"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


  Hədəf göstəriciyə əsaslanan maya dəyəri metodu



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə58/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   54   55   56   57   58   59   60   61   ...   78
Conferance Book Economy.(3)


1.  Hədəf göstəriciyə əsaslanan maya dəyəri metodu 

Stratejik  maya  dəyərinin  idarəolunmasının  bir  bir  parçası  olan  və  əsas  hədəfi  bütün  müəssisə 

funksiyalarının  bazar  əsaslı  olaraq  yerinə  gətirilməsi  ilə  maya  dəyərinin  planlanması  və  məsrəflərin 

azaldılması düşüncəsinə dayalı sistem olan hədəf göstəriciyə əsaslanan maya dəyəri metodu, idarəetmə 

uçotunu  və  müəssisənin  digər  şöbələri  arasındakı  qarşılıqlı  təsiri  nəzərə  alır.  Bu  çərçivədə  uzun 

müddətli  gəlir  planlaması  məqsədləri  istiqamətində  xərcləri  davamlı  azaltmaq  məqsədi  daşıyır. 

Xərclərin azaldılması isə müəssisələrdə hər zaman rəqabət üstünlüyü yaradır. 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

279  

26-27 October 2018, Baku, Azerbaijan 

Hədəf göstəriciyə əsaslanan maya dəyəri metodu hər şeydən əvvəl mənfəətin idarə edilməsi üsulu 

olduğu ifadə edilərkən, tətbiq olunmasındakı əsas məqsəd, gələcəkdə istehsal olunacaq məhsullar ilə 

müəssisənin uzun müddətdə mənfəət planlamasında müəyyən edilmiş mənfəətin əldə olunmasını 

təmin etməkdir [4]. 

Bir məhsulun hədəflənən maya dəyəri məhsul və ya xidməti istehsalçı və ya xidmət təminatçısına 

hədəflənən  qiymətlə  satarkən  gözlənilən  gəliri əldə  etməyə  imkan  verən  maya  dəyəridir.  Hədəflənən 

maya  dəyərini  hesablayarkən  biz  bütün  gələcək  məsrəfləri,  sabit  və  dəyişkən  məsrəflərin  hər  ikisini 

hesaba  qatırıq.  Əsas  məntiq  ondan  ibarətdir  ki,  şirkətin  gəlirləri  uzunmüddətli  məsrəflərini  bərpa 

etməlidir.  Bir  məhsula  düşən  hədəflənən  maya  dəyəri  əsasən  hər  məhsula  düşən  mövcud 

/qiymətləndirilmiş məsrəfdən az olur [11]. 

HGƏMD = 𝑇𝑎ℎ𝑚𝑖𝑛 𝐸𝑑𝑖𝑙ə𝑛 𝑆𝑎𝑡𝚤ş 𝑄𝑖𝑦𝑚ə𝑡𝑖 –  𝐴𝑟𝑧𝑢 𝐸𝑑𝑖𝑙ə𝑛 𝑀ə𝑛𝑓əə𝑡 

Təxmin edilən satış qiymətindən arzu edilən mənfəəti çıxaraq Hədəf göstəriciyə əsaslanan maya 

dəyəri[5].  Ənənəvi  sistemdə  bunun  tam  tərsi  maya  dəyəri  hesablanaraq  üzərinə mənfəəti  əlavə  etsək 

qiyməti almış oluruq [6].  

Hədəf göstəriciyə əsaslanan maya dəyəri metodunun əsas məqsədləri aşağıdakı kimidir[7]. 

 



Bazara  istiqamətli  olmağı  gücləndirmək;  fəaliyət  sahəsi  planlama  çərçivəsində  məhsul 

planlamada müştərilərə, rəqabətə satıcılara yönəlik olma,  

 

Qiymət mühəndisliyi ilə əlaqəli olaraq müştərilərə və rəqabətə dayalı xərclərin azaldılmasında 



yeni metod,  

 



Bütün  istehsal  mərhələlərində  xarici  istehsalı  tam  zamanlı  olaraq  dış  üretimin  tam  zamanlı 

olarak nəzarətinə məcbur etmə, 

 

Potensial  istifadənin  planlaşdırılması  və  potensialın  planlaşdırılması  ilə  əlaqədar  olaraq 



“Simultaneous Engineering”-ə məcbur etmə,  

 



Məhsul  hazırlama,  məhsul  pazarlama  üçün  vacib  olan  bütün  mərhələ  halqaları  və  buradan 

nəticə  olaraq  çıxarılan  valyuta  təsirlərinə  ehtiyac  duyulduğunda  onun  əvəz  edən  qiymət  analiziylə 

əlaqədar araşdırmalar və nəticələri üzərində analizlər aparmağa məcbur etmə. 

 

2.  Hədəf göstəriciyə əsaslanan maya dəyəri prosesi 

Hədəf  göstəriciyə  əsaslanan  maya  dəyəri  prosesi  bazarın  vəziyyəti  nəzərə  alınaraq  satış 

qiymətinin  formalaşdırılması  ilə  başlamaqdadır.  Bu  satış  qiymətindən  istənilən  mənfəət  səviyyəsi 

çıxarılaraq məsrəf əldə edilir. Sonra isə bir neçə bölümlərdən olan gruplar  hədəflənən maya dəyərini 

əldə etmək üçün funksional hədəflənən maya dəyəri təhlili aparırlar. Əgər təxmin edilən maya dəyəri 

hədəflənən maya dəyərinə uyğundursa yeni məhsula keçmək üçün qərar verilir. Əks təqdirdə yenidən 

funksional  hədəflənən  maya  dəyəri təhlili  aparılmağa  davam  edilir[5].Error!  Reference source  not 



found.1-də Hədəf göstəriciyə əsaslanan maya dəyəri prosesinin qısa xülasəsi verilmişdir. 

Cooper və Slagmulderə görə hədəf göstəriciyə əsaslanan maya dəyəri prosesi bazar yönlü maya 

dəyəri,  məhsul  səviyyəsində  maya  dəyəri  və  hissə(detal)  səviyyəsində  maya  dəyəri  olmaq  üzərə  üç 

yerə bölünür. [3] 

 

3.  Təhcizat zənciri və Hədəf göstəriciyə əsaslanan maya dəyəri  

Hədəflənən maya dəyəri bütün istehsal zəncirində tətbiq etmək standart maya dəyəri tətbiqindən 

daha  çətindir.  Bütün  təhcizat  zinciri  hazırladıqları,  istehsal  ettikləri  və  payladıkları  komponentlərin 

maya dəyərini aşağı salama yollarını tapması vacibdir[2]. 

Hədəf  göstəriciyə  əsaslanan  maya  dəyəri  metodunu  təşkil  etmək  zaman  alıcı  bir  işdir  və  tələb 

informasiya  mübadiləsini  və  qrup  çalışmasını  tələb  edir.  Start-up  prosesi  olaraq  təhcizatçıları  tələsik 

maya dəyəri endiriminə məcbur etmək uzun müddətdə maya dəyəri endirimini itirir[2]. 

Bəzən  təhcizat  zincirinin  müəyyən  bir  halqasında  təhcizatçı  alıcısından  daha  güclüdür  və  belə 

vəziyyətdə qiymətləri hədəf göstəriciyə əsaslanan maya dəyəri istifadə edərək qiymətləri nizamlamada 

halqanın  sonundakı  müştəriyə  çatmamaqdadır.  Belə  vəziyyətlərdə  təhcizat  zincirində  Hədəf 

göstəriciyə  əsaslanan  maya  dəyərinin  idarəedilməsi  müəyyən  bir  yerdə  başlayaraq  güclü  təhcizatçı 

ötürülərək  yenidən  başlanmaqda  və  nəticə  olaraq  halqada  birdən  artıq  hədəf  göstəriciyə  əsaslanan 

maya  dəyəri  halqası  yarana  bilməkdədir.  Tətbiqdə  bir  neçə  hədəf  göstəriciyə  əsaslanan  maya  dəyəri 

halqası 2 ilə 4 arası müəssisəni əhatə etməkdədir[3]. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

280  

26-27 October 2018, Baku, Azerbaijan 

 

Şəkil 1 Hədəf göstəriciyə əsaslanan maya dəyəri prosesi[5] 

 

 

 



 

Şəkil 2. Təhcizat zəncirində çoxlu hədəf göstəriciyə əsaslanan maya dəyəri halqası[3]. 

 

Chrysler  kimi  müəssisələrdə  dizayn  mərhələsində  təhcizatçılar  da  təmsil  edilməkdədir.  Chrysler 



təhcizatçılarını  “Təhcizatçılar  Maya  Dəyərini  azaltma  cəhdlərini”  (Supplier  Cost  Reduction  Effort) 

programına  daxil  etməkdədirlər.  Bu  program  təhcizatçıları  məhsul  dizayn  qruplarına  aktiv  şəkildə 

qatılmasını  savadlı  raportları  özündə  əks  etdirməkdədir.  Bu  davranış  qarşılıqlı  etibarı,  məlumat 

mübadiləsini vacib edir[8]. 

Az güclü müştərilər 

Üst Müəssisə 

2.Sıra Təhcizatçılar 

 

Hedef maliyetten müstəqil Təhcizatçılar 



1.Sıra Təhcizatçılar 

3.Sıra Təhcizatçılar 

 

4.Sıra Təhcizatçılar 



 

1.Hədəf 


Məsrəf 

Zənciri  

2.Hədəf 

Məsrəf Zinciri  



Xeyir 

Bəli 

Məhsul üçün hədəflənən mənfəət yarat 

Hədəflənən maya dəyəri müəyyən et 

Funksional hədəflənən maya dəyəri təhlili apar 

Təxmin ediln maya dəyərini müəyyən et 

Hədəfə Uyğundur? 

Son qərarı ver 

İstehsala göndər 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

281  

26-27 October 2018, Baku, Azerbaijan 

4.  Nəticə 

Hədəf  göstəriciyə  əsaslanan  maya  dəyəri  məhsul  inkişafı  qruplarına  yalnız  bazar  üçün  uyğun 

keyfiyyətdə  deyil,  həm  də  hədəflənmiş  müştəri  seqmenti  üçün  əlverişli  bir  qiymətlə  məhsullar 

hazırlamağa imkan verir. Hədəf göstəriciyə əsaslanan maya dəyəri yanaşması illər boyu çəkən qiymət 

strategiyalarını; “müştərilərin məhsulun şirkətə olan maya dəyərinə deyil, özlərinə olan maya dəyərinə 

önəm  verdiyini”  göstərərək  tərsinə  çevirmişdir.  Bundan  əlavə,  Hədəf  göstəriciyə  əsaslanan  maya 

dəyəri  yaxşı  qurulduqda,  firmanın  rəqabət  mövqeyini;  məsrəfləri  azaldaraq,  keyfiyyətin  artıraraq  və 

bazara giriş müddətinin azaldaraq artırır[9].  

Hədəf göstəriciyə əsaslanan maya dəyərinin faydaları aşağıdadır[10]:  

 



Şirkətdə  müəyyən  edilmiş  bir  məsrəf  salma  hədəfi  olması  hər  kəsi  bu  hədəfə  çatmağa  və 

birləşdirməyə istiqamətləndirir. 

 

Şirkətin  büdcəsinin  hazırlanmasında  və  bununla  əlaqədar  hədəflərə  nail  olmasına  köməklik 



edir. 

 



Şirkətin içində və kənarında təşkilata mal vəya xidmət verilməsində məsrəflərin azaldılmasına 

təzyiq göstərərək müştərinin lehinə bir vəziyyət yaradır. 

 

Hədəf  göstəriciyə  əsaslanan  maya  dəyəri  uyğun  bir  səviyyədə  müəyyən  ediləndə  çalışanları 



motivasiya edir. 

 



Müştərinin sistemdə aktiv rolu mövcuddur. 

 



Uyğun bir Hədəf göstəriciyə əsaslanan maya dəyəri sistemi yaxşı rəqabətli vasitədir. 

 



Məhsul  və  məsrəflər  üzərinə  daha  mücərrəd  bir  şəkildə  cəmləşərək  inkişafı  və  yeniliyi 

cəsarətləndirir. Hədəf göstəriciyə əsaslanan maya dəyəri məhsulun fiziki formasından çox funksiyaları 

və xidmət potensialını təhlil edir. 

Hədəf göstəriciyə əsaslanan maya dəyəri çatışmamazlıqları aşağıdadır[10]: 

 

Nail olmaq istənən hədəf çox çətin vəya çox asandırsa motivasiyanı poza bilər. 



 

Məsrəflər zamanında aşağı salına bilmədiyində pul və zaman itkisinə səbəb olur. 



 

Şirkətin hədəf satış qiyməti ilə çalışması məhsul dizaynını məhdudlaşdıra bilər. 



 

Məhsulların  inkişafı  mərhələsində  məsrəfləri  düşürmə  çalışmaları  əsnasında  keçən  zaman 



səbəbi ilə məhsulun bazara gec girməsinə səbəb ola bilər. 

 

ƏDƏBIYYAT 

1. 

Feil, Patrick, Yook, Keun-Hyo, Kim, Il-Woon, “Japanese Target Costing: A Historical Perspective”, International 



Journal of Strategic Cost Management, Vol: Spring, s. 2004,10-19. 

2. 


Helms Marilyn M., Ettkin, Lawrence P., Baxter, Joe T., Gordon, Matthew W., “Managerial Implications of Target 

Costing”, Competitiveness Review: An International Business Journal incorporating Journal of Global 



Competitiveness. - 2005. - 1 : 15. - s. 49 - 56. 

3. 


Cooper, Robin, Slagmulder, Regine., Supply Chain Development for the Lean Enterprise, The IMA Foundation for 

Applied Reseach,Productivity, Portland,1999. 

4. 


Alagöz, Ali, Ceran, Yunus, “Stratejik Maliyet ve Kar Planlama Aracı Olarak Hedef Maliyet Yönetimi (Target Cost 

Management)”, Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi , 15, 2006, 61-84. 

5. 

Gagne, Margaret L. Discenza, Richard, “Target Costing”, Journal of Business & Industrial Marketing, MCB University 



Press, 1 : Vol: 10, 1995, s. 16-22. 

6. 


Okur, Ayperi S., Yalın Üretim: 2000'liyıllara Doğru Türkiye Sanayii İçin Yapılanma Modeli, Mart Matbaacılık 

Sanatları Tic. ve San.Ltd.Şti, İstanbul, 1997. 

7. 

Coşkun, Ali. “Stratejik Maliyet Yönetimi Aracı Olarak Hedef Maliyetleme”, Akademik Araştırmalar Dergisi, 15 : 



Cilt 4., 2003,s. 25-34. 

8. 


Kaplan, Robert S., Atkinson, Anthony, A., Advanced Management Accounting, Prentice Hall, New Jersey 1998.  

9. 


Gamze Ayça KAYA , Target Costing, Fırat University Journal of Social Science, Cilt: 20, N: 1, p. 313-332, 2010 

10.  GÖKÇEN Gürbüz, Maliyet Düşürme Yaklaşımı Olarak Hedef Maliyetleme, Muhasebe ve Finansman Dergisi, 

Sayı:20, Ekim 2003 

11.  Maliyyə elmi tədris mərkəzi, İdarəetmə uçotu, Bakı 2013 



 

 

 

 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

282  

26-27 October 2018, Baku, Azerbaijan 

AZƏRBAYCANDA DEVALİVASİYA SONRASI SIĞORTA            

BAZARININ VƏZİYYƏTİ 

 

L. L. Piriyeva 

Bakı Mühəndislik Universiteti 

lpiriyeva@beu.edu.az 

 

XÜLASƏ 

Sığorta fəaliyyəti insanların rahat yaşamasına şərait yaratmaqla bərabər, ölkə iqtisadiyyatında bir maliyyə 

qurumu  olaraq  iqtisadi  böyüməyə  və  inkişafa  şərait  yaradır.  Buna  görə  də,  sığorta  fəaliyyətinin  inkişaf  etməsi 

ölkənin inkişaf və rifah səviyyəsini əks etdirməkdədir. 

Bu  məqalədə  Azərbaycanda  devalivasiya  sonrasında  sığorta  bazarındakı  hazırkı  vəziyyət  və  bu  sahənin 

problemləri qeyd edilmişdir. 

Açar sözlər: Azərbaycan sığorta bazarı, devalivasiya, sığorta haqqı, mənfəət, zərər 

CURRENT SITUATION IN THE INSURANCE MARKET OF AZERBAIJAN AFTER DEVALUATION  

ABTRACT 

Insurance activities contribute economic growth and development as a financial institution in the country's 

economy,  creating  comfortable  living  conditions  for  people.  For  this  reason,  the  development  of  the  insurance 

activity of the country reflects the development and prosperity of the country. 

This article summarizes the current  situation in the insurance  market and the problems of the sector after 

devaluation in Azerbaijan. 



Key words: Azerbaijan insurance market, devaluation, insurance premium, profit, loss 

 

Giriş 

Sığorta  fəaliyyətinin  inkişaf  etdiyi  ölkələrə  nəzər  salsaq,  sığortanın  ölkə  iqtisadiyyatına  həm 

mikro,  həm  də  makro  cəhətdən  təsir  etdiyini  görə  bilərik.  Müşahidələr  göstərir  ki,  sığortanın  mikro 

cəhətdən təsirlərinə risklərin idarə edilməsi və iqtisadiyyatda sahibkarlıq fəaliyyətinin inkişafına mühit 

yaratmasını  aid  etmək  olar.  Bununla  yanaşı  makro  cəhətdən  sığorta  fəaliyyəti  iqtisadiyyatın istehsal 

gücünü  artıran,  inkişaf  etdirən  və  iqtisadi  böyüməyə  şərait  yaradan  bir  fəaliyyət  sahəsidir.  Belə  ki, 

sığorta  şirkətləri  yığılan  sığorta  haqlarından  istifadə  edərək  səhm,  istiqraz,  daşınmaz  əmlak  kimi 

aktivləri almaqla bir növ iqtisadiyyatda canlanmaya səbəb olur. Bu baxımdan da sığorta fəaliyyətinin 

inkişafı ölkə iqtisadiyyatını inkişaf etdirmək potensialına malikdir [1, s.22-28]. 

Azərbaycanda sığorta bazarının yaranması digər maliyyə sektorları kimi müstəqllik əldə etdikdən 

sonrakı dövrə təsadüf edir. Belə ki 1992-ci ildən sonra digər sahələrdə olduğu kimi sığorta sahəsində 

də özəl sektorlar yaranmağa başlamışdır. Bu dövrdə və daha sonrakı illərdə ümümilikdə Azərbaycan 

sığorta  bazarında  lisenziya  əldə  etmiş  sığorta  şirkətlərinin  sayı  30-dan  çox  idi.  Lakin  daha  sonralar 

həm  aparılan  islahatlar,  bazarda  yaranmış  rəqabət  şəraiti  ,  həm  də  ölkə  iqtisadiyyatında  baş  verən 

hadislər  nəticəsində  bir  sıra  sığorta  şirkətlərinin  lisenziyası  ləğv  edilmiş  və  bugünkü  dövrdə  sığorta 

şirkətlərinin sayı 21-ə enmişdir [2]. 

Sığorta fəaliyyətinin inkişafı ölkəmizdə 2003-ci illərdən sonrakı dövrə təsadüf edir. Belə ki, bu 

dövrdə  bank  və  kredit  təşkilatları  ucuz  maliyyə  qurumu  cəlb  etdiklərinə  görə  kredit  məhsullarının 

satışı artmağa başladı. Bu kreditlərin içərisində avtomobil krediti üstünlük təşkil etdiyi üçün banklar 

kreditə  verdikləri  avtomobili  mütləq  şəkildə  sığortalamaq  istəyirdilər,  çünki  kreditin  ödənilməməsi 

halında və avtomobilə ziyan dəydikdə bu bankın qarşılaşacağı risklərdən hesab olunurdu. Bu risklər-

dən  qorunmaq  üçün  banklar  sığorta  şirkətlərinə  daha  tez-tez  müraciət  edirdilər.  Həmçinin  əmlakın 

girov  qoyularaq  alınan  biznes  kreditlərində  də  eyni  hal  müşahidə  olunurdu.  Bu  girov  əmlakları  da 

sığorta şirkətləri tərəfində bankların müraciətinə əsasən sığortalanırdı. Beləliklə, bank sektorunda can-

lanma sığorta sektorunda da canlanmaya səbəb olmuşdu. 

 

Cədvəl 1. 2011-2017-ci illər ərzində Azərbaycanda sığorta yığımlarının miqdarı 

İlllər 

2011 

2012 

2013 

2014 

2015 

2016 

2017 

Həyat sığortası (mln. manatla) 

23 


36,8 

68,7 


105 

116,5 


146,9 

211,02 


Qeyri-həyat sığortası (mln. manatla) 

190 


305,7 

337 


324,2 

326,4 


339,2 

345,85 


Cəmi:(mln. manatla) 

213 


342,5 

405,7 


429,2 

442,9 


486,1 

556,87 


Mənbə: Cədvəl Maliyyə Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatları əsasında müəllif tərəfindən hazırlanmışdır. 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

283  

26-27 October 2018, Baku, Azerbaijan 

Cədvəl 1-ə nəzər saldıqda sığorta haqlarında nəzərə çarpan əsas dəyişiklik 2012-ci ildə müşahidə 

olunur.  Azərbaycanda  sığorta  bazarında  2011-ci  ildə  “İcbari  Sığortalar  haqqında”Azərbaycan 

Respublikasının  qanunun  qəbul  olunmasından  sonra  sığorta  şirkətlərinə  müraciət  daha  da  artmağa 

başladı. Əhali daha çox avtomobillərin icbari sığortasına müraciət edirdi. Təbii ki, bu da bir faktdır ki, 

əhalinin sığorta haqqında təsəvvürlərinin müyyən səviyyədə artmasına icbari sığortanın tətbiqi səbəb 

olmuşdur.  Bu  səbəbdən  də,  2012-ci  ildə  sığorta  haqlarında  əvvəlki  ilə  nisbətdə  60,8%-lik  bir  artış 

olmuşdur.  Lakin  sığorta  bazarında  yaşanan  bu  canlanma  2014-ci  ildən  başlayaraq  azalmağa 

başlamışdır.  Belə  ki,  2014-ci  ildən  əvvəlki  illərdə  bazarda  artış  20%-dən  çox  idisə,  2014-2016-ci 

illərdə bu göstərici 3-5%-ə düşdü. Buna səbəb bu dövrdə dünyada yaşanan böhranlar, xüsusilə də neft 

qiymətlərində  yaşanan  kəskin  azalmasi  idi.  Bu  hadisələr  ölkəmizdə  bank  və  sığorta  sektoruna  da  öz 

təsirini  göstərmişdir.  Alınan  kreditlərin  geri  qaytarılmasında  yaşanan  gecikmələr,  ödəmə  qabiliyyətli 

müştərilərin sayının azalması bank sektorunda kredit bazarında durğunluğa səbəb oldu. Beləliklə də, 

banklar  vasitəsi  ilə  satılan  sığorta  xidmətlərinin  həcmində  azalma  ilə  nəticələndi.  Sığorta  bazarında 

yaşanan bu durğunluq sığorta şirkətlərinin sayında da öz əksini göstərdi.  

 

Qrafik 1. 2010-2017-ci illərdə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 

 

Mənbə: Qrafik Maliyyə Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatları əsasında müəllif tərəfindən hazırlanmışdır. 

 

Qrafik  1-dən  də  göründüyü  kimi  2014-ci  ildən  başlayaraq  sığorta  şirkətlərinin  sayında  azalma 



olmuşdur  və  ən  son  2017-ci  ildə  3  sığorta  şirkətinin  lisenziyası  ləğv  edilmiş,1  sığorta  şirkətinə 

lisenziya verilmiş və nəticə olaraq hal-hazırda bazarda fəaliyyət göstərən sığortaçıların sayı 21-dir [2].  

Sığorta  şirkətlərinin  mənfəət-zərər  hesabatlarına  nəzər  saldıqda,  2017-ci  il  sığorta  şirkətlərinin 

ictimaiyyətə  açıqladıqları  hesabatlarına  əsasən  ən  yüksək  mənfəət  əldə  edən  Paşa  Həyat  Sığorta  (17 

334 000 min manat) [6] , Paşa Sığorta (13 094 322 min manat) [5] və Meqa Sığorta (4 968 879 min 

manat)  [7]  şirkətləri  olmuşdur.  Ötən  ili  ən  çox  zərərlə  başa  vuran  sığorta  şirkətləri  isə 

Atəşgah” 



Sığorta (1 027 407 min manat) [8], “Rəvan Sığorta” (1 041 287 min manat) [9] , “AZSIĞORTA” (3 

064 666 min manat) [10] şirkətləri olmuşdur. Ümumilikdə isə, 2017-ci ildə hesabatlarını açıqlayan 20 

sığorta şirkətindən mənfəətlə işləyən şirkətlərin sayı 15, zərərlə işləyənlərin sayı isə 5 olmuşdur. 

Dünyada ölkələrinə nəzər saldıqda sığorta bazarının inkişafı ümumi sığorta haqlarının ÜDM-dəki 

çəkisi ilə qiymətləndirirlir. Bu göstərici inkişaf etmiş ölkələrdə 8-10%, Rusiya, Türkiyə, Ukrayna kimi 

ölkələrdə isə  1-2%  təşkil  edir  [11].  Cədvəl  2-də  də  göründüyü  kimi  ölkəmizdə  isə  sığorta  haqlarının 

ÜDM-dəki xüsusi çəkisi 2014-ci ildən başlayaraq eyni səviyyədə, yəni 0.8% müşahidə olunur.  

 

Cədvəl 2. Azərbaycanda ümumi sığorta haqlarının ÜDM-də xüsusi çəkisi 

 

 

 

 

 

 

 

 

İllər 

2011 


2012 

2013 


2014 

2015 


2016 

2017 


ÜDM (milyon manatla) 

52082.00 

54743.70 

58182.00 

59014.10 

54380,0 


60425,2 

70135,1 


Ümumi Sığorta Haqlarının 

ÜDM-də xüsusi çəkisi (%) 

0,4% 


0,6% 

0,7% 


0,7% 

0,8% 


0,8% 

0,8% 


Mənbə: Cədvəl Azərbaycan Dövlət Statistika Komitəsinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının                                 

hesabatları əsasında müəllif tərəfindən hazırlanmışdır. 

25 


27 

28 


28 

28 


27 

25 


21 

0

5



10

15

20



25

30

2010



2011

2012


2013

2014


2015

2016


2017

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

284  

26-27 October 2018, Baku, Azerbaijan 

Təbii ki, buna səbəblərdən biri də ölkədə sığorta sektoruna marağın az olmasıdır. Azərbaycanda 

sığorta sektoruna müraciətin az olmasına səbəb olaraq insanların həm bu sahə haqqında məlumatları-

nın, həm də sığorta sahəsinə inamının azlığını göstərmək olar.  

Sığorta bazarında sığortaçılar üçün ən potensial müştərilər avtomobil sahibləri və daşinmaz əmlak 

sahibləri hesab olunur, lakin bu şəxsləri belə tam şəkildə sığortaya cəlb edilmədiyini sığorta yığımları-

nın həcmində görmək mümükdür. Əlbəttə ki, buna səbəb avtomobil və ya daşınmaz əmlak sahiblərinin 

pulunun azlığı deyil, bu sahə haqqında məlumat azlığıdır, çünki hər bir əmlak sahibi, şəxs risklərdən 

qorunmaq istəyir ki, gələcəkdə maddi və ya mənəvi zərərlərlə qarşılanmasın.  

Bəs bu məlumat azlığına səbəb nədir? Bank sahəsinə nəzər saldıqda istər televiziyada, istərsə də 

ictimai nəqliyyat vasitəslərində reklam çarxlarına, reklam afışalarına rast gəlmək mümkündür. Ancaq 

sığorta sahəsində reklam bu qədər göz önündə deyil, insanlar sığorta şirkətlərinin məhsulları haqqında 

yalnız radio verilişlərində və ya şirkətlərin saytlarında məlumat ala bilirlər ki, bu da əhalinin bu sahə 

haqqında informasıyasının azlığına və nəticə olaraq sığorta məhsullarının satışının zəif olmasına səbəb 

olur. Buna görə də, sığortaçılar  əhalinin maarifləndirilməsi, bu sahəyə marağın və inamın artırılması 

üçün mütləq şəkildə tədbirlər planı həyata keçirməlidirlər. Çünki sığorta sahəsi insanlarının müxtəlif 

sahələrdə  rastlaşacağı  riskləri  azaltmaqla  yanaşı,  topladıqları  sığorta  haqlarını  bazarda  səhm,  istiqraz 

almaqla  və  ya  müəyyən  investisiya  sahələrinə  yönləndirməklə  ölkə  iqtisadiyyatının  canlanmasına 

kömək edə bilər.  

Sığorta sahəsində aparılan ən son yeniliklərdən biri isə icbari tibbi sığortanın tətbiqinə başlanıl-

ması  məqsədilə  bir  sıra  rayonlarda  pilot  layihə  çərçivəsində  tədbirlərin  həyata  keçirilməsidir.  Tam 

olaraq  bütün  ölkə  miqyasında  icbari  tibbi  sığortanın  tətbiqindən  sonra  əhalinin  tibbi  xidmətlərə  olan 

ehtiyacının  sığorta  vasitəsilə  həyata  keçirilməsi  ilə  həm  əhalinin  bu  sahə  haqqında  təsəvvürlərinin 

genişlənməsi, həm də sığorta yığımlarının artması gözlənilir. 

Yenə  də  nəzər  salsaq  sığortanın  inkişafı  üçün  sığorta  şirkətlərindən  daha  çox  dövlət  müəyyən 

tədbirlər  həyata  keçirir,  lakin  effektiv  nəticə  üçün  sığorta  şirkətləri  də  bazarı  araşdırmalı  və  əhalinin 

marağını və inamını qazanmaq üçün tədbirlər həyata keçirməlidirlər.  

 


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin