Ci iLLƏr uşaq nəSRİ VƏ dramaturgiyasi (M.İBrahimov, Ə. MƏMMƏdxanli, anar, elçİN, M.İBrahiMBƏyov, Y.ƏZİmzadə, Ə. SƏMƏDLİ VƏ B.). Plan



Yüklə 43,1 Kb.
səhifə5/8
tarix27.12.2022
ölçüsü43,1 Kb.
#77998
1   2   3   4   5   6   7   8
Mövzu 11

7. Maqsud İbrahimbəyov (1935) - bədii yaradıcılığa 1960-cı ildə başlamışdır. Yazıçının “Bir gözəl gündə”, “Müharibənin 1001-ci gecəsi”, “Uşaqlığın son gecəsi”, “Bütün yaxşılıqlara görə ölüm” və digər əsərlərində yazıçının həyatın mürəkkəbliyi, insan taleyinə həssas münasibəti, humanizmi diqqəti cəlb edir. Altmışıncılar nəslinin parlaq nümayəndəsi olan yazıçının əsərlərində insan taleyinin mürəkkəbliyindən, gənclərin mənəvi axtarışlarından, yaşadığı cəmiyyətin sərt həqiqətlərindən, dostluqda sədaqət, xeyirxahlıqdan söz açılır. Ədibin “Püstə ağacı” hekayəsində hadisələr müharibə dövründə Bakı həyətlərinin birində cərayan edir. Yazıçı püstə ağacına münasibətin timsalında müharibənin sərt həqiqətlərindən, müharibəni oyun sayan uşaqların keçdiyi ağrılı həyat dərslərindən söz açır. əsərin qəhrəmanları müharibə illərinin uşaqlarıdır. Bir məhəllədə yaşayan uşaqlar müharibəni oyun, əyləncə kimi başa düşür, dövrün ab-havasına uyğun olaraq dava-dava oynamaqla gün keçirirlər. Hətta müharibə vaxtı şəhərə düşmən bombasının düşməməsı də uşaqları heyifsiləndirir: «Müharibə vaxtı Bakıya bomba düşmədi. Heç bircə dənəsi də düşmədi. Deyəsən, bizdən - məhəllə uşaq­larından başqa heç kəs buna təəssüflənmədi. Yandırıcı da olmasa, hər hansı bir başqa bombanı suya basıb söndürməyi çox istəyirdik. Amma bu məsələdə bir şey alınmadı. Hədər yerə gecədən xeyli keçənədək binanın damında oturub hava hücumunu gözləyirdik».
Hər gün püstə ağacının kölgəsinə yığışan uşaqlan həyətlərinə köçən qadının, onun körpələrinin taleyi də düşündürmür. Püstə ağacının qurumasunda yeni köçmüş qonşu qadını günahkar bilən uşaqlar onun evinə hücum çəkir, lakin hönkürərək ağlayan ananı və körpələri gördükdə sarsılırlar. Məlum olur ki. qonşu qadın cəb­hədəki ərinin qara xəbərini almışdır. .
Bu hadisə uşaqların həyatında dönüş nöqtəsi olur Onlar başa düşürlər ki, müharibə oyun deyil, insan faciələri, ata-anasız qalmış uşaqlar, ölüm, fəlakət deməkdir.
Bütün yaxşılıqlara görə ölüm” əsərində müharibə illərindən qalmış, alman faşistlərinin qərargah kimi istifadə etdiyi gizli ma­ğaranı təsadüfən tapan uşaqların başına gələn macəralar təsvir edilir. Mağaranın girişinin uçqun nəticəsində bağlanması içəridə qalan uşaqları qorxuya salsa da, onlar çıxış yolu axtarmağa başlayırlar. Yazıçı çətin sınaq qarşısında uşaqların hər birinin xarakterinin üzə çıxdığını göstərir. Onların fərqli davranışından məlum olur ki, adi vəziyyətdə liderlik edən uşaq fövqəladə hal baş verəndə özünü itirir, düzgün mövqe tuta bilmir. Əsərin ilk baxışda heç kəsdən fərqlənmə­yən qəhrəmanı isə düzgün davranış nümayiş etdirməklə, ən çətin məqamda düzgün qərar qəbul etməklə çıxış yolu tapa bilir. Mağa­ranın divarındakı ölüm hədəli yazılar onları düşündürür. Uşaqlar məntiqlə fikirləşib başa düşürlər kı, faşistlərin mağarada ölümlə qa­dağan etdiyi hər şey onların xilasına kömək edə bilər Əsərin qəh­rəmanının alman dilini bilməsə də, təcili partlayıcı qurğunu işə salmaq qərarı partlayış nəticəsində gizli qapının açılmasına, uşaq­ların mağaradan xilas olmasına gətirib çıxanr.
Ədibin ssenariləri əsasında “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim", “Son müsahibə", "Yarımçıq qalmış serenada" və digər filmlər çəkilmişdir.

Yüklə 43,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin