THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
349
26-27 October 2018, Baku, Azerbaijan
Erməni terror təşkilatlarının yuxarıda sadalanan məqsədləri uğrunda törətdikləri terror
nəticəsində minlərlə insan xəsarət almış, 50-dən çox türk diplomatı qətlə yetirilmiş, dəyəri milyon
dollarlarla ölçülən maddi ziyanlar vurulmuşdur.
Qədim dövrdə Ermənistan dövləti yox, Ərməniyyə ərazisi var idi. Ərməniyyə də coğrafi ərazi
olduğundan, dövlət ərazisi kimi götürülməsi yalnışdır. Tarixi məlumatlara görə müəyyən dövrlərdə
müxtəlif dövlətlərin, məs: Romanın, Midiyanın, Parfiyanın hakimiyyəti altında olub. Ərəblər oranı
tutandan sonra, orada Ərməniyə adı ilə idarələrini yaradıblar. Yəni ki, bu coğrafi addır, bunu bir xalqa,
dövlətə aid etmək düzgün deyil. Lakin, ermənilər Ərməniyyə adının Ermənistana uyğun gəlməsindən
məharətlə istifadə edirlər. [4- səh.10]
19-cu əsrdən Erməni xüsusi xidmət idarələri, təşkilatları terror təşkilatı kimi fəaliyyət göstərir
və minlərlə türkün, müsəlmanın həyatına son qoyurlar. Onlar müsəlmanlara qarşı terror təşkilatı
yaradaraq onların axırına çıxmağı məqsədliyiblər. Bununla bağlı stat olaraq, Erməni teror
təşkilatlarının liderlərindən Qaragen xatirələrində yazır: “Biz nə istəyirik, sonuncu türk kar ola, kor
ola, lal ola...- onu da məhv etməliyik.” Yəni bu cümləni işlədən insan və teror təşkilatı üçün
insanlıqdan heç bir əsər əlamət yoxdur. 1992-ci ilin Xocalı faciəsində 13 yaşlı qız uşağının dərisini
soyan Erməni yazıçısı da, fəhləsi də, əsgəri də, dövlətin prezidenti də terrorçudur. Bu mənada terroru
ermənilərdən ayırd etmək və mənsub olduqu millət haqqında təsəvvür yaratmaq mümkün deyil. [ 5-
səh. 260-262]
Erməni kilsəsi erməni terror təşkilatlarına daim maddi və mənəvi dəstək göstərirdi. 1983-cü il
noyabrın 21-də Kaliforniyada erməni kilsəsi katolikos E.Tabakyanın başçılığı 1982-ci il yanvarın 28-
də Los-Ancelesdə türk konsulu K.Arikanı öldürən və buna görə məhkum olunan Livan ermənisi
terrorçu Xampiq Sasunyanın şərəfinə “Xampiq axşamı” keçirilir. K.Arikanın qətlindən sonra, ”
Erməni soyqırımına görə ədalət Kommandosu” bildirmişdi ki, “bizim yeganə hədəfimiz – türk
diplomatları və türk təsisatlarıdır”. [6- səh.5]
Hazırda Ermənistan xarici investisiyalardan, yardımlardan və erməni lobbisinin yardımından
aslıdır və iqtisadiyyatının formalaşması üçün real imkan yoxdur. Çünki, Ermənistan nə təbii sərvətlərlə
zəngin, nə inkişaf etmiş sənayesi olan ölkədir. Rusiyanın, xaricdəki havadarlarının, Fransadakı,
Argentinadakı, ABŞ-dakı, Hindistandakı lobbilərinin verdiyi yardımlar və beynəlxalq ticarət
əlaqələrini qorumaq hesabına maliyələşən dövlətdir.
Erməni terror qruplaşmaları öz məqsədlərinə çatmaq üçün siyasi və ideoloji vəziyyətdən asılı
olaraq, eyni zamanda düşmən olan rejimlərlə tez-tez əməkdaşlıq edərək manevr etmək və
uyğunlaşmaq qabiliyyətinə malikdirlər. Erməni terror təşkilatları yarandıqları andan Rusiya, Böyük
Britaniya, Fransadan dəstək alır, SSRİ ilə əlaqələr qurur, Hitler Almaniyasıyla əməkdaşlıq edirdilər.
Bu gün onlar Yaxın Şərqin ən radikal rejimlərilə əməkdaşlıq etməyə, inkişaf etmiş ölkələrin siyasi
dairələri tərəfindən davamlı dəstəyə sahibdirlər.
Erməni terror təşkilatları
Dünyanın müxtəlif yerlərində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının adları:
“Armenakan” partiyası 1885-ci ildə yaradılıb. Türkiyyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində,
İstanbulda terror aktları törədərək İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub. “Hıncaq”
partiyası 1887-ci ildə Cenevrədə yaradılıb, əsas məqsədi Türkiyyənin Anadolu bölgəsini, “Rus” və
“İran” Ermənistanlıları adlandırdıqları əraziləri birləşdirməklə “ Böyük Ermənistan” dövləti
yaratmaqdı. Partiyanın proqramının IV bəndində göstərilir ki, “ Qarşıya qoyulmuş məqsədə çatmaq
üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”.
“Daşnaksütyun” erməni federativ inqilab partiyası 1890-cı ildə Tiflisdə yaradılıb və məqsəd olaraq
Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan”
dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayında türklərə qarşı sui-qəsdlərin təşkil olunması
barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” “türkü, kürdü hər yerdə öldür,
sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” Partiya tərəfindən yaradılan bir sıra terror
qrupları mövcuddur: “ Erməni “soyqırımının” intiqamçıları” qrupu, məxfi terror qrupu DRO və onun
bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO- 8888. Daşnakların bu istiqamətdə fəaliyyətləri davam
edir.“Erməni gizli azadlıq ordusu” (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb və mənzil qərargahı
Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır və fəaliyyətinin
ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları
keçirib.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
350
26-27 October 2018, Baku, Azerbaijan
Ermənistanın azadlıq uğrunda erməni gizli ordusu” ( ASALA) 1975-ci ildə yaradılıb və
qərərgahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir və məqsədi Şərqi Türkiyə, Şimali İran
və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır və
əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın “Əbu
Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas şəxslərdən biri ASALA-nın
lideri Akop Akopyan olmuşdur. 1980-ci ildə Afinada türk səfirinin ölümündə məsuliyyəti öz üzərinə
götürmüş A.Akopyan 01.08.80-ci ildə “Nyu-York Teyms” qazetində bildirmişdir: “Bizim düşmənimiz
türk rejimi, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir.” ASALA 1980-ci ilin aprelində birgə
terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bunu Livanda rəsmiləşdirmişlər.
Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA “pantürkist neft borusu” (Bakı-
Tiflisi-Ceyhan) üzrə layihənin reallaşdırılmasına imkan verməyəcəyini bildirmişdir.[8]
Bu təşkilatların sıralanmasında: “Geqaron”, “Erməni azadlıq hərəkatı” (AOD), “Erməni azadlıq
cəbhəsi”, ”Orli qrupu”: “Erməni soyqrım ədalət komandosları, “Erməni birliyi” "Gənc ermənilər
ittifaqı", “9 iyun qrupu", "İsveçrə qrupu”, “Demokratik cəbhə”, "İntiharçılar eskadronu”, “Apostol”və
başqalarının adlarını çəkə bilərik. [7-səh 14]
Erməni terror təşkilatlarının fəaliyyətinin qarşısını alınması
İlk növbədə region dövlətləri, Rusiya, İran, Türkiyə terrorizmə qarşı mübarizədə birləşməlidir-
lər. Maraqlar son dövrlərdə üst-üstə düşür. Yəni son dövrlərdə verilən bəyanatlar, Soçi görüşləri və s.
bunu göstərir ki, artıq bu istiqamtə addımlar atılır. İkinci olaraq, terrorizmin qarşısını almaq üçün onun
rəsmi və ya qeyri rəsmi maliyyə dəstəyini kəsmək lazımdır. Maliyyə dəstəyini kəsmək üçün hər bir
dövlət öz milli təhlükəsizliyinin qorunması üçün ciddi mübarizə aparmalıdır. Çünki, terroristlərin
maliyyə dəstəyi dedikdə silah alveri, insan alveri, narkotik alveri və s.- bunlar tranzit ölkələrdən keçir.
Ona görə də, münaqişə ocaqlarındakı məsələlər həllini tapmalıdır. Məs: Qarabağ münaqişəsi həll
olunmursa, deməli Qarabağ ərazisi qaçaqmalçılar üçün faydalı, nəzarətdən kənar qalan bir ərazidir.
Ermənistanın dəstəklədiyi terrorçuların yuvasıdır. Üçüncü, terror təşkilatlarım maliyyə mənbələrindən
biri leqal iqtisadi fəaliyyət göstərirlər, amma, o iqtisadi fəaliyyət də, qazanc da terrorizmlə mübarizəyə
yönəlməlidir. Ona görə də iqtisadi fəaliyyət göstərən hüquqi şəxslər araşdırılır və onların konkret
olaraq əlaqələri üzə çıxarılmalıdır ki, onların terror təşkilatları ilə əlaqəsi olmasın. Yəni dövlətin
iqtisadi inkişafı şəffaf olmalıdır. Şəffaf iqtisadi inkişafda terrorizmin maliyyə dəstəyi kəsilir. Sonra
böyük dövlətlərin xarici siyasəti neytrallaşdırılmalıdır. Yəni böyük dövlətlərin, xarici siyasət maraqla-
rına terrorizmin yaranması təsir göstərir. Məs, müəyyən istiqamətdə böyük dövlətlərin siyasətinə nəzər
salsaq görərik ki, ikili standartlar var. Yəni böyük dövlətlərin konkret maraqları olmalıdır. Hamı bilir
ki, PKK-nın yaranmasında keçmiş SSRİ-nin böyük dəstəyi olub. Onların istehsal etdikləri silahların
əksəriyyəti Rusiya istehsalı olan silahlar idi. Son dövrlərdə Almaniya istehsalı olan silahların da bura-
da istifadə olunduğu aşkar olunması Almaniyanın dəstəyini göstərir. Demək, böyük dövlətlərin xarici
siyasət maraqlarında artıq ambisiyalara yox, əməkdaşlıqa getməlidirlər. Əslində, bu dövlətlər dünya-
nın ən güclü dövlətləridir və bütün prosesləri idarə etmək qüvvəsində olan dövlətlərdir. Belə olan
şəraitdə digər dövlətlərin daxilində olan stabilliyin pozulmasına maraqlı olmaqdansa, əməkdaşlıqa
gedib, sülh şəraitində yaşaması daha yaxşı olar. Bugünki dünyamız dövlətlərin siyasi, hərbi və iqtisadi
inkişafı qarşısında artıq balaca görsənir və III müharibəni qəbul etmək iqtidarında deyil. Yəni nəzərə
alsaq ki, təkcə Fuksimadakı atom elektrik stansiyasının 2009-cu ildəki partlayışı, Yer kürəsini öz
orbitindən 15 sm kənara çıxara bilmişdirsə, hidrogen və atom bombalarının partladılması Yer kürəsini,
insanları, canlıları hansı vəziyyətə gətirər. Ona görə də, bu gün qloballaşma, əməkdaşlıq ən doğru
seçimdir. Mənə elə gəlir ki, böyük dövlətlər bunu görür. Yaxın Şərq məsələsində geri çəkilmələrinə və
maraqlarına qarşılıqlı güzəştə getmələrinin səbəbi də budur. Nasizmin kökü kəsilən bir planetdə,
Erməni terrorizminin kökünün kəsilməsi mümkünsüz bir sey deyil. [8]
Nəticə
Terrorizm erməni millətçiləri tərəfindən siyasi məqsədlərinə nail olmaq üçün bir vasitə, dövlət
siyasətinin tərkib hissəsi olmuşdur. S.Weems qeyd edir ki,"1918-ci ildən bu günə qədər Ermənistanın
iki böyük ixracatı olmuş: "tarixi dövlət" və “terrorizmdən qaçan xalqı” və əsas idxalı digər xalqlardan
xarici yardım olub və hazırda da davam edir". [9]
Erməni terror təşkilatları 1973-2001-ci illərdə yalnız Qərbi Avropa ölkələrində 235 terror aktını,
70 qətli, 41 sui-qəsd cəhdini törətmişdir. Bu terror aktları nəticəsində 524 nəfər yaralanıb və 105 nəfər
girov götürülüb. [10]
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
351
26-27 October 2018, Baku, Azerbaijan
Hazırda qlobal terrorizmə qarşı mübarizədə mühüm müvəffəqiyyətlər qazanılıb. BMT
Təhlükəsizlik Şurasının yekdilliklə qəbul olunmuş qətnaməsi 189 üzv qarşısında vəzifə qoyur ki,
terrorçulara qarşı hamı mübarizəyə qalxaraq, terrorçuları ədalət mühakiməsi qarşısına gətirsinlər.
ABŞ-ın dövlət katibi Kolin Pauell söyləmişdi: “Heç bir vəsaitin və sığınacağın olmaması, son nəticədə
heç bir qurtuluşun olmamasına bərabərdir”. [ 11]
Beləliklə, erməni terrorizmi bir çox dövlətlətlərin ilk növbədə, Rusiya, Fransa, İngiltərə və
ABŞ-ın Yaxın Şərqdə geosiyasi məqsədlərinin reallaşdırılması vasitəsi kimi yaranmışdı və bu
dövlətlərin çoxsaylı səylərinin məntiqi nəticəsi Osmanlı dövlətinin zəiflədilməsi oldu. Aparılan
araşdırmalarda Erməni terrorizminin nəinki türk dünyası üçün, eyni zamanda bütün bəşəriyyət üçün,
beynəlxalq təhlükəsizlik üçün təhdid olduğu qənaitinə gəlirik.
Sonda BMT Baş katibi Kofi Annanın bəyanatını xatırladaq: "Terrorizm cəmiyyəti təhdid edir.
Dünyaya qarşı hərəkətə keçdikcə, terrorizmə qarşı nifrətin artması üçün şəraitə ehtiyacın olduğunu
xatırlatdı. Şiddəti, məğlubiyyəti və nifrəti daha qəti şəkildə qarşılamalıyıq ... " [10]
ƏDƏBIYYAT SIYAHISI:
1.
journals.lib.unb.ca (02.10.18.)
2.
Xalq qazeti, 26 sentyabr 2012,
3.
Xalq qazeti, 27 sentyabr 2012,
4.
Olaylar, 2011, 18 may,
5.
Zori Balayan. “Ruhumuzun dirçəlişi” əsəri,
6.
“Asala and PKK hold a joint meeting in northern Iraq”, Turkish Daily News, 13 .06.2001
7.
Mövqe qazeti, 5 Mart, 2011
8.
Namig Abbasov, “Terrorizm tesno svyazan s separatizmom,” Ekho, 28 March, 2002.
9.
http://www.tallarmeniantale.com/interview-weems.htm( 02.10.18.)
10. www.turkishnews.com (2.10.18)
11. A.Rəhimzadə “Həyat bizi terrorizmə qarşı barışmaz mübarizəyə səsləyir” Dirçəliş, No 51 (May, 2002)
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ PARLAMENTİNDƏ
(MƏCLİSİ-MƏBUSAN) SEÇKİ PROSESİ
Nurlanə Əlirza qızı Məlikli
Lənkəran Dövlət Universitetinin dissertantı
nurlanamalikli@gmail.com
XÜLASƏ
Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində parlament üzvlərinin seçilməsi prosesi tədqiq
olunmuşdur. Məqalənin tarixi 1918-1920-ci illəri əhatə edir. Məqalədə həmçinin Parlamentin yaradılması prosesi
və təşkilində parlament üzvlərinin-deputatların (məbusların) rolu araşdırırlır.
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Milli Şura, Parlament, seçki qanunu, seçki prosesi
ABSTRACT
The article investigates the process of electing members of parliament in the Parliament of Azerbaijan
Democratic Republic.
The history of the article covers the years 1918-1920. The article also examines the role of parliamentarians
in the establishment and organization of the Parliament.
Key words: Azerbaijan Democratic Republic, National Council, Parliament, election law, election process
Giriş
I Dünya müharibəsinin gedişində Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yarandı.
Həm qədim dövlətçilik ənənələrinə, həm də müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün
müstəqil dövlət halında yaşamağa hazır Azərbaycanda da istiqlaliyyətlə bağlı fəaliyyətə başlanıldı.
Azərbaycan ziyalılarının mühüm bir hissəsi, o cümlədən, Əlimərdan bəy Topçubaşov başda olmaqla
peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar.
Onlar Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən
demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
352
26-27 October 2018, Baku, Azerbaijan
demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri
dövrdə formalaşmışdı. Buna görə də, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi
formalaşması tarixi reallıqdan doğurdu [5].
1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyətinin devrilməsi ilə başlanan proses
müəyyən mərhələlərdən keçməli oldu. Hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın
İdarəçiliyi üzrə XüsusiKomitə yaratdı, amma Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala
bilmədi. 1917-ci ilin oktyabrındakıhakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın
Müəssislər Məclisinə seçilən deputatlar Petroqradavə Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il
fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olanZaqafqaziya Seymini, başqa sözlə,
Zaqafqaziya Parlamentini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər
Məclisinə seçkilər zamanı Azərbaycanı, habelə bütün Cənubi Qafqazın 1 milyondan çox türk-
müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman
Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman
Parlamenti funksiyasını yerinəyetirirdi. Zaqafqaziya Seyminin ən aktiv üzvləri olan Azərbaycan
nümayəndələri 1918-ci il aprelin 9-daZaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və
Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı.Bununla belə, istər daxili, istərsə də xarici siyasət
sahəsində kəskin milli mənafe ziddiyyətlərinin ortaya çıxmasıZaqafqaziya Seymini dağıtdı və mayın
25-də gürcü nümayəndələr, mayın 27-də Seymin Müsəlman Fraksiyası Seymdən ayrıldıqlarını elan
etdilər. Zaqafqaziya Müsəlman Şurasının ayrıca iclasında isə Azərbaycanın müstəqilliyinin elan
edilməsinə qərar verildi. Mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan edən
İstiqlal bəyannaməsi qəbul edilidi. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında,
ümumiyyətlə, bütün Şərqdə, ilk dəfə olaraqAzərbaycanda ən demokratik respublika idarə üsulunun-
parlamentli respublikanın yaradılacağından xəbər verirdi [5]. Bundan əavə, bəyannaməyə əsasən
Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura
qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət dururdu. Milli Şura eyni zamanda AXC parlamenti
yaradılanna qədər parlament rolunu daşıyırdı.
AXC Parlamentinin əsas özəyini keçmiş Zaqafqaziya Seyminin Azərbaycan Milli Şuransının 44
üzvü təşkil edirdi. Daha 36 müsəlman deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan
seçilmişdi. Şəhər özünüidarəsi və milli komitələri olmayan qəzalarda deputatlar kənd icmaları
nümayəndələrinin qurultayı tərəfindən seçilə bilərdilər. Nəzərdə tutulan 120 deputatdan 80 nəfəri
müsəlman əhalini, 21 nəfəri erməni, 10 nəfəri rus milli azlıqlarını, 4 nəfər də alman, yəhudi, gürcü və
polyak azlıqlarını təmsil etməli idi. Həmkarlar təşkilatlarına 3 yer, Neft Sənayeçiləri Şurası və Ticarət-
Sənaye İttifaqına 2 yer ayrılmışdı [7, s.284]. Beləliklə, AXC parlamenti (Məclisi-Məbusan) Müəssisə-
lər Məclisi çağırılana qədər aşağıdakı sistem üzrə seçilmiş üzvlərdən ibarət idi: a) Zaqafqaziya
müsəlmanlrının 4 siyasi partiyasının siyahıları üzrə Ümumrusiya Müəssislər Mədisinə seçilən, sonra
isə genişləndirilmiş siyahı əsasında Zaqafqaziva Seyminin üzvü qismində iştirak edən və Azərbaycan
Milli Şurasını təmsil edən 44 deputat; b) milli azlıqların səlahiyvətli milli təşkilatlan tərəfindən seçilən
nümayəndələr; c) Azərbaycanın şəhər özünüidarəsinin və müsəlman milli komitəsinin nümayəndələri;
d) sənayeçilərin və tacirlərin nümayəndələri [6, s.21-22].
AXC Parlamentində seçki prosesi və ərazi proporsiyası Azərbaycan Milli Şurasının 1918-ci il
20 noyabr tarixli iclasında qəbul olunmuş "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında
qanun"unda aşağıdakı kimi nəzərdə tutulmuşdu [1, s.14-15]:
1 — Azərbaycan parlemanı (Məclisi-Məbusan) 120 əzadan ibarətdir.
2 — Azərbaycan parlemanı Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər aşağıdakı
tərtiblə intixab olunmuş əzadan təşəkkül edir:
a) Rusiya Məclisi-Müəssisanına dörd müxtəlif siyasi firqə siyahıları mucibincə Mavərayi-
Qafqaz əhaliye islamiyyəsi tərəfindən intixab olunub da sonra Mavərayi-Qafqaz "Seym"ində əza
sifətilə bulunmuş və bədə Azərbaycan Şurayi-Millisini təşkil eyləmiş 44 zatdan;
b) Azərbaycan bələdiyyələri müsəlman əzasilə əskidən mövcud bulunan Milli müsəlman
komitələri əzası tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan;
p) Əqəliyyətdə bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən cəlb olunacaq
zəvatdan;
t) Bakı Həmkarlar Şurası ilə Sovet siyezd, ticarət və ərbabi sənaye ittifaqından cəlb olunacaq
zəvatdan.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
353
26-27 October 2018, Baku, Azerbaijan
3 — Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq:
a) Əhaliye islamiyyə tərəfindən: Bakı — 5; Göyçay uyezdi — 2 (biri şəhər, biri uyezd); Cəvad
— 2 (biri şəhər, biri uyezd); Quba — 3 (biri şəhər, ikisi uyezd); Lənkəran — 2 (biri şəhər, biri uyezd);
Şamaxı — 2; Gəncə — 3 (biri şəhər, ikisi uyezd); Ərəş — 2; Cavanşir — 1; Zəngəzur — 2; Qazax —
1; Cəbrayıl — 1; Nuxa— 2 (biri şəhər, biri uyezd); Şuşa — 2 (biri şəhər, biri uyezd); Zaqatala — 2
(biri şəhər, biri mahal); İrəvan vilayətinin Azərbaycana keçən hissəsi — 3; Tiflis vilayətinin
Azərbaycana keçən hissəsi — 1.
Qeyd: a) Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi müsəlman əzası tərəfindən seçiləcəkdir.
Digər şəhərlərdə daxi şəhər hissəsinə düşən nümayəndəyi — ümumi intixabla seçilmiş müsəlman
qlasnılarını seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri tərəfindən intixab
olunacaqdırlar.
b) Seçkilər gizli olacaq;
p) Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən 21, 8-i Gəncə erməni əhali
komitəsindən, 8-i Şuşa erməni əhali komitəsindən, 5-i də Bakı erməni əhali komitəsindən; rus
əhalisindən Bakıdakı rus milli şurasından — 10; alman əhalisi təşkilati-milliyyəsindən — 1; yəhudi
şurayi milliyyəsindən —- 1; Gürcükomitəsindən — 1; Polyak komitəsindən — 1.
t) Bakı həmkarlar Cəmiyyəti Şurasından — 3, Bakı Sovet siyezd və ticarət-sənaye
cəmiyyətlərindən müştərəkən — 2.
Qeyd: 1 — Bələdiyyəsi və milli komitəsi olmayan qəzalar nümayşndələrini köy obşestva
nümayəndələrinin ictimaində təyin edə bilərlər. Bir ictimai hər obşestvadan birər nümayəndə
göndərilmək surətilə hasil olur.
Qeyd: 2 — Əhvali fövqəladə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təin
edər.
Qeyd: 3 — Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olur
və yaxud başqa bir səbəblə məclisdən çıxarsa, onun əvəzinə mənsub bulunduğu siyahının mərtəbi
bulunan firqəyi müəssisani tərəfindən başqa birisi təyin olunur.
Qeyd: 4 — Cəlb olunacaq şəxasın intixabati şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy
sudyalar və ya onların müavini və əqəliyyətə mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs və
nəzarəti ilə icra olunur və intixab olunacaq zəvaətə kəndi imzaları ilə keyfiyyət intixabi müvəzzəh və
müsəddiq etimadnamələr verilir.
Seçki qanunu siyasi, sinfi, dini, mulli fərqləri nəzərə almadan səsvermə hüququna malik bütün
vətəndaşların iştirakını təmin edirdi. Milli Şura üzvlərinin qətiyyətli siyasi movqeləri demokratik
parlamentin (Məclisi- Məbusanın) formalaşmasma gətirib çıxardı [6, s.20].
Parlamentə seçkilər haqqındakı bu qanunun elan edilməsindən sonra Bakıda siyasi mübarizə son
dərəcə kəskinləşdi. Xüsusən Azərbaycanda məskun olan qeyri – yerli əhali bu qanunu düşməncəsinə
qarşıladı. Həmin münasibət dekabrın əvvəllərində Bakıda bir sıra siyasi partiyaların nümayəndələrin-
dən ibarət “Demokratik müşavirə” deyilən yığıncaqlarda da özünü göstərdi. Müşavirədə iştirak edən
eser (Saakyan), menşevik (Baqaturov), bund (Blumşteyn) partiyalarının və həmkarlar ittifaqları
şurasının nümayəndələri (Kojannı, Roxlin) qəti surətdə Azərbaycan istiqlalı prinsipinə qarşı çıxıb,
parlamentin yaranmasını “böyük, bölünməz Rusiyaya qarşı xəyanət hesab etdiklərini bildirdilər”.
Müsavat partiyasının nümayəndəsi Şəfi bəy Rüstəmbəyli öz çıxışında Musavat partiyasının istiqlaliy-
yət uğrunda qəti mübarizəyə hazır olduğunu demiş, Azərbaycanda olan demokratik qüvvələrin
parlament vasitəsi ilə yeni Azərbaycanın qurulmasında iştirak etməyə çağırmışdır. Müsəlman sosialist-
lər ittifaqının nümayəndəsi Ə.C. Pepinov və Hümmət (menşevik) qrupunun nümayəndəsi Ə. Şeyxulis-
lamzadə öz çıxışlarında təşkilatları adından yaranmış mövcud vəziyyətdə parlamentdə iştirakın
zəruriliyindən bəhs etmişdilər. Bolşeviklər parlamentə baykot elan etdilər. Bakıdakı Rus Milli Şurası
ingilis komandanlığının köməyindən istifadə edərək, parlamentin açılması işini pozmağa cəhd etdi.
Erməni Milli Şurası da ixtiyarlarında olan hərbi hissələrə güvənərək Bakıda qarışıqlıq salırdı. Rus və
qismən Erməni Milli Şuraları parlamentə seçkiləri baykot edib, öz nümayəndələrinin parlamentdə
təmsil etdikləri millət adından iştirakına mane oldular. İlk əvvəllər onların müttəfiqi olan general
Tomson parlamentin açılmasına mane olsa da, bir qədər sonra onun təşkilinə mane olmamaq qərarına
gəlir. Rus Milli Şurasının da bir qrup üzvü onun tərkibindən çıxıb, Rus – slavyan cəmiyyəti deyilən bir
təşkilat yaratdılar. Sonuncular Azərbaycan istiqlalı prinsipini qəbul etməsələr də, öz nümayəndələrini
parlamentə göndərmək qərarına gəldilər. Fəhlə konfransının parlamenti baykot etmək siyasətinə qarşı
|