"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


Key words: small and medium entrepreneurship, oil sector, non-oil sector, strategic road map, economic  development



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə9/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   5   6   7   8   9   10   11   12   ...   78
Conferance Book Economy.(3)


Key words: small and medium entrepreneurship, oil sector, non-oil sector, strategic road map, economic 

development

 

 

Giriş 

Kiçik biznes müxtəlif dövlətlərin iqtisadi çiçəklənməsinə səbəb olan və istehsalın canlanmasına 

və əhalinin iqtisadi fəallığının yüksəldilməsinə güclü stimul verən mühüm amildir. Kiçik sahibkarlıq 

iqtisadiyyatın ən çevik və nəticəli sektorlarından biridir, habelə ÜDM-in xeyli hissəsinin yaradılması 

onun payına düşür, iqtisadi fəal əhalinin xeyli hissəsi onda işləyir. İş yerinin yaradılmasından başqa, 

rəqabət  qabiliyyətli,  dinamik  və  diversifikasiyalı  iqtisadiyyatın  yaradılmasında  da  kiçik  və  orta 

biznesin mühüm rolu vardır. 

 Bazar  münasibətlərinin  formalaşması  və  inkişafı  müxtəlif  mülkiyyət  formalı  təsərrüfat 

subyektlərinin fəaliyyətini tələb edir. Çoxlu sayda kiçik mülkiyyətçilər təbəqəsi kimi çıxış edən kiçik 

biznes əhəmiyyətli şəkildə ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini müəyyən edir. Ona görə də sivil 

ölkələr  də  olduğu  kimi,  Azərbaycanda  da  bu  sektorun  inkişafına  xüsusi  fikir  verilir.Kiçik  biznes 

sektorunda milli resursların  əsas kütləsi yaradılır və dövr edir ki, bu da orta və iri biznes üçün qida 

mühitidir.  Kiçik  müəssisələrin  böyük  olmayan  texnoloji  istehsal  və  idarəetmə  çevikliyi  bazarın 

dəyişən konyukturasına dəqiq və vaxtında uyğunlaşmağa və reaksiyasına imkan  verir. Daha dinamik 

inkişaf  edən  sektor  olmaqla  kiçik  sahibkarlıq  makroiqtisadi  mühitə  əhəmiyyətli  təsir  göstərməyə 

qadirdir. O, məşğulluğun genişləndirilməsinə kömək edir, inhisarçılığın yaranmasına mane olan bazar 

mexanizminin  həqiqi  fəaliyyətinə  imkan  yaradır,  bir  sözlə  rəqabət  mühitinin  formalaşdırılmasının 

mühüm amili kimi çıxış edir. 

Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikasının həyata keçirdiyi geniş miqyaslı 

sosial-iqtisadi  islahatların  əsas  ideyalarından  biri  ölkə  əhalisinin  daha  çox  hissəsinin  müstəqil 

sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmasına  sövq  etməsidir.1995-ci  ilin  noyabrın  12-də  qəbul  edilmiş 

Azərbaycan  Respublikasının  Konstitusiyasının  59-cu  maddəsində  (azad  sahibkarlıq  hüququ 

)deyilir:”Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından qabiliyyətindən və əmlakından 

sərbəst  istifadə  edərək  təkbaşına  və  ya  başqaları  ilə  birlikdə  azad  sahibkarlıq  fəaliyyəti  və  qanunla 

qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər“.Ölkə Konstitusiyasının yaratdığı 

yeni  iqtisadi  reallıq  ölkə  əhalisini  iqtisadi  fəaliyyətin  yeni  hüquqi  formalarının  axtarıb  tapılmasını 

maraqlı etmişdir. Deməli Azərbaycanın mövcud qanunvericilik sistemi ölkə vətəndaşlarını maneəsiz 

istənilən sahibkarlıq fəaliyyyəti ilə məşğul olmağa imkan verir [1]. 

Məqalənin  hazırlanmasında  analiz,  statistik,  induksiya  və  deduksiya  metodlardan  istifadə 

olunmuşdur. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

37  

26-27 October 2018, Baku, Azerbaijan 

İqtisadi inkişafda kiçik və orta sahibkarlığın rolu 

Azərbaycanın  neft  amilinin  dominant  rol  oynadığı  iqtisadi  modeldən  yeni  inkişaf  modelinə 

keçməsi ilə əlaqəli qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, rəqabət qabiliyyətli, şaxələndirilmiş 

və  yüksək  iqtisadi  artımı  təmin  edən  dayanıqlı  milli  iqtisadiyyatın  formalaşdırılmasına  nail  olmaq 

dövlətin  iqtisadi  siyasətinin  başlıca  hədəfinə  çevrilib.  Beynəlxalq  təcrübədən  məlumdur  ki,  həmin 

hədəflərə  nail  olunmasında  kiçik  və  orta  sahibkarlığın  hərtərəfli  inkişafı  həlledici  rol  oynayır.  Çünki 

kiçik və orta sahibkarlığın yüksək səviyyədə inkişafına nail olan ölkələrdə ÜDM-in  yarıdan çoxu bu 

sahənin payına düşür. 

1990-cı  illərin  əvvəllərindən  etibarən  dövlət  kiçik  və  orta  sahibkarlığın  inkişafını 

stimullaşdıracaq  bir  çox  tədbirlər  və  xüsusi  proqramlar  reallaşdırmışdır.  Bu  səbəbdəndir  ki, 

iqtisadiyyatın  strukturunda  əsaslı  dəyişikliklər  baş  verir,müasir  təsərrüfatçılıq  sisteminə  əsaslanan 

iqtisadi  strukturlar,  təsisatlar  və  münasibətlər  formalaşır.Bununla  da  artıq  Azərbaycanda  sahibkarlar 

təbəqəsinin geniş çevrəsi formalaşmış, kiçik sahibkarlıq fəaliyyəti milli təsərrüfatın azad və müstəqil 

sektoruna  çevrilmişdir.Belə  ki,  ölkə  prezidentinin  24  iyun  1997-ci  ildə    və  17  avqust  2002-ci  ildə 

imzaladığı müvafiq olaraq 610 nömrəli “Azərbaycanda kiçik və orta biznesə dövlət dəstəyi proqramı 

(1997-2000-ci  illər  arası)”    və  753  nömrəli  “Azərbaycanda  kiçik  və  orta  biznesin  inkişafının  Dövlət 

Proqramı (2002-2005-ci illər arası)” qəbul olunaraq icra edilmişdir. 

Azərbaycanda  KOS-nin  prespektiv  inkişafı  yerli  resurslardan  istifadə  edilərək  daxili  istehlak 

mallarının  təmin  edilməsi,  idxaldan  asılılığın  aradan  qaldırılması  və  davamlı  iqtisadi  artıma  nail 

olmaqla  iqtisadiyyatın  diversifikasiyası  aspektindən  çox  vacibdir.  Bu  baxımdan  KOS  formasında 

sahibkarlıq fəaliyyəti sahibkarlığın ilkin və təməl forması olaraq qəbul edilməlidir.Bu gün Azərbaycan 

hökumətinin  əsas  məqsədi  qeyri-neft,  ticarət  sahələrində  iqtisadi  artım  üçün  şərait  yaratmaqdır;  bu 

baxımdan diversifikasiya vacibdir. Sahibkarlıq üçün uyğun mühitin yaradılması və stimullaşdırılması 

kimi  diversifikasiyanın  əsasını  təşkil  edən  proseslər  bir  neçə  səbəb  aspektindən  Azərbaycan  üçün 

vacib  xarakter  daşımaqdadır.  Birincisi,  neft  və  təbii  qazın  getdikcə  azalan  bazar  qiymətini  nəzərə 

alaraq, ölkənin iqtisadiyyatında neft və qaz hasilatının gələcəyi barəsində bir sıra  qeyri-müəyyənliklər 

vardır. İkincisi, ölkənin iqtisadi kondisiyasındakı son illər baş verən böhran vəziyyəti bizə göstərir ki, 

neft-qaz  sektorundan  asılılığının  mümkün  qədər  tez  aradan  qaldırılması,böhranın  mənfi  təsirlərini, 

hesablaşmalar  balansının  kəsrini  və  qeyri-proporsional  ixracın  azaldılması  üçün  vacib  bir  nüansdır. 

Bundan  əlavə,  neft-qaz  sektoru  sermaye  sərfidir  və  ona  görə  də  yeni  iş  yerlərinin  açılmasına  və  ya 

məşğulluğa az təsir göstərir,digər tərəfdən isə qeyri-neft sektoru iş yerlərinin yaradılması üçün birbaşa 

məsuliyyət daşıyır, xalis məşğulluğa və iqtisadiyyatın ümumi güclənməsinə töhfə verir. Ümumdünya 

təcrübəsi  göstərirki,KOS-ın  məşğulluq,  rəqabət  qabiliyyətliliyi,  davamlılıq  və  ümumi  iqtisadi  artım 

baxımından  əhəmiyyətli  bir  təsiri  vardır.  Bu  səbəbdən  KOS  müəssisələri  üçün  münasib  şərait 

yaradılması və təkmilləşdirilməsi əsas prioritet olmalıdır. 

Azərbaycanda  kiçik  və  orta  sahibkarlıq  subyektlərinin  kəmiyyət  göstəriciləri  yaxşılaşsa  da, 

hələlik  iqtisadi  inşkişafa  töfhəsi  aşağı  səviyyədədir.  Yeni  iş  yerlərinin  açılması,  qabaqcıl  texnika  və 

texnologiyanın istehsala tətbiqi və sair bu kimi mühüm göstəricilərə görə də kiçik və orta sahibkarlıq 

subyektlərinin  payı  ölkəmizdə  sosial-iqtisadi  tərəqqiyə  təkan  verə  bilən  səviyyəyə  çatmayıb. 

Ölkəmizdə ÜDM-də özəl sektorun payı 83 faizdir. Bu baxımdan təkcə onu qeyd etmək kifayətdir ki, 

Azərbaycanda  sahibkarlıq  subyektlərinin  ümumi  sayında  kiçik  və  orta  sahibkarlığın  payı  97,8  faiz 

təşkil  etsə  də,  onların  ÜDM-də  payı  6,4  faiz  (kiçik  sahibkarlıq-  5,2  faiz,  orta  sahibkarlıq  -1,2  faiz) 

təşkil  edir.Bu  sahədə  çalışanların  orta  aylıq  maaşı  300  manat  ətrafındadır,  əksəriyyət  isə  200-250 

manat  arasında  gəlir  əldə  edir.  Bu  cür  aşağı  göstəricilər  şəraitində  fəaliyyət  göstərən  kiçik  və  orta 

sahibkarlığın vəziyyətini qənaətbəxş hesab etmək olmaz[3]. 

Beynəlxalq təcrübədən məlumdur ki, hər bir ölkədə səmərəli fəaliyyət göstərə bilən sahibkarlıq 

institutunun  formalaşması  və  inkişafı  xeyli  dərəcədə  dövlət-hakimiyyət  orqanları  tərəfindən 

müəyyənləşdirilən  siyasətdən  və  ona  uyğun  yaradılan  iqtisadi,  hüquqi,  siyasi  və  sair  şəraitin 

əlverişlilik dərəcəsindən asılıdır. Azərbaycanda bazar münasibətlərinə keçid prosesində sahibkarlığın 

inkişafı  istiqamətində  xeyli  iş  görülüb.  Sahibkarlığın  inkişafına  dair  proqramlar  hazırlanıb  həyata 

keçirilib,  yetərincə  geniş  normativ-hüquqi  baza  yaradılıb.  İstər  özəlləşdirmə,  istərsə  də  bilavasitə 

sahibkarlıq  subyektlərinin  yaradılması,  eləcə  də  sahibkarlığın  inkişafı  üçün  çox  zəruri  olan 

infrastrukturun  yaradılması  istiqamətində  genişmiqyaslı  işlər  görülüb.  Ölkədə  orta  səviyyəyə  cavab 

verən  bazar  institutları  formalaşıb;  valyuta,  kredit,  qiymətli  kağızlar,  sığorta,  lizinq  bazarlarının 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

38  

26-27 October 2018, Baku, Azerbaijan 

yaradılması  istiqamətində  zəruri  işlər  görülüb.  Texnoparklar,  sənaye  parkları,  sənaye  məhəllələri, 

aqroparklar və sair yaradılır. İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və 

Orta  Sahibkarlığın  İnkişafı  Agentliyi  yaradılıb.  Azərbaycanda  İxracın  və  İnvestisiyaların  Təşviqi 

Fondu formalaşdırılıb. Lisenziyaların sayının azaldılması, sənədləşmənin "ASAN Xidmət"ə verilməsi 

də  sahibkarlığın  inkişafı  üçün  olduqca  faydalıdır[4].Yoxlamalarla  bağlı  qəbul  edilən  qərarlar 

nəticəsində qısa zaman kəsiyində onların sayı min dəfədən çox azalıb. Ölkədə 165 mindən artıq kiçik 

sahibkarlıq  subyekti,  o  cümlədən  18  minə  yaxın  kiçik  müəssisə  fəaliyyət  göstərir.  Göründüyü  kimi, 

Azərbaycanda  sahibkarlığın,  o  cümlədən  kiçik  və  orta  sahibkarlığın  inkişafı  istiqamətində  xeyli  iş 

görülüb.  Bununla  belə,  hələlik  ölkədə  istehsal  olunan  məhsulun  ümumi  həcmində,  açılan  yeni  iş 

yerlərində,  eləcə  də  qabaqcıl  texnika  və  texnologiyanın  istehsala  tətbiqi  sahəsində  kiçik  biznesin 

xüsusi  çəkisi  və  sair  bu  cür  mühüm  göstəricilər  üzrə  kiçik  və  orta  sahibkarlığın  payı  sosial-iqtisadi 

tərəqqiyə  güclü  təkan  vermək  səviyyəsinə  çatmayıb.  Həmin  subyektlərin  əksəriyyətinin  faydalı  iş 

əmsalı  hələ  çox  aşağı  olduğundan,  kiçik  və  orta  sahibkarlığın  ölkə  iqtisadiyyatındakı  yeri  və  rolu, 

eləcə  də  ölkə  iqtisadiyyatına  töhfəsi  və  effektiv  təsir  dərəcəsi  də  aşağı  səviyyədədir.Burda  əsas 

problem  kiçik  və  orta  sahibkarlığın  inkişafı  məqsədilə  həyata  keçirilən  dövlət  tədbirlərinin  olub-

olmamasında  deyil.  Bu sahədə  kifayət  qədər  qərarlar  qəbul  edilib.  Çox  vaxt  əsas  problem  kimi  neft 

sektorunun  genişmiqyaslı  inkişafının  qeyri-neft  sektorunun,  o  cümlədən  kiçik  və  orta  sahibkarlığın 

inkişafına mane olması götürülür. Beynəlxalq təcrübə göstərir ki, bizdən qat-qat çox neft hasil edən 

ölkələrin  xeyli  hissəsində  kiçik  və  orta  sahibkarlığın  ÜDM-də  və  məşğulluqda  payı  kifayət  qədər 

yüksəkdir.  Neft-qazla  zəngin  ərəb  ölkələrindən  Səudiyyə  Ərəbistanının  ÜDM-nin  25  faizini, 

Əlcəzairdə  77  faizini,  Birləşmiş  Ərəb  Əmirliklərində  75  faizini  kiçik  və  orta  müəssisələr  istehsal 

edir.Küveytdə iş yerlərinin 90 faizi kiçik və orta müəssisələrin payına düşür[7]. Deməli, neft amilinin 

dominant  rolunun  təsiri  şəksiz  olsa  da,  əsas  problem  neft  amilində  yox,  qeyri-neft  sektorunda  neft 

gəlirlərindən  istifadənin  rasionallıq  və  səmərəlilik  dərəcəsinin,  kiçik  və  orta  sahibkarlığın  inkişafına 

dair  qəbul  edilən  qərarların  icra  keyfiyyətinin  aşağı  səviyyədə  olması,  monopoliyanın  dağıdıcı  təsiri, 

maliyyə imkanlarının çox aşağı səviyyədə olması və sair bu kimi amillərlə bağlıdır.  

Azərbaycan  Prezidenti  İlham  Əliyevin  2016-cı  il  6  dekabr  tarixli  fərmanı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  Respublikasında  kiçik  və  orta  sahibkarlıq  səviyyəsində  istehlak  mallarının  istehsalına 

dair  Strateji  Yol  Xəritəsi” Azərbaycanda  kiçik  və  orta  sahibkarlığın  inkişafı  iqtisadiyyatın 

diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına 

olan  tələbatın  yerli  resurslar  hesabına  ödənilməsi  və  iqtisadi  inkişafın  təmin  edilməsi  baxımından 

xüsusi  əhəmiyyət  kəsb  edir[5].  Belə  ki,  inkişaf  etmiş  ölkələrdə  KOS-un  ÜDM  və  məşğulluqdakı 

xüsusi çəkisinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, Azərbaycanda da davamlı iqtisadi inkişafın 

təmin  edilməsində  KOS-un  əsas  hərəkətverici  amilə  çevrilməsi  qarşıda  duran  əsas  çağırışlardandır. 

"Azərbaycan  Respublikasında  kiçik  və  orta  sahibkarlıq  səviyyəsində  istehlak  mallarının  istehsalına 

dair Strateji Yol Xəritəsi" ölkə iqtisadiyyatında rəqabətqabiliyyətliliyin, inklüzivliyin və dayanıqlılığın 

təmin  olunması  istiqamətində  bütün  ölkə  üzrə  həyata  keçirilən  tədbirlərin  bir  hissəsi  olaraq 

hazırlanmışdır.  Bu  tədbirlər  ölkə  iqtisadiyyatının  on  bir  müxtəlif  sektorunu,  eləcə  də  hər  bir  sektor 

üzrə  ümumi  mövzuları  əhatə  edən  Azərbaycan  Respublikasının  milli  iqtisadiyyat  perspektivləri  üzrə 

strateji  yol  xəritələrini  özündə  ehtiva  edir[2].  Strateji  Yol  Xəritəsi  KOS-da  iqtisadi  islahatların  və 

inkişafın qısa, orta və uzunmüddətli perspektivdə əsas istiqamətlərini müəyyənləşdirir. Bu sənəd 2020-

ci  ilədək  strateji  baxışdan,  2025-ci  ilədək  olan  dövr  üçün  uzunmüddətli  baxışdan  və  2025-ci  ildən 

sonrakı dövr üçün hədəf baxışdan ibarətdir[2]. Strateji Yol Xəritəsində 2016-2020-ci illər üçün inkişaf 

strategiyası  və  tədbirlər  planında  yalnız  müvafiq  dövr  üçün  strateji  məqsəd  və  hədəflər  deyil,  eyni 

zamanda,  həmin  illər  ərzində  qarşıya  qoyulmuş  məqsədlərə  çatmaq  üçün  müəyyənləşdirilmiş 

prioritetlər  və  həmin  prioritetlər  çərçivəsində  həyata  keçiriləcək  tədbirlər  qeyd  edilmiş  və  hər  bir 

tədbirin  adı,  əsas  və  digər icraçıları,  nəticə indikatorları  və  konkret  icra  müddəti  əks  olunmuşdur[5]. 

Həmin  prioritetlərin  qısamüddətli  dövrdə  effektiv  icrası  orta  və  uzunmüddətli  dövrdə  həyata 

keçirilməsi  nəzərdə  tutulan  növbəti  addımların  əsasını  təşkil  edəcək  və  bununla  da  icra  prosesinin 

səmərəliliyi  təmin  ediləcəkdir.  Strateji  Yol  Xəritəsinin  icrası  qeyri-hökumət  təşkilatları,  yerli  və 

beynəlxalq özəl sektor tərəfdaşları ilə kommunikasiya və əməkdaşlıq şəraitində təmin ediləcəkdir. 

Azərbaycanda  kiçik  və  orta  sahibkarların  maliyyələşdirilməsi  üçün  müəyyən  işlər  görülür. 

Sahibkarlığa  Kömək  Milli  Fondu  indiyədək  34  600-dən  çox  sahibkarın  ümumi  dəyəri  4,5  milyard 

manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

39  

26-27 October 2018, Baku, Azerbaijan 

verib.  Kreditlərin  75  faizi  regionların,  25  faizi  isə  Bakı  və  qəsəbələrinin  payına  düşür[6]. 

Maliyyələşdirilmiş layihələrin 90 faizini kiçik həcmli kreditlər təşkil edir. Sahibkarlığa Kömək Milli 

Fondu, ABAD (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-TürkBank” ASC arasında 

birgə əməkdaşlıq başlayıb. ABAD-çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına 

dəstəklənməsini  təmin  edəcək  “Azər-TürkBank”  ASC  həmin  kreditlərin  illik  faiz  dərəcəsi  4  faizdən 

artıq  olmamaqla  sahibkarlara  çatdırılmasında  müvəkkil  bank  rolunu  oynayacaq[4]. Kənd Təsərrüfatı 

Kreditləri üzrə Dövlət Agentliyi, Azərbaycan İnvestisiya Şirkəti və sair bu kimi qurumlar vasitəsilə də 

verilir.  Bank  kreditlərindən  də  istifadə  edilir.  Lakin  dövlət  xətti  ilə  verilən  kreditlər  sahibkarların 

kreditə  olan  tələbatın  çox  az  bir  hissəsini  əhatə  edir.  Bank  kreditlərinin  isə  faiz  dərəcələri  yüksək, 

şərtləri  ağır  olduğundan,  bütün  sahibkarlar  üçün  əlçatan  deyil.Verilən  bank  kreditlərinin  çoxu  Bakı 

şəhərinin  payına  düşür.  Regionlarda  yaşayan  sahibkarların  kredit  resurslarına  çıxışı  məhdud 

olduğundan, regionlar daha çox dövlət xətti ilə verilən kreditlərlə kifayətlənməli olurlar. Bu isə yetərli 

deyil.  Ona  görə  də  kiçik  və  orta  sahibkarların  maliyyə  resurslarına  çıxışını  təmin  etmək  üçün  əlavə 

tədbirlərin görülməsinə ehtiyac var[6]. Bu yöndə həlli vacib olan məsələrdən biri dövlətin iştirakı ilə 

Aqrar-Sənaye Bankı və  İnnovasiyalı İnkişaf Bankı kimi iki ixtisaslaşmış bankın yaradılmasını zəruri 

hesab edirik. 

Göründüyü  kimi,  ölkənin  iqtisadi  inkişafı  KOS-ların  vəziyyətindən  birbaşa  asılıdır.  KOS-ların 

iqtisadiyyatda  bu  dərəcədə  önəmli  çəkiyə  sahib  olması  isə  onların  xüsusiyyətləri  ilə  əlaqədardır. 

Çünki, KOS-lar daha az investisiya ilə daha çox istehsal və məhsul müxtəlifliyi əldə etməyə malikdir. 

Eyni  zamanda,  iqtisadi  dalğalanmalar  KOS-lara  daha  az  təsir  göstərir.  Bundan  başqa,  tələbata  və 

müxtəlifliklərə rahat uyğunlaşa, bölgələrarası tarazlı iqtisadi inkişafı təmin edə bilirlər. Ən əsası, gəlir 

bölgüsündəki  ədalətsizliyi  minimum  səviyyəyə  endirirlər.  Bu  kimi  xüsusiyyətlər  KOS-ların  ölkə 

iqtisadiyyatında  vacib  problemlərin  həllində  əsas  iştirakçı  olmasına  imkan  verir.  Nəzərə  alaq  ki, 

maaşla  çalışan  insanların    yarıdan  çoxu  məhz  kiçik  və  orta  sahibkarlığı  təmsil  edən    müəssisələrdə 

çalışırlar. 



İstifadə olunmuş ədəbiyyat siyahısı 

1. 


Abdullayev Z.S., Bağırova Z.Ə. Müəssisənin iqtisadiyyatı, Bakı, 2003\ 

2. 


“Azərbaycanda  kiçik  və  orta  sahibkarlığın  inkişafı  üzrə  strateji  hədəflər  müəyyənləşdirildi”  ,www.trend.az  ,Bakı-

22.12.2016 https://az.trend.az/business/economy/2701660.html 

3. 

“İqtisadi tərəqqidə kiçik və orta sahibkarlığın rolu” ,www.olaylar.az ,Bakı-18.09.2017 



http://olaylar.az/news/iqtisadiyyat/236967  

4. 


“Kiçik və orta sahibkarlığın inkişafına dəstək veriləcək” ,Etatist  İnternet Qəzeti ,Bakı- 14.12.2017 

http://etatist.com/xeber/54319-kiik-v-orta-sahibkarln-inkiafna-dstk-verilck.html 

5. 

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan 



Respublikası Prezidentinin Fərmanı” , www.prezident.az ,Bakı-06.12.2016   https://president.az/articles/21953 

6. 


The World Bank in Azerbaijan Country Snapshot,  

https://data.worldbank.org/topic/private-sector?locations=AZ&view=chart 

 

 

AZƏRBAYCAN TİMSALINDA İNNOVASİYALARIN                                   

İQTİSADİ İNKİŞAFA TƏSİRİ 

 

Elçin Süleymanov 

elsuleymanov@beu.edu.az 

 

Xəyalə İbrahimova 

khayala.hashimova@gmail.com 

Bakı Mühəndislik Universiteti /Azərbaycan 

 

XÜLASƏ 

İqtisadiyyatın inkişafı və ölkələrin bu sahədə irəlləyişləri yüzillərdən bəri iqtisadçıların nəzərində yer al-

maqdadır. Bir cəmiyyətin iqtisadi yöndə güclü olması onun rəqabət gücünə bağlıdır. Rəqabət gücünü artıran ən 

önəmli vasitə isə innovasiyadır. Çünki innovasiya məhsuldarlığı artıran bir ünsürdür Bu səbəblə innovasiya ölkə-

lər  üçün  iqtisadi  inkişafın  və  rifah  halının  yüksəlişinin  açarıdır.  Hal-  hazırda  innovasiya  yönümlü  iqtisadiyyat 

dövrün ən dinamik və gəlirli istiqamətlərindən sayılır. İnnovasiya termin olaraq yeni ideyalarla elm və  texnikanı 

inkişaf etdirib istehsal sahələrinə tətbiq etmək, gəliri artırıb, işsizliyi aradan qaldırmaq və iqtisadi vəziyyəti inkişaf 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

40  

26-27 October 2018, Baku, Azerbaijan 

etdirmək deməkdir. İnnovasiyanı  fərqli edən  xüsusiyyətlər isə onun elmi- texniki nəaliyyətlərdən geniş istifadə 

etməsinə, yeni texnologiyanın geniş tətbiqinə, istehsal edilən məhsulun keyfiyyət göstəricilərinin artırılmasına və 

beləliklə də iqtisadi artımın əldə edilməsinə yönəldilmiş olmasıdır. 



Açar sözlər: innovasiya, iqtisadi inkişaf, texnlologiya, sahibkarlıq, texnopark. 

THE IMPACT OF INNOVATION ON ECONOMIC DEVELOPMENT IN KEYS OF AZERBAIJAN 

ABSTRACT 

The economists matter enormously for the development of economy and countries to improve in the main 

stream approach by centuries. İn real sense, the economic capacity enables the community to get the further deve 

lopment. The innovations are essential to push boundaries in the economic strength in order to develop the truly 

unique.  That is because  İnnovation is used As a means of productivity. Meanwhile, innovation is the main access 

for, the countries to develop their economics, the cost of living. Nowadays, the economyinvolved in the innovation 

is, concerned  as one of the most profıtable and dynamic process. İnnovation is defined as a term to make better 

education and economy by means of up to  date ideas, to reinforce the profit, to relieve the unemployment and to 

get  the  economic  growth.  İnnovation  defers  ultimately  as  it  tends  to  focus  on  the  education  and  technology 

achievements excessıvely, to supply the contemporary technology on  use as a main tool to improve the quality 

standards of the newly produced products and furthermore, in order to obtain the economic growth. 

Key words: innovation, economic development, technology, entrepreneurship, technopark.

 

 



Giriş 

İqtisadi  inkişaf  ölkədəki  milli  gəlirlərin  ÜDM-  nin  xarici  ticarət  səviyyəsinin,  pul  və  borc 

səviyyəsinin  ölçülməsidir.  İqtisadi  inkişafa  təsir  edən  bir  sıra  amillər  vardır.  Dövlət  sektoru,  təbiət, 

enerji  maliyyə,  vergi,  əhali  və  texnologiyanı  bu  amillərə  missal  göstərmək  olar  [2].Günümüzdə  isə 

inkişaf  deyərkən  ağıla  gələn  ilk  məfhum  texnoloji  tərəqqi  olur.  Texnologiyanın  sürətli  inkişafı  isə 

innovasiyanı sahibkarlıq fəaliyyətinin yaranması üçün başlıca şərt halına gətirir. İnnovativ yanaşma ilə 

əlavə  dəyəri  qazanmaq  inkişafda  açar  rolunu  icra  edir. 

Sənaye  inqilabından  sonra,  bilik  və  biliyə 

əsaslanan iqtisadi yanaşmalar dünyanın ən aktual problemlərindəndir. Qloballaşma prosesi və dünya 

iqtisadiyyatındakı  rəqabətlili    bilik  iqtisadiyyatının  inkişafı  üçün  daha  vacibdir.  Bu  prosesdə  sənaye 

cəmiyyəti  öz  yerini  informasiya  cəmiyyətinə  vermişdir.  Xüsusilə  dünya  iqtisadiyyatının  böyük  bir 

hissəsi  olan  inkişaf  etmiş  ölkələrdə  bu  proses  daha  sürətli  hala  gəlmişdir.  Belə  ki  inkişaf  etmiş 

ölkələrin  dünya  bazarlarında  daha  böyük  payı  olmağına  görə,  bilik  əsaslı  sahələrə  kapital 

qoyuluşlarının həcmini müntəzəm artırmasını zəruri edir. Hər gün artan rəqabətə davam gətirmək üçün 

ən səmərəli üsullardan biri innovasiyadır. Buna görə də, innovasiya tədqiqatları bilik bazasına və ya 

biliklərə  əsaslanan  iqtisadiyyatların  yerləşdirilməsində  əhəmiyyətli    rol  oynayır.Qloballaşmanın  və 

kompyuter texnoloji inkişafların təsirləri müəssisələri ciddi iqtisadi rəqabətə aparır. Müəssisələr uzun 

müddətli  mövcudluğunu  davam  etdirmək  və  davamlı  rəqabət  üstünlüyünə  nail  olmaq  üçün  rəqabət 

strategiyasına  malik  olmalıdırlar.  İnnovasiya  fərdi  və  sosial  ehtiyacları  daha  effektiv  təmin  edir 

İnnovasiya sahibkarlıq ruhu üçün də vacib istiqamətlərdən biridir. Hər bir yeni müəssisə müəyyən bir 

yenilik  gətirmək  prosesindən  sonra  doğulur.  Bundan  əlavə,  bütün  təşəbbüslər  rəqabət  gücünü 

saxlamaq  üçün  daimi  yenilənmə  tələb  olunur.  İqtisadi  artım,  rəqabət  qabiliyyətliliyi  və  məşğulluq 

imkanlarını  qorumaq  üçün  ölkələr  sürətlə  yeni  ideyaları  texniki  və  kommersiya  uğurlarına 

çevirməlidirlər. 



Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin