Ci iLLƏr uşaq nəSRİ VƏ dramaturgiyasi (M.İBrahimov, Ə. MƏMMƏdxanli, anar, elçİN, M.İBrahiMBƏyov, Y.ƏZİmzadə, Ə. SƏMƏDLİ VƏ B.). Plan



Yüklə 43,1 Kb.
səhifə1/8
tarix27.12.2022
ölçüsü43,1 Kb.
#77998
  1   2   3   4   5   6   7   8
Mövzu 11


MÖVZU 11.
60-80-CI İLLƏR UŞAQ NƏSRİ VƏ DRAMATURGİYASI (M.İBRAHIMOV, Ə.MƏMMƏDXANLI, ANAR, ELÇİN, M.İBRAHİMBƏYOV, Y.ƏZİMZADƏ, Ə.SƏMƏDLİ VƏ B.).


Plan:

  1. Xalidə Hasilovanın bədii yaradıcılığı.

  2. Nəriman Süleymanov yaradıcılığı.

  3. Əyyub Abbasov yaradıcılığı.

  4. Emin Mahmudov yaradıcılığı.

  5. Namiq Abdullayev yaradıcılığı.

  6. M.İbrahimovun bədii yaradıcılığı.

  7. M.İbrahimbəyov bədii yaradıcılığı.

  8. Y.Əzimzadənin bədii yaradıcılığı.

  9. Ə.Səmədlinin bədii yaradıcılığı.



1. Xalidə Məmməd qızı Hasilova (1920-1996) - Zaqatala şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra burada Pedaqoji texnikumu bitirmiş, bir müddət Zaqatala rayonunun Qımır kənd orta məktəbində müəllimlik etmişdir. X.Hasilovanın ilk kitabı 1950-ci ildə “Kiçik hekayələr” adı ilə çap olunmuşdur. Sonrakı illərdə onun “İlk məktub” (1951), “Lalənin kitabı” (1955), “İki yoldaş” (1955), “Sular durulur” (1958), “Rəna evlərini axtarır” (1962), “Dəniz çıraqları” (1964), “Atlaz yarpaqları” (1965), “Yaşıl ayna” (1971), “Ləpəli sahilin xatirələri” (1983), “Xoruzlu dəsmal” (1994) və sair kitabları nəşr edilmiş, balaca oxucuların marağına səbəb olmuşdur.
X.Hasilovanın ilk yaradıclığına daxil edilən hekayələri (“Təqvim”, “Nailənin kubikləri”, “Şaxta babanın hədiyyəsi” və s.), həmçinin, sonrakı illərdə qələmə aldığı əsərləri uşaqların təlim-tərbiyəsinə, bir şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərmiş, onlarda elmə, biliyə maraq hissləri daha da artmışdır.
İlk məktub” hekayəsi yazıçının ilk yaradıcılıq məhsulu olsa da, əsərin qəhrəmanı səkkiz yaşlı Solmazın xeyirxah əməlləri inandırıcı boyalarla əks etdirilmişdir. Yaşlı xəstə qadının ev işlərinə kömək edən, onun yastığının yanından bir an belə çəkilməyən bu xeyirxah qızın yaşına uyğun olmayan bir tərzdə insanları dərindən duyması, rəğbət, mərhəmət hisslərinə malik olması, başqalarına can yandırması onu oxucuların nəzərində ucaldır.
Qarının hədiyyəsi” hekayəsində iki məktəbli uşaq tutduqları əməllərinə və xarakterlərinə görə təsvir olunur. Yaşarla Ulduz zahiri görkəmlərinə görə bir-birinə bənzəyirlər. Yalnız Ulduzun başına qoyduğu araqçın onları biri-birindən fərqləndirir. Ulduz xeyirxah xarakterə malikdir, Yaşar isə bu hisslərə qarşı bir qədər laqeyddir. Qoca arvad ev işlərində ona köməklik edən Ulduza hədiyyə gətirsə də, bu iki uşağın zahiri bənzəyişləri onun yanılmasına səbəb olur. Hədiyyəni Ulduzun araqçınını təsadüfən başına qoymuş Yaşara verir. Lakin Yaşar hədiyyənin ona çatmayacağını bildirir, əhvalatı olduğu kimi, qızara-qızara yoldaşlarına danışır. Özü də qoca qarıya kömək etmədiyinə görə xəcalət hissi keçirir. Yazıçı bu uşaqların xarakterini qarşı-qarşıya qoymaqla, öz oxucularına insanlara qarşı həssas olmağı, özündən böyüklərə hörmət etməyi, insani münasibətləri həmişə qoruyub saxlamağı tövsiyə edir.
Baba və nəvə” hekayəsində müxtəlif yaş xüsusiyyətlərinə malik olan iki nəslin nümayəndələri arasında gedən söhbət uşaqlara təbiəti sevməyi, insanın sağlamlığına və ömrünün uzanmasına səbəb olan ağaclar əkməyi və onları göz bəbəyi kimi qorumağı təbliğ edir.
X.Hasilovanın hekayələri həcm baxımından yığcam olsa da, dərin mənası ilə oxucunun diqqətini cəlb edir. “Nuru”, “Özünü itirmədi”, “Ayişə”, “Krançı və sərçə yuvası”, “Səhər-səhər”, “Solmaz və asfaltçı oğlan”, “Elçinin pələngi” və s. hekayələrində müxtəlif yaş xüsusiyyətlərinə malik olan uşaqların həyat tərzi, onların dünyaya baxışı, özlərinə məxsus olan təfəkkürün ilk təzahür formasının hərəkətlərində biruzə vermələri və digər maraqlı görüntülər yazıçının məharətindən xəbər verir. “Təmizkar sağsağan”, “Çil toyuq ilə Məstanın dostluğu”, “Şərikli bala”, “Ana qaranquş”, “Dənizdə kəpənəklər”, “Anac toyuğun yumurtaları”, “İlan ovu”, “Çağrılmamış qonaq” və s. hekayələrində uşaqları digər canlılarla tanış edir, onların zooloji biliklərini artırır.
Yazıçı “Təmizkar sağsağan” hekayəsində bu quşun qeyri-adi təmizkarlığını təsvir etməklə, uşaqları da səliqəli olmağa, yaxşı vərdişlərdən nümunə götürməyə səsləyir.
Çil toyuq ilə Məstanın dostluğu” hekayəsində yazıçı iki canlının bir-birinə olan isti münasibətini, mehribançılığını təsvir etməklə yeni nəslin də bu istiqamətdə tərbiyə olunmasını arzulayır.
Ana qaranquş” hekayəsində qaranquşun öz balasının xilası üçün özünü qurban verməsi olduqca incə duyğularla, həyəcanla, narahatçılıq hissi ilə təsvir edilir. Balasını yad əllərdə görən ana qaranquş onu xilas etmək üçün rəqibinə tərəf şığıyır, heç nə əldə edə bilməsə də, canını öz balasının yolunda fəda edir.
Yazıçı xalq yaradıcılığı motivlərindən məharətlə istifadə edərək uşaqlar üçün maraq doğuran digər hekayələrini də (“Tısbağa və əqrəb”, “Şir və qarışqa”) qeyd etmək lazımdır. Əlbəttə, bu hekayələrin süjeti yeni deyildir, Şərq ədəbiyatında bunlara kifayət qədər rast gəlmək mümkündür. Lakin müəllif bu süjeti uşaqların anlam səviyyəsinə salmış, onu daha da oxunaqlı etmək üçün dilimizin zəngin leksik imkanlarından bacarıqla istifadə etmişdir.
Şir və qarışqa” təmsil-hekayəsinin tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Əsərin qısa məzmunu belədir: qənaət etməyi bacarmayan, əlinə düşdüyünü parçalayıb yeyən şir çox qocalmışdır. O, bütün heyvanları yanına çağırıb soruşur ki, kim mənə qənaət etməyi öyrədər. Bütün heyvanlardan çox bilən, hiyləgər tülkü bunu ancaq qarışqadan öyrənə biləcəyini söyləyir. Qarışqanı şirin yanına gətirirlər. Şirlə qarışqa arasında gedən dialoqdan məlum olur ki, qarışqa həm ağıllı, həm də qənaətcildir. Şirin “Qənaətcil olmağını isbat edə bilərsənmi?” sualına qarışqa belə cavab verir: “Əmr edin ki, məni bir şüşəyə salıb ağacdan assınlar. Yanıma da bir buğda dənəsi qoysunlar. Mən onunla yeddi il dolanaram...” Qarışqanın dediklərinə əməl edən şirin on ildən sonra qarışqa yadına düşür, görür ki qarışqa hələ buğdanın yarısını yemişdi.Qarışqa isə cavab olaraq deyir: “Padşah sağ olsun, qorxurdum başın parçalayıb dağıtmağa məşğul olsun, iyirmi ildən sonra yadına düşüm. Ona görə də buğdanın yarısını qənaət edib saxlamışam”.
Yazıçı bununla harın hökmdarları ifşa etməklə yanaşı, ağıl sahiblərinin üstün cəhətlərini təbliğ edir, uşaqlara idrak sahibi olmağa, həyatda zəhmətlə və qənaətlə dolanmağı, yırtıcı xarakterlərə malik olan varlıqlardan uzaq olmağa, onlarla qəti mübarizə aparmağa çağırır.
Qazaxıstan hekayələri” silsiləsinə daxil olan yığcam, lakin məna baxımından diqqəti cəlb edən əsərləri uşaqların bir şəxsiyyət kimi yetişməsinə, onlarda vətən, torpaq sevgisinin daha da qüvvətlənməsinə xidmət edir. Yazıçı qələmə aldığı “Xuraman və yoldaşları”, “Torpağın nağılı”, “Ulduzların da güzgüsü var”, “Daniyarın gözləri” və “Bacılar” adlı hekayələrində özləri üçün yeni həyat qurmaq arzusunda olan zəhmət adamlarının fəaliyyətini, xalqının rifahı uğrunda canını qurban verən Daniyarın əfsanəvi qəhrəmanlığını və onun faciəsini real boyalarla, həyacan doğuran duyğularla əks etdirmişdir.
X.Hasilovanın yazdığı kiçik povestlərdə dövrün aktual problemləri özünü aydın şəkildə göstərir. “Atlaz yarpaqlar”, “Yaşıl ayna”, “Rəna evlərini axtarır”, “Ləpəli sahilin xatirələri”, “Lalənin kitabı”, “Dəniz çıraqları” və s. povestləri məzmunu və maraqlı süjeti ilə oxucuların diqqəti cəlb edir.
Lalənin kitabı” povesti üçüncü sinif şagirdlərinin həyatından bəhs edir. Bu uşaqlar hələ dünyanı tam dərk edə bilməsələr də, onları dostluq telləri bir-birinə bağlayır. Təhsil və elmə meyl göstərən bu uşaqlar, təbiətdə mövcud olan bütün varlıqlara xoş münasibətdə olurlar. Lakin povestdə elə uşaqlarla da rastlaşırıq ki, onlar burunlarını dik tutaraq veyil-veyil gəzir, yersiz və şagirdə yaraşmayn hərəkətləri ilə öz sinif yoldaşlarının, müəllimlərinin canını boğaza yığırlar. Lakin əsərin sonunda öz xarakteri və tərbiyəsi ilə seçilən Lalə sinifdə olan lovğa oğlanları böyük səbri, möhkəm iradəsi ilə tamam islah edir. Povestin qəhrəmanı, ikinci sinfi əla qiymətlərlə başa vuran Lalə yay tətilini anası ilə Qara dəniz sahilində keçirmişdir. O, maraqlı və şirin xatirələrlə evlərinə qayıdır və avqustun axırında tələsik məktəblərinə baş çəkir. Üçüncü sinifdə lovğa oğlanlarla birlikdə oxuyacaqlarını bilib pərt olur. Lalə onu bezikdirən Niyazı səbr və təkidlə “düz yola” qaytarır. Povestdə üçüncü sinif şagirdi Lalə və Ceyran müəllimə yadda qalan canlı bitkin obrazlardır. Yazıçı özü bir pedaqoq kimi təlim-tərbiyə məsələlərini dərindən bildiyinə görə Lalənin islahetmə üsulunda, uşaq qəlbinə təsir etməsində sünilik, ifratçılıq nəzərə çarpmır, əksinə, uşaqlar üçün nümunə rolunu oynayır.
Dəniz çıraqları” povestində isə, texniki peşə məktəbini bitirib neft sənayesində fəaliyyət göstərən gənclərin həyatından söhbət açılır. Povestin əsas personajı olan Fazil dənizçi nəslindəndir. O da atası və babası kimi dənizlə maraqlanır. Texniki peşə məktəbini bitirdikdən sonra Neft daşlarına işləməyə gedir, öz qoçaqlığı ilə hamının hörmətini qazanır. Fazil daima irəliləməyə can atır, çətinliklərdən qorxmur, xalqa xeyir verəcək şərəfli işlərdə çalışır. Əsərdəki gənc surətlərdən biri də İradədir. İradə tibb məktəbini bitirib Neft daşlarında işləməyə gəlmişdir. O da işgüzarlığı və nəcib hərəkətləri ilə hamının hörmətini qazanmışdır. İradə ilə Fazil arasındakı sevgi qığılcımları, ülvi duyğular onları bir-birinə bağlayır. Povestdə onlardan başqa Rəşid, Qurban və Vasya kimi yadda qalan bütöv xarakterlər vardır. Lakin əsərdə bir sıra xüsusiyyətlər, xüsusilə Cəlal, Cahan, mühəndis Səmədov, Fərəc surətləri ötəri işlənmişdir, hətta bəzilərinin ancaq adı çəkilir.
Yazıçının “Nəğməli Könül” povestində gənc müğənni Könülün taleyi təsvir edilir, mənalı ömür tarixçəsi vərəqlənir. Hadisələr II Dünya müharibəsindən əvvəlki illərə və bu müharibənin qanlı-qadalı illərinə təsadüf edir. Həmçinin, əsərin qəhrəmanı Könülün müharibədən sonrakı fəaliyyəti də bədii boyalarla, inandırıcı təsvirlərlə əks etdirilmişdir.

Yüklə 43,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin