THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
194
26-27 October 2018, Baku, Azerbaijan
hansı məhsullara tələbat olduğu barədə məlumat əldə etmək mümkündür. Bu isə, sahibkara istehsala
başlamazdan öncə məhsul seçim etməkdə və həmin məhsula hansı iqtisadiyyatlarda daha çox tələb
olması barədə məlumatlar toplanmasında və gələcək ixrac proseslərini daha peşəkar şəkildə
tənzimlənməsində böyük dəstək olur.
2018-ci ilin birinci rübündən başlayaraq
www.azexport.az
portalının operatoru olduğu
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan
sahibkarlarına Sərbəst Satış Sertifikatının verilməsinə start verib. Beynəlxalq ticarətdə yeni tətbiq
olunan Sərbəst Satış Sertifikatı bir çox ölkələrdə məcburi xarakter daşıyır. Sertifikatı insan orqanizmi
ilə təmasda olan qida, tekstil, kosmetika, tibbi cihazlar gigiyenik vasitələr və s. məhsulların
dövriyyəsində təhlükəsizliyin təmin edilməsi üçün tətbiq edilir. Artıq ölkədə iri qida və kosmetika
vasitələri istehsalçısı olan müxtəlif şirkətlər tərəfindən 200-dən artıq sertifikat əldə olunub (3).
Sertifikatların əldə olunması Filippin, İndoneziya, Dominikan, Çin, Yaponiya, Birləşmiş Ərəb
Əmirliyi kimi Okeaniya və Körfəz ölkələri ərazilərinə məhsul ixracını asanlaşdırıb. Bu isə “Made in
Azerbaijan ” brendi adı altında istehsal olunan məhsulların
www.azexport.az
portalı vasitəsi ilə
ənənəvi bazarlarla yanaşı yeni bazarlara da çıxış imkanları yaradıb.
Ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan ən son
nailiyyətlərdən və nəqliyyat-loqistika imkanlarından səmərəli istifadə etməklə, biznes və investisiya
mühitinin əlverişliliyinin artırılması, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da
yaxşılaşdırılması, ixrac potensialının yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron
ticarətin əhatə dairəsinin genişləndirilməsi istiqamətində çoxşaxəli işlər görülməkdədir. Azərbaycan
Respublikası Prezidentinin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin
gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”
Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağının üstünlüyü ondan ibarətdir ki, Azərbaycan biznesin
tətbiqi məqsədilə digər ölkələrin vətəndaşları üçün rəqəmsal mobil və elektron e- və m-Rezident
layihəsini tətbiq edən ilk ölkə hesab edilir. Həmçinin Azərbaycan sahibkarları xarici biznes
tərəfdaşları arasında sənədlərin real vaxt rejimində elektron formada tərtibinə və imzalanmasına imkan
verir. Rəqəmsal Ticarət Qovşağı vasitəsi ilə sahibkarlar ixrac edəcəyi məhsullara “Online Vahid İxrac
Ərizəsi”* əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərini əldə edə bilirlər.
Rəqəmsal Ticarət Qovşağı daxilində elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi
məbləğinin alınmasını xidmətləri də təqdim olunmuşdur. İxrac üçün tələb olunan sənədlərin “Online
Vahid İxrac Ərizəsi” vasitəsi ilə alınması prosedurlarının icrasında məmur-sahibkar təmasını
minimuma endirərək, sənədlərin icra müddətini bir neçə dəfə azaldır. Dünyada ilk olaraq
Azərbaycanda təqdim olunan xidmət sahibkarlara yalnız bir “online ərizə” ilə müraciət edərək sərbəst
satış sertifikatı, beynəlxalq baytarlıq sertifikatı, fitosanitar sertifikat, keyfiyyət sertifikatı, mənşə
sertifikatı, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabani flora növlərinin ixracı üçün icazə,
mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın
(kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini
məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsi kimi sənədləri əldə etmək imkanı
təqdim edir.
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin 3.1.1-ci “İnvestisiya
məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrasına
əsaslanaraq
www.enterpriseazerbaijan.com
portalı istifadəyə verilmişdir (8). Mütəmadi olaraq yeni
məlumatlar əlavə olunan portal, istifadəyə rahat, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq
Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə
məlumat bankıdır. Hazırda dünyada gəlir gətirmək üçün potensial layihələrə yatırım etmə axtarışında
olan trilyonlarla dollar sərbəst maliyyə vəsaiti var. Xarici investorlar tərəfindən bu vəsaitlərin
iqtisadiyyatımıza investisiya olunması üçün Azərbaycanda münbit şərait yaradılmış və daim dövlət
dəstəyi göstərilmişdir. İndiyədək iqtisadiyyatımıza cəlb olunmuş 125 milyard ABŞ dollarından artıq
xarici sərmayədə heç bir ciddi problem yaşanmaması bunu deməyimizə imkan verir (9).
Aparılan kompleks tədbirlər nəticəsi olaraq ölkədə informasiya-komunikasiya texnologiyaları-
nın tətbiq olunması ilə beynəlxalq elektron ticarətin irəliləməsində uğurlar əldə olunmuş və bunun
fonunda da strateji yol xəritələrində əsas hədəflərdən olan iqtisadiyyatın diverfikasiyası, sahibkarlığın
inkişafı, ixracyönümlü yeni məhsulların istehsalı, kənd təsərrüfatı məhsullarının dərin emalı kimi
mühüm məqsədlərə nail olunmuşdur.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
195
26-27 October 2018, Baku, Azerbaijan
Azərbaycanda beynəlxalq elektron ticarətin problemləri
Müasir bazar iqtisadiyyatı şəraitində beynəlxalq elektron ticarət geniş imkanlar qazanıb. Dünya
üzrə statistik nəticələrə nəzər yetirdikdə, elektron ticarətin istər lokal bazarlarda istərsə də beynəlxalq
bazarlarda sürətlə genişləndiyini müşahidə edə bilərik. Hazırda satıcıdan - alıcıya bir başa
dövriyyələrin həcmi 1,3 trilyon ABŞ dolları, şirkətlər arası satış dövriyyə isə 15 trilyon ABŞ dollar
təşkil edir (10). Aparılan təhlillərin nəticəsi olaraq 2018- ci il üzrə inkişaf etməkdə olan ölkələrin
ümumi ticarət dövriyyəsinin 40%-nı elektron ticarət təşkil edəcəyi bildirilir. Son illər ölkədə elektron
ticarət sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq yüksək artım dinamikası müşahidə
olunmaqdadır. Belə ki, 2016-cı ildə Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsi 25 milyon
613 min manat, 2017-ci ildə isə 46 milyon 227 min manat olub (11). Hazırda BMT-nin Ticarət və
İnkişaf Konfransının (UNCTAD) B2C elektron kommersiya indeksində Azərbaycan 144 ölkə arasında
68-ci yerdə qərarlaşıb (12). Müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə
ixracyönümlü müəssisənin iqtisadi fəaliyyəti daha məhsuldar və sərfəli hala gəlir, lakin ölkəmizdə
beynəlxalq elektron ticarətin imkanları kifayət qədər geniş tətbiq olunmur. Bu əsasən aşağıda
sadalanan problemlərdən qaynaqlanır.
Loqistika problemləri. Ölkəmizin coğrafi yerləşmə mövqeyi tarix boyu beynəlxalq nəqliyyat
infrastrukturunun inkişafında mühim rol oynamışdır. Əhəmiyyətli ticarət yolları ilə əhatə olunan
marşrutlar üzrə Rusiya-Hindistan, İran-Qara Dəniz, Mərkəzi Asiya-Qara Dəniz, Çin-Avropa, Mərkəzi
Asiya-Avropa, İran-Rusiya ticarət əlaqələrinin inkişafı üçün regionun əsas xətlərindəndir. Ölkəmizdə
hava nəqliyyatının inkişafı sahəsində də bir çox mühim işlər görülməkdədir. Hazırda Azərbaycan
Hava Yolları tərəfindən 25-dək istiqamətdə müntəzəm yük daşımaları həyata keçirilməkdədir (13).
Beynəlxalq elektron ticarətin bir qismini “satıcıdan – alıcıya” prinsipi ilə həyata keçirildiyini nəzərə
alsaq loqistikada avia xidmətlərin rolu böyük olduğunu deyə bilərik. Belə ki, beynəlxalq elektron
ticarət portalları vasitəsi ilə daxil olan kiçik həçmli sifarişlərin çatdırılması əsasən ölkəmizdə fəaliyyət
göstərən yerli və xarici poçt daşınması xidmətləri təqdim edən şirkətlər tərəfindən həyatə keçirilir.
Hazırda Bakıdan Rusiyanın Moskva şəhərinə 1 kq qədər çəkisi olan bağlamanın DHL şirkəti
tərəfindən çatdırılması 134 AZN, 200 qrama qədər olan sənədlərin çatdırılması isə 98 AZN təşkil edir
(14). Bakıdan Rusiyanın Moskva şəhərinə 1 kq qədər çəkisi olan bağlamanın EMS şirkəti tərəfindən
çatdırılması 61 AZN, 500 qrama qədər olan sənədlərin çatdırılması isə 47 AZN təşkil edir (15).
Halbuki xaricdən ölkəyə daşınma xərcləri 1 kq üçün 5-7 AZN arası dəyişməkdədir. Eyni zamanda
Bakıdan dünyanın müxtəlif istiqamətlərinə Azərbaycan Hava Yolları tərəfindən həyata keçirilən yük
daşımaları üzrə tariflərə nəzər yetirdikdə, uçuş məsafəsindən asılı olaraq 1 kq üzrə qiymətlər 5-7 AZN
arası dəyişdiyini müşahidə edirik. (13) Aparılan araşdırmalar onu deməyə imkan verir ki, ölkədə
fəaliyyət göstərən yerli və xarici poçt daşıma xidmətləri Azərbaycan Hava Yollarının təqdim etdiyi
yük yerlərini aşağı tariflərlə icarəyə götürərək, xidmətdən istifadə edən vətəndaşlara dəfələrlə yüksək
qiymətə təqdim edir. Beynəlxalq daşımalarda bu kimi faktların mövcudluğu elektron ticarətin
inkişafına əngəl törədən real faktorlardan biridir.
Lokallaşma və dil baryeri problemləri. Elektron ticarət platformalarının tətbiqi daha az
maliyyə və zaman resursu sərf edərək, xarici bazarlarda yeni potensial müştərilərə çatmağa imkan
yaradır. Lakin, yeni bazarlara xitam etmək heç də hər zaman asan olmur. Bir çox istehsalçılar
məhsulların lokallaşdırılmasında mühim problemlərlə qarşılaşırlar. Düzgün seçilməyən brend adını
buna misal çəkmək olar. Məsələn, aparıcı avtomobil istehsalçılarından olan Toyota, Hyundai və s.,
kimi məhşur brendlər bazara daxil olmazdan öncə ixrac edəcəkləri məhsulun həmin ölkənin dilində
hansı məna kəsb etməsini araşdıraraq ona uyğun ad seçimi edir. Elə təsadüfi deyil ki, eyni avtomobil
markasının adları qonşu olan iki ölkədə fərqli ola bilir. Azərbaycan sahibkarlarının xarici bazarlarda
elektron ticarət platformaları vasitəsi ilə təmsil olunmada başlıca problemlərdən dil bariyerini qeyd
edə bilərik. Beynəlxalq elektron ticarət platformalarına inteqrasiya olunduqda, istehsalçı öz məhsulu
barədə ən azı ingilis və rus dillərində olmaqla, geniş məlumat təqdim etməlidir. Əsasən bölgələrdə
yeləşən sahibkarlıq subyektlərində kadrların dil bilikləri beynəlxalq elektron ticarət platformalarına
istehsal olunan məhsullar barədə xarici dillərdə məlumatların yerləşdirilməsinə və işgüzar
yazışmaların aparılmasına kifayət edəcək qədər olmur. Bu isə praktikadan da göründüyü kimi külli
miqdarda ixrac sifarişlərinin dil baryeri səbəbindən reallaşmaması ilə nəticələnir.
Fotoşəkil seçimi. Yeni bazarlarda beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə uğur
əldə etmək üçün yalnız yüksək keyfiyyətli məhsul və ya xidmət təklif etmək kifayət etmir.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
196
26-27 October 2018, Baku, Azerbaijan
Sadalananlarla yanaşı xidmət və ya məhsulun fotoşəkili yerli əhalinin dilinə, dininə və s., faktorlara
uyğunlaşdırılmalıdır. Məhsulun fotoşəkili potensial alıcının diqqətini cəlb edən və satıcı barədə ilk
fikir formalaşdıran amildir. Araşdırmalar onu göstərir ki, sahibkarlar beynəlxalq elektron ticarət
platformalarına əlavə olunan məhsulların fotoşəkillərinin keyfiyyətli olmasına diqqət etmirlər, bu isə
eyni səhifədə yanaşı yayımlanan məhsulla rəqabətdə məğlub olaraq potensial alıcıların itirilməsinə
səbəb olur.
Nəticə və təkliflər
Azərbaycan
Respublikasında informasiya–kommunikasiya texnologiyalarının müxtəlif
sahələrdə uğurla tətbiq edilərək inkişaf etdirilməsi- ölkənin ümumdünya elektron məkanına daha
sürətli inteqrasiyası və elektron hökumət, beynəlxalq elektron ticarət kimi sosial və iqtisadi fəaliyyətin
yeni formalarının təşəkkül tapmasına yol acmışdır. Milli Strategiyada (16) hədəf qoyulan
məqsədlərdən də bəlli olduğu kimi, bu sahənin inkişafı dövlətin xüsusi diqqətindədir. Bütün bunlara
baxmayaraq sahənin davamlı inkişafında sahibkarlıq subyektlərinin rolu böyükdür. Belə ki, yaradılan
münbit şərait sahibkarlar tərəfindən tam olaraq istifadə olunarsa daha effektiv və yüksək nəticələr əldə
olunar. Elektron ticarətin inkişafı sahibkarlığın tərəqqisinə dəstək göstərməklə yanaşı, sonda ölkəmizin
iqtisadiyyatının davamlı yüksəlişinə öz töhfəsini verəcək. Aparılan araşdırmaların yekunu olaraq
səhənin davamlı inkişafının təmin olunması üzrə təklifləri aşağıdakı kimi qruplaşdırmaq olar:
- Beynəlxalq ödəniş sistemlərinin daha da təkminləşdirilməsi. Beynəlxalq ödənişlər ixrac
prosedurlarının əsas aspektlərindəndir. Belə ki, sahibkar məhsul və ya xidmət ixracı qarşılığında
müəyyən gəlir əldə etməyi planlayır. İstehlakçılar isə hər hansısa məhsul və ya xidmətin əldə olunması
qarşılığında müəyyən ödəniş edir. Ödənişlər bank hesabı, kredit kartları, elektron pul kisəsi və ya digər
vasitələrlə aparılır. Beynəlxalq təcrübədə - “freelancer” olaraq xidmət ixracı ilə məşğul olan və ya
beynəlxalq elektron ticarət portalları vasitəsi ilə xaricdən sifariş alan səxslər ödənişlərin Paypal sistemi
vasitəsi ilə aparılmasına üstünlük verirlər. Təəssüf ki, PayPal sistemi Azərbaycandan olan
istifadəçilərə yalnız ödənişlərin aparılması imkanı yaradılmışdır (17). Hazırda PayPal sistemin vasitəsi
ilə ödənişlərin qəbul olunması prosesinin hüquqi tənzimlənməsi aparılmaqdadır. Sistemin istifadəyə
verilməsi beynəlxalq elektron ticarətin aparılması, “freelancer” sahəsinin inkişaf etdirilməsi və
gənclərin özünəməşğulluğunun dəstəklənməsinə müsbət təsir edəcəkdir.
- Sahibkarların beynəlxalq elektron ticarətə olan marağının artırılması. Regional
əhəmiyyətli rəqəmsal ticarət qovşağı kimi Azərbaycan Respublikasının aparıcı mövqeyini daha da
gücləndirilməsi və Azərbaycanda elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq
tələblərə uyğunlaşdırılması prosesləri daim davam etdirilməkdədir. Müntəzəm olaraq müxtəlif dövlət
qurumları tərəfindən təlimlər, seminarlar və görüşlər təşkil olunaraq sahibkarlara elektron ticarətin
uğurla aparılmasının yolları izah olunur. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı:
İnkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil edilib. 2017-ci ilin 19 Oktyabr
tarixində keçirilən tədbirdə Avropa İttifaqı, Dünya Bankı, UNDP başda olmaqla beynəlxalq təşkilatlar,
Rusiya, Estoniya, ABŞ, Polşa, İsveçrə, Əfqanıstan, Çin, Mərakeş, Ukrayna və digər ölkələrdən biznes
nümayəndələr, habelə Azərbaycanın dövlət qurumlarının və ictimai təşkilatların təmsilçiləri iştirak
ediblər. Konfransda rəqəmsal ticarət qovşaqlarının inkişafı ilə bağlı ümumi konsepsiya, bu sahədə
əməkdaşlıq, elektron imzaların tətbiqi və qarşılıqlı tanınması mövzusunda təqdimatlar olunub (18).
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci
illər üçün Milli Strategiya” - da elektron ticarətin inkişafı ilə bağlı hədəflərə əsaslanaraq “2018-ci il
sentyabrın 24-25-də Bakı Elektron Ticarət Forumu - “BEF-2018” beynəlxalq tədbir keçirilmişdir.
Elektron ticarətin inkişafına təkan verəcək forumda 300-dən artıq yerli və beynəlxalq iştirakçı
tərəfindən ziyarət qeydə alınıb. Forum çərçivəsində təşkil olunan tədbirlər sırasında tanınmış
beynəlxalq ekspertlər tərəfindən E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə xüsusi sessiya
(master-klass) təşkil olunub (19).
Təəssüf ki, ölkədə aparılan iqtisadi islahatlara və sahəyə dövlət tərəfindən göstərilən qayğı və
diqqətə baxmayaraq sahibkarlar beynəlxalq elektron ticarət platformalarının imkanlarından istifadə
etməyə yetəri qədər maraqlı deyillər. Gəlir əldə etmək məqsədi ilə investorlar əsasən tikinti, xidmət
sektorlarına və ya ticarətin ənənəvi formalarına investisiya yatırmaq barədə düşünürlər. İntellektual,
innovativ biznesə və elektron ticarətə yatırım etmək istəyinə maraq lazımı səviyyədə deyil. Əlbətt ki,
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
197
26-27 October 2018, Baku, Azerbaijan
müasir informasiya–kommunikasiya texnologiyalarına yetəri qədər investisiya olunmamasının bir çox
səbəbləri var. İnvestor ilk olaraq yatırım edəcəyi sahədən tez bir zamanda gəlir əldə etməyi
planlaşdırır. Lakin, elektron ticarət bir qədər zaman tələb edən sahədir. Buna baxmayaraq sahibkarlar
bilməlidir ki, elektron ticarətdə qaz, işıq, su kimi kommunal xərclər və ya icarə haqqı ödənişləri
yoxdur. Bütün proseslər informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə dünyanın istənilən
nöqtəsindən idarə oluna bilər. Sahəyə marağın artırılması məqsədi ilə konkret maarifləndirmə işləri
aparılmalıdır. Bu işlərin aparılmasında media və vətəndaş cəmiyyəti aktiv olmalı və dövlətə sahənin
inkişafında dəstək olmalıdır. Sahibkarlarla maarifləndirmə işləri aparmaq, video roliklər hazırlamaq,
görünən işin qrafik təsvirdən ibarət olmadığını və onun arxasında maliyyə, zaman, əqli resursların
dayandığını izah etmək lazımdır. Yalnız bundan sonra ölkədə beynəlxalq və lokal elektron ticarətin
tam tərəqqisinə nail olmaq olar.
İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYATLAR:
1.
Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi
əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına
görə məsuliyyəti müəyyən edən” Qanunu, Bakı, 10 may 2005-ci il, https://e-
qanun.az/alpidata/framework/data/10/f_10406.htm
2.
“Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı, Bakı, 21 sentyabr 2016, https://president.az/articles/21139
3.
http://iqtisadiislahat.org/expor
4.
“Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət
əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı,
Bakı, 23 fevral 2017, https://president.az/articles/22892
5.
“Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Bakı, 19 sentyabr 2018, https://president.az/articles/30044
6.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin Fərmanı, Bakı, 06 dekabr 2016, https://president.az/articles/21953
7.
https://azexport.az/
8.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” ,
https://president.az/articles/22139
9.
http://finans.az/xeber/vusal-qasimli-enterpriseazerbaijan-com-portali-azerbaycana-sermaye-celbini-daha-da-
suretlendirecek.html
10.
https://belretail.by/article/mirovoy-ryinok-ecommerce-po-itogam-goda-sostavil-trln
11.
www.stat.gov.az
12.
https://unctad.org/en/Pages/Home.aspx
13.
“Silkwayairlines”:http://www.silkwayairlines.com/index.php/az/g-lis-v-ucus/flight-schedules
14.
DHL Bakı ofisi/məlumat mərkəzi +994 12 493 47 14
15.
EMS Bakı ofisi/məlumat mərkəzi + 994 12 598 43 98
16.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün” MİLLİ STRATEGİYA 02 aprel
2014, Bakı, https://president.az/articles/11312
17.
https://www.paypal.com/us/home
18.
https://azertag.az/xeber/Azerbaycanin_Reqemsal_Ticaret_Qovsagi_ilk_beynelxalq_konfransini_kechirecek-1102318
19.
http://www.mincom.gov.az/az/view/news/393/baki-beynelxalq-elektron-ticaret-forumu-oz-ishini-yekunlashdirib
THREADS ON THE WAY OF THE MARKET EFFICIENCY
Ali N. Hasanov
Azerbaijan State University of Economics (UNEC)
Ali.h_1999@mail.ru
ABSTRACT
Nowadays, market economy has some trouble especially in the emerging countries. Poor knowledge about
the market conditions and contemporary financial systems violates market efficiency in the developing countries.
Market especially fails when something destroys a competition. Competition is a vital thing for the open market
economy. Because of this, we will discuss some reasons why the level of competition decreases and what affects to the
competitive forces. Aim of this article is to show the reasons and solutions of the market failures in the world.
Keywords: market economy, financial systems, market efficiency, competition, market failures
|