THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
335
26-27 October 2018, Baku, Azerbaijan
3.
sülhə təhrik etmə-döyüşən dövlətlərin qarsışını almaq və ya onları sülhə məcbur etmə
məqsədi ilə hərbi əməliyatlar keçirmək və ya qüvvə tədbiq etməklə hədələmə;
4.
sülh quruculuğu - hərbi əməliyatlardan sonrakı dövrdə həyata keçirilən və münaqişə
bölgələrində iqtisadiyatın və siyasi stabiliyin bərpasını nəzərdə tutan fəaliyət.
Üzv dövlətlərin əhatə dairəsinə görə təşkilatlar 2 qrupa bölünür:
1.
universal təşkilatlar (Birləşmiş Millətlər Təşkilatı və s.)
2.
regional təşkilatlar ( Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, NATO və sair)
Ümumiyyətlə, beynəlxalq sülhü təmin etmək və müharibənin qarşısının alınması sahəsində bu
gün bir çox universal və regional xarakterli beynəlxalq təşkilatlar bu və ya digər səviyədə fəaliyyət
göstərirlər. Bu təşkilatların necə fəaliyət göstərməsi və bu fəaliyətin mümkün nəticəsi təşkilatın
xarakteri, nüfuzu, imkanları, üzv dövlətlərin xarici siyasət prioriritetləri beynəlxalq münasibətlər
sistemindəki mövcud şərait və sair hallardan asılı olaraq fərqli çalarlara malik olur.
Beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında universal təşkilat kimi məhz BMT nəzərdən
keçirilir. BMT demək olar ki, planetimizin bütün dövlətlərini birləşdirən və yarandığı gündən bugünə
beynəlxalq sülhün təmin edilməsi və müharibənin qarşısının alınmasında aparıcı qoruyucu qismində
çıxış edərək, dövlətlər arası münasibətlərdə gərginliyin aradan götürülməsinə və onların həll
olunmasına yönəlmiş fasiləsiz fəaliyət göstərir.
Beynəlxalq təhlükəsizliyin qorunması sahəsində regional təşkilatlara gəldikdə isə burada NATO
və ATƏT-in adını çəkmək yerinə düşərdi. Doğrudur, bu gün beynəlxalq təhlükəsizliyin təmin
olunması sahəsində diger regional təskilatlar - GUAM, ASEAN və s. mövcuddur. Lakin onların üzv
dairəsi, təsir dairəsi, fəaliyəti NATO və ATƏT kimi genişmiqyaslı deyil. Bu gün NATO və ATƏT
regional təşkilat qismində çıxış etməsinə baxmayaraq, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması
sahəsində dövlətlər arası münasibətlərdə təhlükəsizliyin təmin olunmasında böyük rol oynayırılar.
Münaqişənin həlli tam və ya qismən ola bilər. Tam həll münaqişənin dayandırılmasını,
münaqişəli vəziyyətin bütün obrazının mühüm yenidən qurulmasını bildirir. Bu halda “düşmənin
obrazı” “partnyorun obrazına” dəyişəcək, mübarizəyə quraşdırma əməkdaşlığa oriyentasiyayla
dəyişiləcəkdir. Münaqişənin qismən həlli daha çox yalnız onun xarici forması dəyişir, amma
qarşıdurmanın davamında daxili vadaredici quraşdırmalar qalır. [5, s.14]
Münaqişənin optimal və kafi həllini ayırmaq xüsusi məna daşıyır. Optimal variant - bu bütün
mümkün variantlardan ən yaxşısı, kafi variant - bu münaqişə edən tərəflər tərəfindən variant ən yaxşı
deyil, amma münasibdir.
Görünür etnik münaqişənin həlli o zaman ola bilər ki, yalnız münaqişəli vəziyyət dəyişsin.
S.S.Frolov qeyd edir ki,ancaq bu dəyişiklik müxtəlif formaları qəbul edə bilər. Münaqişəni söndür-
məyə icazə verən münaqişəli vəziyyətin ən effektiv dəyişikliyi münaqişənin səbəbinin aradan qaldırması
hesab edilir. Həqiqətən, rasional münaqişə zamanı zəruri səbəbin aradan qaldırması onun həllinə
gətirir. Ancaq yüksək emosional gərginlik halında münaqişənin səbəbinin aradan qaldırması adətən
heç vaxt onun iştirakçılarının hərəkətlərinə təsir etmir və ya təsir edir, amma çox zəifdir. Buna görə
emosional münaqişə üçün ən çox münaqişəli vəziyyətin dəyişikliyinin vacib anıyla rəqiblərin bir-biri
quraşdırılmalarının dəyişikliyini nisbi hesab etmək lazımdır. Emosional münaqişə yalnız onda
tamamilə həll edilir ki, rəqiblər bir birində düşməni görməyi dayandırırlar. Həmçinin tərəflərdən biri
tələblərinin dəyişikliyi yolu ilə etnik münaqişənin həlli mümkündür: rəqib güzəştə gedir və münaqişə-
də öz davranışının hədəflərini dəyişdirir. Məsələn, mübarizənin perspektivsizliyini görərək, rəqiblə-
rdən biri başqasına güzəşt edir və ya hər iki eyni zamanda güzəştə gedirlər. Sosial münaqişə həmçinin
tərəflərin resurslarının tükənməsi və ya tərəflərdən birini boğan üstünlüyünü yaradan üçüncü gücün
müdaxiləsi nəticəsində və nəhayət, rəqibin tam aradan qaldırması nəticəsində həll edilə bilər. Bütün bu
hadisələrdə münaqişəli vəziyyətin dəyişikliyi hökmən olur.
Etnik münaqişələr, əsasən, mənəvi və maddi resursların bölüşdürülməsinə nəzarət uğrunda
gedən geosiyasi mübarizədir [3, s.24]. Belə münaqişələr müxtəlif etnosların ayrı-ayrı nümayəndələri,
sosial qrupları, həmçinin, iki və yaxud daha çox etnosun qarşıdurması kimi özünü biruzə verir. Bir çox
hallarda etnik münaqişə özünü vətəndaş müharibəsi səviyəsində, bir və ya iki müstəqil dövlətin
müharibəsi kimi əks etdirir [2, s.4]. V.A.Tişkov etnik münaqişənin təbiətini şərh edərək yazır ki, müx-
təlif düşüncəli etnik qruplar etnik münaqişələrin başlıca izahıdır. Məsələn, bu tip münaqişələrin “soyuq
müharibənin” bitməsindən sonra MDB məkanında vüsət alması polietnik sosialist federasiyaların
süqutu (keçmiş SSRİ bir növ polietnik cəmiyyət idi) və həmin ərazidə meydana gələn gənc müstəqil
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
336
26-27 October 2018, Baku, Azerbaijan
dövlətlərdə yeni milli azlıq probleminin üzə çıxması ilə bağlıdır. Müasir siyasi sistemlərin polietnik
olması etnik münaqişə riskini artıran başlıca amildir. [6, s.8]
Müasir elm etnik münaqişənin təbiəti və təsnifatına aid müxtəlif nəzəriyələr irəli sürərək etnik
münaqişələrin akademik izahını verməyə cəhd edir. Belə nəzəriyələr içərisində daha çox diqqət cəlb
edən “primordialist” yanaşmadır. Primordialistyanaşma “etnikliyə” daha çox nəzər salır, bu qrup
mütəxəsislər isə etnik müharibələri dərisinin rənginə, dini mənsubiyətinə, tarixinə, qan qrupuna və sair
əlamətlərinə görə həmrəy olmuşbir qrup adamların millli birləşməsi (milli özünü dərketməsi) uğrunda
mübarizəsi kimi qeyd edir. Etnik münaqişənin primordialist tərəfdarları iddia edirlər ki, əzəli bioloji
əlamətlər və xüsusiyyətlər, xüsusilə ərazilər mövcud olduğuna görə etnik qruplar və millətlər
mövcuddur. Etnik qrupun üzvləri arasında qohumluq əlaqəsi var. Donald L.Horovitss iddia edir ki, bu
qohumluq etnik qrupların öz növbəsində ailələrinə oxşarlığını düşünməsinə imkan verir [3, s.57].
Etnik dil qohumluq dilidir. Qrup üzvləri adətən bir-birini qardaş və qrupa bağlı olanları əmi oğlu
çağırırlar. Qrup üzvləri arasında harmoniya qardaşlıq əlaqələri kimidir. Etnik qrupların davranışları
ailə qaydaları əsasında müəyənləşdirilir. Qabbon və Kamerunda qəbilə və qrup üzvləri yenidən birlik
yaratmaq üçün hərəkata baçlayanda onlar özlərinin əvvəlki nizamsızlığını ailədaxili dava-dalaş kimi
izah edirdilər. Müəllifə görə, etnik qohumluq əlaqələriiki mənsubiyətin birgə xarakterindən, yaxudda
ailənin etnikliyə analoji təsirindən yarana bilməz. İkisi arasında daha çox birbaşa əlaqələr var.
Mənsubiyət, hərhansı bir aidiyət ailə münasibətlərinin qohumluğundan yaranır, burada etnik əlaqələr
ailə əlaqələrində piramidavaridir. Bəzi kiçik etnik qruplar qəbilələrin qohumluq əlaqələri aqlomerasi-
yasına nisbətən heç nədir, adət-ənənə, dili, dini olan daha böyük yarımqruplar və böyük qruplar mühüm
əhəmiyyət dasıyır [1, s.57].
Bəhs edilən nəzəriyənin tədqiqatçıları iki yanaşma üzərində dayanır: sosial-tarixi və biososial.
Biososial nəzəriyəyə daha çox maraq gostərən L.Qumilyov yazır ki, milli-azadlıq hərəkatının zərbələri
altında geri çəkilən müstəmləkəçilik yox olmaqdadır, ancaq etnoslaraarası təmas qalır və genişlənir.
Demək, qarşılıqlı anlaşma yaradılması problemi həm dünya siyasətinin qlobal miqyasında, həm də
mikroskopik-qanışirin görünən, lakin bizə bənzəməyən adamlarla şəxsi görüşlər miqyasında getdikcə
dahada vacib olur. Belə olduqda, əməli əhəmiyətinə baxmayaraq, nəzəri mahiyət dasıyan yeni bir sual
ortaya çıxır. Hansı səbəbdən bir-birimizə bənzəməyən biz insanlar bir-birimizə uyğunlaşmalı, özgə
adət-ənənələrini öyrənməli, bizə təbii görünən, etnos daxili təmaslar üçün kifayətedən və qonşuları-
mızla əlaqələr üçün qənaətbəxş sayılan yeni yollar axtarmalıyıq?... Həqiqətən müxtəlif xalqlar
müxtəlif tarixi dövrlərə və fərqli tarixi talelərə malik olurlar. Həmin talelər isə ayrı-ayrı adamların
xarakterlərini formalaşdıran şəxsi tərcümeyi-hallar kimi silinməz izlər qoyurlar. Əlbətttə, insanın onu
qidalandıran təbiətlə gündəlik təması vasitəsi ilə coğrafi mühit də etnoslara təsir edır. Ancaq bu hələ
hamısı deyil. Əcdadlarımızdan miras qalan ənənənələr də öz rolunu oynayır, qonşularla (etnik əhatə
ilə) olan ənənəvi düşmənçilik, yaxud dostluq özünün mədəni təsirini gostərir, dinin öz əhəmiyəti var.
Bütün bunlardan başqa, hərhansı təbii hadisə kimi, etnoslara aid inkişaf qanunları mövcuddur [9, s.14].
Etnik münaqişələrin iştirakcılarının qarşıdurma səylərinin neytrallasdırılması yönündəki
hərəkətlər belə münaqişələrin mövcud həlli təcrübəsindən yararlanaraq seçilmiş bir neçə ümumi
qaydalar çərcivəsinə uyğun gəlir:
1. Konfliktlərin legitimləşdirilməsi -mövcud hakimiyət strukturları və münaqişə edən tərəflərin
müzakirə və həllinə ehtiyac duyulan problemin (münaqişə predmetinin) qəbul olunması;
2. Münaqişələrin institutlaşdırılması - hər ikitərəfdən sivil münaqişə qəbul olunan davranışları
reqlamentinin, qaydalarının, normalarının hazırlanması;
3. Münaqişənin hüquqi müstəviyə keçirilməsinin məqsədəuyğunluğu;
4. Danışıqlar prosesinin təşkil edilməsində vasitəçilik institutunun tətbiq olunması;
5. Münaqişənin həllinin informasiya təminatı, yəni aşkarlıq, danışıqların “şəffafflığı”, maraq
duyan vətəndaşlara münaqişənin gedişi haqqında məlumatların əlçatan və obyektiv olması.
ƏDƏBIYYAT
1.
Анискевич А.С. Политический конфликт. - Владивосток: Изд-во ДВГУ, 1994. - 475 с.
2.
Анцупов А.Я., Шипилов А.И. Конфликтология: Учебник для вузов. 2-е изд., пере- раб. и доп. М.: ЮНИТИ-
ДАНА, 2004, 412 с.
3.
Блищенко В.И., Солнцева М.М. Региональные конфликты и международное право (вторая половина XX -
начало XXI века). - М.: Городец, 2005. - 149с.
4.
Галкин А.А. Общественная стабильность: некоторые теоретические подходы. МЭиМО, 2006, №9, с.57-58.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
337
26-27 October 2018, Baku, Azerbaijan
5.
Кочесоков Р.Х. Этнические конфликты. Нальчик, 2007, 90 с.
6.
Тишков В. Очерки теории и политики этничности в России. М., 1997. С. 480
7.
Тишков В.А. Идентичность и культурные границы. М.: Наука, 1997, 230 с.
8.
Тураев В.А. Этнополитология. М.: Логос, 2004, 388 с.
9.
Яблоков И.А. Конфликтология, - СПб.: Питер, 2006. - 312с
BEYNƏLXALQ TERRORİZMİN YAYILMASINDA ÖLKƏLƏRİN ROLU
Aygül Azər qızı Səmədli
Bakı Mühəndislik Universiteti
semedliaygul@gmail.com
XÜLASƏ
Məqalədə beynəlxalq terrorizmlə mübarizədə dövlətlərin rolundan bəhs olunur. Burada göstərilir ki, dövlət
dəstəkli terrorizm, dövlətlər və ya dövlətlərlə əlaqəli milli qruplar tərəfindən strateji, siyasi və dini məqsədlərə çatmaq
üçün hədəf cəmiyyət üzərində qorxu mühiti yaratmağa yönəlik zorakılıq aktları şəklində xarakterizə olunur
Açar sözlər: terrorizm, beynəlxalq terrorizm, beynəlxalq hüquq
THE ROLE OF STATES IN EXPANSION OF INTERNATIONAL TERRORISM
ARTICLE
The article discusses the role of states in the fight against international terrorism. It is noted that terrorism
financed by the state is characterized by acts of violence aimed at creating an atmosphere of fear of the target
society for the achievement of strategic, political and religious goals by national groups associated with states.
Key words: terrorism, international terrorism, international law
Giriş
Regional və ya beynəlxalq güclərin uzun dövr strateji maraqlarını reallaşdırmaq məqsədilə
apardığı işlərin bir hissəsi kimi terrorizmi dəstəklədiklərinə, bir mübarizə üsulu və xarici siyasət
vasitəsi kimi istifadə etmə yoluna getdikləri görünür[7, s. 956]. Çünki terrorçu qruplara qarşı dövlət
dəstəyi, dəstəkləyən dövlət üçün hədəf dövlətə qarşı maya dəyəri yüksək olmayan təsirli və praktik bir
mübarizə üsuludur. Terrorizmə dəstək verən dövlət, verdiyi dəstək səbəbiylə doğan məsuliyyətini
terrorçu qrupla arasında üzvi bir əlaqə olmaması səbəbindən asanlıqla inkar edir və həyata keçirilən
aksiyalardan dolayı dəstəkləyən dövlətin hər hansı bir məsuliyyəti olmur. Digər tərəfdən hazırda silah
texnologiyasının çatdığı səviyyəni nəzərə aldıqda mümkün müharibə vəziyyətində tərəflərin
uğrayacağı can və mal itkisini təxmin etmək çətin deyil. Bu səbəblə müharibənin dağıdıcı nəticələrin-
dən qorunmaq istəyən dövlətlər, ənənəvi müharibənin əvəzinə terrorçu üsullara əl atmağı, terrorçu
təşkilatları dəstəkləməyi və terrorizmi öz siyasi maraqları üçün bir mübarizə üsulu olaraq istifadə
etməyi üstün tuturlar. Bu vəziyyətdə bir dövlət istədiyi zaman hər hansı bir məsuliyyəti doğmadan və
müharibə riskindən çəkinərək terrorizmi digər bir dövlətdə istədiyi hərəkəti edə bilməsi üçün uyğun
bir vasitə olaraq istifadə edə biləcəkdir [4, s. 32].
Dövlətlərin terrorizmə dəstək verməsi və ya qarışmalarında, terrorizmin universal bir vasitə
olması ilə yanaşı terrorçu təşkilatlarla sözügedən dövlətlərin ideologiya, dini və siyasi baxımdan eyni
və ya oxşar fikirləri paylaşmaları da mühüm rol oynayır. Soyuq müharibə dövründə Sovet İttifaqının
bu cür qayğılarla dünya miqyasında terrorizmə dəstək verdiyi hər kəs tərəfindən qəbul edilir.
Dövlətlərin terrorçu təşkilatlara verdiyi dəstək, bu təşkilatlara beynəlxalq hərəkət qabiliyyəti
təmin etməkdə və qabaqcıl texnologiyaya malik silahlar və partlayıcı maddələri əldə etmə, digər
terrorçu qruplarla ünsiyyət içində ola bilmək imkanlarını açır. Özlərini maliyyələşdirmək üçün bank
qarəti, adam qaçırma kimi hərəkətlərə müraciət etmə ehtiyacı olmayan dövlət dəstəkli terrorçu təşki-
latlar bu dəstəyə malik olmayan qruplara görə sayca az, lakin çox vaxt daha öldürücü xarakterli aksi-
yalar keçirirlər. Bu cür terrorizm hədəf dövlətin siyasi sabitliyinə, iqtisadi quruluşuna, diplomatik mü-
nasibətlərinə təsir etmə gücünə malikdir. Terrorçulara dövlət dəstəyi, eyni zamanda dəstək üçün yerli
xalqa məcbur olma durumunu da ortadan qaldıraraq terrorçulara aktları nəticəsində yaranan ictimaiy-
yətin reaksiyasına məhəl qoymadan geniş miqyaslı əməliyyatlar aparmaq imkanı yaradır [5, s. 778].
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
338
26-27 October 2018, Baku, Azerbaijan
Müasir dövrdə artıq ənənəvi terrorizmə görə daha çox öldürücü gücə və operativ imkana malik
olan dövlət dəstəkli terrorizm aşağı sıxlıqlı müharibənin bir mənzərəsi kimi qəbul edilir. Nəzəri planda
psixoloji müharibə metodu olan terrorizm bu sayədə əldə etmiş olduğu dövlət dəstəyi nəticəsində
beynəlxalq sülh və təhlükəsizliyə qarşı ciddi bir təhdid halına gəlmişdir. Bu baxımdan II Dünya
Müharibəsinin son nizami müharibə, III Dünya Müharibəsinin isə terrorizmlə müharibə olduğu
şəklində müxtəlif qiymətləndirmələr də keçirilmişdir[3, s. 308].
Beynəlxalq hüquq sisteminin, aşağı sıxlıqlı mübarizə strategiyası olaraq da adlandırılan
terrorizmə qarşı təsirli tədbirlər görməsi zərurət halını almışdır. Bu təhdidə qarşı təsirli mübarizə
inkişaf etdirmək üçün də, terrorçuların dövlət və ya dövlətlər ilə mövcud olduğu iddia edilən
əlaqəsinin açıq bir şəkildə ortaya qoyulmalıdır. Ayrıca fərdlərin digər dövlətlərə yönəlmiş zərərli
əməllərindən dolayı dövlətin məsul tutulması üçün də dövlətlə fərd arasındakı əlaqənin nəzərdən
keçirilərək terrorizmə qarşı dövlət dəstəyinin təsnifatının aparılması vacibdir. Çünki dövlətin
terrorizmə qarşı dəstəyinin miqyası dəstəkləyən dövlətə qarşı veriləcək cavabın müəyyənləşdirilməsi
ilə yaxından bağlıdır.
Dövlətlə terrorçu aktor arasında mövcud olan bu münasibət həmin dəstəyin dərəcəsi, yeri və
vaxtı baxımından fərqli şəkillərdə təsnif edilə bilər. Hər şeydən əvvəl terrorçular dövlətlər kimi
sərhədləri olan müəyyən bir ölkəyə sahib deyillər. Bu səbəblə onlarla əməkdaşlıq edən və ya etməyən
bir dövlətin daxilində fəaliyyətlərini davam etdirmək məcburiyyətindədirlər. Terrorizmə dəstək verən
dövlətlə terrorçu qrup arasında əlaqə; Maddi dəstək, silah və lazım olan digər materialları təmin
etmək, ölkə torpaqlarının terrorçu qruplar tərəfindən istifadə edilməsinə icazə vermək, təhsil və xüsusi
xidmət etmək, terrorizmlə mübarizə məsələsində istəksiz və ya yetərsiz olmaq, terrorçu təşkilatın
üzvləri ilə birlikdə zorakılıq aktları həyata keçirmək kimi geniş bir sahəni əhatə edir. Müasir dövrdə
bir çox terror təşkilatının varlığını və fəaliyyətini ölkələrin verdiyi dəstək sayəsində davam etdirir.
Beynəlxalq qaydalara açıq şəkildə zidd olan sözügedən yardım və dəstəklər, terrorizmin bu dərəcə
təhlükəli hala gəlməsində mühüm rol oynayır[4, s. 44].
Terrorçularla dövlət arasındakı əlaqənin dərəcəsi haqqında doktrinada müxtəlif təsnifatlar
keçirilmişdir. Məsələn, Cassese, terrorizmə qarşı dövlət dəstəyini altı dərəcəyə ayırmışdır. Bu altı
dərəcə qısaca; Dövlət rəsmilərinin teror aktları həyata keçirməsi, dövlətin terrorist hərəkətlər üçün
qeyri-rəsmi agentlərə tapşırması, dövlətin maliyyə yardımı etməsi və silah təmin etməsi, dövlətin
maddi-texniki dəstək təmin etməsi, dövlətin ölkəsi üzərində terror bazalarının yerləşməsinə razılıq
göstərməsi və dövlətin nə aktiv, nə də passiv bir şəkildə terrorizmə dəstək verməməsi şəklində
yekunlaşdırılmışdır [2, 1989, s. 598]. Con Mörfi isə, dövlətin beynəlxalq terrorizmə qarşı dəstəyini on
iki fərqli kateqoriyada nəzərdən keçirir. Bu kateqoriyalar; Dövlətin terrorçu aktı şəxsən görməsi,
birbaşa dəstək verməsi, kəşfiyyat dəstəyi təmin etməsi, terrorçu hərəkətlərə qarşı xüsusi təhsil və ya
əsas hərbi təhsil verməsi, diplomatik imtiyazlardan və yüksək texnologiya imkanlarından fayda
verməsi, silah və partlayıcı yardımında olması, nəqliyyat məsələsində yardımçı olması, terrorçuların
ölkəsini istifadə etməsinə icazə verməsi, maliyyə dəstək təmin etməsi, mətnaltı və şifahi dəstək
verməsindən ibarətdir. Mörfi, bu on iki fərqli kateqoriyanın dövlətin dəstək verməsi və dövlətin
sponsor olması şəklində iki əsas başlıq altında toplandığını bildirir. Bu sadələşdirilmiş sxemə görə, bir
dövlətin terrorçu hərəkətləri fəal şəkildə planlaşdırması, istiqamətləndirmə və nəzarət etməsi
terrorizmə qarşı dövlət sponsorluğunu yaradır. Buna qarşılıq dövlətin terrorçu aktorlara qarşı
kəşfiyyat, silah və maliyyə resursu təmin etməsi, diplomatik üstünlüklərdən fayda verməsi və şifahi
dəstək verməsi terrorizmə qarşı dövlət dəstəyini təşkil edir. Arend və Beck, Cassese və Mörfi
tərəfindən edilən fərqləri göz önündə tutaraq dövlətlərin terrorizmə qarşı dəstəyini dövlətin sponsor
olması, dəstək verməsi, yumşaqlıq göstərməsi şəklində üç əsas nöqtədə nəzərdən keçirir [1, s. 164-
165]. Schahchter da terrorizmə qarşı dövlət dəstəyini üç başlıq altında nəzərdən keçirmişdir[ 8, s. 246.]
Terrorçu təşkilatın fəaliyyətini dövlətin nəzarət və idarəçiliyi altında davam etdirməsi, dövlətin
terrorçu təşkilata əhəmiyyətli dərəcədə silah təmini, maddi-texniki dəstək, texniki yardım və təhsil
məsələsində yardımçı olması və son olaraq, terrorçu təşkilatın sözügedən dövlətdən müstəqil şəkildə
və ya bu dövlətlə sadə münasibətlər içində dövlətində fəaliyyətlərinə davam etməsi. Erickson isə
terrorizmə qarşı dövlət dəstəyini sponsor olmaq, dəstəkləmək, yumşaqlıq göstərmək və hərəkətə
keçmək barədə kifayət qədər qalmaq üzrə dörd başlıqda nəzərdən keçirmişdir [4, s. 32-34].
Terrorizmə qarşı dövlət dəstəyi barədə doktrinada edilən müxtəlif yer verilən, bu kateqoriyalar-
dan sonra terrorizmə qarşı dövlət dəstəyi, Ericksonun münasibəti əsas götürülərək dəstəyin ən sıx
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
339
26-27 October 2018, Baku, Azerbaijan
halından ən aşağı dərəcəsinə doğru sponsor olmaq, dəstəkləmək, yumşaqlıq göstərmək və hərəkətə
keçmək barədə yetəriz qalmaq kimi dörd əsas başlıqda toplanmışdır.
1.Dövlətin terrorizmə sponsor olması
Dövlətin terrorizmə sponsor olması, terrorist hərəkətlərə nəzarət etməsi və ya idarə etməsidir.
Bu halda dövlət, terrorizmi birbaşa bir mübarizə vasitəsi kimi istifadə edir və şəxsən öz orqanları
vasitəsilə terrorçu hərəkət etməkdə, ya da qurduğu, təchiz etdiyi və ya nəzarəti altında saxladığı qeyri-
rəsmi dövlət agentliklərini (unofficial agents), pullu əsgərləri və ya silahlı dəstələri istifadə etmək
vasitəsilə terrorçu aktların həyata keçirilməsini təmin edir. Digər bir ifadə ilə terrorçular şəxsən dövlət
vəzifələrindən və ya dövlət tərəfindən təsirli bir şəkildə nəzarət edilən şəxslərdən ibarətdir[4, s. 33].
Dövlət rəsmlərinin terrorçu hərəkətlərdə olması tez-tez görünən bir hal olmamaqla bərabər
Xəlil Əl Vəzir sui-qəsdi ilə Greenpeace Təşkilatına aid Rainbow Warrior adlı gəmiyə qarşı həyata
keçirilən terrorçu hücumları dövlət vəzifəliləri tərəfindən reallaşdırılan terrorist hücumlara nümunə
göstərmək olar. FQT-nın (Fələstin Qurtuluş Təşkilatı) öndə gələn adlarından Xəlil Əbu Vəzir iki
mühafizəsi ilə birlikdə Tunisdəki evində 16 Aprel 1988-ci il tarixində İsrail təhlükəsizlik qüvvələri
tərəfindən təşkil olunan bir sui-qəsd nəticəsində öldürülüb. Digər bir məsələ isə Fransanın Cənubi
Sakit Okeanda həyata keçirdiyi nüvə sınaqlarına etiraz edən Greenpeace Təşkilatına aid Rainbow
Warrior adlı gəminin Yeni Zelandiya sərhədlərində Fransız kəşfiyyat vəzifəlilərinə qarşı həyata
keçirilən hücum nəticəsində aparılmasıdır [7, s. 21.].
2. Dövlətin terrorizmə əməli yardım göstərməsi
Bir dövlətin terrorçulara silah, texniki yardım, nəqliyyat məsələlərində əhəmiyyətli dərəcədə
yardım və təşviqdə olmasının fəal dəstək kimi qiymətləndiriləcəyi irəli sürülmüşdür. Buna görə,
terrorçuların dövlət tərəfindən yönəldilməməsi və ya dövlətin terrorçular üzərində əməli bir nəzarətə
malik olmamasına baxmayaraq, dövlətin təhsil, silah, partlayıcı, xüsusi xidmət, təchizat, pul, rabitə,
nəqliyyat və təhlükəsiz yer məsələlərində yardımçı olmaqla terrorçu aksiyalara fəal şəkildə dəstək
verməsi halında terrorizmə qarşı dövlət dəstəyindən söhbət gedir. Əldə olunan bu yardımlar birbaşa
terror hadisələrinə deyil.
Dövlətlər bu dəstəyi terrorçu aktların məsuliyyətini və ya nəzarətini üzərinə almadan verirlər.
Bununla yanaşı beynəlxalq cəmiyyətdə qəbul edilən fikir təkcə maddi-texniki dəstək təmin etmənin,
təhsil imkanı hazırlamağın və ya əməliyyatlar üçün baza vermənin əməli dəstək yaratmaq üçün yetərli
olduğu istiqamətindədir.
Travalio, əməli dəstəyə misal olaraq, İran və Suriyanın Hizbullah Təşkilatına verdiyi maliyyə,
təhsil, silah, partlayıcı yardımları ilə digər dəstəkləri göstərir [10, s. 150 ]..
3. Dövlətin terrorçu fəaliyyətlərə yumşaqlıq göstərməsi
Dövlətin terrorçuları fəal şəkildə dəstəkləməməsinə baxmayaraq ölkəsi daxilində fəaliyyətlə-
rinə davam edən terrorçulara mane olmaq və ya bunları ölkə xaricinə çıxarmaq üçün bir səy göstərmə-
məsi və bu cür fəaliyyətləri sona çatdırmasına yönələn tələbləri rədd etməsi halında terrorizmə qarşı
tolerantlıqdan söhbət gedir. Cassesenin dövlətlə terrorçular arasındakı əlaqənin ən aşağı dərəcəsi kimi
səciyyələndirdiyi bu halda dövlət, terrorçuları fəal şəkildə müdafiə və idarə etməklə bərabər ələ keçir-
mək və ya həbs etmək üçün bir səy də göstərmir.
Dövlətin terrorçu qrupları hər hansı bir şəkildə dəstəkləmədiyi bu halda, terrorçuların ehtiyac-
ları özləri, ya da xarici havadarları tərəfindən qarşılanacaqdır. Bask Bölgəsinin müstəqilliyi üçün
mübarizə edən separatçı ETA terror təşkilatının Fransadakı varlığı buna nümunə olaraq verilə bilər.
Yenə Taliban rəhbərliyinin beynəlxalq terrorçuların Əfqanıstanı bir təlim və əməliyyat bazası kimi
istifadə etmələrinə icazə verməsi və Ladenin yaxalanmasına yönəlmiş səylərə dəstək verməməsi
sözügedən dəstəyin ən tipik nümunələrindən biri kimi göstərmək olar [4, s. 33].
4. Dövlətin terrorist fəaliyyətlərlə mübarizə aparma məsələsində yetərsiz qalması
Ümumiyyətlə dövlətlər ölkə torpaqlarını idarə etməklə yanaşı, bəzi dövlətlər ölkə torpaqlarını
tamamilə nəzarət etməyə bilər. Dövlət, terrorçuların ölkəsi içində olmasını istəməməklə bərabər
kifayət qədər hərbi qüvvəyə və ya texnoloji imkanlara malik olmaması kimi səbəblərlə terrorçu
fəaliyyətləri qarşısını almaqda yetərsiz qala bilər. Bu cür dövlətlər terrorçular üçün ideal məskunlaşma
yerləridir. Dövlət bu halda digər bir dövləti və ya regional təşkilatı yardım etməsi üçün dəvət edə bilər.
Məsələn, 1977-ci ildə Somali hökuməti Mogadishudaki təyyarə qaçırma hadisəsində aksiyanı sona
çatdırılmasında çatışmazlığından dolayı Qərbi Almaniyadan yardım tələb etmişdir. Dövlət beynəlxalq
terrorizmə cavab vermək üçün kifayət qədər imkanlarının olmasına baxmayaraq digər dövlətlərdən və
|