"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


Key words:Azerbaijan, Turkey, Gas , TANAP, Europe



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə18/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   14   15   16   17   18   19   20   21   ...   78
Conferance Book Economy.(3)


Key words:Azerbaijan, Turkey, Gas , TANAP, Europe

 

 



Giriş        

Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  neft  və  təbii  qazla  bağlı  beynəlxalq  şirkətlərlə 

müqavilələr  bağladı  və  bu  çərçivədə  ortaq  fəaliyyətlər  həyata  keçirtdi.  Bu  da  ölkəyə  müasir 

texnologiyaların gətirilməsinə, neft sənayesinin, ümumiyyətlə enerji sektorunun inkişaf etdirilməsinə 

imkan yaratdı. 

SSRİ dövründə Azərbaycanda təbii qaz sektoru neft sektorundan çox geridə qalırdı. Qaz istehsal 

olunmağa    başladıqdan  sonra  ən  çox  1981-ci  ildə  17  milyard  kubmetr  istehsal  olunmuşdur.  Ancaq 

1990-cı  ildən  sonra  təbii  qazın  istehsalı  əhəmiyyətli  dərəcədə  azalmışdır.  Hətta  daxili  tələbatı  belə 

ödəyə  bilmirdi.  Azərbaycan  daxili  tələbatı  ödəmək  üçün  2007-ci  ilə  qədər  xaricdən  qaz  idaxl 

etmişdi.2007-ci ildə “ Şah Dəniz” yatağından qaz əldə edilməyə başlandıqdan sonra idxalı dayandırdı. 

Bu  yataqdan  hasil  olunan qaz  Səngəçal  terminalında  ilkin  emaldan  keçirilərək  ümumi  uzunluğu  997 

kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsi 

ilə Gürcüstana və Türkiyəyə ixrac olunmağa başlandı. Bununla da Azərbaycan həm neft sektorunun, 

həm  də  qaz  sektorunun  inkişafı  sayəsində  dünya  iqtisadiyyatına  inteqrasiya  olma  imkanı  əldə  etdi. 

Dünyada enerjiyə olan tələbin ödənilməsində əhəmiyyəti hər gün daha çox artan qazın, enerji sektoru 

ilə  bağlı  bütün  proqnozlarda,  xüsusilə  elektrik  istehsalında  payı  artmışdır.  Bu  baxımdan  təbii  qaz 

dünyada enerji sahəsinə əhəmiyyətli yanacaq kimi yeni girmiş sayılır.  

 

1.Dünya üzrə qaz ehtiyatı 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

81  

26-27 October 2018, Baku, Azerbaijan 

1938-ci  ildə  kömür  ilkin  enerji  istehlakının  təqribi  3\4-nü,  neft  isə  21%-ni  təşkil  etdiyi  halda, 

qazın payı sadəcə 5,6% idi. 1950-ci ildə qazın payı artaraq 9,7% - ə qalxmışdır. 1960-cı illərdə təbii 

qaz istehlakının coğrafi bölgələr üzrə paylanması meydana gəldi. 1965-də ümumi enerji istehlakındakı 

payı artaraq 16% oldu. Bu faiz 1970-ci ildə 17, 1980-ci ildə 19, 1990-cı ildə 22,2 , 1996-cı ildə 23,3% 

oldu.  İndiki  dövrdə  isə  bu faiz  yüksələrək  oldu.  Bir  tərəfdən təbii qazın istehlakı  sürətlə artır,  digər 

tərəfdən  isə  təbii  qaz  istehlakının  dünya  enerji  resurslarının  istehlakı  çərçivəsində  də  payı  yüksəlir. 

Bütün bu göstəricilər qaz ixracının artırılmasının mənfəət qazandıracağını təsdiqləyir 

2.TANAP layihəsi  

Azərbaycan neft strategiyasını müvəffəqiyyətlə həyata keçirdikdən sonra qaz ixracatı siyasəti ilə 

bağlı  müəyyən  hədəflər  təyin  etdi.  Azərbaycan  Qafqazda  beynəlxalq  bazara  (  Rusiya,  Türkiyə, 

Gürcüstan  )  qaz  ixrac  edən  tək  ölkədir.  Buna  görə  də  AB  tərəfindən  Cənub  Qaz  Dəhlizinin  “təmin 

edicisi  və  iştirakçısı”  kimi  qəbul  olunur.  Azərbaycan  xammaddə  ixracatçısı  kimi  Türk-Avropa 

sərhədlərində  sırf  satıcı  rolu  ilə  kifayətlənmək  istəmirdi.  Qaz  stratejik  məhsuldur  və  əgər  düzgün 

siyasət yeridilərsə SOCAR-la Azərbaycan  geostratejik və maliyyə vəziyyətində əhəmiyyətli bir yerə 

çata bilər. 

 

2.Azərbaycan üzrə qaz ehtiyatı 



 

TANAP  layihəsi  gündəmə  gələnə  qədər,  Azərbaycan,  əsasən  enerji  layihələrindən  biri  də 

təchizatçı  qismində  çıxış  edirdi.  Ancaq  ölkənin  əsas  hədəflərindən  biri  də,  dəyər  zəncirinin  bütün 

həlqələrində əsas oyunçu olaraq yer almaz idi. Ancaq, TANAP layihəsində Azərbaycan, ilk dəfə, bu 

hədəfinə  nail  ola  bildi.  Belə  ki,  SOCAR,  TANA  boru  kəmərinin  aparıcı  qüvvəsi  və  ən  böyük  pay 

sahibidir.  TANAP  çox  böyük,  mühüm  və  unikal  layihədir.  Necə  ki,  XX  əsrdə  1994-cü  ilin  20 

sentyabrında “ Əsrin kontraktı” imzaladıq, bu da faktiki olaraq XXI əsrin kontraktıdır. Xəzər dənizinin 

Azərbaycan  sektorunda  yerləşən  Şahdəniz  yatağında  ikinci  mərhələdə  çıxarılacaq  qaz  həm  Türkiyə 

tərəfindən satın  alınması,  həm  də  Avropa  bazarına çıxarılacaq  qazın Türkiyə  üstündən tranzit  olaraq 

nəqlini  nəzərdə  tutan  Hökümətlərarası  müqavilə,  Azərbaycan  və  Türkiyə  arasında  25  Oktyabr  2011 

tarixində  İzmirdə  imzalandı. TANAP  layihə  olaraq ilk  dəfə  17  Noyabr  2011-ci  ildə  İstanbulda tərtib 

olunan  Üçüncü  Qaradəniz  Enerji  və  İqtisadiyyat  Formunda  Azərbaycan  Dövlət  Neft  şirkəti  SOCAR 

tərəfindən ictimaiyyətə açıqlanmışdır.  

2011-ci  ilin  dekabr  ayında  Azərbaycan  Respublikası  və  Türkiyə  Respublikası  SOCAR  ilə 

TANAP  layihəsi  çərçivəsində  Anlaşma  Memorandumu  imzaladılar.  Memorandumdan  sonra  rəsmi 

olaraq  layihənin  icrasına  başlanıldı  və  tikinti  prossesinə  icazə  verildi.                                          “Azərbaycan 

Respublikası  Hökuməti  və  Türkiyə  Respublikası  Hökuməti  arasında  Trans-Anadolu  təbii  qaz  boru 

kəməri  sisteminə  dair”  saziş  2012-ci  il  iyun  ayının  26-da  İstanbul  şəhərində  imzalanıb  və  hər  iki 

ölkənin müvafiq qanunvericilik orqanları tərəfindən təsdiq edilib. 

17 Mart 2015-ci ildə Qars vilayətində Trans-Anadolu qaz kəməri layihəsinin rəsmi təməlqoyma 

mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib 

Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili iştirak ediblər. 

12 İyun 2018-ci ildə Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz kəmərinin açılış 

mərasimi  keçirilib.  Açılış  mərasimində    Türkiyə  prezidenti  Rəcəb  Tayyib  Ərdoğan,  Azərbaycan 

prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Bolqarıstanın baş naziri Boyko Barişov

BP  şirkətinin  baş  icraçı  direktoru  Robert  Dadi  də  iştirak  etmişdir.  TANAP  kimi  nəhəng  layihənin 

həyata keçirilməsi Türkiyə və  Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün oldu. 

26

28



30

32

34



36

2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017

Trilion cubic feet 

Azərbaycanın qaz … 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

82  

26-27 October 2018, Baku, Azerbaijan 

Cənab  prezident  İlham  Əliyev  açılış  mərasimində  TANAP`ın  istismara  verilməsini  Türkiyə-

Azərbaycan  qardaşlığının  təzahürü,  zəfəri  kimi  qiymətləndirdi,  hər  iki  ölkənin  birlikdə  XXI  əsrin 

enerji tarixini yazdıqlarını vurğuladı. Bu layihə Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin 

dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bölgə xalqlarının rifahına, Avropanın enerji təhlükəsizliyinə, 

sülhə,  əmin-amanlığa,  sabit  və  dayanıqlı  inkişafa  verdikləri  ən  böyük  töhfədir.  Türkiyə  prezidenti 

Rəcəb Tayyib Ərdoğan layihənin əhəmiyyətinin çox yüksək olduğunu söylərək deyib ki, “Enerji İpək 

Yolu”  kimi  tanınan layihənin  açılışını  edirik  :  “TANAP  ortaq baxışımızın  ən son  nəticəsidir.  Enerji 

bazarında  dəyişikliklərə  və  ehtiyaclara  cavab  verən  bu  layihə  eyni  zamanda  gələcəkdə  həyata 

keçirəcəyimiz yeni layihələr üçün müjdədir.”  

3.TANAP ın texniki göstəriciləri  

TANAP`ın  missiyası  ən  yüksək  keyfiyyətdə  sağlamlıq,  sosyal  və  ekoloji  standartlara  uyğun 

təhlükəsiz  və  etibarlı  qaz  kəməri  çəkmək  və  istifadə  etməkdir.  TANAP`ın  vizyonu  investisiyaları 

təşviq  edərək  və  rəqabətçi  qaz  bazarına  təklif  təhlükəsizliyi  və  müxtəlifliyi  təmin  edən,  tədarük 

zincirindəki  ölkələr  arasında  iqtisadi  tərəfdaşlığı  gücləndirərək  Azərbaycanda  Avropaya  çatacaq  qaz 

dəhlizi  inşa  etməkdir.  Layihə  çərçivəsində  aparılan  ekoloji  tədqiqatlar  nəticəsində  əvvəllər  dünya 

ədəbiyyatına məlum olmayan 9 həşərat növü və bir bitki növü müəyyən olunmuşdur. Və eyni zamanda 

TANAP  Layihəsi  çərçivəsində  aparılan  arxeoloji  işləri  nəticəsində  arxeoloji  və  ya  tarixi-mədəni  irs 

sahələrindən 161-i ( 106-sı ilk dəfə) araşdırılmışdır. İlkin mərhələdə TANAP üçün mənbə Şahdəniz 2 

qaz yatağıdır. Ancaq yeni mənbə ölkələri üçün TANAP`a qoşulmaq daha cəlb edicidir. Əsas mənbə 

ölkələri isə İran, Qazaxıstan və Türkmənistan ola bilər. Bunu da qeyd edək ki, Türkmənistan öz qaz 

ehtiyatlarına görə dünyada ilk 4-lüyə daxildir.Şahdəniz 2 qaz yatağının illik ixrac həcmi 16 milyard 

kubmetrdir. BOTAŞ 6 milyard kubmetr qazın Türkiyəyə nəql olunmasını təmin etdi,qalan hissəsinin 

satışı ilə bağlı bir sıra Avropa  şirkətləri ilə , əsasən də İtalyan şirkətləri ilə razılığı gəlindi. Bununla 

belə TANAP`ın ötürmə qabiliyyəti daha sonra 31 milyard kubmetrə qədər artırılacaq. TANAP`ın 1805 

km uzunluğu olan boru kəməri Türkiyə ərazisindən keçir. Boru kəmərinin dəniz səviyyəsindən olan 

maksimum  hündürlüyü  2,700  m  yüksəklikdə  yerləşir.Boru  kəmərinin  diametri  56  və  48  düyüm, 

dənizdə  isə  (Mərmərə  dənizi  boyunca)  36  düyüm  təşkil  edir.  TANAP  Türkiyənin  20  vilayətindən 

keçir.  

4.TANAP ın Azərbaycanın  iqtisadiyyatına təsiri.  

Bu mega layihənin reallığa çevrilməsi 2 dövlət bir millət olan Azərbaycan və Türkiyənin strateji 

əlaqələrini daha da möhkəmləndirəcək. Ancaq bu layihələr yalnız iki ölkə üçün deyil, bütövlükdə həm 

region, həm də Avropa İttifaqı ölkələri üçündə strateji əhəmiyyətə sahibdir. TANAP Bakı-Tiblisi-Qars 

dəmir  yolu  xətti  kimi  2  ölkə  liderinin  şəxsi  iradəsinin  nəticəsidir.  Bu  layihədə  Cənub  Qaz  Dəhliz 

şirkəti 58%, BOTAŞ 30% və BP 12% hissəyə sahibdir. Bir çox mütəxəssis bu layihəni Azərbaycanın 

ən mühüm enerji layihəsi hesab edir. Şübhəsiz ki, TANAP Azərbaycanın Avropanın Enerji bazarına 

inteqrasiyası, eləcə də təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük 

imkandır. Uzunmüddətli perspektivdə layihə ölkənin təbii qaz ixracını ildə 8,1 milyard  kubmetrdən 

təqribən  24  milyard  kubmetrə  kimi  artıracaq.  Ölkə  səviyyəsində  isə  TANAP  Azərbaycana  öz  enerji 

resursları  sənayesini  qlobal  standartlar  səviyyəsində  inkişaf  etdirmək  imkanı  bəxş  edəcək.  TANAP 

Avropa dövlətləri və beynəlxalq strukturlarda Azərbaycan Respublikasına qarşı artmaqda olan tənqidi 

tendensiyanı  kökündən  dəyişə  bilər.  Bununla  yanaşı  uzunmüddətli  perspektivdə  Avropa  ilə  enerji 

ticarəti Azərbaycan Respublikasına Rusiya Federasiyasının himayəsindən azad olmaq və beləliklə də 

digər  dövlətlərlə  çoxdan  gözlənilən  iqtisadi  və  siyasi  yaxınlığa  nail  olmaq  imkanı  yaradacaq.  Hər 

şeydən  əvvəl  Azərbaycan,  tarixində  ilk  dəfə  olaraq  öz  qazını  TANAP  vasitəsi  ilə  birbaşa  Avropa 

bazarına  ixrac  edərək,  dünyanın  ən  böyük  ikinci  enerji  bazarına  daxil  olacaq.  Azərbaycan  qazı 

TANAP-dan  əvvəl  də  Yunanıstan  timsalında,  Avropa  ittifaqına  danışmaqda idi. Ancaq  bu  əməliyyat 

birbaşa  deyil  Türkiyə  üzərindən  həyata  keçirilir.  Bundan  fərqli  olaraq,  TANAP  layihəsi  ilə 

Azərbaycan,  birbaşa  Avropa  bazarına  daxil  ola  biləcək.  Bu  da,  şübhəsiz  Azərbaycana  həm  iqtisadi, 

həm də siyasi cəhətdən üstünlüklər gətirəcək. Digər tərəfdən Azərbaycan, Avropa bazarına qaz ixrac 

edərək,  təbii  qazda  ixracat  portfelini  şaxələndirəcək  və  enerji  təhlükəsizliyinin  ən  vacib 

ehtiyaclarından biri məhz müştəri şaxələndirilməsinin həyata keçirilməsidir. TANAP layihəsi qardaş 

Türkiyə  ilə  olan  əlaqələrimizi  daha  da  möhkəmləndirəcək.  Bu  layihə  sayəsində  Türkiyə  illik  5% 

istehlak  həcminə  malik  olan  zəif  qaz  ehtiyatı  problemini  həll  etməyə  bir    addım  da  yaxınlaşacaq. 

Tədricən qaz təchizatlarının diversifikasiyası və TANAP layihəsi vasitəsilə təchizatın təhlükəsizliyinin 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

83  

26-27 October 2018, Baku, Azerbaijan 

gücləndirilməsi Türkiyənin iqtisadi artımına müsbət təsir göstərəcək. Bu layihə həm də Avropa dövlət-

ləri ilə yeni ticarət əlaqələri yaradacaq. Bununla da, hər iki regional gücün dünyanın enerji bazarların-

dakı nüfuzunu gücləndirəcək. Siyasi baxımdan, baxmayaraq ki, bu layihə Avropa tərəfindən hələ 90-cı 

illərdə gündəmə gətirilmiş və layihənin icrası üçün “ Nabuko” və “Cənub-Şərqi Avropa” boru kəməri 

kimi  alternativ  layihələr  irəli  sürülmüşdü,  sözügedən  layihələrin  heç  biri  həyata  keçməmişdi.  Təkcə 

Nabuko layihəsi ilə bağlı danışıqlar 10 ildən artıq davam etmiş, ancaq, buna baxmayaraq nəticəsiz qal-

mışdı. Azərbaycan isə TANAP-ı ortaya qoyaraq, CQD layihəsini konkret bir layihəyə çevirdi. Nəzərə 

alsaq  ki,  bu  layihə  Azərbaycanın  öndərliyində  ərsəyə  gəldi,  bu  eyni  zamanda  Azərbaycanın  Avropa 

nəzərindəki strateji əhəmiyyətini artırdı və tərəflər arasında yeni  ağır və alternativ marşrut üzərindən 

təbii qaz təmin edərək və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verərək. Əsasən Cənub Şərqi 

Avropa  ölkələrinin  tək  mənbədən  olan  aslılığını  azaldacaq.TANAP  layihəsi  qardaş  Türkiyə  ilə  olan 

əlaqələrimizi  daha  da  möhkəmləndirəcək.  Bu  layihə  sayəsində  Türkiyə  illik  5%  istehlak  həcminə 

malik olan zəif qaz ehtiyatı problemini həll etməyə bir  addım da yaxınlaşacaq. Tədricən qaz təchizat-

larının  diversifikasiyası  və  TANAP  layihəsi  vasitəsilə  təchizatın  təhlükəsizliyinin  gücləndirilməsi 

Türkiyənin  iqtisadi  artımına  müsbət  təsir  göstərəcək.  Bu  layihə  həm  də  Avropa  dövlətləri  ilə  yeni 

ticarət əlaqələri yaradacaq. Bununla da, hər iki regional gücün dünyanın enerji bazarlarındakı nüfuzu-

nu  gücləndirəcək.  Bütün  bunlarla  yanaşı,  bu  layihənin  Azərbaycan  və  Türkiyə  üçün  daha  faydalı 

olmasına  baxmayaraq  ilkin  təşəbbüskarlar  layihədən  mənfəət  əldə  edəcək  yeganə  dövlətlər  deyillər. 

Əminliklə deyə bilərik ki, Avropanın enerji bazarı qaz nəqlində çoxdan gözlənilən diversifikasiyasa və 

təhlükəsizliyə nail olacaq. İtaliyanın qaz sərfiyatının 5% artaraq 70,9 milyard kubmetrə çatması, eləcə 

də  boru  xətti  ilə  nəql  olunacaq  qazın  Cənub-Şərqi  Avropanın  qaz  idxalının  təqribən  90%-ni  təşkil 

etməsi  faktını  nəzərə  alaraq,  dəyə  bilərik  ki,  TANAP`ın  Avropaya  gətirdiyi  müxtəliflik  həyatı 

əhəmiyyət  daşıyır.  Əvvəlcə  TANAP  vasitəsi  ilə  Avropaya  illik  10  milyard  kubmetr  həcmində  qaz 

tədarükü  Avropanın  qaz  idxalının  3-4%  təşkil  edir.  Daha  sonra  bu  miqdarın    20  milyard  kubmetrə 

çatdırılması planlaşdırılır. Bu olduğu təqdirdə qaz  tədarükü göstəricinin ikiqatını təşkil edəcək. 

 5.Nəticə   

Nəticə  olaraq,  Azərbaycanın  öndərliyində  həyata  keçirilən  və  strateji  əhəmiyyətə  malik  olan 

TANAP boru kəməri, həm Azərbaycana, həm də Türkiyəyə dəyərli töhfələr verəcək. Azərbaycan, həm 

TANAP boru kəməri vasitəsi ilə öz qazını birbaşa Avropa bazarlarına daşıyaraq, nəqliyyat xərclərini 

və  risklərini  minimuma  endirəcək,  həm  də  alternativ mənbədən  və  alternativ  marşrut  üzərindən təbii 

qaz nəql edərək, Avropa enerji təhlükəsizliyi baxımından, strateji mövqeyə sahib olacaq. Boru kəməri, 

eyni  zamanda  Türkiyənin  artan  enerji  tələbatını  qarşılayacaq  və  Türkiyə  enerji  mərkəzi  olma 

ambisiyasına imkan yaradacaq. Beləki, TANAP Azərbaycan Respublikasının ən böyük enerji layihəsi 

ola  bilmək  imkanına  malikdir.  Beynəlxalq  arenada,  təqribən  2000  km  uzunluğa  malik  boru  xətti 

Avropanın  enerji  siyasətinin  gedişatını  və  dolayısı  ilə  regionda  qərar  qəbulu  prosesini  və  regional 

münaqişələri dəyişdirəcək.  

TANAP ilk günlərdən başlayaraq bir sıra müzakirə mövzularının yaranmasına səbəb olmuşdur 

və  layihədən  ən  çox  kimin  mənfəət  əldə  edəcəyini  yalnız  zaman  göstərəcək,  bununla  belə,  əgər 

hadisələr  bu  istiqamətdə  inkişaf  etməkdə  davam  edərsə,  Azərbaycan  özünün  regional  səviyyədəki 

bütün məqsədlərinə nail ola biləcək. 

 

ƏDƏBIYYAT:   

1.  


https://report.az/analitika/tanap-azerbaycanin-dunyada-tehlukesizlik-ve-emekdasliga-daha-bir-tohfesi-serh/                                                                             

2.  


http://assanews.com/2018/06/12/tanap-istifad%C9%99y%C9%99-verildi-yenil%C9%99nib/    

3.  


http://www.azerbaijan-news.az/index.php?mod=3&id=149103 

4.  


http://www.azerbaijan.az/portal/Economy/OilStrategy/oilStrategy_02_a.html 

5.  


https://azertag.az/xeber/Azerbaycanin_neft_qaz_senayesinin_ugurlari_Asrin_muqavilesi_Cenub_Qaz_Dehlizi-993842                                                      

6.  


http://www.hurriyetdailynews.com/leaders-open-tanap-pipeline-carrying-gas-from-azerbaijan-to-europe-133191 

7.    ARAS Osman Nuri, Azerbaycanın Hazar Ekonomisi ve Stratejisi,Derin Yayınları, İstanbul, 2008.   

8.  

ARAS Osman Nuri, Elçin Süleymanov, Azerbaycan Ekonomisi, Şark-Garb Matbaası , Bakü, 2010.  



9.  

Suleymanov, Elchin and Aras, Osman Nuri, The Importance of Azerbaijan's Energy Revenues in Its Exports Volume 

and the Effects on the National Economy (October 12, 2012). International Conference on Eurasian Economies 11-13 

October 2012 –Almaty, KAZAKHSTAN, səhifə/səhifəaralığı: 225-232, Okt 2012. Available at SSRN: 

http://ssrn.com/abstract=2167935 or http://dx.doi.org/10.2139/ssrn.2167935   

10.    Suleymanov, Elchin and Zeynalov, Ayaz, Azerbaycan Ekonomisinin Bagimsizlik Sonrasi Makroekonomik 

Gostericilerinin Ekonomik Istikrar Acisindan Genel Degerlendirilmesi (The General Assessment of Macroeconomic 

Indicators of Azerbaijan Economy after Independence from the Economic Stability Point of View) (October 28, 2009). 

Journal of Qafquaz University,2009. Available at SSRN: http://ssrn.com/abstract=2167943

 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

84  

26-27 October 2018, Baku, Azerbaijan 

АНАЛИЗ ЭКОЛОГО-ЭКОНОМИЧЕСКИХ АСПЕКТОВ 

ФУНКЦИОНИРОВАНИЯ БИОЭНЕРГЕТИЧЕСКОГО СЕКТОРА 

ЭКОНОМИКИ С ЦЕЛЬЮ ОБЕСПЕЧЕНИЯ УСТОЙЧИВОГО 

РАЗВИТИЯ ОБЩЕСТВА И БИОСФЕРЫ 

 

Е. В. КОФАНОВА 

Национальный технический университет Украины  

"Киевский политехнический институт имени Игоря Сикорского" 

alexina555@gmail.com

 

 

АННОТАЦИЯ 

Изучены экономические, экологические и социальные аспекты перехода страны от невозобновляемых 

природных  ресурсов  к  возобновляемым.  Проанализированы  особенности  развития  биоэнергетического 

сектора  экономики,  проведен  SWOT-анализ.  Сделан  вывод  о  перспективности  развития  данного  сектора 

экономики,  а  также  необходимости  учитывать  жизненный  цикл  производства  и  использования  биотоплив, 

возможные последствия для здоровья людей и безопасности окружающей среды. 



Ключевые слова: природопользование, устойчивое развитие, охрана окружающей среды, SWOT-

анализ, биотопливо, биодизель. 



ABSTRACT 

The  economic,  environmental  and  social  aspects  of  the  country’s  transition  from  the  non-renewable 

natural resources usage to the usage of the renewable ones have been studied. The peculiarities of the development 

of the bioenergy sector of the economy have been analyzed; a SWOT analysis has been carried out. The conclusion 

about promising development opportunities for this sector of the economy was made. The necessity to take into 

account  the  production  life  cycle  of  the  biofuels,  as  well  as  the  possible  consequences  for  human  health  and 

environmental safety was substantiated.  

Keywords: environmental management, sustainable development, environmental protection, SWOT-

analysis, biofuel, biodiesel. 

 

В  последнее  время  все  чаще  наблюдаются  проявления  недостаточной  заинтересован-



ности  в  решении  экологических  проблем  и  обеспечении  рационального  природопользования, 

причем, как со стороны обычных граждан, так и со стороны предпринимателей и руководите-

лей  предприятий.  При  этом  отсутствие  системных  знаний  экологии,  химии,  биологии  и  др. 

приводит  к  необдуманным  управленческим  решениям  и  действиям,  и,  как  следствие,  к  часто 

непоправимым последствиям.  

Чтобы минимизировать последствия уже существующих проблем современности и пре-

дотвратить появление новых экологических кризисов общество должно следовать курсу устой-

чивого  развития,  обращая  особое  внимание  на  задачи  охраны  окружающей  среды,  необходи-

мость  рационального  использования  природных  ресурсов,  повышение  уровня  экологического 

сознания  и  культуры  всех  членов  общества.  Это  обусловлено  тем,  что  экологическая 

безопасность  страны  во  многом  определяется  именно  уровнем  культуры,  образованности  и 

экологического  сознания  людей.  А  необходимыми  составляющими  обеспечения  устойчивого 

развития являются экологизация экономики, внедрение "зеленых" технологий и др.  

Для  Украины  экологические  проблемы  стоят  особенно  остро,  поскольку  в  стране 

существует высокая концентрация небезопасных производств, наблюдается деградация земель, 

природных  вод  и  ландшафтов;  достаточно  часто  имеет  место  нерациональное  использование 

природных богатств. Такое положение обуславливает необходимость тщательного контроля и 

проведения  мониторинговых  исследований  в  сфере  использования  природных  ресурсов  и 

охраны  (защиты)  окружающей  среды.  Считается,  что  полная  или  частичная  замена 

невозобновляемых  природных  ресурсов  на  возобновляемые  будет  способствовать  более 

устойчивому  развитию  экономики  страны  и  решению  ее  социальных  проблем,  в  том  числе 

повышению благосостояния людей. Однако и в данном случае необходимо учитывать многие 

дополнительные  аспекты,  например,  полный  жизненный  цикл  производства  и  использования 

альтернативных топлив. В частности, речь идет о выращивании и использовании как моторных 

топлив  для  двигателей  внутреннего  сгорания  технических  энергетических  культур  −  рапса, 

подсолнечника, сои и др.  



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin