Ci iLLƏr uşaq nəSRİ VƏ dramaturgiyasi (M.İBrahimov, Ə. MƏMMƏdxanli, anar, elçİN, M.İBrahiMBƏyov, Y.ƏZİmzadə, Ə. SƏMƏDLİ VƏ B.). Plan



Yüklə 43,1 Kb.
səhifə6/8
tarix27.12.2022
ölçüsü43,1 Kb.
#77998
1   2   3   4   5   6   7   8
Mövzu 11

8. Yusif Əzimzadə (1917-1984) - tanınmış yazıçı, dramaturq bədii yaradıcılığa şeirlə başlayıb. Sonradan onun yaradıcılığında nəsr, dramaturgiya nümunələri mühüm yer tutmuşdur. Keçən əsrin 40-cı illərində ədibin “Partizan oğlu”, “İlk görüş”, “Onun həyatı” kitabları nəşr olunmuşdur. Y.Əzimzadənin “Anacan”, “Qonşular” pyesləri bilavasitə gənclərə ünvanlanmışdır.
Bənnanın söhbəti” hekayəsində ibrətamiz bir hadisə qələmə alınmışdır. Qoca bənnanın danışdığı əhvalat oxucunun gözləri qarşısında öz körpəsinin həyatını xilas edən fədakar ana obrazını canlandırır.
Anacan” uşaq dramaturgiyasının dəyərli nümunələrindən sayılır. Əsərdə həyatın sərt üzü ilə qarşılaşmış uşaqların təlim-tərbiyəsi problemləri öz əksini tapmışdır. Hadisələr uşaq evində cərəyan edir. Uşaq evinin müdiri Gülbahar yurdsuz uşaqların qayğısına qaldığı, onlara ana əvəzi olduğu üçün onu “Anacan” deyə çağırırlar. Anacanın məqsədi küçə uşaqlarını cinayətkarların caynağından qoparmaq, onlara təlim-tərbiyə vermək, sağlam həyata qaytarmaqdır. Bu məqsədə çatmaq Anacan bu qənaətə gəlir ki, Ataman kimi adamları nəsihətlə, hədələməklə tutduqları yoldan qaytarmaq çətin məsələdir. Anacanın mərdliyi, nəcibliyi ona düşmən olan Atamana da təsirsiz qalmır. Axırda hamının tərk etdiyi Atamanın Gülbaharın yanına gəlib dediyi sözlər işıqla qaranlığın mübarizəsinin məntiqi nəticəsi kimi səslənir.
Nəsrəddin” əsərində müəllif folklor motivlərindən – Molla Nəsrəddin lətifələrindən yaradıcılıqla istifadə etmişdir. Əsərin qəhrəmanı Nəsrəddinin xarakterindəki müsbət xüsusiyyətlər, nöqsanlara qarşı barışmazlığı oxucuda dərin rəğbət oyadır.
Əsərdə Nəsrəddinin mübarizə apardığı qüvvələr şah, şəhər qazısı, darğa, Fərzəli bəy, dərvişdir. Haqsızlığı, tamahkarlığı təmsil edən, satirik gülüş hədəfinə çevrilən bu qüvvələrlə qarşılaşmada Nəsrəddin öz ağlı, fərasəti ilə seçilir, rəqiblərini məğlub edir. Bu mübarizədə qazının qızı Pəri xanım, Əliş, Vəliş Nəsrəddinə yardım edir. Əsərin sonunda Nəsrəddin atasına deyir ki, bu gündən belə o, mollaların, qazıların qənimi Molla Nəsrəddin olacaqdır.
Xatirə” pyesində müharibə dövrünün hadisələri təsvir edilib. Dramaturq müharibənin dinc, xoş arzu və istəklərlə yaşayan insanlara gətirdiyi faciələri bir-bir ilə qonşu olan iki ailənin taleyi timsalında əks etdirmişdir.

Yüklə 43,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin