Ci iLLƏr uşaq nəSRİ VƏ dramaturgiyasi (M.İBrahimov, Ə. MƏMMƏdxanli, anar, elçİN, M.İBrahiMBƏyov, Y.ƏZİmzadə, Ə. SƏMƏDLİ VƏ B.). Plan


Pyesləri. “Məlik Məmməd”, “Aqil və Sərvinaz”, “Gecənin qisası”



Yüklə 43,1 Kb.
səhifə3/8
tarix27.12.2022
ölçüsü43,1 Kb.
#77998
1   2   3   4   5   6   7   8
Mövzu 11

Pyesləri. “Məlik Məmməd”, “Aqil və Sərvinaz”, “Gecənin qisası” pyesləri xalq ədəbiyyatı motivləri əsasında yaranmışdır. “Məlik Məmməd” pyesi eyni adlı nağıldan istifadə yolu ilə yazılmışdır. Hadisələr nağıla nisbətən daha şaxəli və geniş plandadır. Pyes boyu əsas mübarizə Məlik Məmmədlə qardaşları arasında gedir. Məlik Məmmədin isə əsas məqsədi atasının tapşıırığını yerinə yetirib sehrli almaları gətirmək və daşa dönmüş insanarı xilas etməkdir. Insanın ən gözəl xüsusiyyətlərini özündə təcəssüm edən qəhrəman Məlik Məmməd divləri, əjdahaları və xəyanətkar qardaşlarını da məhv edir, ölkədə əmin-amanlıq, xoşbəxt həyat yaradır. Pyes Böyük vətən müharibəsi illərində yazılmışdır. Müharibə mövsunda yazılmış “Qisas”, “Dostluq eşqinə” pyeslərini də misal göstərmək olar. Dramaturqun “Bahar nəğməsi”, “Sevinc”, “Alma ağacı” və “Ellərin səsi” pyesləri də maraqlıdır. “Sevinc” pyesində Umud adlı yaxşı oxuyan şagirdin birdən-birə dəyişərək dərslərində zəiflədiyi və bu vəziyyətinin müəllimlərdə, digər yoldaşlarında narahatçılıq doğurduğu göstərilmişdir. Məlum olur ki, bir mühəndis haqqında oxuduğu kitab Umuda geoloq olmaq, dağlarda kəşfiyyat aparıb molibden tapmaq, beləliklə şöhrətlənmək arzusu doğurmuşdu. Ancaq Umud anlamır ki, bu istəyi gerçəkləşdirmək üçün əvvəlcə təhsil almalıdır. Cəlil müəllim valideynlər üçün kurs açır, gənc müəllimlərin dissertasiya müdafiə edib elmi dərəcələr almaları ilə maraqlanır. Hər bir şagirdin gələcəyi, müqəddəratı onu düşündürür. Pyesin sonunda başda Cəlil müəllim olmaqla, bütün müəllim kollektivinin birgə səyi nəticəsində Umud islah ediliir. Öz səhvini başa düşür, boş xəyaldan əl çəkir,yenə nümunəvi və çalışqan şagird olur.
4. Emin Mahmudov (1925-2009) - Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. O, burada 1 nömrəli orta məktəbi bitirmiş bir il uşaq evində tərbiyəçi işləmişdir. 1943-45 – ci illərdə ordu sıralarında xidmət etdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. ədəbi vgyaradıcılığa şeirlə başlasa da, elmi-fantastik əsərlər yazmağa daha çox üstünlük vermiş “RT-1”(1952) adlı ilk elmi-fantastik hekayəsi “Pioner” jurnalında dərc olunmuşdur. “Günəş şəhəri” adlı ilk elmi-fantastik hekayələr məcmusu isə 1953- cü ildə çapdan çıxmışdır. Sonralar onun “Muğanda qütb parıltısı” (1954), “Kainat gəmisi”(1957), “Veneranın göyləri od içindədir” (1960), “Qeyb olmuş səslər” (1964), “Dəmir necə ayaq açdı” (1967), “Zülmət dənizi” (1972), “Ulduzlar yolumuzu gözləyir” (1975), “Qüdrətli pillə” (1985), “Günün nəfəsi” (1986), “Atlant qızı” (1986) adlı əsərləri nəşr olunmuş, onu fantastik janrın yaradıcısı kimi oxucular arasında tanıtmışdır. Yazıçı bu əsərlərində elmin nəaliyyətlərini qabarıq şəkildə təsvir etmiş, müasir elmi fikrin yeni nəslin inkişafındakı rolunu verməyə cəhd göstərmişdir. Məsələn, “Muğanda qütb parıltısı” hekayəsində yazıçı öz dövrü üçün qeyri-adi görünən, insanların həyat tərzində özünə yer tutan süni yağış yağdıran qurğuların kəşfindən və insanların ondan səmərəli istifadəsini bədii şəkildə, reallığa yaxın təsvir etmişdir. E.Mahmudovun hekayə janrı ilə başladığı fantastik əsərlərinin həcmini genişləndirərək, daha mürəkkəb elmi-nəaliyyətlərin bədii həllinə çalışmışdır. Müəllif 60-cı illərin elmi inkişafına istinad edərək “Kainat gəmisi” romanını qələmə almış, o dövrdə insanlar üçün daha çox qeyri-adi görünən kosmik hadisələrin - ayda az müddət davam edən vulkan partlayışlarının təsvirini inandırıcı boyalarla, elmi-bədii tərzdə verə bilmişdir. Yazıçı bu əsərin yazılma səbəblərindən söz açarkən qeyd edirdi: “Fantastik yazıçı üçün onun arzularının həyata keçməsi ən böyük xoşbəxtlikdir. Bu baxımdan mən çox xoşbəxt adamam. 1957 - ci ildə çap etdirdiyim “Kainat gəmisi” romanının qəhrəmanları Ayda vulkanla üz-üzə gəlirlər. Kitab çap ediləndən bir il sonra rus alimi Kozıryev elmi şəkildə sübut etdi ki, Ayda vulkanlar var. Həmin kitabımın ön sözündə yazmışdım ki, on-on iki ildən sonra düzəldilən kosmik aparatlar vasitəsi ilə Aya və Marsa uçmaq mümkün olacaq. Bu arzum da dəqiq vaxtında həyata keçdi, 1969-cu ildə insan ayağı ilk dəfə Aya dəydi”. “Kainat gəmisi” romanındakı hadisələr hansısa elmi-tədqiqat institutlarının birində baş verir. Domna sobaları üçün yüksək hərarətə davam gətirən kərpici ixtira edən alim, yeni kəşflərin axtarışına çıxır. Onun bu kəşfinin uğuru alimi daha da məşhurlaşdırır və onu Elmlər akademiyasının dəvəti ilə Aya, Marsa uçacaq ekspedisiyann tərkibinə daxil edirlər. Uçuşlar planlı şəkildə, mərhələlər üzrə aparılmalıdır. Səyyahlar əvvəlcə Aya, Aydan Hermesə, ordan da Mars planetinə uçmalıdırlar. Onların məqsədi səyahət etdikləri planetləri dərindən öyrənmək, burada canlı həyatın olub-olmamasını müəyyən etməkdir. Ilk dəfə Yer kürəsindən başqa planetlərə gələn alimlər böyük çətinliklərlə üzləşirlər. Onlar hələ bəşər övladəna məlum olmayan canlılarla- bitki və heyvanlara rast gəlirlər və elm üçün böyük əhəmiyyət kəsb edən bu canlılar aləmini öyrənirlər. Teymurun tapdığı balıqqulağından və duzlaqdakı balıqdan belə bir elmi nəticə çıxarmaq olur ki, nə vaxtsa Ayda həyat olmuş, zaman keçdikcə bu həyatın sonu gəlib çatmışdır. Alimlər Aydan sonra Marsa uçurlar. Onlar Marsda quşlara, nəhəng gövdəli vəhşi heyvanlara, həşəratlara, bitki aləminə rast gəlirlər. “Kainat gəmisi” romanı Azərbaycan ədəbiyyatında elmi-fantastik janrda yazılmış ilk iri həcmli əsərdir. Bu əsərin davamı olan “Veneranın göyləri od içindədir” povestində isə suya qərq olmuş Atlantika ilə tanış oluruq, işıq sürəti ilə uçan raketlər və onları kəşf edən müasir dünyanın insanları ilə rastlaşırıq. Bu əsərdə də Gəray, Teymur və İqor obrazları ilə üz-üzə gəlirik.

Yüklə 43,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin