkil edilmiş milli innovasiya sistemi yüksək innovativ fəaliyyətlərlə 

nəticələnir. 

Məqalənin  ikinci  hissəsi  innovasiya  və  texnoloji  transferin  nəzəri  çərçivəsi  fonunda 

rəqabətqabiliyyətlilik üçün innovasiyanın əhəmiyyəti və texnoloji transfer infrastrukturunu təhlil edir. 

Üçüncü hissə ali təhsil ocaqları və tədqiqat mərkəzlərinin texnologiya transferi prosesindəki rolundan 

bəhs  edir.  Sonuncu  dördüncü  hissə  isə  Azərbaycanda  texnologiya  transferi  sahəsində  mövcud 

vəziyyəti təhlil edir və effektiv texnologiya transfer mexanizminin yaradılması ilə əlaqədar tövsiyələr 

ilə yekunlaşır.  



2.İnnovasiya və texnoloji transferin nəzəri çərçivəsinin təhlili 

Milli innovasiya ilə əlaqədar ilkin elmi ədəbiyyatlarda üç fərqli nəzəriyyə qeyd olunur: Romerin 

[6]  “İdeya-əsaslı  endogen  böyümə”  nəzəriyyəsi,  Porterin  [4]  klaster-əsaslı  milli  sənayenin  rəqabət 

üstünlüyü nəzəriyyəsi və Nelsonun [7] milli innovasiya sistemi nəzəriyyəsi. Milli innovasiya imkanları 

ölkənin  müəyyən  zaman  dilimində  innovativ  texnologiya  istehsal  etməsi  və  kommersiyalaşdırma 

potensialının göstəricisidir. Belə ki, milli innovasiya imkanları ölkədə uzun müddətli dövrdə innovativ 

təşəbbüslərin  uğurunu  təyin  edən  fundamental  investisiyanın,  siyasətin  və  resursların  qarşılıqlı 

əlaqəsindən  asılıdır.  Bu  imkanlar  iqtisadiyyatda  qismən  texnoloji  təkmilləşmədən  və  əmək 

qüvvəsindən  asılı  olsa  da,  ölkənin  mövcud  investisiya  qoyuluşu  habelə  elmi-tədqiqat  və  işləmələr 

(R&D) üzrə fəaliyyətinin səmərəliliyinə təsir edən və bu fəaliyyətə təşviq edən dövlət və özəl sektorun 

siyasətini də özündə əks etdirir. 

Elmi-tədqiqat  və  işləmə  xərcləri  ölkənin  innovasiya  göstəricilərinin  müəyyən  edilməsində  ən 

geniş istifadə olunan statistikalardan biridir. Elmi-tədqiqat və işləmələr üzrə intensivlik (elmi-tədqiqat 

və işləmələr üzrə xərclərin ÜDM- də xüsusi çəkisi) iqtisadiyyatın yeni bilik yaradan nisbi investisiya 

dərəcəsinin  göstəricisi  kimi  istifadə  olunur  [5].Şəkil  1-də  innovasiya  sahəsində  son  illərdə  ciddi 

rəqabət aparan dörd ölkənin 1996 və 2013 cü illər arasında elmi-tədqiqat və işləmələr üzrə intensivlik 

göstəriciləri yer alır. 

İllər  üzrə  təhlil  edilmiş  göstəricilərə  görə,  Yaponiya,  əsas  rəqibləri  olan  Almaniya  və  ABŞ-ı 

üstələyərək 2008 ci ilə qədər ilk pillələrdə qərarlaşmışdır. Lakin, Yaponiyanın tədqiqat və inkişaf üzrə 

investisiya xərclərinin 2008 ci ildən etibarən azalması nəticəsində digər Asiya təmsilçisi olan Koreya 

Respublikası  liderliyi  ələ  almışdır.  Almaniya  və  ABŞ  isə,  bu  illər  ərzində  inkişaf  tempinə  görə  həm 

Yaponiya, həm də Koreyadan geri qalmışlar. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

261  

26-27 October 2018, Baku, Azerbaijan 

Milli innovativ imkanların determinantları 3 əsas elementə bölünür: (1) innovativ infrastruktur- 

yəni,  innovasiyanı  dəstəkləyici  qurumlar,  resurslar,  və  innovasiya  siyasəti;  (2)  sənayə  klaster 

qruplarının innovasiyaya verdiyi önəm; (3) ilk ikisi arasındakı əlaqənin dərəcəsi [9]. 

 

Şəkil 1: 1996-2013 illər arasında müxtəlif ölkələrin elmi-tədqiqat və işləmələr (R&D) üzrə investisiyalarının ÜDM- də xüsusi çəkisi 

 

Mənbə: Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 

 

3. Azərbaycanda texnologiya transferi modelinin işlənilməsi üçün təkliflər 

"Azərbaycan  2020:  gələcəyə  baxış"  dövlət  proqramında  qeyd  olunduğu  kimi,  innovativ 

sahibkarlığın  inkişafı  ölkədə  prioritet  məsələ  hesab  olunur  [1].  Hökumət  inkişaf  etmiş  ekosistemin 

təcrübəsindən  istifadə  edərək,  yeni  texnologiya  şirkətləri  üçün  əlverişli  mühitin  formalaşdırmasını 

təmin  edərsə,  belə  tədbirlərin  yaxın  gələcəkdə  müsbət  nəticə  verəcəyi  gözlənilə  bilər.  Bu  da  öz 

növbəsində  milli  innovasiya  sisteminin  və  səmərəli  texnoloji  transfer  modelinin  yaradılmasını  tələb 

edir. Texnologiya transferi sahəsində nəzəri çərçivənin və beynəlxalq təcrübənin təhlili “Üçqat Heliks 

(Triple Helix)” çərçivəsində hökumət, biznes və universitetlər kimi üç  əsas amilin  əhəmiyyətini önə 

çıxarır (Şəkil 5). İnnovativ fəaliyyəti stimullaşdırıcı bir sistemin qurulması üçün “Üçqat Heliks”-in bu 

üç komponenti vacibdir [3]. 



 

Şəkil 5. “Üçqat Heliks (Triple Helix)” 

 

Mənbə: müəlliflər tərəfindən hazırlanmışdır. 

 

Qeyd  etmək  lazımdır  ki,  bu  üç  komponentin  arasındakı  əlaqələr  çox  əhəmiyyətlidir.  Məsələn, 



biznes  sektorunun  problemlərini  və  ehtiyaclarını  nəzərə  alaraq  aparılan  universitet  tədqiqatları  daha 

çox  əhəmiyyət  daşıyır.  Bu  proses  ali  təhsil  və  biznes  sektoru  arasında  sıx  əməkdaşlıq  və 

koordinasiyanı  tələb  edir.  Universitetlər  öz  tədqiqatlarını  biznes  sektorunun  ehtiyaclarına  əsasən 

formalaşdırdığı  təqdirdə,  universitetlərin  yaratdığı  bilik  və  texnologiyanın  biznes  sektoruna  transferi 

daha da asanlaşır. Hökumət isə biznes sektorunda innovasiyanı dəstəkləyici siyasəti ilə bu prosesə öz 

töhfəsini verir. Hökumət, həmçinin ali təhsil və biznes sektoru arasındakı tərəfdaşlığın möhkömləndi-

Koreya

ABŞ


Yaponiya

Almaniya


Dövlət 

Sənaye 


Universitet 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

262  

26-27 October 2018, Baku, Azerbaijan 

rilməsində mühim rol oynayır. Bu baxımdan xüsusilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi habelə 

Azərbaycan  Milli  Elmlər Akademiyası  və  Azərbaycan  Respublikası  İqtisadiyyat  və  Sənaye  Nazirliyi 

biznes sektoru və universitetlər arasında daha sıx əlaqələri stimullaşdırmaq üçün milli siyasət yaradıl-

masında təşəbbüs göstərə bilərlər. 

Statistik göstəricilərə nəzər saldıqda, cədvəl 1 də qeyd oldunduğu kimi, ölkədə elmi-tədqiqat və 

işləmə xərcləri 2008 və 2014-cü illər arasında artmış, lakin biznes sektoru tərəfindən maliyyələşdirilən 

bu xərclərin çəkisi 2014 cü il istisna olmaqla 2008 və 2013 cü illər arasında azalmışdır. Bundan başqa 

elmi-tədqiqat və işləmə fəaliyyətlərinə investisiya qoyuluşu ilə yanaşı, eyni zaman kəsiyi üçün elmi-

tədqiqat və işləmə fəaliyyəti həyata keçirən müəssisələrin sayında artım müşahidə edilmir. Azərbaycan 

hökuməti  elmi-tədqiqat  və  işləmə  fəaliyyəti  ilə  məşğul  olan  biznes  sektoruna  qismən  də  olsa 

subsidiyalar təmin edərək bu sahəyə dəstək verə bilər.  



Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin