THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
252
26-27 October 2018, Baku, Azerbaijan
informasiya sistemlərində yenilikləri, tərübədə işçilərin səlahiyyətlərini, hüquq və vəzifələrinin bölgü-
sünü, işçilərin ixtisas və peşə tərkidlərinin dəyişməsini, maliyyə fəaliyyətindəki yenilikləri özündə əks
etdirir.
Restrukturizasiyaya belə yanaşma zamanı istehsal (xidmət) strukturunun yenidən qurulması,
texniki - texnoloji bazanın, marketinq və maliyyə - təsərrüfat fəaliyyətinin idarə edilməsinin təkmilləş-
diriməsi vasitəsilə nəqliyyat müəssisələrinin fəaliyyətinin maliyyə göstəricilərinin yaxşılaşdırılmasına
nail olmaq olar. Beləliklə, restrukturizasiya ziyanla işləyən nəqliyyat müəssisələrinin böhran vəziyyə-
tindən çıxarılması, nəqliyyat xidməti bazarında mövcud sərt rəqabət şəraitində mövcudluğu (fəaliy-
yəti) üçün zəruri şərtdir.
Nəqliyyat müəssisələrinin restrukturizasiyası zamanı müvəffəqiyyət onun bütün fəaliyyətinin
yenidən qurulması metodlarından əhəmiyyətli dərəcədə asılıdır. Hər şeydən əvvəl, nəqliyyat
müəssisəsinin bazarın hansı seqmentində nəqliyyat xidməti göstərdiyini, onun nəqliyyat xidmətinin
səmərəli yerinə yetirilməsini təmin edən ehtiyyat (resurs) imkanlarını müəyyən etmək lazımdır.
Bununla əlaqədar olaraq müasir informasiya texnologiyalarından istifadəyə əsaslanan, nəqliyyat
müəssisələrinin təşkilati strukturlarının elementləri arasında etibarlı kommunikasiya əlaqələrini təmin
edən informasiya sistemlərinin rolu artır. Müasir dövrdə qərar qəbul edən idarəetmə işçilərinə lazım
olan, aktual, keyfiyyətli informasiya xüsusi dəyərli resurs hesab olunur. Eyni zamanda qeyd etmək
lazımdır ki, ziyanla işləyən nəqliyyat müəssisələrinin restrukturizasiyası təbiidir, özünün və cəlb
edilən maliyyə resurslarının istifadəsini nəzərdə tutur.
Restrukturizasiya metodlarından biri istifadə olunmayan əsas istehsal fondlarının mülkiyyət
hüququnun başqasına ötürülməsidir. Qeyd etmək lazımdır ki, əmlak səmərəsiz istifadə edəndən
(mülkiyyətçidən) səmərəli mülkiyyətçiyə keçdikdə məna kəsb edir. Ona görə də uzun müddətdə
mənfət əldə etməkdə maraqlı olan səmərəli sahibkarların olmamasına görə Azərbaycanın əksər özəl
avtonəqliyyat müəssisələrinin müasir tələblərə cavab verən işlənmiş strategiyaları yoxdur. Lakin
Azərbaycan Respublikasının bütövlükdə nəqliyyat sisteminin inkişafının uzun müddətli, müasir
tələblərə və beynəlxalq rəqabət şəraitində öünü doğrulda bilən strategiyası işlənmişdir. Bu strateji plan
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş,
Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində verilmişdir.
ƏDƏBIYYAT
1.
Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 13 iyun 1997-ci il.
2.
Tariflər sistemi. Kazımlı X.H., Bayramov Q.S., Sadıqov B.C.,Mehdiyeva İ.Ş., Panaliyev Ə.V. Quliyev İ.Q. Bakı.
AzTU-nun mətbəəsi, 2018.
3.
Л. Е. Басовский. Теория экономического анализа. Москва. ИНФРА - М.,2005.
4.
Анисимов А.П. Экономика, планирование и анализ деятельности автотранспортных предприятий. М.
Транспорт, 1998.
5.
Бережной В.И. Управление материальными потоками микрологистической системы автотранспортного
предприятия. Ставрополь. СевКаавГТУ,2002.
BİZNES FƏALİYYƏTİ VƏ ONUN İDARƏEDIİLMƏSİ MƏSƏLƏLƏRİ
i.f.d. Anar Rza
Bakı Mühəndislik Universiteti
arza@beu.edu.az
Dissertant Ramazan Dindar
Bakı Mühəndislik Universiteti
dindarramazan@gmail.com
XÜLASƏ
İdarəetmə prosesi, yəni informasiyanın hərəkatı və idarəetmə qərarlarının qəbulu prosesi idarəetmə struk-
turu çərçivəsində həyata keçirilir. Biznesin düzgün qurulmasında bacarıqlı idarəetmənin çox böyük əhəmiyyəti
vardır. O, özünə qarşı ciddi diqqət və məsuliyyətli yanaşma tələb edir. Məqalədə biznesin idarə edilməsi məsələ-
lərinə toxunulur, İstehlakçıların tələbatının ödənilməsi vəmənfəət alınması məqsədilə biznes fəaliyyətinin uğurlu
qurulmasında istifadə olunan metod və üsullar haqqında məlumat verilir.
Açar sözlər: Biznes, biznes fəaliyyəti, idarəetmə, idarəetmə sistemləri, işçi heyət
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
253
26-27 October 2018, Baku, Azerbaijan
“Biznes-istehlakçıların tələbatının ödənilməsi və mənfəətin (gəlirin) əldə edilməsi məqsədilə
təşəbbüskar insanlar arasında işgüzar münasibətlərin məcmusudur. Biznes və onun mühüm istiqaməti
olan sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir, iqtisadi artım tempini,
ümumi daxili məhsulun strukturunu və keyfiyyətini müəyyən edir. Biznesin inkişafı demokratik
prinsiplərə və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşması və davamlı
inkişafına kömək edir.” [3, s.13] Bznesn məqsədi müəssisənin, kompaniyanın, firmanın uzun müddət
öz fəaliyyətində cəhd etdiyi son nəticədir.
Biznesin idarə edilməsinin subyekti kimi firmaların idarəetmə aparatları, menecerlər çıxış
edirlər. Lakin xarici mühit də (dövlət orqanları, İctimai təşkilatlar və s.) biznes fəaliyyətinə öz təsirini
göstərir və biznesin inkişafında tənzimləyici rol oynayır. Biznesin idarəedilməsinin obyekti kimi
firmaların təsərrüfat fəaliyyəti bütövlükdə və ya onun ayrı-ayrı sahələri (istehsalat, satış, satınalma,
marketinq, maliyyə və s.), firmaların əmək kollektivləri çıxış edirlər.
İdarəetmə hazırda nizamlı fəaliyyət göstərən bazarlar və beləliklə də, cəlbedici investisiya
şəraiti və investisiya kapitalının davamlı yerləşdirilməsi üçün mühüm zəmin hesab edilir. “Ölkələrin
öz biznes mühitlərini inkişaf etdirmək üçün görə biləcəkləri ən sadə işlərdən biri sadəcə yaxşı
idarəetmədir. Korrupsiyaya uğramış, qeyri-sabit və ya səriştəsiz hesab edilən rejimlər investorları
çəkindirir. YUNKTAD yaxşı idarəetməni özündə dörd başlıca prinsipi: hadisələrin qabaqcadan görülə
bilməsi, şəffaflıq, hesabatlılıq və iştirak prinsiplərini ehtiva edən anlayış kimi qəbul edir.” [4, s.72]
Biznesdə gedən proseslərin səmərəli idarə edilməsinin və proqnozlaşdırılmasının, müasir
idarəetmə vastəlrəinin tətbiqinin böyük əhəmiyyəti vardır. Biznesn səmərəliliynin yüksəldlməsi və qəti
idarəetmə qərarlarının verilməsi üçün biznesn idarəedilmə sistemləri işlənib hazırlanmışdır. Bunların
sırasında başlanğıcını Toyota Production Systemdən (TPS)-dən götürən Qənaətli istehsal və ya Lean
(Lиn), SMK-ISO 9001:2008 beynəlxalq sistemi ilə təsvir olunan menecment keyfiyyət sistemi,
Sistemin məhdudlaşdırılması nəzəryyəsi (müəllf E.Qoldratt), Amerikanın Motorola kompanyasının
məhsulu olan Six Siqma sistemləri ən məşhurlarıdır.
SMK üzrə biznesin idarə olunması əməkdaşların, istehlakçıların, sahibkarların, alıcıların və
bütünlükdə, cəmyyətin məhsulun keyfyyətnin daima yüksəldlməsi vastəsilə təlabatlarının maksimal
ödənlməsdr. Yüksək keyfyyətli məhsulun hazırlanması istehsalçı və istehlakçıların özünə və
kompanyanın məhsuluna inamını artırır. Bu isə nəticədə kompanyanın inkişafına, əməkdaşların maddi
vəzyyətnin yaxşılaşmasına gətirib çıxarır.
Six Sigma sistemi isə kompaniyanın fəalyyətində baş verə biləcək kənara çıxmaların
(qüsurların) minimumuma endirliməsini öz qarşısına məqsəd kimi qoyur. Burada keyfyyətin plan
göstəricisi 1 milyon əməliyyatda defektlərin 3,4 dəfədən az olmasıdır.
Lean üzrə biznesin idarə edlməsi dəyərlərin yaradılması axınının sürətləndrlməsidir. İctehlakçı
üçün yaradılan məhsulun dəyəri yoxdursa, o, aradan qaldırılmalıdır.
Sistemin məhdudlaşdırılması nəzəryyəsi (TOC) müasir şəraitdə biznesn idarə olunması üçün ən
səmərəli üsuldur. Bu məhdudlaşdırmadan maksimal istfadə müəssisəni yeni inkşaf səviyyəsinə gətirib
çıxara bilər.
Sistemli-məqsədli yanaşma tədqiq olunan obyektin bütün spesifik xassələrinin öyrənilməsinə və
deməli, onun quruluşu və təşkilinin müəyyən edilməsinə yönəldilib. Hər bir sistemin ona məxsus olan
xüsusiyyətləri, ayrı-ayrı xarici təsirlərə öz reaksiyası vardır. İstehsal obyektləri – mürəkkəb
iyerarxiyalı, bir-birilə sıx bağlı, qarşılıqlı əlaqədə olan, alt sistemlərdən ibarət sistemdir.
Biznesin sistemli şəkildə idarə olunması davamlı təkmilləşmə prosesidir. Seçilmiş strategiya
kompanyaya qısa müddət ərzində qarşıya qoyulan məqsədlərə çatmağa imkan verir. “Hər bir istehsal
firması özünəməxsus istehsal sistemindən ibarətdir və əmtəələrin (xidmətlərin) istehsalına yönəldilmiş
funksiyaların və hərəkətlərin məcmusudur. Firmanın tamamlanmış istehsal hərəkətlərindən ibarət
sistem əməliyyat sistemi adlanır. İstehsal sisteminin idarə edilməsi – bütün istehsal proseslərinin
şüurlu idarə edilməsidir və bilavasitə onun tərkibinə daxildir: a) müəssisənin istehsal fəaliyyətinin
ümumi strategiyasının və istiqamətlərinin işlənib hazırlanması; b) istehsal sisteminin işlənib
hazırlanması və tətbiqi, o cümlədən istehsal proseslərinin hazırlanması və istehsal güclərinin
yerləşdirilməsi haqqında qərarların qəbulu, məhsul layihəsinin hazırlanması, işlərin yerinə yetirilməsi,
standartların və normaların tətbiq edilməsi; c) sistemin gündəlik fəaliyyətinin planlaşdırılması və
nəzarətin təşkili. Bu səmərəli və ardıcıl planlaşdırmanı, sifarişlərin istiqamətlərini, məhsulun istehsal
qrafikini, detalların, cürbəcür istehsal elementlərin axınının idarə edilməsini zənn edir.” [3, s.343]
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
254
26-27 October 2018, Baku, Azerbaijan
Firmanın istehsal gücünün genişləndirilməsi ilk növbədə öz maliyyə resurslarına əsaslanan
yeni avadanlığa və tikintilərə əlavə kapital qoymaq; başqa firmaları udmaqla və onlarla müştərək
biznes yaratmaq; tələb olunan avadanlıq və istehsal müəssisəsini icarəyə vermək; yeni avadanlığı
lisenziya ilə birlikdə almaq; müştərək müəssisə yaratmaq və istehsal güclərini birləşdirmək; podrat
müqavilə əsasında müştərək müəssisəni tikmək kиmи müxtəlf vasitələrlə həyata keçirilə bilər.
Məsələn, “Amerika kompaniyaları istehsal güclərinin genişləndirilməsində bütün yuxarıda sadalanan
vasitələrə rəğmən müəssisələri udmağa (zəbt etməyə) və ya birləşmələrə xüsusi yer ayırırlar.ABŞ-ın
şirkətlərində məhsul layihəsi, adətən bir qrup yüksək səviyyəli mütəxəssislər tərəfindən hazırlanır.
Tədqiqin böyük bir hissəsi bir qrup ixtisaslaşmış mütəxəssis tərəfindən yerinə yetirilir və adətən onlar
müstəqil şəkildə işləyirlər. Amerika firmalarının təcrübəsi göstərir ki, ayrı-ayrı sahələrin təmsilçiləri
arasında sıx münasibətlər yarandıqda mürəkkəb istehsal və satış problemlərinin həll edilməsi mümkün
olur. Yapon firmaları isə bu kimi problemlərin həll edilməsində öz maliyyə resurslarına əsaslanırlar və
praktiki olaraq özgə kompaniyaları almaqdan çəkinirlər. Bunun da əsas səbəblərindən biri – heyətin
idarə edilməsində işçilərin ömürlük işə götürülməsi və qərarların qrup şəkilində qəbul edilməsi
prinsipləridir. Buna görə müəssisələrin alınıbsatılması Yaponiyada normal hərəkət sayılmır. Yapon
firmaları istehsalın inkişaf vasitələri arasında əsas üstünlüyü müştərək kommersiya müəssisələrinin
yaradılması və ya tikilməsinə verir. Xarici firma partnyorluğa cəlb edilərkən öz üzərinə müasir
texnologiya ilə təchizedilmə vəzifəsini götürür, Yapon firmaları isə öz üzərinə istehsal obyektləri və
təchizat ilə bağlı məsələləri götürməyə üstünlük verirlər.” [3, s.345]
Azərbaycanın milli iqtisadiyyatının bazar prinsipləri əsasında formalaşması həlli vacib olan
problemlər sırasında biznesin inkişaf etdirilməsini də ön plana çəkir. “Bu isə aşağıdakılarla şərtlənir:
birincisi, inkişaf etmiş ölkələrin təcrübəsindən aydın olduğu kimi, müasir biznes, sahibkarlıq rəqabət
şəraitində bazar subyektlərinin istehsal təsərrüfat fəaliyyətinə xas olan əlamətdir; ikincisi, ölk
əİqtisadiyyatının qarşısında duran vəzifələrin mürəkkəbliyi, regionlann sosial-iqtisadi inkişatinın
sürətləndirilməsi; üçüncüsü, praktiki olaraq istehsalın bütün elementlərinin təkmilləşdirilməsinin, yeni
təsərrüfat davranış stilinin mənimsənilməsinin zəruriliyi”. [2, s.8]
Azərbaycanda müasr şəraitdə iqtisadyyatın və kənd təsərrüfatının bir çox sahələrndə uğurlu
biznes fəalyyəti həyata keçirilir. Məsələn, “Son 3-4 ilə qədər Azərbaycan çörək bişirmə sənayesinin
aparıcı qüvvəsi kiçik və orta sahibkarlığı təmsil edən kiçik çörək sexləri olub. Ancaq bir neçə ildir ki,
ölkəmizdə, xüsusilə Bakıda dövlətin dəstəyi ilə iri çörəkbişirmə müəssisələri açılıb. İri çörək
zavodlarının əksəriyyəti Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi iləişə düşüb. Dövlət
proqramlarına uyğun olaraq Bakıda və regionlarda çörək istehsalı zavodlarının güzəştli kreditlərlə
maliyyələşdirilməsi prioritet sahə hesab edilib. 2014-cü il ərzinə 70 investisiya layihəsi, o cümlədən
sənaye ilində 28 sənaye müəssisəsi maliyyələşdirilib. Bu layihələrdən içərisində gündəlik istehsal gücü
97 ton olan 6 çörək zavodu da var.Bundan əlavə, 2014-cü ildə 39 istehsal və emal müəssisəsi, o
cümlədən gündəlik istehsal gücü 79.8 ton (illik 29.2 min ton) çörək olan 3 çörək zavodu istifadəyə
verilib. 2015-ci ildə isə 49 istehsal və emal müəssisələri, o cümlədən gündəlik istehsal gücü 67 ton
(illik 24.4 min ton) çörək olan 5 çörək zavodu işə başlayıb.Zavodlarda istifadə olunan texnologiya və
avadanlığının əksər hissəsi Türkiyə, Almaniya və Çex Respublikasından gətirilib. Bu zavodlar tam
gücü ilə fəaliyyətgöstərəndənsonra Bakı və Sumqayıtda yaşayan istehlakçıların 70 faizini yüksək
keyfiyyətli və müxtəlif çeşidli çörək və çorək məmulatlarıilə təmin edə edib.” [5, s.5]
Və yaxud aptek biznesi bütün dünyada olduğu kimi Azərbaycanda da həssas, bütün insanların
maraqlarına toxunan və dövlətin ciddi nəzarəti altında olan sahədir. “Ölkəmizdə 1500-dən bir qədər
çox, o cümlədən rayonlarda 850-dən, Bakıda 600-dən çox, Gəncə və Sumqayıtda isə 100-dək
lisenziyalı aptek fəaliyyət göstərir. Bu isə o deməkdir ki, Azərbaycan əhalisinin orta hesabla hər 6350
nəfərinə 1 aptek düşür.” [1, s.8]
Ümumiyyətlə, müxtəlif ölklərin biznes subyektləri üçün strateji idarə edilmə konsepsiyasının
məqsədi və vəzifələri umumilik təçkil etsə də, bu məqsəd və vəzifələrə nail olma çox spesifik səciyyə
daşıyır. Ölkənin inkişaf səviyyəsindən, biznes mühitindən, ölkənin tarixi milli köklərindən, geosiyasi
və coğrafi yerləşməsindən, ictimai şüur və onun inkişaf səviyyəsindən, dövlətin yürütdüyü biznesə
dəstək siyasətindən, rəqabət səviyyəsindən və bir çox digər amillərdən asılı olaraq biznesə strateji
yanaşmalar və baxışlar ayrı-ayrı ölkələrin biznes müəssisələri tərəfindən fərqlidir.
Biznes fəaliyyəti sahəsində uğurların əldə edilməsi amillərindən biri sahibkarın iqtisadi
fəaliyyəti üçün zəruri məkanının təşkil olunmasıdır.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
255
26-27 October 2018, Baku, Azerbaijan
Biznesn idarə olunmasında aşağıdakı yanaşmalar həyata keçirilir:
1.Psixoloji yanaşma-sahibkarlıq qərarı ilk növbədə, məntiqi-dərkolunma aktı kimi nəzərdən
keçirilir, yəni idarəetmə subyektinin müəyyən problemin həllinə yönəldilən daxili şüurlu fəaliyyətidir;
2.İnformativ yanaşma-qərarın qəbul olunması prosesi, ilkin informasiyanın idarəetmə qərarının
informasiyasına çevrilməsi prosesi kimi nəzərdən keçirilir, qərarın özü isə idarəetmə subyekti
tərəfindən xüsusi olaraq toplanmış, təhlil olunmuş və işlənilmiş informasiya kimi başa düşülür;
3.Hüquqi yanaşma-qəbul olunan sahibkarlıq qərarlarının hüquqi tərəfinə fikir verilir. Qərar, bu
zaman ilk növbədə, idarəetmə subyekti tərəfindən müəyyən olunmuş qaydada qəbul olunmuş və
lazımi qaydada rəsmiləşdirilmiş təşkilati-hüquqi akt kimi nəzərdən keçirilir;
4.Tşkilati yanaşma-sahibkarlıq qərarı, idarəetmə subyektinin praktiki fəaliyyətini təşkil edən
rəhbərin iradəli hərəkətinin məqamlarından biri kimi müəyyən olunur.
Biznesin səmərəliidarəedlməsi üçün firmanın, kompanyanın fəaliyyətinə hər zaman nəzarət
olunmalı və o, səmərəliləşdirilməlidir. Bu məsələnin həlli üçün isə aşağıdakı məsələlər həll
olunmalıdır:
Bütün bu hədəflərə nail olmaq üçün aşağıdakı məsələlər müfəssəl şəkildə xarakterizə
edilməlidir:
“-Mövcud fəaliyyətlərin və məhsulların müfəssəl təhlili və məhsul portfelinin yenidən
hazırlanması. Məhsulun həyat dövrünün idarəedilməsi təcrübəsi tətbiq olunmalıdır. Bu zaman hər bir
məhsul üzrə məsul şəxslər təyin edilməli və onun həyat dövrü hər zaman nəzarətdə saxlanılmalıdır.
-Müştərilərin bır sıra amillər üzrə təsnifləşdirilməsi və yenidən qruplaşdırılması. Bu
istiqamətdə əsas məqsəd müştəri istək və ehtiyaclarına uyğun olaraq şirkətlərin bütün şöbələrinin bu
yöndə istiqamətləndirilməsi, dəstəklənməsi və müştəri istəklərini təmin edəcək müştəri
məmnuniyyətinin qazanılmasıdır.
-Bölüşdürmə kanallarının təhlili və yenidən təşkili.
-İnformasiya texnologiyaları ilə bağlı prioritet sahələrin müəyyənləşdirilməsi və onların
tətbiqinin planlaşdırılması (belə ki, informasiya texnologiyaları kifayət qədər vaxt, maliyyə və insan
resurslarını tələb edir).
-Mövcud insan resurslarının fəaliyyətinin qiymətləndirilməsi, onların yeni təşkilati struktur
üzrə düzgün bölgüsünün aparılması və yeni bacarıqların əldə edilməsi üzrə təlimlərin keçirilməsi.” [6]
Müəssisə daxilindəki hər kəsin iştirakı, müasir istehsal düşüncəsinin əsas şərtlərindən biridir.
Ümumi olaraq, işçilərin iştirakından danışıldığı zaman, müəssisə daxili problemlərin həllində bütün
işçilərin enerjisindən faydalanma fikri başa düşülməlidir. Şirkətin hər bir sahəsində işləyən işçilər
şirkətin özünü meydana gətirməkdə və bu işçilərin bacarıqlarından istifadə edərək şirkətin maraqları
istiqamətində birlikdə işləmək üçün şərait yaradaraq, şirkət daxili faydanı daha cox artırır. Keyfiyyətə
nail olmaq üçün məhsulun istehsal mərhələsinin başlanğıcından sonuna qədər hər bir şəxsin
cavabdehliyi tələb edilməlidir. Şirkət daxilindəki hər bir şəxs keyfiyyət anlayışının əhəmiyyətli
olduğunu dərk etməli və ona nail olmalıdır.Əgər, sistemdə bir natamamlıq varsa ən qısa zamanda
müəyyənləşdirilərək lazımı düzəlişlər edilir. Bznes fəaliyyətində keyfiyyətl idarəetmə sisteminin
içindəki bütün proseslər bir-birilə qarşılıqlı və yaxud biri birinə təsir edən əlaqə halındadır və
müəssisənin məqsədlərinə çatmasına kömək edir. Müəssisənin müvəffəqiyyət qazana bilməsi üçün
müştəri razılığının təmin edilməsi əhəmiyyətli bir təsir vasitəsi olmaqla birlikdə, istehsal və müştəri ilə
əlaqədar toplanan məlumatlar strateji qərarlar və ümumi şirkət planları üçün istifadə edilməlidir.
Effektiv korporativ idarəetmə sistemi (yəni, biznes müəssisələrinin idarə olunduğu,
istiqamətləndirildiyi və nəzarət edildiyi proseslər, gömrük, siyasətlər, qanunlar və müəssisələr toplusu)
investorları şirkətlərin səhmlərinə yatırmağa ruhlandırmaq üçün zəruri amildir. Müvafiq açıqlığı və
şəffaflığı, səhmdarların və kreditorların hüquqlarının səmərəli mühafizəsini, həmçinin məsuliyyətlərin
hakimiyyət orqanları arasında aydın bölüşdürülməsini təmin edən idarəetmə prosedurları və
təcrübələri isə effektiv və davamlı bazarların yaranmasına və genişlənməsinə gətirib çıxara bilər.
İƏİT-in işləyib hazırladığı korporativ idarəetmə prinsiplərinə aşağıdakı istiqamətləri əhatə edir:
“1. Bütün səhmdarlarla (xarici və azlıqlar da daxil olmaqla) ədalətli davranış;
2. Səlahiyyətlərin idarəedici və tənzimləyici orqanlar arasında aydın bölüşdürülməsi;
3.Ümumi mənafeyə nail olunması üçün şirkət və onun bütün səhmdarları arasında əməkdaşlıq;
4. Şirkətin maliyyə işləri və əməliyyatlarında şəffaflıq və maraqlı tərəflərin bu məsələlər
barəsində məlumatlandırılması;
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
256
26-27 October 2018, Baku, Azerbaijan
5.Daxili informasiyadan istifadənin qarşısının alınması;
6.Şirkətin məsul şəxslərinin və direktorlar şurasının idarəetmə və nəzarətetmə funksiyalarını
effektiv icra etməsi, o cümlədən, onların səhmdarlar qarşısında cavabdehliyi.” [4, s.72]
Biznesin idarə olunmasında kadrların düzgün seçilməsinin mühüm rolu vardır. Bu və ya bir qox
digər bilik və bacarıqlar idarəetmə elmini,. onun qanunlarının, prinsiplərinin, metodlarının,
informasiyanın işlənməsi vasitələrinin öyrənilməsi prosesində əldə edilir. İdarəetmə elminin
təcrübənin artan tələblərinə cavab olaraq yeni fikirlərin və konsepsiyaların irəli sürməsini ınəzərə
alaraq onun öyrənilməsi fasiləsiz xarakter daşımalıdır. Yüksək peşəkarlıq səviyyəsində fəaliyyət
göstərən menecerlər idar.əetmə fəaliyyətinin metodları, prinsipləri, prosesləri və formaları sahəsində
olan elmi nailiyyətləri səmərəli fəaliyyətin təşkilində mütləq qaydada tətbiq edilir.Müasir şəraitdə
menecerlər işə yaradıcı yanaşmalı, məlumatlı olmalıdırlar, firmanın resurslanndan səmərəli istifadə
etməyi və firmanm inkişafını təmin etməyi bacarmalıdırlar.Hər bir menecer və xüsusilə də yüksək
pilləli menecerlər dərk etməlidirlər ki, firma bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərir və
bazardan tamamilə asılıdır.Hər bir firma öz işçilərinin hesabına yaşayır və fəaliyyət göstərir və təkcə
müştərilərin deyil, işçilərin də təbbatlarmm ödənilməsi üzərində ciddi düşünməlidir. Bu işdə kadrların
seçilməsində baş verən səhvlər biznesin düzgün qurulmamasına və onun müflisə uğramasına gətirib
çıxarır. Həmin səhvlər əsasən özünü çox hallarda aşağıdakı kimi göstərir:
1. Firmanın drektoru özlərinin idarəetmə stilinə bənzər adamlar axtarmağa çalışır;
2. O, liderləri deyil, icraçıları işə götürür;
3. Kifayət qədər təcrübəsiz menecerlərlə çalışır;
4. İdarəetmə bacarığı olan menecerlər deyil, sahibkarlıq bacarıqlı menecerləri işə götürür.
İdarəetmə heyəti anlayışı dünya təcrübəsində çox geniş və müxtəlif mənalarda şərh olunur.
Məsələn, Beynəlxalq Əmək Təşkilatı (BƏT) idarəetmə heyətinə menecerlərdən əlavə peşəkar
mütəxəssisləri də daxil edən daha geniş işçilər kateqoriyasını aid edir. Bu da onunlaəlaqədardır ki,
menecerlərlə mütəxəssislərin İşində sıx əlaqə vardır, onlar biri-birindən asılı vəziyyətdə daimi
ünsiyyətdə fəaliyyət göstərirlər və firmanın planlaşdırılmış inkişafını birgə təmin edirlər.Mühüm,
mürəkkəb və məsuliyyətli funksiyaların yerinə yetirilməsi üçün menecerlər xüsusi biliklərə və bu
biliklərin firmanın cari fəaliyyətinin idarə edilməsində istifadə edilməsi məharətinə malik olmalıdırlar.
Biznesin idarə edilməsində faktlara əsaslanan qərarların qəbul edilməsi çox mühümdür.
“Toplanan məlumatların analizində məqsəd Keyfiyyət İdarəetmə Sisteminin təsirliliyini və
məhsuldarlığını artıraraq müştəri razılığını ən yüksək səviyyəyə çatdırmaqdır. Bu zaman verilən
qərarlar və onların tədbiqi geniş sahəyə yayılmış məlumatlara əsaslanmalıdır. Müştəri gözü ilə
baxdığımız zaman, məhsulla əlaqəli əhəmiyyətli nöqtələrin müəyyən edilməsi məqsədilə bütün əlaqə
kanalları (Poçt, telefon, anket, üz-üzə görüşmə və sairə) istifadə edilərək müştəri ilə əlaqə qurulur və
lazım olan məlumatlar toplanılır. Bu məlumatlar analiz edilərək həm müştəri razılığı artırılır, həm də
müəssisənin bazardakı vəziyyəti gücləndirilir. Müştəri ilə əlaqəli toplanan məlumatlar daim
yeniləşdirilərək ətrafımızdakı şərtlərə, texnologiyaya və tələblərə əsasən müştəri istək və
ehtiyaclarında meydana gələn dəyişikliklərə dərhal cavab verilməyə çalışılır” [7]
Beləliklə, bazar münasibətləri və rəqabət şəraitində uğurlu fəaliyyət göstərmək və yaşamaq
üçün ən vacib amillərdən biri biznesin strateji idarə edilməsidir. Uzunmüddətli perspektivdə uğurlu
firma fəaliyyətini təmin edilməsi ölkə iqtisadiyyatın inkşafınnın təmin olunması üçün çox vacibdir.
Biznesin düzgün idarəedilməsi və ona düzgün yanaşma qarşıya qoyulan strategiyanı qısamüddətli
məqsədlərə çevirir.
Dostları ilə paylaş: |