THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
157
26-27 October 2018, Baku, Azerbaijan
məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azaddır. 2014-cü il yanvarın 1-dən kənd
təsərrüfatına vergi güzəştlərinin tətbiqi 5 il daha uzadılarmışdır. Hesablamalara görə, vergi güzəştləri
nəticəsində kənd təsərrüfatında xərclərin 10%-dək azalmasına imkan yaranmışdır. Ümumilikdə isə
kənd təsərrüfatı ilə məşgul olanlar 9 növ verginin yeddisindən azaddırlar. Azərbaycanda kənd
təsərrüfatı məhsulları istehsalının planlaşdırılması, tədarükü, saxlanılması, satış şəbəkəsinin qurulması,
həmin məhsulların ixrac bazarlarına çıxarılması, bazarlarda möhkəmlənməsinin aktuallığı məsələləri
ön plana çıxır. Yaxın perspektivdə kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac
potensialının artırılması üçün Kodeks, Alimentarius və digər mütərəqqi beynəlxalq standartlar
əsasında milli standartların hazırlanması, eyni zamanda mövcud standartların təkmilləşdirilməsi,
əkinçilikdə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, hər bir iqtisadi rayonun xüsusiyyəti,
təbii və iqlim şəraiti nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşdırılması,
kənd təsərrüfatı məhsullarının istehsalı, ixracı zamanı məhsulların təhlükəsizliyinə nəzarətin
gücləndirilməsi tədbirləri isə bu sahənin məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsinə, fəal
surətdə beynəlxalq bazarlara çıxmasına kömək edən faktorlardandır. Kənd təsərrüfatı məhsullarının
marketinqinin təşkili və ixracı məsələsində ciddi uğur əldə edilməmişdir. Bunun əsas səbəbi kənd
təsərrüfatında orta və iri ölçülü müəsisələrin az olması və əsas istehsalın məhsuldarlığın az olduğu ailə
təsərrüfatları tərəfindən reallaşdırılmasındadır. Sərbəst bazar iqtisadiyyatının əsas meyarlarından biri
ölkəyə cəlb edilən kapital qoyuluşu, texnologiya və informasiya axınının məqsədyönlü şəkildə və
beynəlxalq azad rəqabət şəraitlərində stimulaşdırılan əlverişli mühitin yaradılması və bu yöndə
dövlətin apardığı məqsədyönlü siyasətdir. Bu istiqamətdə ölkənin əlverişli şəraitindən istifadə edilməli
və həyata keçirilən mexanizmlər daha da təkmilləşdirilməlidir. Eyni zamanda aqrar sahədə ixrac
potensialları və onun inkişafı istiqamətlərinin düzgün qiymətləndirilməli və xarici maliyyə
resurslarının aqrar sahənin inkişafına cəlb edilməsi üçün işlər aparılmalıdı. Azərbaycanda istehsal
edilən məhsulların rəqabət qabiliyəti aşağı olduğundan dünya bazarında çox ucuz qiymətə satılır.
Bu isə aqrar sahənin infrastrukturunun inkişaf etdirilməsini zəruri edən məqamlardandır. Aqrar
məhsullar yüksək səviyyədə çeşidlənməli, qablaşdırılmalı, beynəlxalq ticarət markaları ilə
uzlaşdırılmalı, onlar ən çox hallarda beynəlxalq sərgilərə, yarmarkalara, birjalara çıxardılmalıdır.
İstehsalın texniki və texnoloji səviyyəsi dünya standartlarına çatdırılmalıdır. Pambıq növlərinin, bostan
və tərəvəz bitkilərinin, nadir bitki və meyvə növlərinin, tütün, üzüm, barama, yun, təbii meyvə suyu və
s. kimi ixrac tutumlu məhsulların istehsalı artırılmalıdır. Eyni zamanda müştərək və xarici
müəssisələrin yaradılması, kompensasiya və məhsulun iştirakçılar arasında bölüşdürülməsi şərtləri
əsasında əməkdaşlıq, konsepsiya sazişləri əsasında əməkdaşlıq, sərbəst iqtisadi zonalar yaradılması
vacib məsələlərdəndir.
ƏDƏBIYYAT
1.
http://www.agro.gov.az/statstka-v-hesabatlar/
2.
http://www.stat.gov.az/source/agriculture/indexen.php
3.
http://www.taxes.gov.az/
4.
http://president.az/
5.
www.customs.gov.az/
6.
http://www.cabmin.gov.az
7.
http://transparency.az/alac/files/Bulleten%205.docx
8.
http://www.cbar.az/
9.
http://easc.org.by/russian/AllMeeting
10. .php?UrlMeetingId=7
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
158
26-27 October 2018, Baku, Azerbaijan
AZƏRBAYCANDA İQTİSADİ İNKİŞAFIN ƏHALİSİNİN
SOSİAL RİFAHINA TƏSİRİ
i.ü.f.d., b.m. Quliyev Vüsal Mübariz oğlu
Azərbaycan Dövlət İqtisad Univüesiteüri (UNEC)
vu5alquliyev@yandex.ru
XÜLASƏ
Məqalədə iqtisadi inkişafla sosialinkişaf arasinda qarşiliqli əlaqələr təhlil olunmuşdur. Burada nəzəri mə-
sələlərə və azərbaycanda sosial inkişafin əsas mərhələlərinə yer verilib. Statistik məlumatlardan istifadə edərək
sosial inkişafın bir sıra əsas göstəricilərinin iqtisadi inkişafdan asılılığını əks etdirən bir neçə iqtisadi-riyazi təntik-
lər qurulmuşdur.
Açar sözlər: iqtisadi inkişaf, sosial tərəqqi, “ümum rifah dövləti”, sosial rifah, yoxsulluq,
ABSTRACT
In the article the economic development of sosialinkişaf arasinda qarşiliqli links were analyzed. Here,
theoretical issues, and in Azerbaijan in the social inkişafin the main stages of the place is allocated. Statistical
information using social development of a number of basic indicators of economic development dependence,
reflecting several economic and mathematical equations.
Key words: economic development, social progress, general welfare state, social welfare, poverty.
Giriş.
Qlobal mənada ictimai inkişaf başlıca məqsədlə-bütün bəşəriyyətin rifah halının bu anlayışın
bütün təzahür formalarında artımı ilə bağlıdır [10,с.27]. Lakin, müasir iqtisadçı alimlərdən bəziləri
arasında dövlət tərəfindən sosial nemətlər paketinin formalaşmasına etiraz edənlər də az deyildir.
Məsələn ABŞ iqtisadi təhsil fondunun prezidenti (Foundation for Economic Education) Riçard
Ebelinqin nəzərincə “ümum rifah dövləti” uğrunda cəhdlər məhz bu gün azad bazarın formalaşdırıl-
ması yolunda əsas maneə kimi çıxış edir. O, qeyd edirdi: ““ümum rifah dövləti” tərəfindən bizim
iqtisadi, siyasi və mədəni həyatımıza vurulan ziyan Şərqi Avropada sosializmin nəticələri qədər o qə-
dər də nəzərə çarpan deyil, amma heç də ondan az dağıdıcı deyildir [12]. Dünya təcrübəsində rifah
dövlətə klassik nümunə kimi İsveç qəbul edilir [7].
Beynəlxalq təcrübə göstərir ki, əhalisinin sosial rifahının yüksəldilməsi üçün milli strategiyalar
işlənib hazırlanarkən inkişafın kəmiyyət və keyfiyyət aspektlərini müvəffəqiyyətlə əlaqələndirməyə
imkan verən 3 inkişaf prinsipi birinci dərəcəli amillər olaraq qalır [4]. Bunlar aktivlərin bütün
tiplərinə: insan (sosial), təbii (ekoloji) və istehsal (fiziki) kapitala diqqət; bölgü aspektlərinin
dinamikasının nəzərə alınması; idarəetmənin təkmilləşdirilməsi məqsədilə institusional bazanın
inkişafına xüsusi əhəmiyyət verilməsidir.
Hər hansı ölkə üçün keçid dövrü gərgin iqtisadi, siyasi və sosial sarsıntılarla müşayiət olunur.
Keçmiş SSRİ məkanındakı digər respublikalarda olduğu kimi Azərbaycanda da keçid dövrünün ilk
illərində dövlətin tənzimləyici rolu praktiki olaraq heçə endirilmişdir. İqtisadi qeyri-bərabərliyin
artması və əhalinin həyat səviyyəsinin azalması keçid dövrünün ən ağır nəticələrindən biri olmuşdur.
Lakin unutmaq olmaz ki, Keçmiş SSRİ də yenidənqurma dövründə əhalinin rifah halını iqtisadi
artımın funksiyası kimi deyil, əksinə iqtisadi artımı rifah halın funksiyası kimi qiymətləndirirdilər [8].
“Müasir şəraitdə iqtisadiyyatda əks əlaqələrin funksiyanal rolu qeyri-adi olaraq artmışdı, yəni, xalq
istehlakın səviyyəsinin və strukturunun ictimai istehsalın artımına təsiri artmışdır. Xalq istehlakı
iqtisadi artımın amilinə çevrilmişdir” [11, с. 6].
Beləliklə rifah halı əhalinin zəruri maddi və mənəvi nemətlərlə, yəni, müəyyən tələbatları
ödəyən predmetlərlə, xidmətlərlə və şərtlərlə təmin edilməsidir [6, с. 83].
Keçid iqtisadiyyatlı başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadi qeyri-bərabərlik
səviyyəsinin artması iki qrup amilin təsiri ilə əlaqədar idi. Birinci qrup amillər yeni bazar
mexanizmlərinin yaradılması və cəmiyyətdə bölgü münasibətlərini kökündən dəyişmiş yeni sosial
institutların fəaliyyəti ilə bağlıdır [3]. Bu amillər arasında iqtisadiyyatın özəl sektorunun inkişafı və
özəlləşdirmə, qiymətlərin, əmək haqqı, ticarət, maliyyə bazarlarının liberallaşması, vergi sistemində və
əhalinin sosial müdafiə sistemində baş vermiş dəyişiklikləri xüsusi qeyd etmək lazımdır. Lakin
islahatların ilk illərində gəlirlərin və sərvətin diferensiasiyasının hədsiz sürətlə artması əsasən keçmiş
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
159
26-27 October 2018, Baku, Azerbaijan
dövlət mülkiyyətinin özəlləşdirilməsi və iqtisadiyyatın liberallaşdırılması prosesində yol verilmiş
səhvlərin nəticəsidir. Həmin səhvlərin ən başlıcası ondan ibarət idi ki, bu dəyişikliklərin sosial tərkib
hissəsi nəzərə alınmırdı.
1995-ci ilin əvvəlinə qədər inflyasiya və qiymətlərin artması sərvətlərin əhalinin yüksək gəlirli
qruplarının xeyrinə yenidən bölünməsinə şərait yaradırdı. Renta gəlirlərinin çox hissəsi də həmin
qruplara çatırdı. İqtisadiyyatın xəlvəti sektorunun inkişafı və praktiki olaraq bütün sahələrə nüfuz
etmiş korrupsiya da qeyri bərabərliyin artmasına kömək edirdi.
İkinci qrupa daxil olan amillər müasir cəmiyyətlərin hər birində iqtisadi qeyri-bərabərlik
yaranmasını şərtləndirir. Lakin keçid dövründə həmin amillərin təsiri birinci qrupa aid amillər
hesabına daha da güclənmişdir. İqtisadiyyatın strukturunun yenidən qurulması və bölgü münasibətləri
sahəsində dövlətin rolunun azalması, demoqrafik dəyişikliklər (yaşlı əhalinin nisbi sayının artması)
nəticəsində sahələr üzrə, ixtisaslı və ixtisassız işçilər arasında, şəhər və kənd arasında, müxtəlif cinslər
və ev təsərrüfatlarının müxtəlif tipləri arasında gəlirlərin diferensiasiyası güclənmişdir.
1995-ci ildə Heydər Əliyev tərəfindən bəyan edilmiş və ardıcıl olaraq həyata keçirilən sosial
yönümlü bazar iqtisadiyyatı qurmaq xətti siyasi və iqtisadi böhranın aradan qaldırılmasını təmin etmiş,
Azərbaycanın demokratik dövlət və bazar iqtisadiyyatı quruculuğu istiqamətində irəliləməsi üçün
geniş imkanlar açmışdır. Ölkədə ardıcıl olaraq həyata keçirilən islahatlar 90-cı illərin birinci yarısında
müşahidə olunan iqtisadi geriliyi dayandırmış və inkişafın yeni mərhələsinə keçidi təmin etmişdir.
Sosial-iqtisadi strategiyanın həyata keçirilməsi nəticəsində müstəqilliyimizin möhkəm iqtisadi təməli
yaradılmışdır. Məşğulluq sahəsində dəyişikliklər baş verir, çoxukladlı iqtisadiyyat formalaşır,
istehsalın sahəvi strukturu dəyişir, bazarlar sistemi və onların infrastrukturu yaranır.
Həyata keçirilən siyasət çox qısa müddətdə iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə
gətirib çıxarmışdır: inflyasiya cilovlanmış, büdcə kəsiri ÜDM-nin 1-2%-inə qədər azaldılmışdır. 1996-
cı ildə makroiqtisadi sabitlik əldə edilmiş, 1997-ci ildən başlayaraq dinamik iqtisadi inkişafı təmin
etməyə imkan yaranmışdır. İndi Azərbaycan bütün makroiqtisadi göstəricilər üzrə regionda iqtisadi
artımın ən yüksək səviyyəsinə nail olmuş ölkələrdən biridir. Belə ki, bütün sonrakı illərdə ÜDM artımı
ikirəqəmli ədədlərlə ifadə olunmuşdur (cədvəl 1). 2017-cı ildə Azərbaycanda adambaşına ÜDM
7205,0 man. olmuşdur. 1996-2016-cı illərdə kapital investisiyalarının həcmi 73,56 dəfə, 2000-2016-cı
illərdə 17,33 dəfə, 2005-2016-cı illərdə 2,91 dəfə, 2010-2016-cı illərdə1,69 dəfə,2015-2016-cı illərdə
1,05 dəfə artmışdır. ÜDM-də özəl sektorun nisbi payı da xeyli artaraq 1995-ci ildəki 30,3%-dən 2017-
cı ildə 83,8%-ə çatmışdır. Sənaye sektorunda misli görülməmiş sıçrayış baş vermişdir: bu sektorun
həcmi 1995-2016-cı illər ərzində 19,3 dəfə artmışdır. Müstəqillik illərində Azərbaycanda sənaye heç
vaxt bu qədər yüksək sürətlə inkişaf etməmişdir. Bununla bərabər sosial sahənin inkişafı üçün dövlət
büdcəsindən ayırmaların daim artmasını vurğulamaq lazımdır. Məsələn, 1995-2017-cı illər ərzində
büdcədən təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən
tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət, elm sahəsində problemlərin həllinə
yönəlmiş vəsaitlərin ümumi həcmi 33,3 dəfə artmışdır [13] .
Statistik məlumatlara əsasən, 2017-cı ildə ÜDM-in həcmi 1995-ci ilə nisbətən 32,9 dəfə artmış
və 70,1 mlrd. man. olmuşdur. Bundan əlavə, ölkənin valyuta ehtiyatları artmış və 2017-cı ildə yanvar
ayının 1-ə37,12 milyard dollara bərabər olmuşdur. Xarici ticarət dövriyyəsinin həcmi 22,6 mlrd. ABŞ
doll. bərabər olmuş, adambaşına büdcə xərcləri 1995-ci ildəki 56,05 man. 2017-ci ildə 1683,66 man.
çatmışdır [13].
Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Azərbaycan Hökuməti tərəfindən qəbul edilmiş
Yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair Dövlət Proqramında (YAİİDP) altı ortamüddətli
strateji məqsəd müəyyən edilmişdir: 1) qeyri-neft sektorunda iş yerləri yaradılması və gəlir əldə
edilməsi imkanlarının genişlənməsi üçün əlverişli mühitin yaradılması; 2) makroiqtisadi sabitliyin
qorunub saxlanması; 3) səhiyyə və təhsil xidmətlərindən istifadə etmək üçün bərabər imkanların
yaradılması; 4) infrastrukturun yaxşılaşdırılması; 5) ünvanlı sosial müdafiənin yaxşılaşdırılması; 6)
qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması [1].
Yoxsulluğa qarşı mübarizə və xalqın rifah səviyyəsinin artırılması ölkənin iqtisadi inkişafı üçün
ən mühüm şərtlərdir. Unutmaq olmaz ki, İqtisadi artım və yoxsulluq qarşılıqlı asılıdırlar: yoxsulluğun
səviyyəsinin aşağı düşməsi iqtisadi artımla müəyyən olunur, daha yüksək gəlirlər iqtisadi artımı
stimullaşdırırlar [9].
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
160
26-27 October 2018, Baku, Azerbaijan
Qrafik 1. Əsas sosial - iqtisadi göstəricilərin indeksləri (əvvəlki ilə nisbətən, faizlə)
Dövlət Proqramının həyata keçirilməsinin ilk illərinin nəticələri onu göstərmişdir ki, hökumət
həmin proqramın prioritetləri barədə məqsədyönlü siyasət yeritməyə hazırdır. Bu uğurlar xeyli
dərəcədə həmin proqramın həyata keçirilməsində vətəndaş cəmiyyətinin, özəl sektorun və donorların
fəal iştirakı ilə bağlıdır.
Proqramın həyata keçirildiyi ilk illərdə qazanılmış əsas nailiyyət dövlətin məsrəf siyasətinin
sosial yönümlü olmasıdır. Nəticədə təhsilin, səhiyyənin, sosial təminatın inkişafına yönəlmiş büdcə
vəsaitləri xeyli artmışdır və bu artım davam edir. Son illərdə müşahidə olunan tərəqqi ümidvericidir və
bütövlükdə vəziyyət daha əlverişlidir. Lakin bəzi problemlər hələ də öz həllini gözləyir.
Statistik məlumatların təhlili son illərdə respublikada yoxsulluq səviyyəsini aşkar etməyə imkan
vermişdir. 2016-ci ildə ölkədə yoxsulluq səviyyəsi azalaraq 5,9%-ə düşmüşdür (cədvəl 2.).
Cədvəl 2. Azərbaycanda yoxsulluq səviyyəsi dinamikası
İllər
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
Yoxsulluq
həddi, manat
35,8
38,8
42,6
58
64
78,6
89,5
98,7
107,2
119,3
125,2
129,6
135,6
148,5
Yoxsulluq
səviyyəsi, %
44,7
40,2
29,3
20,8
15,8
13,2
10,9
9,1
7,6
6
5,3
5
4,9
5,9
www.stat.gov.az
Statistik məlumatlardan istifadə edərək 2003-2017-ci illər ərzində sosial inkişafın bir sıra əsas
göstəricilərinin iqtisadi inkişafdan asılılığını əks etdirən bir neçə iqtisadi-riyazi təntiklərdə də
Respublikada iqtisadi inkişafın müsbət sosial nəticələrini qiymətləndirməyə imkan verir.
2003‒2016-ci illər üzrə
Əhali gəlirlərinin ÜDM-dən asılılığı
𝑌
𝑡
ə𝑔
= −1630,28 + 0,688307𝑥
𝑡
ü𝑑𝑚
Yoxsulluq həddinin ÜDM-dən asılılığı
𝑌
𝑡
𝑦ℎ
= 18,66406 + 0,001898𝑥
𝑡
ü𝑑𝑚
Yoxsulluq səviyyəsinin (%) ÜDM-dən asılılığı
𝑌
𝑡
𝑦𝑠
= 39,61283 − 0,00063𝑥
𝑡
ü𝑑𝑚
Orta aylıq əmək haqqının (manatla) ÜDM-dən asılılığı
𝑌
𝑡
𝑜𝑎ə/ℎ
= 24,19754 + 0,007194𝑥
𝑡
ü𝑑𝑚
İşləyən əhaliyə dövlət tərəfindən verilən ayrı-ayrı müavinətlərin ÜDM-dən asılılığı
𝑌
𝑡
𝑖ə𝑑𝑚
=‒ 339,743 + 0,395193𝑥
𝑡
ü𝑑𝑚
2003‒2017-ci illər üzrə
Dövlət büdcəsində sosial müdafiə və sosial təminata ayrılan xərclərin ÜDM-dən asılılığı
𝑌
𝑡
𝑑𝑏𝑠𝑚𝑠𝑡𝑥
=‒ 250,894 + 0,037046𝑥
𝑡
ü𝑑𝑚
Dövlət büdcəsində səhiyyəyə ayrılan xərclərin ÜDM-dən asılılığı
60
80
100
120
140
160
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
Ümumi daxili məhsul
Sənaye məhsulu
Kənd təsərrüfatı məhsulu
Kapital qoyuluşu
Nəqliyyat sektorunda yük daşınması
Nəqliyyat sektorunda sərnişin daşınması
Bütün mənbələr üzrə pərakəndə əmtəə dövriyyəsi - cəmi
İaşə dövriyyəsi
Əhaliyə göstərilən ödənişli xidmətlər
Orta aylıq nominal əmək haqqı
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
161
26-27 October 2018, Baku, Azerbaijan
𝑌
𝑡
𝑑𝑏𝑠𝑥
=‒ 38,2988 + 0,011483𝑥
𝑡
ü𝑑𝑚
Dövlət büdcəsində təhsilə ayrılan xərclərin ÜDM-dən asılılığı
𝑌
𝑡
𝑑𝑏𝑡𝑥
= 59,15589 + 0,025463𝑥
𝑡
ü𝑑𝑚
Müəyyən edilmiş minimum pensiyanın ÜDM-dən asılılığı
𝑌
𝑡
𝑚𝑝
= 6,859722 + 0,00158𝑥
𝑡
ü𝑑𝑚
Aylıq pensiyaların orta məbləğin ÜDM-dən asılılığı
𝑌
𝑡
𝑎𝑝𝑜𝑚
=‒ 18,3614 + 0,002977𝑥
𝑡
ü𝑑𝑚
20037‒2017-ci illər üzrə
İşləməyən əhaliyə dövlət tərəfindən təyin olunmuş sosial müavinətlərin ÜDM-dən asılılığı
𝑌
𝑡
𝑎𝑝𝑜𝑚
=‒ 5,69765 + 0,000914𝑥
𝑡
ü𝑑𝑚
Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımınbir nəfərə düşən orta aylıq məbləğin
ÜDM-dən asılılığı
𝑌
𝑡
𝑎𝑝𝑜𝑚
=‒ 3,17252 + 0,000566𝑥
𝑡
ü𝑑𝑚
2009‒2017-ci illər üzrə
Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin məbləğinin ÜDM-dən asılılığı
𝑌
𝑡
𝑎𝑝𝑜𝑚
= 48,09763 + 0,001267𝑥
𝑡
ü𝑑𝑚
Əhalinin yoxsul təbəqələrinin sayının azaldılması, maddi rifahın yaxşılaşması üçün məşğulluq
imkanlarının genişləndirilməsinin əhəmiyyətini nəzərə alaraq təhlil etdiyimiz dövrdə “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2004-2008-ci, 2009-2013-
cü və 2014-2018-ci illər)” və digər proqram sənədlərinin həyata keçirilməsi çərçivəsində respublikada
1 milyondan artıq yeni iş yeri yaradılmışdır [2].
Düşünülmüş məşğulluq strategiyası və güclü sosial siyasət əhalinin pul gəlirlərinin səviyyəsinin
artmasına müsbət təsir göstərmişdir. Son 12 ildə əhalinin pul gəlirləri 2005-ci ildə 8063,6 milyon
manatdan 2017-cı ildə 49162,9 milyon manata qədər artmış (6,09 dəfə) və ya adambaşına 5011,51
manat olmuşdur. Əhalinin pul gəlirlərinin ümumi həcmində əmək haqqı 31,1%, sahibkarlıq
fəaliyyətindən əldə edilən gəlirlər 50,4%, transfertlər 17,2%, mülkiyyətdən gəlirlər 0,5% təşkil
etmişdir.
Ölkədə yerli səviyyədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas məqsədi vətəndaşların
həyat səviyyəsini yüksəltmək və regionların əhalisinin sosial müdafiəsini təmin etməkdir.
İqtisadiyyatın inkişafında qazanılmış nailiyyətlər bu məqsədin uğurla həyata keçirilməsi üçün əlverişli
şərait yaradır. Vətəndaşların maddi rifahını yaxşılaşdırmaq, onların pul gəlirlərini artırmaq və
aztəminatlı əhalinin sosial təminatını gücləndirmək məqsədilə ölkə Prezidentinin müvafiq fərmanları
ilə minimum aylıq əmək haqqı 1 yanvar 2005-ci ildən 25 manat, 1 sentyabr 2008-ci ildən 75 manat
məbləğində, 1 yanvar 2011-ci ildən isə 85 man. həcmində, 1 yanvar 2017-ci ildə 116 manat, 1 yanvar
2018-ci ildə 130 manat müəyyən edilmişdir.
Bundan başqa “Ünvanlı dövlət sosial yardımı haqqında” 2005-ci ildə qəbul edilmiş Azərbaycan
Respublikası Qanunu sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsi zamanı əhalinin həyat
səviyyəsinin artırılması üçün böyük əhəmiyyət kəsb edir. Respublikada yoxsulluğun azaldılmasının
digər mühüm mexanizmi əməyin ödənilməsinin tənzimlənməsinin təkmilləşdirilməsidir [5]. Son
illərdə məşğul əhali arasında yoxsulluq riskini azaltmaq üçün minimum əmək haqqının artırılması
istiqamətində xüsusi tədbirlər görülmüşdür.Bu sahədə mühüm problemlərdən biri dövlət və qeyri-
dövlət təşkilatlarında məşğul əhalinin əməyinin ödənilməsi arasında ciddi fərqlərdir.
Ölkədə yaranmış əlverişli iqtisadi şərait, son illərdə sosial inkişaf sahəsində qəbul edilmiş və
həyata keçirilən proqramlar sayəsində həm nominal, həm də real əmək haqqının artırılması, əmək
haqqının minimum səviyyəsinin ardıcıl şəkildə artırılması, yoxsulluğun azaldılması üçün imkan
yaranır. Lakin bu halda dəyişikliklər vektorunun əsasını təşkil edən əmək haqqının baza səviyyəsinin
çox aşağı olmasını və onun diferensiasiyasını nəzərə alsaq deyə bilərik ki, gəlirlər siyasətinin səmərəsi
aşağıdır və perspektivdə görülməli işlər hələ çoxdur.
Yoxsulluğun azaldılması, əhalinin gəlirlərinin artırılması sahəsində ortamüddətli perspektiv
üçün nəzərdə tutulan və həyata keçirilən məqsədlər göstərir ki, insan kapitalının qorunub saxlanması,
onun keyfiyyətinin artırılması və ondan daha səmərəli istifadə edilməsi probleminin həllinə hələlik
kompleks şəkildə yanaşma yoxdur. Yoxsulluğun və sosial-iqtisadi qeyri-bərabərliyin azaldılması
probleminin həlli əsas iqtisadi və sosial zərurət olaraq qalmaqdadır.
|