Conclusion
Establishing their independence upon the dissolution of Soviet Union, Central Asian states were
grabbed by the euphoria of rapid democratization. Soon after the independence all countries reformed
their political systems in compliance with the internationally accepted principles of democracy.
However these democratic principles were not adhered in practice, which were de jure rather than de
facto. And after more than a quarter of a century, expectations are not realised, apparently region
retreated from democracy and authoritarianism is resurging. A vision of the region can be framed upon
a brief look at the governances and political systems of these five states: since independence “The
Stans” performed very low at democracy, fundamental human rights have not been exercised and
economic liberalisation was not achieved. The main reason why Central Asian states could not
democratize is their failure to accept democracy as the primary governing principle. But there are also
other factors that contributed to the insufficient practice of democratic reforms in Central Asian states.
First, these countries had very short transition periods. After the dissolution of Soviet Union, Central
Asian countries had not enough time to go through evolutionary and gradual transition from
centralised to independent democratic governance. Second, these countries established democratic
institutions on foundations that had no prior experience of democracy, private ownership or liberal
social mind-set. Consequently in Central Asia democratization was developed from above. And by
mid 1990s it became apparent that establishing a parliament and conducting of elections did not ensue
effective democratic reforms.
REFERENCES:
1.
Al-Bassam K. (1997). The Evolution of Authoritarianism in Turkmenistan. Routledge: London.
2.
Aydin G. (2004). Authoritarianism versus Democracy in Uzbekistan: Domestic and International Factors.(Master’s
thesis) Retrieved from: http://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.424.8628&rep=rep1&type=pdf
3.
Bertelsmann Stiftung’s Transformation Index, BTI-2016. (2016). Turkmenistan country report. Gütersloh: Bertelsmann
Stiftung. Retreived from: https://www.bti-
project.org/fileadmin/files/BTI/Downloads/Reports/2016/pdf/BTI_2016_Turkmenistan.pdf
4.
Bohr A. (2016). Turkmenistan: Power, politics and petro-authoritarianism. London: Chatham House.
5.
Bonostra J. (2012). Democracy in Central Asia: Showing in Unfertile Fields? (EUCAM Publication No. 23).
6.
Central Intelligence Agency. The World Factbook. Country Comparison, Crude Oil, Proved Reserves. Retreived from:
https://www.cia.gov/library/publications/the-world-factbook/rankorder/2244rank.html
7.
Central Intelligence Agency. The World Factbook. Country Comparison, Natural Gas, Proved Reserves. Retreived
from: https://www.cia.gov/library/publications/the-world-factbook/rankorder/2253rank.html
8.
Day of Silence in Kyrgyzstan Ahead Off Constitutional Referendum. (2016, December 10). Azernews. Retrieved from:
http://www.azernews.az/region/106316.html
9.
Deirdre T. (2016, April6). Tracing political circles in Kyrgyzstan. International Crises Group. Retreived from
http://blog.crisisgroup.org/europe-central-asia/2016/04/06/tracing-political-circles-in-kyrgyzstan/
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
359
26-27 October 2018, Baku, Azerbaijan
10. Ex-Bishkek Mayor Jailed for Corruption. (2013, July 30). RFE/RL Kyrgyzstan. Retrieved from:
http://www.rferl.org/a/kyrgyzstan-bishkek-mayor-corruption/25060829.html
11. Fukuyama F. (2013). What is Governance?. CGD Working Paper 314. Washington, DC: Center for Global
Development. http://www.cgdev.org/content/publications/detail/1426906
12. GAN business anti-corruption portal. (2016). Tajikistan Corruption Report. http://www.business-anti-
corruption.com/country-profiles/tajikistan
13. Goble P. (2015, February 10). Unpublished census provides rare and unvarnished look at Turkmenistan. Eurasia daily
monitor. Volume 12, issue 26. Retrieved from: https://jamestown.org/program/unpublished-census-provides-rare-and-
unvarnished-look-at-turkmenistan/#.Vf6Gzd-qqko
14. Hug A. (2010). Kazakhstan at a Crossroads: Governance, Corruption & International Investment. The Foreign Policy
Center.
15. Juraev Sh.(2012). Is Kyrgyzstan’s New Political System Sustainable? PONARS Eurasia, Policy Memo No. 210.
16. Lewis D. G. (2016). Tackling Corruption in Uzbekistan: a white paper. New York :Open Society Eurasia Program.
17. More Kyrgyz Officials face Corruption Charges over Kumtor. (2013, october 31). RFE/RL Kyrgyzstan. Retrieved from:
http://www.rferl.org/a/kyrgyzstan-kumtor-gold-corruption/25153975.html
18. OSCE. Office for Democratic Institutions and Human Rights. Kyrgyz Republic. Parliamentary Elections 4 October
2015. Election Observation Mission Final Report. 28 January 2016.
19. OSCE. Office for Democratic Institutions and Human Rights. Republic of Kazakhstan. Early Presidential Election 26
April 2015. Election Observation Mission Final Report. Warsaw 29 July 2015.
20. OSCE. Office for Democratic Institutions and Human Rights. Republic of Kazakhstan. Early Parliamentary Election 20
March 2016. Election Observation Mission Final Report. Warsaw 27 June 2016.
21. OSCE. Office for Democratic Institutions and Human Rights. Turkmenistan. Parliamentary Elections 15 December
2013. Election Observation Mission Final Report. Retrieved from:
https://www.osce.org/odihr/elections/turkmenistan/108894
22. OSCE/ODIHR. Republic of Tajikistan. Parliamentary Elections 2014 October. Election Observation Mission Final
Report. Retrieved from: https://www.osce.org/odihr/elections/tajikistan/127226?download=true Page4
23. Pannier B. (June 2016). The perfect storm of corruption in Central Asia. Radio Free Europe/Radio Liberty. Retreived
from: http://www.rferl.org/a/corruption-central-asia/27779246.html
24. Petrovsky V. (2004). Growth, Governance And Human Development: Post-Soviet Transition in North and Central
Asia. In Y. Sato (Ed.), Growth and governance in Asia (pp. 155-165). Hawaii: Asia-Pacific Center for Security Studies
25. R.R. Sharma. (2004). Political System And Democratic Discourse In Central Asia: A View From Outside. Dialogue
magazine, Vol. 6, No. 2. Retrieved from: http://www.asthabharati.org/Dia_Oct04/R.R.%20Shar.htm
26. Rabbimov K. (2007). Uzbekistan’s political parties between the government and society. Central Asia and the
Caucasus. No.1(43). Pp.57-72.
27. Ramani S. (2015, october 5). Kyrgyzstan’s anti-corruption failure. The Diplomat. Retrieved from:
http://thediplomat.com/2015/10/kyrgyzstans-anti-corruption-failure/
28. Solovyov D. (2013, December 13). Turkmenistan: no threat to tight grip in Turkmenistan from multi-party vote.
Reuters. Retrieved from: https://thevotingnews.com/international/asia/turkmenistan/
29. Tajikistan’s government enraged by corruption allegations. (2014, August 5). The Central Asia-Caucasus analyst.
Retrieved from: https://www.cacianalyst.org/publications/field-reports/item/13017-tajikistans-government-enraged-by-
corruption-allegations.html
30. Tajikistan’s ruling party wins election decries as “farce”. ( 2015 March). Radio Free Europe/Radio Liberty. Tajik
service. Retreived from: http://www.rferl.org/a/tajik-elections-rahmon-party-victory/26877105.html
31. Toshmuhammadov M. (2004). Civil war in Tajikistan and post-conflict rehabilitation. Conference on Making a
Discipline of Slavic Eurasian Studies:Meso-Areas and Globalization. Japan, Sapporo.
32. Turkmenistan holds its first multiparty parliamentary elections. (2014, January 8). The Central Asia-Caucasus Analyst.
Retrieved from: https://www.cacianalyst.org/publications/field-reports/item/12885-turkmenistan-holds-its-first-
multiparty-parliamentary-elections.html
33. World Bank. (2002). Transition, The First Ten Years : Analysis and Lessons for Eastern Europe and the Former Soviet
Union. Washington, DC:World Bank.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
360
26-27 October 2018, Baku, Azerbaijan
QLOBALLAŞMA PROSESİNDƏ DÖVLƏTİN DƏYİŞƏN ROLU
i.ü.f.d. Heydərov Xanlar Bəylər oğlu
Bakı Mühəndislik Universiteti
xheyderov@beu.edu.az
XÜLASƏ
Müasir dünyada qloballaşma prosesi bir çox sahələrdə öz təsirini hiss etdirir. Onun təsir göstərdiyi sahə-
lərdən biri də dövlət idarəçiliyi sahəsidir. Siyasi sahədə dövlətin rolunun dəyişməsi qloballaşma prosesinin nəti-
cəsi olaraq ortaya çıxmışdır. Bu proses dövlət idarəetməsinin dövrün dəyişən və inkişaf edən dəyərlərinə görə
yenidən formalaşdırılması ehtiyacını ortaya çıxarmışdır. Bunun nəticəsi kimi idarəetmə strukturunun sərt, iearar-
xik bürokratik quruluşdan elastik struktura çevrilməsi gündəmə gəlmişdir. Bu məqalədə dövlətin qloballaşma
prosesindən necə təsirləndiyini və əldə etdiyi yeni rol təhlil edilir.
Açar sözlər: qloballaşma, dövlət idarəçiliyi, milli dövlət
ABSTRACT
In modern world the globalization process has an impact on many fields. One of these fields where it has
the impact is government administration. The change of government role in politics is the result of globalization
process.
This process reveals the importance of reformulating the government administration principles based on
changing and developing values of the time. As the result of this, transition from hierarchical and bureaucratic
structure into flexible one comes into agenda. This article discusses the new role of the government and how the
government was influenced by globalization.
Key words: globalization, public administration, national state
Giriş
XX əsrin əvvəllərində meydana gələn iqtisadi böhran bütün dünyanı sarsıtmış və II Dünya
müharibəsindən sonra iqtisadi baxımdan çətin vəziyyətə düşən dövlətlər üçün dövlətin iqtisadi həyata
müdaxiləsi zəruri hesab olunmuşdur. Dövlətin təhsil, sağlamlıq və təhlükəsizlik kimi təməl
xidmətlərdə deyil; eyni zamanda digər sahələrdə də fəaliyyət göstərməsi nəticəsində ictimai rifah
dövləti anlayışı meydana gəlmişdir. Beləcə dövlət sektoru genişlənərək böyük bir işçi heyət ilə
çalışmaq məcburiyyətində qalmışdır. 1980-cı illərdən sonra siyasi və ideoloji sahədə dünyada baş
verən dəyişikliklərlə mərkəziyyətçi strukturların tədricən öz yerini yerli idarəetmə anlayışına verməsi,
texnologiyanın, demokratik düşüncənin inkişafı, fərdin dövlət hakimiyyətinə qarşı dünyagörüşünün
dəyişməsinə səbəb olmuşdur. Bu dövrdə əsas haqq və azadlıqların inkişafı, dövlət sektorunda həyata
keçirilən işlərdə stabillik və şəffaflığın olması əsas priritet məsələlərdən sayılmışdır. Daha iştirakçı və
problemlərin həllinə ortaq olmaq istəyən fərdlər idarə olunan mövqedə qalmayıb idarə edən, iştirak
edən və qərar vermədə lazımi bir mövqeyə gəlmişdir. Xüsusilə rəqabətin çox inkişaf etdiyi 1980-ci
illər dövlətin ictimai rifah dövləti anlayışından məhdud xidmətləri yerinə yetirən və müdaxiləçi
mövqedən iştirakçı mövqeyə keçən liberal dövlət anlayışını ortaya qoymuşdur.
Bu inkişaf prosesi dövlət idarəetməsinin dövrün dəyişən və inkişaf edən dəyərlərinə görə
yenidən formalaşdırılması ehtiyacını ortaya çıxarmışdır. Bunun nəticəsi kikmi idarəetmənin
strukturunun sərt, ieararxik bürokratik quruluşdan elastik struktura çevrilməsinə səbəb olmuşdur.
Dünyanın demoqrafik quruluşunun davamlı dəyişməsi də dövlət xidmətlərinin təşkilati məzmununu
dəyişdirdiyindən ənənəvi dövlət idarəetməsinin hakim oldugu M.Veberin bürokratik modelini müdafiə
edən paradiqmanın yerini daha elastik, dəyişən bir anlayış əvəz etdi. Bundan başqa qloballaşma
nəticəsində formalaşan iqtisadi baxışlar dövlətin qoruyucu siyasətlərini sarsıtmış; siyasi, ictimai və
sosial sahədə bir-birindən təsirlənən dövlətlər , idarəetmə strukturlarını da tədricən bir-birlərinə
bənzətməyə çalışmış və qarşılıqlı asılılıqda olmuşdur. Bu prosesdə dövlət idarəçiliyi özəl sektorda
tətbiq edilən idarəetmə metodlarından təsirlənmiş və dəyişikliyə məruz qalmışdır. Beləliklə dövlət
funksiyalarının yenidən təyin olunması və dövlət idarəçiliyində menevment anlayışının hakim olması
istiqamətində işlərə başlanılmışdır. Bu prosesdə “dövlət xidmətlərində keyfiyyət”, “müştəri
mərkəzlilik”, “effektiv idarəçilik”, “elastik təşkilatlanma”, kimi yanaşmalar sayəsində dövlət
idarəetməsi lokallaşmağa meyl etməyə başlamış və bunun nəticəsində demokratikləşmə həyata
keçirilmişdir. Dövlətin fərdi vətəndaş kimi yox müştəri kimi qəbul etdiyi müştəri mərkəzli bu anlayış
elastik, iştirakçı, qloballaşmanın gətirdiyi dəyişikliklərə uyğunlaşa bilən, hesab verən, şəffaf idarəetmə
anlayışını mənimsəmişdir.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
361
26-27 October 2018, Baku, Azerbaijan
Qloballaşmanın Milli Dövlətə təsirləri
Qloballaşma iqtisadi, siyasi və ictimai sahələrdə təsirini sürətlə artıran əhəmiyyətli bir inkişaf
yoluna qədəm qoymuşdur. Günümüzdə dünyanın hər bölgəsi, bütün iş sahələri, qısaca insana dair hər
mövzu, qloballaşma nəticəsində dəyişikliyə məruz qalmışdır. Bu zamanda ən çox dəyişən isə milli
dövlət olmuşdur. İnformasiya texnologiyalarının inkişafı, neoklassik düşüncənin dünyada sürətlə
yayılması ilə minimal dövlət anlayışı vüsət almışdır.
Qloballaşma ilə bağlı özəmli nüabslardan biri də onun özünə məxsus dəyərlərini inşa etməsidir.
Bunun nəticəsində qloballaşma, müəyyən zaman içərisində öz “dövlətini” qurmuşdur. Artıq indiki
vaxtda dövlətlərin beynəlxalq arenadan təcrid olunmuş formada öz siyasətini həyata keçirməsi qeyri-
mümkün hala gəlmişdir. Trans Milli Şirkətlər, Beynəlxalq təşkilatlar və qlobal vətəndaş cəmiyyəti
institutları kimi qurumlar dövlətin öz siyasətini həyata keçirməsi prosesində aktivləşə və milli dövlət
suverenliyini təhdid edərək dövlət siyasətlərinə təsir edə bilirlər.
Milli dövlət insanların öz müqəddəratlarını milli siyasi mexanizmlər və təşkilatlar
çərçivəsində təyin etdikləri dövlət modelini ifadə edir. Bu anlayış eyni zamanda feodal xarakterli
siyasi quruluşdan mərkəziyyətçi xüsusiyyətləri üstünlük təşkil edən siyasi quruluşa keçişi təmsil edir.
Eyni dili danışan, eyni soydan gələn, eyni dinə mənsub, eyni mədəniyyətə sahib, eyni tarixi kecmişi
paylaşan, ortaq düşməni və ya düşmənləri olan bir insan birliyi olaraq millətin, siyasi olaraq
təşkilatlanmış və xalqın ətrafında bir sistem formasında yaranmış bir təşkilatdır. Bu məzmunda milli
dövlət ortaq dəyərlər ətrafında toplanan və milli siyasətlər ilə şəkillənən siyasi bir çərçivədə yaşayan
və fikir bəyan edən millətlərin bir yerdə yaşadığı siyasi quruluş olaraq da ifadə edilə bilməkdədir. [1]
Müasir dövrdə bu sahədə ən vacib problemlərdən biri qloballaşma prosesində dövlətin öz
varlığını necə davam etdirməsi məsələsidir . Qloballaşma və milli dövlət mövzusuna , Richard Falkın
"The Future of Sovereign States And International Order" adlı məqaləsində daha ətraflı açıqlandığını
görmək mümkündür. Falk, iqtisadi qloballaşmanın, siyasi sahəyə də təsir etdiyini ifadə etməkdədir.
Falka görə bu günki halıyla beynəlxalq sistemdə "dövlətlər" və "Dünya" anlayışları vardır. Ancaq,
Dünya anlayışının içində artıq regional inteqrasiyalar, Trans Milli Şirkətlər, dövlət xarici aktyorlar var.
Sovetlər Birliyinin dağılmasından sonra yeni dünya nizamı ilə birlikdə milli dövlətlərin problemləri
artmışdır. Milli dövlətlər baxımından əhəmiyyətli olan məsələ dövlətlərin hər şeyə müdaxilə etdikləri
sistemin artıq dəyişikliyə məruz qalmasıdır. [2]
XX əsrin ortalarından etibarən bütün dünyada qloballaşma, rəqabət, elmi-texniki tərəqqi
nəticəsində, bir çox ölkələrin, iqtisadi, siyasi və administrativ sistemlərində köklü dəyişikliklər baş
vermişdir. Qlobal inkişaf dalğası ölkələrin müxtəlif təşkilatlarını və təşkilatların cəmiyyətlə olan
əlaqələrinin istiqamətini də dəyişdirmişdir. Sonu hələ bəlli olmayan bu dəyişikliyin nəticəsində dövlət
idarəetməsində də dərindən , köklü islahatların baş verdiyini görə bilərik. Dövlət idarəetməsinin bu
iqtisadi, ictimai, siyasi və texniki sahələrdə baş verən dəyişiklikləri nəzərə almadan varlığını davam
etdirməsi qeyri-mümkündür. Sənaye inqilabının rəqabətə əsalanan strukturu ilə bağlı olaraq sərt,
ierarxik və mərkəzin qanunlarına bağlı formada təşkilatlanmış dövlət idarəetməsi, qlobal informasiya
cəmiyyəti və iqtisadiyyatının yenilikləri qarşısında yeni dəyişikliklərə məruz qalmışdır. Dövlət
idarəetməsinin mövcud strukturunda, işləyiş və əlaqələr sistemində həm bu dəyişiklilərə , həm də yeni
inkişaf edən ictimai tələblərə cavab verə biləcək şəkildə tənzimləmələr edilməsi əsas prioritet məsələ
olaraq qalmışdır. Çünki, dövlət xidmətlərinin keyfiyyətli və şəffaf formada yerinə yetirilməsinə
istiqamətlənmiş istək və gözləntilərin artması, demokratik mexanizmlərin daha çox işləklik və
fəaliyyət qazanması, vətəndaşların aktiv formada idarəetmədə iştirak etmə tələblərinin gündəmə
gəlməsi, dövlətin struktur və funksional olaraq dəyişməsini məcbur edən faktorlardır. [3]
Yaşadığımız əsrin ən çox nəzərə çarpan çarpan xüsusiyyətlərindən biri müxtəlif sahələrdə
dəyişikliklərin sürətlənməsi və çox ölçülü hala gəlməsidir. Texnoloji, iqtisadi, siyasi, ictimai və
mədəni sahələrdə sürətli və təsirli inkişaf nəzərə çarpır. Ayrı-ayrı sahələrdə müşahidə edilən inkişaf,
fərdlərə olduğu qədər ölkələrə və təşkilatlara da köklü bir şəkildə təsir etməkdədir.
Dünyada yaşanan sürətli və çox istiqamətli dəyişikliklər və inkişaf xüsusilə idarəetmə
anlayışında və klassik bürokratik strukturlarda köklü yenidən təşkilatlanmanı gündəmə gətirmişdir.
İdarəetmə anlayışına və strukturlarına köklü bir şəkildə təsir edən dəyişiklik faktorları, dörd qrup
altında toplana bilər:
İqtisadi nəzəriyyədə yeniliklər,
İdarəetmə nəzəriyyəsində yeniliklər,
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
362
26-27 October 2018, Baku, Azerbaijan
Özəl sektorun rəqabətçi quruluşu və əldə etdiyi inkişaf,
İctimai tənqid və inkişaf tələbi ilə vətəndaş cəmiyyətinin inkişafı
Xüsusilə 1970-ci illərdən başlayan proses daxilində iqtisadiyyat sahəsində Keynsçi yanaşma və
klassik rifah dövləti anlayışı əhəmiyyətli nisbətdə tərk edilmiş, iqtisadiyyat nəzəriyyəsində liberal
yanaşma üstünlük əldə etmişdir. Yaşanan nəzəri inkişaflar, bazarda rəqabət şərtləri içində inkişaf edən
özəl sektorun dinamik inkişafı və yeniliklərə uyğunlaşma bacarığı ilə yaxından əlaqəlidir. İnkişaf edən
texnologiya və yeni təşkilatlanma metodları sayəsində məhsuldarlığı artan özəl sektor sərmayə
hərəkətlərinin sərbəstləşdiyi bir mühitdə, bir çox ölkədə inkişafın lokomotivi halına gəlmişdir. Bu
inkişaf qarşısında, klassik olaraq dövlət tərəfindən istehsal edilən bir çox məhsul və xidmətin özəl
sektora verilməsi, dövlət təşkilatlarının iş prosesində elastikliyin artırılması, dövlətin müxtəlif ictimai
xidmətləri özəl sektordan tədarük etməsi və ya dövlət təşkilatlarının özəl sektorda inkişaf edən
yanaşmalara uyğunlaşdırılması gündəmə gəlmişdir. Vətəndaşların dövlət idarəetməsindən tələbləri
kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə yönəlmiş, vətəndaşlar xidmətlərin istehsalı ilə
bağlı qərar qəbulu prosesində xüsusi rol oynamağa başlamışlar. Bu tələblər qarşısında effektiv xidmət
təklif edə bilməyən, davamlı böyüyən, büdcə kəsiri və inflyasiya ilə işləyən dövlət sektoruna qarşı
tənqidi yanaşmalar cəmiyyətlərdə yayılmağa başlamış, bu təzyiq altında dövlət bürokratiyası və
siyasət yenidən təşkilatlanmağa yönəlmişdir.
Bütün bu nəzəri və real dəyişmələr istiqamətində, dövlət idarəetməsinin ictimai rolu və
funksiyaları ilə bunları yerinə yetirərkən tətbiq edəcəyi üsullar və meydana gətirəcəyi təşkilati
strukturlar mübahisə və müzakirə mövzusu halına gəlmişdir. Ümumiyyətlə ifadə ediləcək olsa,
cəmiyyətin tələblərinə qarşı daha həssas, iştirakçılığa əhəmiyyət verən, hədəf və prioritetlərini
dəqiqləşdirmiş, hesabatlı, şəffaf, daha kiçik ancaq daha effektiv dövlət idarəetməsi irəli sürülmüşdür.
Dövlətin istehsaldan çəkilməsi, təşkil edici funksiyasının gücləndirilməsi, özəl sektor və cəmiyyət ilə
iştirakçılıq əlaqəsinin inkişaf etdirməsi nəzərdə tutulmuşdur. Dövlət, bazar və vətəndaş cəmiyyət bir-
biriylə rəqib deyil, bir-birini tamamlayar şəkildə düşünülməyə başlanmış, siyasi proses daxilində
ictimai xidmətlərin yenidən təyin olunması, bu üç təşkilat arasındakı iş bölümünün hər ölkənin öz
şərtləri daxilində davamlı nəzərdən keçirməsi lazımlı hala gəlmişdir. [4]
Nəticə
Ölkəmizin idarəetməsinə nəzər yetirdikdə anlaşılır ki, Azərbaycan Respublikasının dövlət
idarəetməsi sistemi, keçmiş SSSR-dən qalan mərkəziyyətçi bürokratik struktura uyğun olaraq təşkil
edilmişdir. Lakin buna baxmayaraq artıq öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik,
hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur və demokratik inkişaf yolu ilə inamla
addımlayır. Son illərdə dövlət orqanları tərəfindən göstərilən bir sıra xidmətlərin özəl sektora vəya
yeni yaradılmış publik hüquqi şəxslərə ötürülməsi də dövlət idarəetmə sahəsində aparılan islahatların
tərkib hissəsi kimi qiymətləndirilə bilər. İndi artıq bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf
mərhələsində öz layiqli yerimizi tutmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək,
qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq. Belə ciddi problemlərdən biri
Azərbaycanda dövlət idarəçiliyi sahəsində islahatların aparılması və səmərəli dövlət idarəçiliyi
sisteminin formalaşdırılmasından ibarətdir .
Dostları ilə paylaş: |