Ci iLLƏr uşaq nəSRİ VƏ dramaturgiyasi (M.İBrahimov, Ə. MƏMMƏdxanli, anar, elçİN, M.İBrahiMBƏyov, Y.ƏZİmzadə, Ə. SƏMƏDLİ VƏ B.). Plan



Yüklə 43,1 Kb.
səhifə2/8
tarix27.12.2022
ölçüsü43,1 Kb.
#77998
1   2   3   4   5   6   7   8
Mövzu 11

2. Nəriman Süleymanov (1930-1995)- “Babanın bağı”, “Yetər nənə”, “Göy qurşağı” kitablarında toplanmış hekayələr gənc nəslin həyatı, arzu və istəkləri, mənəvi axtarışlarına həsr olunub. “Peşmançılıq” hekayəsində həyətdəki uşaqlarla Xankişi babanın qarşılıqlı münasibətləri əks olunub. Yaşlı nəsli Xankişi baba təmsil edir. Xankişi baba Tahirdən həyətdə kirşə sürüb səs-küy salmamağı xahiş etsə də, o, qocanın sözünə qulaq asmır. Lakin Xankişi babanın xəstələnməsini, təcili yardım maşınının gəldiyini görəndə Tahir ağır xətaya yol verdiyini başa düşür. Həkimdən Xankişi babanın özünü yaxşı hiss etdiyini eşidən Tahir sevinir, tez onun yanına gedib etdiyi hərəkətə görə üzr istəyir. “Torpaq” hekayəsində yazışı ördək balasının başına gələn hadisənin təsviri ilə oxucuya torpağın qədir-qiymətini bilməyin gərəkliliyindən söz açır. Dalğaların qoynunda ördək balası özünü çox rahat hiss edir. Torpaqda doğulsa da, onu özü üçün faydasız hesab edən, dənizə üz tutan ördək balasının kinayəli sözlərini eşidən torpaq isə susur, heç bir söz demir. Dənizdə güclü tufan qopanda yorulub əldən düşən ördək balası özünü güclə sahilə çatdırır, torpağa çatanda rahat nəfəs alır. Təsvir olunan hadisə oxucuda doğulub boya-başa çatdığın yurdun qədrini bilmək duyğusu oyadır. Əsərdə doğma torpağı bəyənməyənlərin aqibəti ibrətamiz səciyyə daşıyır. “Zoğal” hekayəsində xəstələnən anasının sağalması üçün heç harda zoğal tapa bilməyən oğul meşəyə gedir, əlləri cızılsa da anasına zoğal gətirir. “Ana quşun yuxusu” hekayəsi təbiət mövzusundadır. əsərdə ana qaranquşun balalarına məhəbbəti əks olunub. Quşun balalarına elə gəlir ki, gecələr yuva genişlənir, yuva elə bil böyüyür. Onlar bu sirri çözmək üçün gecə yatmamaq qərarına gəlsələr də yatıb qalırlar, səhər duranda analarının telefon xətlərinin üstündə yatdııqlarını görürlər.
3. Əyyub Abbasov (1906-1957) – Zəngəzur qəzasının Şəki kəndində anaddan olmuşdur. Ağır həyat və aclıq nəticəsində ata-anası və iki qardaşı vaxtsız öldüyündən Əyyub kiçik yaşlarından varlılara muzdurluq etmişdir. Naxçıvana dayısının yanına gələrək ilk təhsilini burda alır. Azərbaycan Pedaqoji İnstitutunu bitirərək Naxçıvanda müəllimlik etmişdir. 1934-cü ildə yenidən Bakıya gəlir, müxtəlif vəzifələrdə işləməklə yanaşı yaradıcılığını da davam etdirir. Burada “Günəşli yollar” (1938), “Sərhəddə” (1939) adlı şeir kitabları çap olunur. Cəbhədən qayıdan sonra bədii yaradıcılığını davam etdirir. Bir-birinin ardınca “Könül lətifələri” (1947), “Vətən suları” (1949), “Pyeslər” (1950), “Nailə” (1951), “Ağ çadırlar” (1955) kitabları çapdan çıxır. “Ana Vətən”, “Oğlum”, “Tüfəngim”, “Gəray” və s. şeirləri vətənpərlik duyğuları öz əksini tapmışdır. Yeni nəslin təhsili, əməyi, elmi biliklərə yiyələnməsi, incəsənətə coşğun marağı, təbiət haqqında düşüncələri, təlim-tərbiyəsi onun şeirlərinin mövzuları idi: “Vətən suları”, “Kənd həkimi”, “Həyətimizin uşaqları”, “İşıq”, “Çal, sazım, çal”, “Çal, Ülkərim, bir də çal”, “Ana”, “Bakı”, “Şənlik axşamı” və s. şeirləri bu cəhətdən səciyyəvidir. Ə.Abbasovun yaradıcılığında poema janrının tələblərinə cavab verən “Nailə”, “Çiçəklər arasında”, “Qəşəng və çiçək” və s. xüsusi yer tutur. “Nailə” poemasında məktəbli Nailənin təlim və tərbiyəsindən bəhs edilir. Elmdə, işdə, öz peşəsində məsuliyyət daşıyan və süfrə arxasında “hesabat” verən valideyni Nailənin iki aldğını eşitdikdə sevinc və fərəh üzlərindən silinir. Məlum olur ki, cəmiyyət və dövlət qarşısında öz işinin və peşəsinin öhdəsindən bacarıqla gələn bu mötəbər valideynlər uşaqlarının təhsilini tamamən unutmuşlar. Şair çatdırmaq istəyir ki, övlada nəzarət olunmazsa yaxşı valideyndən pis uşaq yetişər. “Çiçəklər arasında”, “Qəşən və çiçək” poemaları kiçikyaşlı məktəblilər üçün yazılmışdır.

Yüklə 43,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin