THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
290
26-27 October 2018, Baku, Azerbaijan
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunları və HP-nın Daxili Nizamnaməsi
təşkil edir.
A.R.-nın Hesablama Palatası haqqında qanununa əsasən palata dövlət büdcəsinin və büdcədən-
kənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy verir, gəlir və xərc maddələrinin həcmi,
strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir, dövlət büdcəsinin icrası barədə illik
hesabata və müvafiq qanun layihələrinə rəy verir, dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq
olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşma-
ların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər
hazırlayır və Milli Məclisə təqdim edir, dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakı-
nın idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən
əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət
büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata
keçirir, həmçinin nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan
hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti
orqanına və ya Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir[3, maddə 2,2-1].
Göründüyü kimi, Palata əsas etibari ilə dövlət maliyyə nəzarəti ilə əlaqədar olaraq ekspert-analitik
fəaliyyət (maliyyə-büdcə təhlili), maliyyə və uyğunluq auditini həyata keçirir. Əfsuslar olsun ki, HP
tərəfindən səmərəlilik auditi (pilot səviyyədə icrası planlaşdırlılır) və daxili audit həyata keçirilmir.
AAİ-nin fəaliyyətinin aşkarlıq və ədalətliyini təmin etmək məqsədi ilə Lima Bəyannaməsinin 16-
cı maddəsinin (Parlament və ictimaiyyət qarşısında hesabat) AAİ fəaliyyəti haqqında hər il və
müstəqil qaydada parlament və ya digər səlahiyyətli dövlət orqanına hesabat verməli və bu hesabatın
dərc edilməsini təmin etməlidir. HP-nın rəsmi internet saytında (www.sai.gov.az) 2007-ci ildən
etibarən fəaliyyət hesabatları yerləşdirilir. Hesabatlarda palatanın fəaliyyəti barədə ümumimi məlumat,
audit nəzarət təbirləri üzrə, ekspert-analitik fəaliyyət üzrə və palatanın fəaliyyətinin təşkili üzrə
məlumatlar qeyd olunur. Palatanın son beş ildəki fəaliyyət göstəricilərinə nəzər salaq.
Cədvəl. Hesablama Palatasının bəzi fəaliyyət göstəriciləri
S/s
Göstərici
İllər
2013
2014
2015
2016
2017
1
HP tərəfindən görülmüş tədbirlər
o cümlədən:
75
82
82
77
60
Audit
75
80
81
65
50
Analitik təhlil
0
2
1
12
10
2
Audit olunmuş vəsaitin həcmi
(mlyn, AZN)
-
-
4177,8
5606.5
2518,07
3
Bərpa edilmiş vəsaitin həcmi (min,
AZN)
o cümlədən:
4751,4
8746,4
10512,7
11538,4
18039,1
Dövlət büdcəsinə
4555.3
8683.9
10286.7
11256.4
16918.2
DSMF büdcəsinə
196.1
62.5
226
282.0
1120.9
4
Qurum sayı
-
126
175
155
135
5
Müəyyənləşdirilmiş nöqsanlar
-
-
-
825
689
Mənbə: Hesablama Palatasının müxtəlif illərdə fəaliyyəti haqqında hesabatları əsasında tərtib olunmuşdur.
Palatanın fəaliyyətinin təhlilindən öncə hesabatlığının inkişafı barədə danışmalıyıq. Cədvəlin
strukturundan da aydın olduğu kimi, illər üzrə palatanın ictimaiyyətə çatdırdığı informasiyanın
keyfiyyəti artmış, daha dolğun və ətraflı məlumatlar qeyd olunmuşdur. Cədvələ əsasən deyə bilərik ki,
2015-ci il HP-nın fəaliyyətinin ən gərgin dövrü olmuşdur. Həmin ildə 175 qurum üzrə 81 audit-nəzarət
tədbiri həyata keçirilmişdir ki, bu da 2014-cü illə müqayisədə müvafiq olaraq 38,8% və 1,25%
artmışdır. 2016-cı ildə audit olunan vəsaitin həcmi 2015-ci ilə görə 34,1% artmışdır. Bərpa olunan
vəsait həcmi isə 2017-ci ildə maksimum səviyyəyə çataraq 18039,1 min AZN olmuşdur.
AAİ-nin fəaliyyətinin effektivliyi aşağıdakı göstəricilərin nisbəti şəklində də qiymətləndirilə bilər:
Təsir əmsalı audit olunan 100AZN-in neçəsinin bərpa olunduğunu göstərir. Bu əmsal bərpa edil-
miş pul vəsaiti həcminin nəzarət tədbirləri ilə əhatə olunmuş pul vəsaitinə nisbəti şəklində hesablanır.
Miqyas əmsalı AAİ-nin dövlət büdcəsinin necə faizinə nəzarət etdiyini göstərir və audit
olunmuş pul vəsaitinin dövlət büdcəsinin ümumi həcminə nisbəti şəklində hesablanır [4].
Yuxada qeyd olunan iki əmsal əsasında A.R. HP-nın effektivlik nəticələrinə diqqət yetirək.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
291
26-27 October 2018, Baku, Azerbaijan
S/s
Göstərici
İllər
2015
2016
2017
1
Audit olunmuş vəsaitin həcmi (mlyn, AZN)
4177,8
5606,5
2518,07
2
Bərpa edilmiş vəsaitin həcmi (mlyn, AZN)
10,5127
11,5384
18,0391
3
Dövlət büdcəsinin gəlirləri (mlyn, AZN)
17498,0
17505,7
16516,7
Əmsallar
1
Təsir Əmsalı (2/1)
0,003
0,002
0,007
2
Miqyas Əmsalı (1/3)
0,24
0,32
0,15
Sxem. Hesablama Palatasının fəaliyyət effektivliyinin əmsal təhlili nəticələri
2013, 2014-cü illərdə audit olunmuş vəsaitin həcmi barədə məlumatın olmaması səbəbindən
əmsal təhlili son üç ili əhatə etməkdədir. Müşahidə edildiyi kimi, bərpa olunmuş vəsaitin həcmindəki
ardıcıl artım səbəbi ilə təsir əmsalı 2017-ci ildə ən yüksək həddə çatmışdır. Əmsal göstəricisinin aşağı
qiymət alması müsbət bir hal kimi qəbul edildiyini nəzərə alsaq, bu eyni zamanda maliyyə-büdcə
intizamının pozulmaması mənasını da daşıyır. Təsir əmsalının 0,007 göstəricisinin interpretasiyası
yoxlanılan hər 1 milyon AZN-in 7000 AZN-i dövlət büdcəsinə qaytarıldığı anlamını daşıyır.
Miqyas əmsalının interpretasiyasına gəldikdə isə HP-nın ən yaxşı halda dövlət büdcəsinin 32%-
nə yoxlama-nəzarət tədbirlərini həyata keçirdiyini anlaşılır. Fikrimizə, 2017-ci ildə “Büdcə sistemi
haqqında” Azərbaycan Respublikası qanununa edilmiş əlavə və dəyişikliklərdən sonra HP-nın miqyas
əmsalı göstəricinin artacağına ümid etmək olar. Maraq doğuran bir məqam kimi qeyd etmək istərdim
ki, Palatanın büdcədənkənar dövlət fondlarında audit tədbirlərini həyata keçirmək hüquqi olsa da,
Dövlət Neft Fonunun auditini həyata keçirməmiş.
AAİ-nin fəaliyyətinin qiymətləndirilməsinin növbəti bir aləti Açıq Büdcə İndeksidir. Qlobal
miqyasda büdcə məsələlərini əhatə edən əsas tədqiqat aləti olan Açıq Büdcə İndeksi (ABİ) xüsusi
sorğu vasitəsilə ölkələrin büdcə prosesinin şəffaflığını və əsas büdcə sənədlərinin əlçatanlığını ümumi
şəkildə ölçməyə və digərləri ilə müqayisə etməyə imkan verən indeksdir. Bu indeks bütün dünyada
büdcə şəffaflığının və hesabatlığının bütün dünyada tam müstəqil ekspertlər tərəfindən
qiymətləndirildiyi yeganə müqayisəli və müntəzəm indeksdir. İndeks hesablanarkən Açıq Büdcə
Sorğusunun sualları əsas götürülür[5,5].
ABİ 3 əsas kateqoriya üzrə qiymətləndirilir ki, burada aşağıdakılar aiddir:
büdcə proseslərinin (büdcə layihəsinin hazırlanması, təsdiqi, icrası) şəffaflığı,
büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığının təmini,
büdcə-maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətinin səmərəliliyi.
Qeyd etmək gərəkdir ki, ABİ beş hesabat sənədinin — Beynəlxalq Valyuta Fondunun “Fiskal
Şəffaflığın Məcəlləsi”, Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, “INTOSAI-ın 1
saylı standartı — Lima Bəyannaməsi”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal şəffaflıq
üzrə Təcrübələr” sənədi və “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüsü” əsasında tərtib edilir [6].
AAİ-nın fəaliyyəti büdcə-maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətinin səmərəliliyi
kateqoriyası üzrə aparılır. Burada iki punkt – qanunverici orqanın fəaliyyəti və audit əsasında müvafiq
olaraq parlament və HP qiymətləndirilir. 2017-ci ildə qanunverici orqanin fəaliyyəti – büdcənin təsdiqi
üzrə mümkün 100 baldan 52 balla, icrası üzrə isə mümkün 100 baldan 53 balla qiymətləndirilmişdir.
ABİ-nə görə mövcud bal büdcə dövrünün planlaşdırılmasında və büdcənin icrasında qanunverici
orqanın məhdud nəzarəti malik olduğunu əks etdirir. HP fəaliyyətinin qiymətləndirilməsində isə daha
yüksək rəqəmin şahidi oluruq. Belə ki, HP-nın fəaliyyəti 100 baldan 83 balla qiymətləndirilərək,
adekvat hesab olunmuşdur. ABİ eyni zamanda büdcəyə nəzarətin təkmilləşdirilməsi üçün audit
proseslərinin müstəqil bir təşkilat tərəfindən nəzərdən keçirilməsini təmin etməyi və müstəqil bir
maliyyə qurumunun yaradılmasını məsləhət görür [7].
HP-nın ABİ mövqeyi üzrə xarici ölkələrin AAİ-ləri ilə qarşılıqlı müqayisəsinə qrafikdə nəzər
salaq.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
292
26-27 October 2018, Baku, Azerbaijan
Qrafik. AAİ üzrə Açıq Büdcə İndeksi reytinqi
Qrafikdən də müşahidə edildiyi kimi Azərbaycan (HP) 2017-ci ildə ən yüksək nəticəni əldə
edib. MDB ölkələrində büdcə şəffaflığı, eləcə də AAİ fəaliyyətinin təsirliyi baxımından ən mütərəqqi
ölkə Gürcüstandır. 2017-ci ildə Gürcüstanın ABİ göstəricisi 82, AAİ-nin fəaliyyəti isə 89 balla
qiymətləndirilib. Gürcüstan AAİ-nin digər bir üstünlüyü isə qurum tərəfindən daxili audit aparma
hüququdur. Müqayisə üçün bildirməliyik ki, Gürcüstan və Ukrayna AAİ orqanları istisna olmaqla
digər bütün ölkə AAİ-ləri büdcədənkənar fondlara nəzarət tədbirlərini həyata keçirirlər. Azərbaycan
AAİ istisna olmaqla digər bütün AAİ orqanlarının səmərəlilik auditi aparma səlahiyyətlərinin olması
onların daha yüksək nəticə qazanmasına səbəb olmuşdur.
Zənnimcə, HP-nın fəaliyyətinin effektivliyinin artırılması üçün risk əsaslı maliyyə auditi,
səmərəlilik auditi və daxili audit tədbirlərinin aparılması, mandatının genişləndirilməsi və
strukturunun inkişafı labüd tədbirlərdir. Bundan əlavə, palatanın iş planın hazırlanmasında
müstəqilliyinin təmin edilməsi və iş planını hazırlayarkən yalnız dövlət orqanlarının sorğuları yox,
vətəndaşların sorğu və təkliflərinin nəzərə alınması da olduqca mühüm məsələlərdir. HP-ya istintaq və
hökm səlahiyyətlərinin verilməsi, yəni “Napoleonic” sistemin “hesablama məhkəməsi” şəklində təşkili
də, A.R.-da ali auditin çevik və şəffaf şəkildə həyata keçirilməsini daha da sürətləndirmiş olar.
ƏDƏBIYYAT SIYAHISI:
1.
S.Özekiçioğlu. Yüksek denetimin tarihsel geçmişi veavrupa birliği’nde yüksek denetim//İktisat Politikası Araştırmaları
Dergisi, 2018, №5, s.73-86
2.
Ö.Köse. Dünyada ve Türkiye’de Yüksek Denetim. Ankara: Sayıştay Başkanlığı, 2007, 303
3.
www.e-qanun.az
- “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasinin qanunu.
4.
The Performance Impact of the Supreme Audit Institutions on National Budgets. Great Britain and Romania Case
Comparative Study // Procedia Economics and Finance , 2015, №27, s. 621 – 628
5.
K.Aslanlı. Açıq Büdcə Indeksi: Beynəlxalq büdcə təcrübəsi və Azərbaycan. Bakı: Qanun nəşrlər evi, 2014, s.155
6.
https://www.internationalbudget.org/open-budget-survey/methodology/
7.
https://www.internationalbudget.org/open-budget-survey/results-by-country/country-info/?country=az#oversight
0
10
20
30
40
50
60
70
80
90
100
Azərbaycan
Gürcüstan
Qırğızıstan
Qazaxıstan
Ukrayna
2010
2012
2015
2017
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
293
26-27 October 2018, Baku, Azerbaijan
FÖVQƏLADƏ HALLAR ZAMANI DƏYƏN İQTİSADİ ZİYANIN
BÖLÜŞDÜRÜLMƏSİ ÜÇÜN SIĞORTA MEXANİZMİNİN QURULMASI
Rəşad Şöhrət oğlu Məmmədli
Fövqəladə Hallar Nazirliyinin Akademiyası
r_mammadli@list.ru
XÜLASƏ
Elm və texnikanın son dövrlərdəki sürətli inkişafına, nəzərəçarpacaq nailiyyətlər əldə olunmasına baxma-
yaraq təbii və texnogen xarakterli fövqəladə hallar çoxsaylı insan tələfatına və dağıntılara səbəb olur, iqtisadiy-
yata böyük zərbə vurur. Fövqəladə hadisənin baş verməsi təhlükəsi hər an mövcuddur.Məqalədə risklərin idarə
olunması imkanları, zərər riskinin qarşılanması mexanizmi əks olunmuş, sığortanın mahiyyəti, faydaları və
istifadə mexanizmi təhlil edilmişdir.
Açar sözlər: Ekvivalentlik prinsipi, qeyri-həyat sığortası, təsadüflük prinsipi, sığorta eksperti
ABSTACT
The rapid development of science and technology in the last period, significant successes have been
achieved despite numerous casualties and destruction caused great damage to the economy is, and emergency
situations of natural and man-made. There is always the threat of an extraordinary incident. In the article, the risk
of loss reflected the mechanism of insurance benefits and use of the mechanisms of analysis, risk management
capabilities, the essence of the meeting.
Key words: equivalence principle, peradventure, non-life insurance, insurance expert
Giriş
Bəşər tarixi yaradılandan bəri təbiətlə cəmiyyət arasında daima ziddiyyətlər baş vermişdir. Bu
isə təbiət cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gəlir. Həmin ziddiyyətlərinin mövcud olma
formalarından biri də təbii fəlakətlər, müxtəlif fövqəladə hadisələrdir. Praktik olaraq planetimizin
müxtəlif guşələrində hər an fövqəladə hadisələr yaranır və onların sayı ildən ilə durmadan artır. Bu isə
o deməkdir ki, fövqəladə hallar nəticəsində qurbanların, yaralananların da sayı, vurulan maddi
ziyanların miqyası da daima artmaqdadır. Belə maddi ziyanlar əvvəlcədən nəzərə alınmamış xərclər
olduğundan, miqyasından asılı olaraq bəzən iqtisadiyyatda ciddi qalxıb - enmələrə səbəb ola bilir ki,
bu iqtisadi subyektlər üçün risk deməkdir. Əlbəttə, onların da qarşısını almaq bir subyektin vəsaiti
hesabına mümkün deyildir. Ona görə də bəşəriyyət həmişə öz mənafelərinin müdafiəsinin daha da
səmərəli üsulu kimi risklərin sığortalanmasına səy göstərir [1].
Sığorta ictimai istehsalın ən vacib və ən qədim elementlərindən biridir. O əsasən iqtisadiyyatda
meydana gələn maddi itkilərin əvəzin ödənilməsi ilə ilə əlaqədardır. Sığorta cəmiyyətin ictimai – iqti-
sadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin maddi rifahının və sahibkarlıq riskinin zəmanət-
çisi kimi çıxış edir, gözlənilməz və fövqəladə hadisələr zamanı əmlak mənafelərinin qorunmasına,
dövlət maliyyə sisteminin möhkəmləndirilməsinə təsir göstərir. O nəinki sığorta hadisələri zamanı
büdcəni dəyən zərərlərin ödənilməsindən azad edir, hətta uzunmüddətli investisiyaların mənbəyinə
çevrilir. Bu baxımdan İEO –də sığorta inkişaf edərək cəmiyyətin əsas elementinə çevrilmişdir. Res-
publikamızda da sığorta münasibətləri yaranmış və özünün inkişaf mərhələsindədir, amma bəzi səbəb-
lərdən hələlik istənilən səviyyəyə çatmamışdır. Sığorta şirkətlərimiz 40 –dan çox icbari və könüllü
sığorta növlərini təklif edirlər. Lakin bu hələ də kifayət deyil.
Sığorta ictimai istehsalın müdafiəsi məqsədini daşıyır. Adətən zərər görmüş şəxslərin sayı sığorta
edilənlərin ümumi sayından az olur. Sığorta edən nə qədər böyük ərazini əhatə edirsə, ödənilən vəsaitin
bölüşdürülməsi bir o qədər səmərəli olur, yəni minimal haqq ödənilməklə maksimal ziyan qarşılana bilir [4].
Sığortalamanın əsas şərtləri aşağıdakılardır:
- eyni riskə məruz qalan müəyyən sayda təsərrüfat vahidləri, yaxud şəxslərin mövcud olması;
- sığorta ödənişinin yalnız sığorta hadisəsi baş verdikdə ödənilməsi;
- yalnız qiymətləndirilməsi razılaşdırılmış müəyyən risk ziyanının sığortalanması.
Sığorta fəaliyyəti ekvivalentlik və təsadüflük prinsipinə əsaslanır. Ekvivalentlik prinsipi sığorta
şirkətinin qazancları ilə xərcləri arasında tarazlıq yaradılması tələbini ifadə edir. Sığorta şirkətinin
müflisləşməməsi üçün onun xərcləri qazancından artıq olmamalıdır. Sığortalanan hadisə təsadüfi və
gözlənilməz xarakter daşımalıdır, yəni bilinməməlidir ki, sığorta hadisəsi nə zaman baş verəcək,
yaxud, ümumiyyətlə, baş verəcəkmi? Düşünülmüş şəkildə edilən hərəkət sığortalanmır.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
294
26-27 October 2018, Baku, Azerbaijan
Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 696-IG saylı “Sığorta haqqında” Qanu-
nuna görə, sığorta sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.
Bu qanun sığortanın iki növünü – həyat və qeyri-həyat növlərini nəzərdə tutur. Həyat sığortasısığorta-
lının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə,və ya qismən itiril-
məsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə, və ya sığorta
hadisəsi baş verdikdə sığorta məbləğisığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə
sığortalıya qaytarılır [2].
Qeyri-həyat sığortası sığorta hadisəsi baş verdiyi zaman, sığortalıya vurulan zərər ödənilməklə,
onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır.Sığorta fəaliyyəti göstərilməsi
üçün qanunvericiliklə bəzi məhdudiyyətlər nəzərdə tutulur.
Sığorta riski ehtimal olunan elə təsadüf əlamətlərinə malik hadisədir ki, onun baş verməsinə
qarşı sığorta aparılır. Sığorta hadisəsi, qanuna, və ya sığorta müqaviləsinə görə, sığorta ödənişinin sı-
ğortalıya, və ya üçüncü şəxslərə ödənilməsi üçün əsasdır.
Sığorta müqaviləsinə, və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığorta-
çının öhdəliklərinin son həddi olan pul məbləği, başqa sözlə, sığorta ödənişi — sığorta hadisəsi baş
verdikdə sığortalının əmlakına, və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul, və
ya natura şəklində ödənilən vəsait sığorta məbləğidir.
Sığortalı ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin
müqavilənin əsas məzmununu əks etdirən sənəd sığorta şəhadətnaməsi adlanır. Müvafiq icra hakimiy-
yəti orqanı, sığortaçılar, sığorta brokerləri, agentləri və ekspertləri sığorta sistemini əmələ gətirir [3].
İqtisadi tənzimləməni təmin edən başlıca faktorlardan biri ölkənin iqtisadi vəziyyətini, əhali
gəlirlərini, sığorta şirkətlərinin maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə malik olmasını və s. əhatə
edir. Qeyd edək ki, sığorta bazasının inkişafı iqtisadiyyatın digər sahələrinin inkişafından bilavasitə
asılıdır. Təbii ki, istehsal münasibətlərinin, əhalinin ümumi rifahının inkişafı sığortaçıya tələb doğurur
və tələbin təmin edilməsi sığorta münasibətlərinin inkişafını təmin edir. Belə ki, əhalinin əldə etdiyi
gəlir onun maddi və sosial ehtiyaclarını tam ödəyirsə, əhali özünün sosial müdafiəsinə əlavə təminat
yaratmaq məqsədilə sığorta müqaviləsi yaratmağa üstünlük verəcəkdir. Bundan başqa müxtəlif iqtisadi
alətlər vasitəsilə bu prosesi stimullaşdırmaq olar. Məsələn, vergi məcəlləsində dəyişiklik etməklə
yaxın bir neçə il müddətində ödənilən sığorta haqlarını gəlirdən çıxılan xərclərə aid etmək bu prosesin
sürətlənməsinə imkan yaradır [5,6].
Sosial – psixoloji istiqamətdə müxtəlif maarifləndirici, reklam çarxları, və s. vasitələrlə bu
prosesi təşviq etmək və cəmiyyətin şüuruna sığorta mədəniyyətini düzgün çatdırmaqdır. Çox təəssüf
ki, müstəqilliyimizin ilk illərində bəzi sığorta şirkətlərinin etinasız və aldadıcı əməlləri cəmiyyətdə
sığorta barəsində bu günə qədər davam edən mənfi rəy yaratmışdır. Əhalinin maarifləndirilməsi
istiqamətində məqsədyönlü işlər görülməlidir. Bu bilavasitə sığorta şirkətlərinin mənafeyinə uyğundur
və bu işi məhz onlar etməlidirlər. Rusiyanın sığorta şirkətləri bu sahədə xeyli işlər görürlər. Məsələn,
ölkənin telekanallarında sığorta maarifləndirilməsi xarakterli verilişləri maliyyələşdirilir və əhali üçün
pulsuz kurslar təşkil edilir [7].
Yuxarıda qeyd etdiyimiz kimi, təkmil nəzarət mexanizmi, müxtəlif iqtisadi güzəştlər, sosial –
psixoloji tədbirlər tətbiq etməklə bu prosesin insanların təfəkkürünə düzgün çatdırılmasına və
gələcəkdə baş verə biləcək hər hansı fövqəladə hallara cəmiyyətin hazır olmasına nail olmaq olar.
Dostları ilə paylaş: |