"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə66/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   62   63   64   65   66   67   68   69   ...   78
Conferance Book Economy.(3)


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

326  

26-27 October 2018, Baku, Azerbaijan 

7. 


Zeliha Hodaloğulları, Aydın Aydın, Türkiyenin Doğalgaz Noktasında Rusyaya Bağımlılık Durumunun Soğuk Savaş 

Sonrası Türk Dış Politikasina Yansıması, 2015, p 83-108 

8. 

 Hasan Selim Özertem, Turkey and Russia: A Fragile Friendship, Turkish Policy Quarterly, 2017, p 121-134 



9. 

Pavel.K.Baev, Kemal Kirişci, An Ambiguous Partnership: The serpentine trajectory of Turkish-Russian relations in the 

Era of Erdoghan and Putin, Turkey Project Policy Paper, number 13, 2017, 27 p 

10.  Serhat Güvenç ve Sıtkı Egeli. "Changing Naval Balances in the Eastern Mediterranean: Implications for Turkey." 

Turkish Policy Quarterly, 2016 http://turkishpolicy.com/article/800/changing-military-balances-in-the-eastern-

mediterranean-implications-for-turkey  

11.  Dış Politika ve Savunma Araştırmaları Grubu, Bilgesam Analiz, NO:1360, 2017, 9 s. 

12.  Ali Balcı, Türkiye Dış Politikası: ilkeler, aktörler ve uygulamar, Nesil Basım Yayın, Eylül 2013, 339 s. 

13.  A Monograph by COLWilliam Robert Lynch CBE British Army, From 2002-2017, to What Extent Has Turkish 

Security Policy Been Effective ? , School of Advanced Military Studies, 2017, 71 p. 

14.   Ali Balcı, Türkiye Dış Politikası: ilkeler, aktörler ve uygulamar, Nesil Basım Yayın, Eylül 2013, 339 s. 

15.  Pavel.K.Baev, Kemal Kirişci, An Ambiguous Partnership: The serpentine trajectory of Turkish-Russian relations in the 

Era of Erdoghan and Putin, Turkey Project Policy Paper, number 13, 2017, 27 p 

16.  Hasan Selim Özertem, Turkey and Russia: A Fragile Friendship, Turkish Policy Quarterly, 2017, p 121-134 

17. 

Secret Russian-Kurdish-Syrian military cooperation is happening in Syria’s eastern desert 



http://www.independent.co.uk/voices/syria-isis-russia-kurdish-ypg-happening-in-secret-a7857471.html 

 

 



 

 

 



ÇİNDƏ ETNİK VƏ DİNİ MÜNAQİŞƏLƏR:                                        

SİNTSZYAN-UYĞUR VƏ TİBET 

 

Qüdrət Nüsrət oğlu Quluyev 

Bakı Mühəndislik Universiteti 

qquluyev@std.beu.edu.az; gguluyev@hedefglobal.az 

 

XÜLASƏ 

Artıq yüz ildən artıq bir zamandır ki, Çin ərazi problemlərini həll edə bilmir. Hal-hazırda Çində bir neçə 

münaqişəli ərazilər var. Bunlardan Honq Konq, Tayvan kimi ərazilərdə etnik deyil siyasi məsələlər münaqişənin 

səbəbləri və aparıcı qüvvəsidir. Lakin Sintszyan-Uyğur və Tibet kimi vilayətlərində mövcud olan münaqişələrin 

əsas səbəbi məhz mədəni, dini və etnik fərqliliklər, eyni zamanda Çinin bu fərqliliklərə qarşı apardığı siyasətdir. 

Hər iki ərazi də  müxtəlif din, etnik tərkib və  mədəniyyətə  malik olsa  da  apardıqları mübarizə  ortaq bir "Xan" 

siyasi iradəsinə qarşıdır. Lakin "düşmən" bir olsa da mübarizə aparılma vasitə və üsulları bölgə xalqlarının dini-

mədəni-etnik fərqliliyi kimi tamamilə müxtəlifdir. 



Açar sözlər: Çin, etnik münaqişələr, Sintszyan-Uyğur, Tibet 

ABSTRACT 

More  than  hundred  years  China  is  not  able  to  solve  its  territorial  issues.  Currently  there  are  several 

conflicted  regions  in  China.  In  some  regions,  such  as  Hong  Kong,  or  Taiwan,  political  reasons  are  the  main 

driving  factor of conflict. On the other  hand, in Xinjiang,  Tibet, main causes of the conflicts are exactly these 

cultural, religious, and ethnic diversity, and at the same time are Chinese policy against that diversity. Both of 

these  regions  fight  against  the  same  “Sinicization”  policy  of  China,  however  they  have  different  cultures, 

religions and ethnic roots. Although “the enemy” is the same, fighting methods and tools are different as their 

religion, culture and ethnic roots differ. 



Keywords: China, ethnic conflicts, Xinjiang, Tibet 

 

Giriş 

Coğrafi  cəhətdən  baxdığımızda  təkmillətli  dövlət  olan  Çində  56  etnik  qrupun  nümayəndəsi 

yaşamaqdadır.  Lakin  bu  56  etnik  qrupdan  55-i  etnik  azlıq  hesab  olunur.  [

1

]  Son  2002-ci  il siyahıya 



almasına görə bu 55 etnik azlıq xalqların cəmi sayı 104 milyondan artıqdır. İlk baxışdan kifayət qədər 

böyük bir rəqəm olsa da ümumi Çin əhalisinin 91% (1,2 mlrd.) etnik "Xan" nəslindən olan çinlilərdir 

və buna görə də digər xalqlar etnik azlıqlar kimi adlandırılır.  

Digər bir tərəfdən Çinin dini infoqrafikası da xeyli maraqlıdır. Çin Xalq Respublikası bütün Çin 

üzərində hakimiyyəti ələ aldıqdan sonra ölkədə kommunist-totalitar rejim quruldu. Digər kommunist 

dövlətlərdə olduğu kimi Çində də din tamamilə dövlətdən ayrıldı və hətta insanların gündəlik həyatla-

rında belə dinin rolunu azaltmaq üçün tədbirlər görülməyə başlanıldı. Hal-hazırda Çin əhalisinin 52,2 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

327  

26-27 October 2018, Baku, Azerbaijan 

%  özünü  inancsız  hesab  edir,  yerli  dinlərə  inananlar  21,9%,  buddistlər  18,2%,  xristianlar  5,1%, 

müsəlmanlar isə 1,8%-dir.[

2

] Qeyd edək ki, eyni zamanda Çində cəmi 7-9% insan daha ali bir varlığın 



olduğuna inanır. Bu göstəricilərə görə Çini dünyanın ən inancsız ölkəsi hesab etmək olar.

8

 



Yuxarıda  da  qeyd  olunduğu  kimi  Çinin  əhalinin  əsas  hissəsini  "Xan"  etnik  mənsubiyyətinə 

malik Çinlilər, dini cəhətdən isə elmi-ateizm ideyası təşkil edir. Məhz Çin dövləti də bütün siyasətini 

bu iki ideyanın möhkəmləndirilməsi üzərində cəmləşdirib: vahid Çin millətinin yaradılması və dinin 

insanların  həyatına  müdaxiləsini  tamamilə  yox  etmək.  Bu  siyasətin  həyata  keçirilməsində  mədəni 

cəhətdən fərqli olan azsaylı xalqların assimilyasiya edilməsi üsulundan istifadə edilir. Bu siyasət isə öz 

növbəsində etnik azlıqlar tərəfindən aqressiv qarşılanması ilə nəticələnir.  



Sintszyan-Uyğur problemi 

1940-cı  illərdə  yaranan  Şərqi  Türküstan  Respublikasının  ləğvindən  və  ərazinin  ÇXR  tərkibinə 

daxil  edilməsindən  sonra  bölgədə  150-dən  artıq  konflikt  baş  vermişdir.  Lakin  90-cı  illərə  kimi  bu 

konfliktlər çox işıqlandırılmırdı. Son dövrlərdə baş verən münaqişələrdən ən dəhşətlərindən biri Gülcə 

qətliamıdır.[

3

]  Çin  hökuməti  30  uyğur  müstəqillik  aktivistini  edam  etdirməsi  və  ənənvi  Uyğur 



mədəniyyətinin  ünsürlərini  yenidən  canlandırma  cəhdlərinin  qarşısının  alınması[

4

]  etirazların 



qızışmasına  səbəb  oldu.  Etirazçıların  təkbir  gətirdiyi  və  "Şərqi  Türküstana  azadlıq!"  şüarları 

səsləndirdiyi  iki  günün  sonunda  5  fevral  1997-ci  ildə  hökumət  qüvvələri  etirazçıları  təzyiqli  su  və 

gözyaşardıcı qazla dağıtdığı bildirildi. Lakin etirazları boğmaq məqsədi ilə polis və Çin Xalq Azadlıq 

Ordusu silahdan da istifadə etdi. Rəsmi rəqəmlərdə ölü sayı 9 göstərilsə də[

5

], bir çox mənbədə 162 



insanın həlak olduğu eyni zamanda 1600 nəfərin həbs olduğu bildirilir.[

6

]  



2007-2009-cu  illərdə  də  Çin  dövlətinə  qarşı  terror  hücumları  oldu.  Türk  İslam  Partiyası 

məsuliyyəti öz üzərinə götürsə də Çin tərəfi bu cür bir qruplaşmanın olduğu belə qəbul etmir, xüsusilə 

də  2008  avtobusun  partladılması  ilə  terrorizm  arasına  bağın  olduğunu  inkar  edir.  [

7

]  2012-ci  il 



fevralında  Yençenqdə  hücum  nəticəsində  24  nəfər  öldürüldü  və  18  nəfər  yaralandı.  Bir  il  sonra 

Kaşqarda  21,Sanşan  iğtişaşlarında  isə  27  nəfər  həyatını  itirdi.[

8

][

9



]  2014-cü  ildə  Kunminq 

stansiyasına  bıçaqlı  hücum  nəticəsində  31  ölü,  141  yaralı  qeydə  alındı,  o  cümlədən  380  nəfər  həbs 

olundu. Eyni ilin 22 mayında isə Urumçi bazarında iki maşın partladıldı və hadisə nəticəsində 43 nəfər 

öldü, 90 nəfər yaralandı. Hadisədən günahkar bilinən 9 nəfərə isə ölüm hökmü oxundu. [

10

] 2015-ci 



ildə Aksu kömür mədənində yatan işçilərə bıçaqla hücum edən şəxs 50 nəfəri öldürdü. [

11

]  



Hadisələrdən  də  göründüyü  kimi  Sintszyan-Uyğurdakı  proseslər  bəzi  hallarda  sosial-siyasi 

zəmindən çıxıb daha çox terrorizmi xatırladan bir hal alır. Uyğurların azadlıq hərəkatının terrorizmlə 

bu  şəkildə  bağlanılmasında  məhz  Türküstan  İslam  Partiyasının  da böyük  rolu  var  desək  yanılmarıq. 

Partiyanın  əsasları  Abdul  Hamid,  Abdul  Aziz  Maxdum  və  Abdul  Hakim  Maxdum  tərəfindən 

Türküstanın İslam partiyası adıyla 1940-cı ildə qoyulub. Partiyanın qurucuları həbs olunsa da 1979-cu 

ildə həbsdən çıxan Abdul Hakim Hasan Masum və digər islam fundamentalistlərini hazırladı.[

12



 1989-cu  ildə  Ziyauddin  Yusuf  Şərqi Türküstan  İslam  Partiyası  (TİP)  adı  altında  qrup  yaratdı. 



1997-ci  ildə  partiya  Hasan  Masum  tərfindən  yenidən  quruldu.  Çin  hökuməti  isə  partiyanı  Şərqi 

Türküstan  İslam  Hərəkatı  (ETIM)  adlandırır.  1998-ci  ildə  Hasan  Masum  partiyanın  qərargahını 

Kabula köçürdü. Bu şəkildə o həm Talibanla daha yaxın əlaqədə ola biləcəkdi, Əl-qaidə lideri Usama 

bin Ladenlə şəxsi əlaqədə ola bəri, eyni zamanda Özbəkistan İslam Hərəkatı liderləri ilə də əməkdaşlıq 

etməyi  asan  olacaqdı.  Lakin  ABŞ  Əfqanıstana  girdikdən  sonra  Masum  Pakistan  sərhədləri 

yaxınlığında dağlıq zonada olan Əl-qaidə bazalarının bombalanması zamanı öldürüldü.  

Quantanamoda həbs düşərgəsində saxlanılan uyğur məhbusların etiraflarına görə TİP üzvlərinə 

Əl-qaidə  liderlərindən  olan  Abdul  Haq  və  Hasan  Masum  tərəfində  təlimlər  keçilirdi.[

13

]  TİP  eyni 



zamanda “Qafqaz Əmirliyi” liderlərindən Doku Umarov tərəfindən də mədh olunurdu. 

TİP-in Əfqanıstanda da fəaliyyətinə kifayət qədər rast gəlinir. Hətta bunu TİP öz dərc etdirdiyi 

"Islamic  Turkistan"  jurnalında  da  etiraf  edirlər.  Bir  sıra  mənbələrdə  Şimali  Vəziristanda  Taliban 

düşərgələrində 400 uyğur döyüşçüsün olduğu deyilir.[

14

]  


Suriyada olan müharibədən sonra İŞİD-in sıralarına yüzlərlə uyğur qoşulmuşdur. Çindən bir çox 

insanlar hətta öz ailələri birlikdə İŞİD-lə birlikdə vuruşmaq üçün Suriyaya axın etmişdir. Bu insanlar 

adətən  Türkiyə  vasitəsilə  Suriyaya  daxil  olub.  Suriyanın  Çindəki  səfiri  Imad  Mustafa  açıq  şəkildə 

Türkiyəni uyğurlara Suriyaya girmək üçün şərait yaratmaqda ittiham etmişdir. Türkiyənin “Meydan” 

                                                           

8

  

Rəqəmlər 2010-cu il göstəriciləridir. 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

328  

26-27 October 2018, Baku, Azerbaijan 

qəzetinin yaydığı bir məlumata görə Zeytinburnunda saxta pasportlar hazırlayan "Nureli T" adında bir 

biznesmen  İŞİD-ə  qoşulmaq  üçün  Suriyaya  gedən  uyğurlara  kömək  edib.[

15

]  Eyni  zamanda  ABŞ 



dövlət departamentinin mətbuat xidmətindən Con Kirbinin açıqlamasına görə Taylandan deportasiya 

olunan uyğurlar da İŞİD-ə qoşulmaq üçün Suriya və İraqa gəliblər.[

16



 Suriyada  vuruşan  bir  uyğur  isə  "burada  Əsədə  qarşı  vuruşmaqla  özümüzü  onun  əsas 



müttəfiqlərindən biri olan Çinə qarşı vuruşmuş kimi hiss edirik. Çinə qarşı mübarizə apara bilmirik ən 

azından onun müttəfiqinə qarşı vuruşaq" ifadəsi ilə uyğurların əsas hədəfinin yenə də Çin olduğunu 

vurğulamaq istəyib. [

17

 



Tibet problemi 

Tibetin  Çinə  tarixən  aid  olub  olmaması  bir  az  mübahisəli  məsələdir.  Tibetdə  VII  əsrdə  Tibet 

Krallığı yaranmışdır[

18

] və kifayət qədər geniş əraziləri öz tərkibində birləşdirmişdir. Çin iddia edir 



ki, Tibet XIII əsrdən ona məxsusdur. Doğrudur bu ərazidə Tibetin muxtariyyəti saxlanılmışdır, lakin 

bütün bu dövr ərzində Çindən asılı vəziyyətdə idi.[

19

] Bütün bu məsələlərə baxmayaraq 1950-ci ildə 



ÇXR  Tibetin  işğalını  başa  çatdırdı.  Tibet  dini  və  siyasi  rəhbəri  Dalay  Lama  ilə  1951-ci  ildı  17 

maddəlik "müqavilə bağlanıldı" ki, Tibet Çin tərkibində muxtariyyət hüququna malik olacaq.  

Çin digər etnik azlıqlara qarşı apardığı siyasəti Tibetdə də aparır. Lakin tibetlilərin Çinə qarşı 

mübarizəsi  daha  sakit  şəkildə  aparılır.  Bu  isə  əhalinin  əsas  dini  inancı  olan  Buddizmlə  və  Dalay 

Lamanın  apardığı  sülh  siyasəti  ilə  bağlıdır.  1950-ci  ildə  Tibetin  işğalından  kiçik  başqaldırmalar 

üsyanlar  oldu.  Lakin  1959-cu  il  kütləvi  iğtişaşlarından  sonra  durğunluq  dövrü  yaşandı.  2008-ci  il 

martın 10-da Lhasada məhz 1959-cu il mübarizəsinin 49 illiyi ilə bağlı iğtişaşlar son illərdə Tibetdə 

baş  verən ən  böyük  münaqişə olmuşdur. Təbii  ki,  bu  iğtişaşların  başlamasına təkcə  1959  üsyanın  il 

dönümü deyil 2008 Pekin Olimpiya oyunları və tibetlilərin də dünyanın gözünün Çində olmağını dərk 

etməsi səbəb olmuşdur. Hadisələrdə rəsmi məlumatlara görə 623 nəfər yaralı, 14 ölü qeydə alınmışdır, 

lakin  xarici  mətbuat  ən  az  101  tibetlinin  öldüyünü  iddia  edir.[

20

]  Tibetdə  kütləvi  iğtişaşlar  çox  da 



qeydə  alınmasa  da  tək-tək  polis  zorakılığı  davam  edir.  Tibetlilər  isə  bu  davranışlara  qarşı  daha  çox 

özlərini cəzalandırmaq, aclıq aksiyası, bəzən isə özlərini yandırmaqla cavab verirlər.  

Son  illərdə  ciddi  münaqişə  sayı  az  olsa  da  ÇXR  dövründə  kifayət  qədər  böyük  sayda  tibetli 

həyatını itirib.  

 173,221 tibetli həbsxanada gördüyü işgəncələrdən həyatını itirib,  



 156,758 tibetli Çin hökuməti tərəfindən ölüm hökmünə məhkum edilib,  

 

432,705 tibetli Çin işğalına qarşı mübarizə apararkən öldürülüb,  



 

342,970 tibetli acından ölüb,  



 

92,731 tibetli xalqa açıq işgəncələrlə öldürülüb,  



 9,002 tibetli isə intihar edib.[

21

]  


Dalay  Lama.  Tibetdə  əsas  din  Buddizmdir  və  buna  uyğun  olaraq  da  dini  və  siyasi  rəhbərliyi 

Dalay Lama edir. 1933-cü ildə XIII Dalay Lama vəfat etdi. Bir neçə illik axtarışdan sonra isə 6 yaşlı 

yeni XIV Dalay Lama xalqa təqdim olundu. Yeni Dalay Lamanın azyaşlı olması Tibetin ölüm - qalım 

dönəmində istənilən liderliyi etməsinə mane oldu. 1950-ci il Tibetin işğalının başa çatmasından sonra 

Çin hökuməti 40 minlik qoşunla Lhasaya daxil oldu və  Dalay Lamanı müqavilə bağlamağa  məcbur 

etdi.  1959-cu  ildə  üsyandan  sonra  Çin  Dalay  Lamanın  məbədinə  qoşun  yeritdi,  lakin  300,000  tibetli 

binanın  ətrafını  kəsərək  liderlərini  qorudular.  Bunlara  baxmayaraq  Dalay  Lama  Çini  tərk  etməyə 

məcbur  edildi,  və  Hindistanın  Dharassalam  bölgəsinə  yerləşdi,  onun  arxasınca  80,000  buddist  də 

ölkəni tərk etdi, zamanla bu bölgədə 150,000 buddistin yerləşdiyi bildirilir və bura dünyada buddizmin 

əsas mərkəzlərindən sayılır.[

22

]  


Dalay  Lama  dünyada  kifayət  qədər  nüfuza  malik  bir  insanıdır.  O  Tibet  üçün  aparılan 

mübarizənin  sadəcə  sülh  yolu  ilə  aparılmasını  mütləq  hesab  edir.  Onun  uzun  illərdir  şiddətə  baş 

vurmadan,  apardığı  sülh  siyasəti  nəhayətində  1989-cu  ildə  Nobel  Sülh  mükafatı  almasına  gətirib 

çıxardı.  Dalay  Lama  bir  çox  hallarda  beynəlxalq təşkilatların  konfranslarına  xüsusi  dəvətlə  çağırılır. 

Onun siyasəti Tibetə mədəni muxtariyyətin verilməsini məqsəd qoysa da, hər zaman Çinin rolunu da 

qeyd edir. Yəni bir sözlə Çinsiz Tibet iddia etmir.  

Tibetdə  Dalay  Lamadan  sonra ikinci  nüfuzlu  şəxs  Pançen  Lamadır.  Çin  hökuməti  isə  hazırkı 

Pançen Lamanı oğrulayıb yerinə 11 yaşı ayrı bir şəxs "təyin etdi". Tibet xalqı üçün hal-hazırda bu ən 

böyük  narahatçılıqlardan  biridir,  çünki  nəzərə  almaq  lazımdır  ki,  Dalay  Lama  artıq  81  yaşındadır. 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

329  

26-27 October 2018, Baku, Azerbaijan 

Pançen  Lama  isə  növbəti  Dalay  Lamanın  seçilməsində  ən  böyük  söz  sahibidir.  Hazırkı  Pançen 

Lamanın Çinin adamı olması, gələcək Dalay Lamanın da bu cür olmasına gətirib çıxarda bilər. Bu isə 

Tibet xalqının ümidlərinə tamamilə son qoyulması deməkdir.[

23

 



Nəticə 

Geniş coğrafiya, etnik, dini müxtəlifliyin müsbət tərəfləri olduğu kimi Çin kimi bir çox dövlət-

lərdə bu müxtəlifliyin vahid dövləçilik ideyasına potensial təhlükə ola biləcəyini də görürük. 1.3 mlrd. 

əhaliyə malik olan Çində yüz milyondan artıq milli azlıqlara rast gəlinir. Faiz etibarı ilə azlıq olsalar 

da say olaraq bu qədər böyük və tamamilə fərqli dini və etnik kimliyə malik bir kütlənin öz muxtariy-

yətlərini tələb edəcəkləri, Çin mədəniyyəti ilə asanlıqla uyuşmayaqları açıq bir həqiqətdir. Digər tərəf-

dən  Çindəki  adı  gedən xalqların  konfliktə  getməsinin  digər  bir  səbəbi  də  Çinin bu  xalqalara  tolerant 

davranmaması  və  bir  çox  hallarda  onları  assimilyasiya  etməyə  çalışmasıdır.  Öz  mədəni  və  etnik 

kimliyini unutmayan xalqlar heç bir halda asanlıqla vahid “Xan” ideologiuasını qəbul etmək istəmir.  

Eyni  zamanda  ÇXR  də  anlayır  ki,  seperatçılığın  qarşısını  almaq,  Çinin  ərazi  bütövlüyünü 

qorumaq üçün vahid bir Çinli kimliyi yaratmaq lazımdır. Amma Çinin Çinli kimliyi yaratmaq siyasəti 

xalqlara  qarşı  multikultralist  siyasət  yeritməklə  deyil  onları  assimilyasiya  etməklə  həyata  keçirilir. 

Bunun üçün Çinin əsas fəaliyyəti etnik “Xan”ların sayının nisbətən az olduğu bölgələrdə etnik tərkibi 

tənzimləməkdir. Belə ki, adı gedən bölgələrdə yeni iş yerləri açılır, lakin işçi kimi yerli xalqlara deyil 

digər  bölgələrdən  gələnlərə  üstünlük  verilir.  Səbəb  kimi  yerli  əhalinin  savadsızlığı  göstərilsə  də 

onların təhsil səviyyəsinin artırılması üçün, onlara yeni imkanlar yaradacaq ciddi bir siyasi kursun da 

şahidi olmuruq. 

Etnik  və  dini  fərqliliklərə  qarşı  Çin  yanaşmasının  ciddi  insan  hüquqları  pozuntusu  ortaya 

qoyduğunu  görə  bilirik.  Lakin,  BMT  Təhlükəsizlik  Şurasının  daimi  üzvü  olan,  dünyanın  ən  böyük 

ikinci  iqtisadiyyatına  malik,  ən  güclü  üçüncü  ordusuna  malik  olması  Çini  sanki  bütün  beynəlxalq 

ictimaiyyətin  hədəfi  olmaqdan  xilas  edir.  Bu  baxımdan  deyə  bilərik  ki,  yaxın  zamanlarda  Çində 

mövcud dini və etnik qarşıdurmaların həll olunacağı mümkün görünmür.  

 

İSTINADLAR: 

1. 


Ethnic Minorities of China, Xu Ying, Wang Baoqin; translation by Li Guoqing; China Intercontinental Press: Beijing, 

2007, page 6 

2. 

Religion within China 2010; https://infograph.venngage.com/p/224561/china-religion 



3. 

Protest marks Xinjiang “massacre”, February 6, 2007, http://www.aljazeera.com/news/asia-

pacific/2007/02/20085251383512763.html 

4. 


Remember the Gulja massacre? China’s crackdown on peaceful protesters, February 1, 2007, 

https://www.amnesty.org/download/Documents/64000/asa170022007en.pdf 

5. 

China Uighurs executed, January 27, 1998; http://news.bbc.co.uk/2/hi/asia-pacific/50936.stm 



6. 

Devastating Blows: Religious Repression of Uighurs in Xinjiang, Human Rights Watch (Organization); April 2005 

Vol.17, No 2(C); page 18 

7. 


No end in sight to Xinjiang unrest, Vaughan Winterbottom; August 14, 2013; http://chinaoutlook.com/no-end-in-sight-

to-xinjiang-unrest/ 

8. 

China's Xinjiang hit by deadly clashes, April 14, 2013; https://www.bbc.com/news/world-asia-22276042 



9. 

State media: Violence leaves 27 dead in restive minority region in far western China, June 26, 2013; The Washington 

Post; https://bit.ly/2RhhPuu 

10.  Deadly China blast at Xinjiang railway station, April 30, 2014; http://www.bbc.com/news/world-asia-china-27225308 

11.  At least 50 reported to have died in attack on coalmine in Xinjiang in September, October 1, 2015; The Guardian; 

https://bit.ly/2Njzsqk 

12.  Turkistan Islamic Party; https://en.wikipedia.org/wiki/Turkistan_Islamic_Party#History 

13.  The Uighurs, in their own words, Thomas Joscelyn; April 21, 2009; 

https://www.longwarjournal.org/archives/2009/04/the_uighurs_in_their.php 

14.  From his Pakistan hideout, Uighur leader vows revenge on China, Saud Mehsud, Maria Golovnina; March 14, 2014; 

Reuters; https://reut.rs/2RflWqP 

15.  ISIL recruits Chinese with fake Turkish passports from Istanbul; April 9, 2015; 

http://www.handsoffsyriasydney.com/war-reports/isil-recruits-chinese-with-fake-turkish-passports-from-istanbul/ 

16.  Why we need to worry about the Grey Wolves of Turkey, Bajınder Pal Sıngh; August 29, 2015; 

https://www.dailyo.in/politics/bangkok-bombings-grey-wolves-turkey-thai-government-islamic-

terror/story/1/5952.html 

17.  Oppressed by China, Uighurs drawn to Salafist ideas, Metin Gurcan; January 19, 2015; https://www.al-

monitor.com/pulse/originals/2015/01/turkey-china-uyghurs-to-salafist-oppressive.html 

18.  The Tibetan empire in central Asia: a history of the struggle for great power among Tibetans, Turks, Arabs, and 

Chinese during the early Middle Ages; Christopher I. Beckwith; Princeton University Press Princeton, New Jersey, 

USA, 1987, page 37 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

330  

26-27 October 2018, Baku, Azerbaijan 

19.  Tibetan sovereignty debate; https://en.wikipedia.org/wiki/Tibetan_sovereignty_debate 

20.  2008 Uprising in Tibet Chronology And Analysis, UN, EU & Human Rights Desk Department of Information and 

International Relations Central Tibetan Administration Dharmsala - 176215, HP, INDIA 2010, p. 167 

21.  What Is The Conflict Between Tibet & China? Know About It, Sudhanva Shetty; March 23, 2017; 

https://thelogicalindian.com/story-feed/awareness/conflict-between-tibet-and-china/ 

22.  Yenə orada 

23.  Yenə orada 

 

 

 



 


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin