1.İnnovasiya və onun iqtisadiyyatda rolu
Ən sadə təriflə desək innovasiya fərqli, yeni fikirlərin düşünülməsi və bunların həyata
keçirilməsidir. Hansı ki, bu fikirlər əvvəllər həll olunmamış problemləri həll etməyə ya da va rolan
fikirlərin, xidmətlərin istifadəyə yararlı olmasına yardım edir. Bu innovative fikirlərin həyata
keçirilməsi, yeni məhsulların hazırlanması və satilması ilə innovasiya baş vemiş olur. İnnovasiya
dedikdə, istehsala tətbiq yöntəmi ilə yanaşı ondan gələn gəlir də nəzərdə tutulur. Bir sözlə innovasiya
yeni ideyaların istehsal prosesindən keçib bazarda dəyər qazanmasıdır [3].
Innovasiyanın baş verdiyi zaman dilimi isə elmin iqtisadiyyat və cəmiyyət üçün faydalı olan
dəyərə çevrilməsindən ibarət olur. Yəni bu zaman dilimində innovative düşüncələrə malik olan şəxslər
yeni fikirlər ortaya çıxarırlar.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
41
26-27 October 2018, Baku, Azerbaijan
Innovasiya prosesi mərhələləri
- mövcud olan problemin yeni texniki həllini tapmaq
- elmi araşdırmaların və təcrübə işlərinin aparılması
- satışın hazırlanması və təşkili
- yeni brendlərin bazarda yertutması [6].
İnnovasiyanın cəmiyyət, müəssisələr və ölkə iqtisadiyyatı üçün bir sıra müsbət nəticələr yaradır.
Müəssisələrə yönəlik nəticələrə rəqabət üstünlüyünü təmin etməsi, səmərəliliyin artımı, mənfəətin
artması, xammalın effektiv istifadə olunması, keyfiyyətin artması, informasiyanın iqtisadi dəyərə
çevrilməsi, müştəri məmnuniyyətinin maksimuma çatdırılması, istehsal müddətlərinin qısaldılması və
tullantıların minimum çatdırılmasını missal göstərmək olar.
Cəmiyyət və iqtisadiyyata yönəlik nəticələr: həyat standartının yüksəldilməsi, davamlı iqtisadi
böyümənin təmin olunması, məşğulluğun artması, sahibkarlığın artması, xaricdən asılılığın azalması
və s.[6]
İnnovasiyaların inkişafı və tətbiqi ilə bir sıra ciddi dəyişikliklər baş verəbilər. Belə ki.ortaya
çıxan innovative nəticələr bir çox problem köklü şəkildə aradan qalxmasına səbəb olabilər. Məsələn,
internetin kəşf olunması və tətbiqi İKT sahəsində inqilaba səbəb olmuşdur.
Yeni və innovative fikirlər sahibkarlıq fəaliyyətlərini inkişaf etdirir. Yeni sahibkarlıq sahələrinin
yaradılması və həyata keçirilməsi sənayenin inkişafı deməkdir. Nəticədə isə ölkə iqtisadiyyatı inkişaf
edir. [5]
Əgər bir firma yuyulduqdan sonra ütülənməyəcək parçalar istehsal edirsə, başqa bir firma daha
çox məhsul verən, xəstəliklərə davamlı bitki toxumları hazırlayırsa, uşaqların yumurtanı sevə- sevə
yeməsi üçün onları daha diqqət çəkəcək formaya salırsa bu zaman innovasiya baş verir. Ya da
xəstəxana ora gələn xəstələrin müayinə nəticələrini öz internet ünvanında yayımlayırsa bu da elə
innovasiyadır. İnnovasiya yenilik mənasına gəldiyi üçün yeni fikirlər nəticəsində ərsəyə gələn
məhsullar digərlərini ötüb keçir və daha çox müştəri qazanır Hansı ki,ərsəyə gələn bu məhsullar istər
xarici, istərsə də daxili bazarda əvvəlkilərdən daha baha qiymətə satılıb ölkə büdcəsinə, iqtisadiyyatına
öz tövhəsini verir və iqtisadiyyatın inkişafında rol oynayır. Misal üçün NESLE firması Türkiyədən
aldığı findiğı istehsal prosesindən keçirərək və dəyər zincirinə qataraq dəfələrlə artıq pul qazanır.
Dünya İqtisadiyyat Formunun etdiyi araşdırmalara görə son illərin rəqabət gücü ən yüksək olan
ölkəsi Finlandiyadır. Bəs bu səviyyəyə çatmaq üçün Finlandiya ölkə olaraq nəe tmişdir?
Finlandiya innovasiyaya etdiyi yatırımla güclü bir iqtisadiyyata malik cəmiyyət yaratdı. Belə ki,
Fin höküməti, təqribən 20 il öncə innovasiyaya böyük qaynaqlar ayırmağa başladı. Bu investisiyalar,
iqtisadiyyatın zəif olduğu vaxtlarda da davam etdi. 1990- cı ilin əvvəlində yaranan kriz bununla
azaldıldı.. İqtisadi krizdən sonra təhsil və araşdırma programı həyata keçirilməyə başladı. Bu
programın hədəflərindən biri də universitetlər və şirkətlərarasında güclü bir əlaqənin qurulmasıidi.
Beləliklə meşəçilik və əkinçiliyə əsaslanan iqtisadiyyatın yerinə innovasiya əsaslı iqtisadiyyat
formalaşmağa başladı. 2000- ci ildən etibarən elm və texnologiya sahəsi Finlandiya iqtisadiyyatının
əsas hissəsinə çevrildi. İnnovasiya iqtisadiyyatın hər bir sahəsində dəstəklənməyə başladı .Nəticə
olaraq, 1985- ci illərdə adambaşına düşən milli gəlir 10.470 dollar idisə, 2004- cü ildə isə 29 000
dollara yüksəldi.Bu misalla biz bir daha innovasiya əsaslı iqtisadi inkişafın şahidi oluruq. İnnovasiya,
texnoloji tərəqqi elm və texnologiya sahələrindəki irəlləyişlərdən asılıdır. Bu səbəbdən, elmi biliklərin
tədris olunduğu universitetlərdə fundamental araşdırmalarlayanaşı, tətbiqi araşdırma fəaliyyətləri də
həyata keçirilməlidir. Universitetlərdəki bu elmi fəaliyyətlərin reallaşdığı, yeni təşəbbüslərin yarandığı
və universitet-sənaye əməkdaşlığının yaşandığı yerlər texnopark kimi tanınır.
Texnopark, innovasiya və kəşf sahiblərinin müvəffəqiyyət qazana bilməsi üçün münasib iş
şəraiti yaradan, şirkətləri, yeni təşəbbüskarları bir araya gətirən, universitet və sənayə arasında
əməkdaşlıq yaradan bir sistemdir. Digər bir ifadə ilə texnopark, universitet və araşdırma mərkəzləri
ilə bilik, insan kapitalı və qabaqcıl texnologiyaya əsaslanan sənaye şirkətlərinin əməkdaşlığını nəzərdə
tutan, sistem daxilindəki şirkətlərə texnologiya transferi və ya menecment mövzusunda yardımçı olan
təşviqedici təşəbbüsdür. İlk dəfə isə “texnopark” anlayışı 1950- ci illərdə ABŞ- da orataya atılmış və
dünyanın ilk texnoparkı məhz ABŞ- da qurulmuşdur. Texnoparklar ABŞ-da araşdırma parkı, Böyük
Britaniyada elm parkı, Fransada texnopol, Yaponiyada texnopolis, Almaniyada texnologiya
(innovasiya) mərkəzi olaraq adlandırılır [2].
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
42
26-27 October 2018, Baku, Azerbaijan
2.Azərbaycanda innovasiyanın tətbiqinin inkişafı
Azərbaycan da isə 2009- cu ildə qurulan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə
ilk qurulan, sahibkarlığa dəstək verən qurum oldu. Daha sonra 2012- ci ildə Qafqaz Universiteti
nəzdində Texnoparkin, 2013- cü ildə High Tech Parkın qurulması və start uplara dəstək olması ,
2014- cü ildə Fabrika Co-Working məkəzinin açılması ilə Azərbaycanda ilk dəfə olaraq co-working
sözünü gətirdi. Elə həmin ildə İqtisad Universiteti nəznində İnnovativ Biznes İnkubator mərkəzi
yaradıldı. 2015- ciildə Baku Business Factory, Next Step İnnovation Centre və Sup.az Akseleleratoru
fəaliyyətə başladı. 2016- cı ildə Colab Co-Working Mərkəzinin istifadəyə verildi[1].
Hər il bu mərkəzlərdə onlarla bəlkə də daha çox innovativ fikirli gənc layihəsi üçün dəstək
görür və “startup”çıya çevrilir. “Startup” yeni və innovativ təşəbbüslə qurulan şirkətlərə verilən addır.
“Startup”lar yeni ideyanı həyata keçirmək üçün bir araya gələn komanda üzvlərindən ibarət
olur.“Startup”ifadəsi 1990- cı illərdən etibarən məşhurlaşmağa başladı .Hansı ki, həmin dövrdə
“nöqtə- com” şirkətləri yenicə yaranmağa başlayırdı. Belə internet şirkətlərindən bu günə kimi ayaqda
qala bilən “amazon.com”və ”ebay.com” misal ola bilər.[2]
. Beləliklə, rəqabətin artmasında texnoloji və yeniliklərin sürətli inkişafı sahibkarlıq fəaliyyəti
üçün vacib bir şərtdir. Yenilikçi fəaliyyətlər kiçik müəssisələrdə sahibkarlarla yanaşı, birdən artıq
şirkətdə də edilə biləcəyi kimi tapıla bilər. İstehsalın geniş çeşidli xidmətini əhatə edən innovasiya
yerli, regional və ya milli səviyyədə vacib rol oynayır. Müxtəlif səviyyələrdə innovativ yenilik iqtisadi
inkişafda mühüm rol oynayır və bölgədə sinerji yaradır. Yenilikçi bir yanaşma ilə əlavə dəyər əlavə
etmək rəqabət və inkişafda mühüm rol oynayır. Bununla yanaşı, AR-GE innovasiyaların tədqiqat
nəticələrinə əsaslanan yeniliklər və tədqiqatlara əsaslanmasını tələb edir. Başqa sözlə, yenilik və ya
yenilik prosesi təhsil və tədqiqat ehtiyacını tələb edir. Bu vəziyyət fərdi və cəmiyyəti, eləcə də ictimai
varlığı birləşdirir. Yenilikçi və fərqli perspektivlər və ya yanaşmalar nəticəsində ortaya çıxan yeni
məhsul və xidmətlərin istehsalçısı, müştəri və ya istifadəçisi olaraq, fərdi və cəmiyyət aradan qaldırılır.
İnnovasiya prosesində ən vacib amillərdən biri də Tədaqiqat və İnkişaf fəaliyyətlərinin səmərəli
qurulmasıdır. Bu konteksdən yenilik prosesində iştirak edən tərəflər arasında universitet və elmi
tədqiqat müəssisələrinin rolu hədsizdir. Buna görə də, bu qurumların innovativ yanaşmaları və onların
bazarın tələblərinə olan münasibətləri çox vacib məsələlərdir.
İnnovasiyalar 5 əsas faktora əsaslanır:
sərmayələr, institutlar, insan kapitalı, mövcud olan infrastruktur və biznes mühit.
iqtisadiyyatda
innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və
inkişaf etdirilməsi rəsmi dövlət siyasəti əsasında aparılmalıdır. Çünki innovasiyaların tətbiqi iqtisadi
artıma pozitiv təsir göstərə bilər və bu iqtisadi artım faktorlarından biridir. Artıq qeyd edildiyi kimi
yeni innovasiyalar mövcud məhsulların təkmilləşmələri və ya tamamilə yeni biliyə əsaslanan yeni
məhsul, proses və biznes modeli ola bilər. İnnovasiya tamamən bazar ehtiyacından irəli gələ bilər və
bazar yönümlü ola bilər
.(Aslanlı, 2017).
Azərbaycan Qlobal İnnovasiya İndeksində (Global Innovation
Index) 2016-cı ildə 128 ölkə arasında 85-ci olmuşdur. (Global Innovation Index 2016.
https://www.globalinnovationindex.org/gii-2016-report#).İndeksin alt kateqoriyası olan “Bilik və
texnologiya məhsulları” üzrə isə ölkənin mövqeyi 128 ölkə arasında 101-ci olub. Burada patentlərin,
elmi məqalələrin və yeni innovativ bizneslərin sayı qiymətləndirilən göstəricilərdən olub . ancaq
patent müraciətləri alt-kateqoriyasında 138 ölkə arasında 80-ci yeri tutub .(The Global
Competitiveness Report 2016–2017 http://www3.weforum.org/docs/GCR2016- 2017/05FullReport/
TheGlobalCompetitivenessReport2016-2017_FINAL.pdf)
3.Azərbaycan qanunvericiliyində innovasiyanın yeri.
Azərbaycanda innovasiya prosesi kontekstində iqtisadiyyatın qurulması üçü əhəmiyyətli
qərarlar qəbul edilmişdir. Bu qərarlar və onların davamlı inkişafı üçün dünya nümunələrini axtarmaq
və öyrənmək çox vacibdir.
İlk növbədə Azərbaycanda elmi fəaliyyətin təşkili, idarə edilməsi və
inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin
məqsədlərini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılmasını “Elm
haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir . Qanunun “Elmi innovasiya sahəsində
dövlət siyasətinin əsas istiqamətləri” adlanan 4-cü maddəsinə əsasən övlət elmi innovasiya fəaliyyətini
həyata keçirən bütün müəssisə və təşkilatlar üçün bərabər şərait yaradır və onların fəaliyyətini
stimullaşdırır
.
6 dekabr 2016-cı ildə Azərbaycan Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın
əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təsdiqlənən strateji
sənədlərdə innovasiyalar məsələsinə yer verimişdir. Qeyri-neft sektorunun davamlı və ölkənin
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
43
26-27 October 2018, Baku, Azerbaijan
perspektiv inkişaf hədəflərini müəyyən etmək məqsədilə imzalanan Fərmanla təsdiq edilən
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”-nin 3.1.4-ci
tədbiri “Ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi” adlanır və
universitet klasterlərinin yaradılmasını “təhsil - tədqiqat - innovasiya” zəncirinin effektivliyini artıra
biləcəyini qeyd edir: “Universitet klasterlərinin yaradılması araşdırma və təkmilləşdirmələrin həyata
keçirilməsini, elmi nəticələrin istehsala tətbiqin stimullaşdıracaq, “təhsil elm-istehsal” əlaqələrinin
səmərəliliyi yüksələcəkdir”.(Aslanlı, 2017).Sənədə əsasən Azərbaycan Milli Elmlər Akademiyası
“elm-təhsil-istehsal” zəncirində aktiv iştirak etməklə Azərbaycanın qlobal istehsal zəncirində
iştirakına öz töhfəsini verə bilər. Hazırda AMEA “elm-təhsil-istehsal” zəncirini qurmaq məqsədilə
tədqiqat universitetinin yaradılması ilə bağlı addım atır. Biznes mühitinin yaxşılaşdırılması şirkətlər
tərəfindən araşdırma və təkmilləşdirmələrə investisiyaları stimullaşdırmaqla, elmin maliyyələşməsində
özəl sektorun çəkisini artıra bilər. Təhsil Nazirliyi Milli Elmlər Akademiyası və İqtisadiyyat Nazirliyi
ilə birgə 2017-2018-ci illərdə ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında
inkişafın təşviqini həyata keçirməlidir. Strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı
monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommu-
nikasiya Mərkəzi həyata keçirəcək. "Təhsil haqqında" Qanun isə innоvasiyalara “müхtəlif təşəbbüslər,
elmi tədqiqatlar əsasında fоrmalaşan mütərəqqi хarakterli yeniliklər” kimi qeyd edilir(“Təhsil haq-
qında” Qanun .http://edu.gov.az/az/page/72/302). “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nın “ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilmə-
sinə dəstək nəzərdə tutulur. Azərbaycan Prezidentin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edil-
miş “İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da da rəqabət
qabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun gücləndirilməsi, ölkədə elmtutumlu və
yüksək texnoloji məhsulların yaradılması və onların tətbiqini təmin edən innovasiya sisteminin forma-
laşması yüksək texnologiya sektorunun əsas məqsədidir. Bununla yanaşı,“innovativ sahibkarlığın
inkişaf etdirilməsi, yeni innovasiya şirkətlərinin, elmtutumlu və yüksək texnoloji məhsulların
yaradılması və onların dünya bazarlarına çıxışına dəstək verən tədbirlər; yeni bilik və texnologiyanın
işlənilməsi və tətbiqi üçün texnoparklar, biznes inkubatorları və innovasiya strukturların inkişaf
etdirilməsi” məqsədləri qarşıya qoyulur. Prezidentin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda da bənzər məqsədlər
yer almışdır. Konsepsiyada əsas hədəf qarşıdakı 10 ildə Azərbaycan Respublikasında əsasən qeyri-neft
sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması və bu artımın respublikada
innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsidir.
Konsepsiyada qeyd edilir ki, əsas missiyası innovasiyaların stimullaşdırılması və bazarın
tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin əhəmiyyəti də yüksələcək. Əqli fəaliyyətin təşviqi,
innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli şərait yaradılması və əqli mülkiyyətə
əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafı, ölkənin ÜDM-ində onun payının daha da artırılması
üçün tədbirlər həyata keçiriləcək(Aslanlı.2017) Konsepsiyanın “Elmi potensialın və innovasiya
fəaliyyətinin dəstəklənməsi” adlanan hissəsi aşağıdakı tədbirləri nəzərdə tutur:
• “..Elmtutumlu texnologiya, məhsul yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya
fəaliyyətinin genişlənməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elmin maddi-texniki bazanın
müasirləşməsi.
• Elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin cəlb
olunmasını stimullaşdırmaq (“beyin axını”nın qarşısının alınması).
• Ölkədə innovativ iqtisadiyyat üçün elm vəistehsal arasındakı əlaqələri gücləndirən, tətbiqi
elmi araşdırmaların bazarın tələbinə uyğun olması üçün mexanizmlər. (Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası” http://www.e-qanun.az/framework/27274)
• İnnovasiya fəallığının yüksəldilməsi ilə rəqabətli məhsul istehsalı, innovasiya fəaliyyətinin
həyata keçirilməsi üçün mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi təmin
edilməsi məqsədi ilə dövlət dəstəyi tədbirləri və qanunvericilik bazası.
• İnnovativ sahibkarlığın inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin inkişafı üçün əlverişli
mühit yaradılması, qabaqcıl texnologiya transferi və istifadəsi istiqamətində tədbirlərin
gücləndirilməsi.
• Elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnopark və innovasi-
ya zonaları yaradılması.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
44
26-27 October 2018, Baku, Azerbaijan
• İnnovativ sahibkarlığın və biliklərə əsaslanan iqtisadiyyatın inkişafı üçün İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin təşkili.
• Uzunmüddətli dövr üçün əqli mülkiyyətə dair Milli Strategiyada və Dövlət Proqramında əksini
tapan innovasiya potensialının inkişafına kömək.
• Azərbaycanda yeni bilik və texnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını
təmin edən milli innovasiya sisteminin formalaşdırılması”.
4.Nəticə
Ümumiyyətlə innovasiyaya əsaslanan firmaların, xəstəxanaların, restoranların, marketlərin,
bankların olduğu ölkələrdə işsizlik azalır, insanların qazancı artır. Bir ölkədə innovasiya nə qədər çox
dursa ümumirifah da bir o qədər yüksəkdir. Eyni zamanda ölkənin iqtisadi rəqabət gücü də yüksəlir.
Nəticədə isə bu ölkə digər ölkələrə görə daha çox inkişaf edir.
Universitet-sənaye əməkdaşlığı, ölkə
sənayesi, elmi və texnoloji tədqiqatların nəticələri, satılan məhsul və ya xidmətin nəticələri, yeni və ya
təkmilləşdirilmiş istehsal və ya paylanma üsulu və ya innovative sosial xidmət üsulu, müasir dünya
bazarlarında həlledici rol oynayır. Buna görə universitet-sənaye əməkdaşlığı innovasiya ekosisteminin
ən əhəmiyyətli həlqələrindən biridir. Əslində, texnoparklar və ya texnologiya məhəllələri innovasiya
ekosisteminin bir çox digər elementlərinin mövcudluğunun səbəbi bu əməkdaşlığın qurulması üçün ən
uyğun mühit yaratmaqdır.Yenilikləri verən və bilikləri ilə fərqli bir məhsul və ya xidmət olduğundan
iqtisadiyyatı birbaşa istiqamətləndirir. İqtisadi böyümə və ya iqtisadi inkişaf baxımından innovasiya və
innovasiya prosesi iqtisadiyyatı bu gün lokal və ya makro formalarda təsir göstərir
Ərazisi Azərbaycanın yarısı qədər olan və ilin yarıdan çoxunun günəşə həsrət qalan soyuq şimal
ölkəsi Niderland Qərbi Avropanın əsas kənd təsərrüfatı məhsulları təchizatçısıdır. 2017 ilin statisti-
kasına görə Niderlandın təkcə kənd təsərrüfatı məhsulları ixracı yüz milyard eurodan çox olub ABD
dən sonra dünyada ikinci sıradadır . Ümumiyyətlə əhalisi Azərbaycandan iki dəfə çox , ərazisi iki dəfə
az olan bu ölkə, dünyada fərd başına milli gəliri və ixracatı ən çox olan on ölkədən biridir. İkinci
dünya müharibəsinin fəsadlarını aradan qaldırarkən öz iqtisadiyyatını təbii gaz və diğər rezervlərin
hesabına quran bu ölkə, bu rezervlərin azalmasıyla və bir sektora bağlanmasıyla iqtisadi ədəbiyyatda
“Hollandiya Sindromu” adlanan bir problemlə üzləşmiş və buna görə öz iqtisadiyyatını yenidən inno-
vativ və elmi əsaslarla qurmuşdur. Hollandiyanın sənaye , gəmi nəqliyyatı daşımacılığı , balıqçılıq,
xidmət sektoru dünyanın ən inkişaf etdiyi ölkəsi olmaqla yanaşı, kənd təsərrüfatı sektoruyla da dünya-
nın aparıcı oyunçuları arasındadır. Bu sektorda istehsalı torpaq qıtlığından dolayı en innovativ metod-
larla, ən məhsuldar və ən rəqabətə dayalı üsullarla etmişdir. Azərbaycanın iqtisadi inkişaf strategiya-
sında həm hökümətiin, həm də iş adamlarının bu ölkələrin innovasiya təcrübəsindən istifadə etməsi
zəruri nüanslardandı. Dünya bazarında neft qiymətinin azalması və karbo-hidrogen rezervlərinin təd-
ricən tükənməsi, Azərbaycanı Niderland,Cənubi Koreya kimi ölkələri model almağa, innovativ və el-
mi yenilikləri özündə bürləşdirən bir infrastruktur formalaşdırmağa istiqamətləndirmə-lidir. 15-20 illik
bir programla iqtisadiyyatlarında inqilab edən bu cür ölkə təcrübəsindən faydalanmaq çox aktualdır.
Bu istiqamətdə Azərbaycanda maliyyə resursları yetərsizliyindən daha çox , innovativ təcrübə yetərsiz-
liyi və ya dünya təcrübəsindən uzaqlıq problemi mövcuddur. Ona görə sənaye və iş dünyası elmi
tədqiqat müəssisələri ilə intensiv əməkdaşlığı və onların köməkliyi ilə yeni texnologiya və məlumatla-
rın bu sektorlara transferində maraqlı olmalıdırlar. Bu çərçivədə maya dəyəri az və rəqabət qabliyyəti
güclü brendlərimizlə dünya bazarına çıxma fürsəti tapılmalıdır. Azərbaycanın coğrafi -stratejik möv-
qeyi və əlverişlı iqlim şəraiti bu istiqamətdə üstün mövqe sayıla bilər. İlk əvvəl bir neçə brendlə, misal
üçün 1.Avropa Olimiyadasının simvollarından nar meyvəsi məhsuluyla “Göyçay Narı” brendini və
ya milli yeməklərin bəzilərini(dovğa, plov, ləvəngi, qutab və s) elmi və innovativ metodlarla məhsul-
darlığını artırıb və saxlanılma, reklam etmə, faydalarını təbliğ edərək və Avropa bazarlarına çıxarılma
prosesində bir siyasət həyata keçirərək, həm ölkəmizi tanıda bilər, həm də xeyli qazanc əldə ediləbilər.
Unutmamalıdır ki , dünyanın ən böyük brendlərindən “Coca-Cola”, ”Pepsi” bir içəcək, McDonalds
bir fast food yeməkxana xidməti göstərən birendidi. Doğrudur bu şirkətlərin yüz ildən çox yaşı və təc-
rubəsi var , ama hər bir ölkənin bu cür bütün dünyanı əhatə edən bredlərinin olması öz əlindədir.
Dünya artıq qlobal bir kənd halına gəlib. Sərhədlər və zaman artıq ortadan qalxıb. Yetər ki təşəbbüs-
karlıq ruhunda bu sərhədlər ortadan qalxsın.
|